@KhazarUni facebook.com/KhazarUniversity Google+ RSS Khazar University

17.4.2014

M. Ə. Rəsulzadə haqqında yeni kitab

Xəzər Universitetinin müəllimi, tarix üzrə fəlsəfə doktoru Nəsiman Yaqublunun Məhəmməd Əmin Rəsulzadə haqqında yeni kitabı nəşr olunmuşdur...


17.4.2014

"Enerji səmərəliliyi sahəsində tədrisin inkişaf etdirilməsi üçün təlim şəbəkəsinin yaradılması" adlı Tempus layihəsinin 4-cü idarəetmə iclası və seminarları keçirildi

Aprelin  16-17-də Xəzər Universitetində "Enerji səmərəliliyi sahəsində tədrisin inkişaf etdirilməsi üçün təlim şəbəkəsinin yaradılması" adlı Tempus layihəsinin 4-cü idarəetmə iclası və seminarları keçirildi...


15.4.2014

Avrasiya Hasilat Sənayesi Bilik Mərkəzinin nailiyyəti

Avrasiya Hasilat Sənayesi Bilik Mərkəzinin (AHSBM) direktoru İnqilab Əhmədovun “blog post”u (məqaləsi) Revenue Watch Institutunun vebsaytında dərc edilmişdir...


15.4.2014

Tələbəmiz "‪‎Univiziya" Tələbə Mahnı Müsabiqəsinin finalında

Aprelin 15-də Gənclər və İdman, Mədəniyyət və Turizm nazirliklərinin dəstəyi ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı tərəfindən keçirilən 3-cü "‪‎Univiziya" Tələbə Mahnı Müsabiqəsinin yarımfinal mərhələsində Xəzər Universitetini İqtisadiyyat və menecment fakültəsinin birinci kurs tələbəsi  Musa Abdullayev təmsil etmişdir...


15.4.2014

Beynəlxalq simpoziumun Təşkilat Komitəsinin iclası

Aprelin 15-də  Xəzər Universitetnin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlının sədrliyi ilə  bu il mayın 26-28-də  Türkiyənin Erciyəs Universiteti ilə birlikdə keçirilməsi planlaşdırılan “XXI əsrin pəncərəsindən mədəniyyət və kimlik" mövzusunda Beynəlxalq simpoziumun Təşkilat Komitəsinin (TK) iclası keçirildi...


15.4.2014

Xəzər Universiteti prorektorunun elmi seminarda məruzəsi

Aprelin 15-də  Azərbaycan Dillər Universitetinin (ADU) Çin Dili və Mədəniyyəti Mərkəzində “Çin sivilizasiyasının yaranması və inkişafı” mövzusunda qədim Çin tarixinin aktual məsələlərinə həsr olunmuş elmi seminar keçirilib...


14.4.2014

Wiley-Blackwell nəşriyyatının elektron jurnallarından istifadə

Xəzər Universiteti işçilərinin Wiley-Blackwell  nəşriyyatının elektron jurnallarından 3 ay ərzində (aprel, may və iyun) ödənişsiz istifadəsinə imkan yaradılır...


14.4.2014

Binəqədi rayonunda məktəblilərlə görüş

Bakı şəhərinin Binəqədi rayonun ərazisində yerləşən 135 saylı məktəbdə Xəzər Universitəsi rəhbərliyinin həmin rayonun XI sinif şagirdləri ilə görüşü keçirildi. Öncə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aynur  Əliyeva salona toplaşan qonaqları və rayon məktəblilərini salamladı...


14.4.2014

Paleolitə aid seminar keçirildi

Aprelin 14-də Xəzər Universitetində Tarix və arxeologiya departamentinin rəhbərliyi və müəllim heyətinin təşkilatçılığı və çağdaş Azərbaycan arxeologiyasının qədim daş dövrü üzrə məşhur alim-tədqiqatçılarından olan Azad Zeynalovun iştirakı ilə Təhsil fakültəsinin tarix-coğrafiya ixtisası üzrə təhsil alan tələbələri üçün elmi-praktik seminar keçirildi...


