@KhazarUni facebook.com/KhazarUniversity Google+ RSS Xəzər Universitəsi
AZ | EN

Tələbə valsı


Dinlə: students_song_waltz.mp3


Sözlər: Hamlet İsaxanlı

Musiqi: Ramiz Mustafayev

 

İlham pərim nur çilədi
Göy ümmanın qırağında.
“Xəzər”imi həkk elədi
Ömrümün şah varağında.

 

Pak əmələ vurulmuşam,
Könül, demə yorulmuşam,
Damla‐damla durulmuşam
“Xəzər”imin sorağında.

 

Təbiət eşqə düçarmış,
Xəyallar qanad açarmış,
Ulduzlar şölə saçarmış
“Xəzər”imin çırağında.

 

Ayrılığa dözsəm əyər,
Məftun könlüm qəribsəyər,
Xumar‐xumar gülümsəyər,
Nəğmə deyər fərağında.