14.4.2014

Tələbələrimiz fərqlənmə sertifikatı almışlar

Xəzər Universitetinin tələbələri Xəyalə Səlimova, Gülyəz Ömərli və Səbina Məhəmmədova aprelin 10-14-də keçirilmiş  2-ci Xəzər Beynəlxalq Su Texnologiyaları Sərgisində (Caspian İnternational Aqua Technologies) iştirak etmişlər...


14.4.2014

Xəzər universitetinin departament müdiri apardığı tədqiqatın yeni nəticələrini təqdim etmişdir

Ümumdünya    Təbiəti Mühafizə         Fondunun “Kür-Araz şirin su hövzəsinin hidroenergetika sahəsi üzrə ekosistem xidmətlərinin qiymətləndirilməsi”  layihəsi çərçivəsində aprelin 14-də "Mariot JW" otelində keçirilmiş tədbirdə Xəzər Universitetinin Ətraf mühit və coğrafiya departamentinin müdiri, fəlsəfə doktoru Rövşən Abbasov suvarma, balıqçılıq, turizm və su təchizatı sektorlarına aid apardığı tədqiqatın  yeni nəticələrini təqdim etmişdir.


13.4.2014

Xəzər Universitetində 36-cı məzunluq mərasimi keçirildi

Aprelin 13-də Xəzər Universitetinin "Dünya" konsert salonunda 36-cı məzunluq mərasimi keçirildi. Mərasimdə məzunlar və onların valideynləri, tələbələr, universitetin  rəhbərliyi və professor-müəllim heyəti iştirak edirdilər...


12.4.2014

Hüquq Tədris Mərkəzi Rəmzi Məhkəmə təşkil etdi

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə Azərbaycan Hüquqşünasları Konfederasiyası (AHK) və Xəzər Universitetinin birgə layihəsi olub, universitetin Humanitar və sosial elmlər fakültəsinin nəzdində yaradılmış Hüquq Tədris Mərkəzində dörd aylıq təlim kursları müvəffəqiyyətlə başa çatmışdır...


11.4.2014

Elmi-İnzibati Şuranın növbəti iclası keçirildi

Aprelin 11-də Xəzər Universitetinin tədris işləri üzrə prorektoru Məhəmməd Nuriyevin sədrliyi ilə Elmi-İnzibati Şuranın növbəti içlası keçirildi. İclasda Məzunluq;  Tədris planı və fənn proqramlarının təsdiqi;  Doktoranturaya qəbul və dissertasiya mövzuları haqqında  məsələlər  müzakirə olundu...


11.4.2014

Tələbələrimizin "Xəmsə" intellektual oyununda uğuru

Aprel ayının 11-də Nizami Rayon Gənclər və İdman idarəsinin keçirdiyi “Xəmsə” intellektual oyununda Xəzər Universitetindən iki komanda – "Herkules" və "Pento" komandaları. iştrak etdi...


11.4.2014

Məktəblilərlə "Xəzər"də görüşlər

Aprelin 7-11-də Xəzər Universitetində Bakı şəhərinin Suraxanı, Nizami, Nərimanov, Səbail və Nəsimi rayonlarının ərazisində yerləşən orta məktəblərin XI sinif şagirdləri ilə görüş keçirildi. Məktəblilər öncə universitet ilə tanış oldular, laboratoriyaları, sinif otaqlarını gəzdilər, dərslərin gedişini əyani şəkildə izlədilər...


10.4.2014

“Azərbaycan Respublikasında miqrasiya siyasəti və insan hüquqları” mövzusunda Beynəlxalq konfrans keçirildi

Aprelin 10-da Bakıda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnsan Hüquqları və Konfliktologiya İnstitutunun, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və Beynəlxalq Miqrasiya Təşkilatının birgə əməkdaşlığı çərçivəsində “Azərbaycan Respublikasında miqrasiya siyasəti və insan hüquqları” mövzusunda Beynəlxalq konfrans keçirilmişdir...


10.4.2014

Musiqi və incəsənət departamentinin müəllimi İctimai TV-də

Xəzər Universitetinin Musiqi və incəsənət departamentinin müəllimi, əməkdar artist Fidan Haciyeva aprelin 10-da  İctimai TV-nin  “Səhər” verilişinin qonağı oldu...


10.4.2014

Kardiff Universitetinin nümayəndələri "Xəzər"də

Aprelin 10-da  Kardiff Universitetinin (Böyük Britaniya) Beynəlxalq ofisinin nümayəndələri Sara Şerrington  və Anne Morgan  Xəzər Universitetində olub...


10.4.2014

Əməkdaşlarımız Tempus layihəsinin seminarında

Aprelin 9-10-da Xəzər Universitetinin iki nümayəndəsi – Keyfiyyətin təminatı mərkəzinin rəhbəri Lyudmila Sotova və   İnformasiya sistemi üzrə proqramçı və menecer Rəşad Xalıqov Almaniyanın Hamburq Universitetində keçirilən "Ömür boyu öyrənmə təsisatları kimi  universitetlərin xüsusi rolunun artırılması" adlı Tempus layihəsinin seminarında iştirak etmişlər...


9.4.2014

Oldenburq Universiteti əməkdaşının "Xəzər"də açıq mühazirəsi

Aprelin 9-da Almaniyanın Oldenburq Universitetinin (Carl von Ossietzki University Oldenburg ) elmlər doktoru Lidiya Pots (Lydia Potts)  Xəzər Universitetinin qonağı oldu. Xanım Pots tələbə və müəllimlərə “Qlobal Miqrasiya - Müasir proseslər və gələcək üçün ssenarilər” mövzusunda mühazirə oxudu...


9.4.2014

“Hasilat sənayesi ölkələrində gəlirlərin idarə olunması və iqtisadi diversifikasiya” mövzusunda təlim

Xəzər Universiteti nəzdində fəaliyyət göstərən Avrasiya Hasilat Sənayesi Bilik Mərkəzi aprelin7-9-da Bakıda  “Hasilat sənayesi ölkələrində gəlirlərin idarə olunması və iqtisadi diversifikasiya” mövzusunda növbəti təlimini keçirib. Altı ölkənin – Azərbaycan, Rusiya, Ukrayna, Qazaxıstan, Qırğızıstan və Tacikistanın 20-dən çox elmi-tədqiqat institutları, universitet, hökumət və parlament qurumlarının, media mənsublarının  və eləcə də vətəndaş cəmiyyəti təmsilçilərinin iştirak  etdiyi təlimin açılışında mərkəzin direktoru İnqilab Əhmədov çıxış edərək, təqdim olunan mövzuların aktuallığından, proqramın məqsədi və praktiki əhəmiyyətindən danışıb...


8.4.2014

Xəzər Universitetinin müəllimləri xarici jurnalların redaksiya heyətində təmsil olunurlar

Xəzər Universitetinin Azərbaycan dili və ədəbiyyat departamentinin müəllimi, fil.ü.f.d. Elza İsmayılova və Şərq dilləri və din araşdırmaları departamentinin müəllimi fil.ü.f.d. Zivər Hüseynli “Dede Korkut Türk Dili ve Edebiyatı Araştırmaları Dergisi” (ISSN: 2147-5490 Türkiye)   adlı beynəlxalq elmi jurnalın redaksiya heyətinin üzvü təyin edilmişlər...


8.4.2014

Kitabxana İnformasiya Mərkəzində yeni xidmət növü

Xəzər Universitetinin Kitabxana İnformasiya Mərkəzi öz iş fəaliyyətində yeni xidmət növünü tətbiq edir...


8.4.2014

Oldenburq Universiteti əməkdaşının "Xəzər"də açıq mühazirəsi

Aprelin 8-də Almaniyanın Oldenburq Universitetinin (Carl von Ossietzki University Oldenburg ) elmlər doktoru Ulrike Lingen Əli (Ulrike Lingen-Ali)  Xəzər Universitetinin qonağı oldu. Xanım Ulrike tələbə və müəllimlərə “Miqrasiya kontekstində kimlik” mövzusunda mühazirə oxudu...


6.4.2014

İctimai TV-nın “Elm üçbucağı” verilişində

Aprelin 6-da saat 18:00-da İctimai TV-nın “Elm üçbucağı” verilişində Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlının “İbn Həzm və İbn Baccənin yaradıcılığı və təhsili” haqqında mühazirəsi efirə verildi...


5.4.2014

Xəzər Universiteti "Dünya" məktəbinin 15 illiyinə həsr olunmuş mərasim

Aprelin 5-də Xəzər Universitetinin Mərmər salonunda "Dünya" məktəbinin 15 illiyinə həsr olunmuş mərasim keçirildi. Mərasimi Xəzər Universiteti Direktorlar və Qəyyumlar Şurası sədrinin müşaviri, məktəbə yarandığı gündən təxminən on ildən çox müddət ərzində rəhbərlik etmiş Nailə xanım İsayeva açaraq, məktəb kollektivini və məktəbin yaranıb bərqərar olmasında əməyi olan insanları təbrik etdi...


5.4.2014

Xəzər Universitetinin rəhbərliyi və əməkdaşları Fransa-Azərbaycan Universitetlərarası Forumunda

Aprelin 4-5-də  “Kampüs Frans” agentliyinin  təşkilatçılığı və Fransanın Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə Azərbaycan Diplomatik Akademiyasında 2-ci Fransa-Azərbaycan Universitetlərarası Forumu keçirilmişdir...


4.4.2014

Hamlet İsaxanlının "Dördlüklər" kitabı Google Play Market-də

Hamlet İsaxanlının "Dördlüklər" kitabının android versiyası  hazırlanmış və Google Play Market-ə yerləşdirilib...


4.4.2014

Müəllimimiz xarici jurnalın redaksiya heyətinə üzv seçilib

Xəzər Universitetinin Azərbaycan dili və ədəbiyyat departamentinin müəllimi, fil.ü.f.d. Elmira Məmmədova-Kekeç "International journal of languages' education and teaching" (ISNN: 2198-4999-Germany) adlı beynəlxalq elmi jurnalın redaksiya heyətinə üzv seçilib...


4.4.2014

"Liderlik" mövzusunda təlim

Aprelin 4-də Xəzər Universitetinin Karyera mərkəzi “Liderlik” mövzusunda təlim keçirdi. Təlimçi Şeraton otelinin mütəxəssisi Talıb Bayramov idi...


3.4.2014

Elsevier nəşriyyatının nümayəndələri "Xəzər"də

Elsevier nəşriyyatının (Niderland Krallığı) nümayəndələri - Türkiyə və Mərkəzi Asiya ölkələri üzrə maliyyə meneceri  Ayhan Saracoğlu və Türkiyə, Orta Şərq və Mərkəzi Asiya üzrə müştərilərin inkişafı üzrə meneceri Gamze Keskin aprelin 3-də Xəzər Universitetində olub,  universitetin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı ilə görüşdülər...


2.4.2014

Əməkdaşlarımız beynəlxalq elmi konfransda

Aprelin 1-2-də ADA Universitetində bu ali məktəbin Mədəniyyət və Turizm Nazirliyi ilə birgə təşkil etdiyi “Kitabxana-informasiya sahəsində əldə edilmiş nəzəri və təcrübi nailiyyətlərin tətbiqi” mövzusunda birinci Beynəlxalq elmi konfrans keçirilmişdir...


2.4.2014

Yaradıcı tələbələrimizin növbəti uğuru

Gənclər və İdman Nazirliyi tərəfindən 2007-ci ildən etibarən hər il ali təhsil müəssisələri tələbələrinin iştirakı ilə “Tələbə baharı” ümumrespublika tələbə yaradıcılıq festivalı keçirilir...


31.3.2014

“İnsan hüquqları, din azadlığı və İslam” mövzusunda seminar keçirildi

Martın 31-də Xəzər Universitetində Şərq dilləri və din araşdırmaları departamentinin təşkilatçılığı ilə “İnsan hüquqları, din azadlığı və İslam” mövzusunda seminar keçirildi...


31.3.2014

Hamlet İsaxanlının “Kaspi” qəzetinə müsahibəsi

“Kaspi” gündəlik ictimai-siyasi qəzetinin 31 mart 2014-cü il tarixli nömrəsində Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlının  “Fatma Abdullazadə başıma çempionluq tacını qoydu – mən gənc olarkən” sərlövhəli müsahibəsi dərc olunub...


31.3.2014

TŞASC-ın şöbə rəisi "Xəzər"də mühazirə oxumuşdur

Martın 31-də Təmiz Şəhər Açıq Səhmdar Cəmiyyətinin (TŞASC) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sabit Zeyniyev Xəzər Universitetinin Coğrafiya və ətraf mühit departamentinin qonağı olmuş, tələbələrə "Bərk tullantıların idarə olunması" mövzusunda mühazirə oxumuşdur...


31.3.2014

Azərsun Holdinqdə “Açıq qapı” günü

Martın 31-də Xəzər Universiteti Karyera mərkəzinin təşkilatçılığı ilə universitetin psixologiya ixtisası üzrə təhsil alan  tələbələrinin bir qrupu Azersun Holdinqin “Açıq Qapı” günündə iştirak etmişlər...


30.3.2014

“Virtual Qarabağ Tarixi Muzeyi” layihəsinin təqdimatı

Martın 30-da Xəzər Universitetində “Virtual Qarabağ” İKT Mərkəzinin növbəti layihəsi olan “Virtual Qarabağ Tarixi Muzeyi” layihəsinin tələbələr üçün nəzərdə tutulmuş təqdimatı keçirilmişdir...


29.3.2014

Muzey günləri

Xəzər Universitetinin Tarix və arxeologiya departamentində mart ayının 16-29-u muzey günləri elan olunmuşdu...


28.3.2014

Beynəlxalq təhsil seminarı başa çatdı

Xəbər verdiyimiz kimi,  martın 25-də Xəzər Universitetində "Azərbaycan və Birləşmiş Krallıqda təhsil liderliyi və siyasəti: məktəblərin təkmilləşdirilməsi ilə bağlı potensialın yaradılması" mövzusunda seminar başlamışdı.. British Council tərəfindən maliyyələşdirilən seminar  Xəzər Universiteti və Nottingham Universiteti (Böyük Britaniya) tərəfindən təşkil olunmuşdu...


28.3.2014

“CV-ni necə yazmalı” mövzusunda təlim

Mart ayının 28-də Xəzər Universitetinin Karyera mərkəzi universitetin Mərkəz  kampusunda tələbələr üçün “CV-ni necə yazmalı” mövzusunda  təlim keçirdi...


28.3.2014

Leiden Universitetində beynəlxalq treninq keçirilmişdir

Koordinatorunun Xəzər Universiteti olduğu (Azərbaycan Respublikası Təhsil Nazirliyinin tərəfdaşlığı ilə) Avropa Birliyi Araşdırmaları (ABA) sahəsində kurikulumun hazırlanması və potensialın artırılması layihəsi çərçivəsində martın 11-28-də Niderland Krallığının Leiden Universitetində 6 Azərbaycan universitetindən (Xəzər Universiteti, Bakı Dövlət Universiteti, Gəncə Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti, Bakı Slavyan Universiteti və Azərbaycan Universiteti) olan müəllimlər üçün akademik treninq təşkil olunmuşdur...


27.3.2014

“Qur’ani-Kərim: inanc və mədəniyyət mənbəyi kimi” mövzusunda seminar keçirildi

Şərq dilləri və din araşdırmaları departamentinin təşkilatçılığı ilə  martın 27-də  “Qur’ani-Kərim: inanc və mədəniyyət mənbəyi kimi” mövzusunda seminar keçirildi...


26.3.2014

"Xəzər"də Beynəlxalq təhsil seminarı başladı

Martın 25-də Xəzər Universitetində Azərbaycan və Birləşmiş Krallıqda təhsil liderliyi və siyasəti: məktəblərin təkmilləşdirilməsi ilə bağlı potensialın yaradılması mövzusunda seminar fəaliyyətə başladı. British Council tərəfindən maliyyələşdirilən seminar  Xəzər Universiteti və Nottingham Universiteti (Böyük Britaniya) tərəfindən təşkil olunub...


26.3.2014

Xəzər Universitetinin departament müdiri Hanoyda konfransda iştirak etmişdir

Xəzər Universiteti Coğrafiya və ətraf mühit departamentinin müdiri Rövşən Abbasov martın 25-26-da  Vyetnam Respublikasının Hanoy şəhərində İqlim dəyişmələri və İstixana qazlarının tədqiqinə həsr olunan İkinci Texniki İşçi qrupun görüşündə və konfransda iştirak  etmiş, çıxışında mövzu ilə əlaqədar mülahizələrini bildirmişdir...


23.3.2014

İctimai TV-nın “Elm üçbucağı” verilişində

Martın 23-də saat 18:00 -da İctimai TV-nın “Elm üçbucağı” verilişində Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlının “Əndəlüs. İspaniyada İslam sivilizasiyası: tibb” haqqında mühazirəsi efirə verildi. Verilişdə universitetin tələbələri, əməkdaşları da dinləyici qismində iştirak etdilər.


18.3.2014

“Azərbaycanda və İranda ilaxır çərşənbə ənənəsi” adlı mədəni tədbir keçirildi

Şərq dilləri və din araşdırmaları departamentinin təşkilatçılığı ilə  martın 18-də “Azərbaycanda və İranda ilaxır çərşənbə ənənəsi” adlı mədəni tədbir keçirildi...


18.3.2014

Əməkdaşımız “Azadlıq radiosu"nda təhsillə bağlı müzakirədə iştirak etmişdir

Xəzər Universitetinin dosenti, Azərbaycan dili və ədəbiyyat departamentinin müdiri Vurğun Əyyub  martın 18-də  “Azadlıq radiosu"nda təşkil olunmuş “Xüsusi reportajlar - indiki ali təhsillə Azərbaycan hara gedir?” adlı müzakirədə ekspert qismində çıxış etmişdir...


17.3.2014

"Dünya" məktəbində Novruz şənliyi


17.3.2014

Xəzər Universiteti Mevlana Mübadilə Proqramı çərçivəsində elan edir

Xəzər Universiteti və Türkiyə Universitetləri arasında 2014 – 2015-ci tədris ili üçün mübadilə proqramının Türkiyə Universitetlərində elanı 30 mart 2014-cü il tarixindən başlayır. Mübadilə proqramının elanından sonra maraqlananlar 15 - 22 Aprel tarixlərində seçdikləri Türkiyə Universitetinin web səhifəsində doldurduqları ərizə formaları ilə qeydiyyatdan keçə bilərlər...


17.3.2014

“Sosial mediada etika” mövzusunda konfrans keçirilidi

Martın 17-də USAİD, Böyük Britaniyanın Azərbaycandakı səfirliyi və IREX-in Azərbaycandakı nümayəndəliyinin təşkilatçılığı ilə “Sosial mediada etika” mövzusunda konfrans keçirilidi...


17.3.2014

Növbəti fəlsəfi - psixoloji seminar keçirildi

Martın 17-də  Xəzər Universitetində növbəti fəlsəfi - psixoloji seminar keçirildi. Tədbiri giriş sözü ilə universitetin Fəlsəfə və sosiologiya departamentinin müdiri Mail Yaqubov açdı...


17.3.2014

Növbəti fəlsəfi - psixoloji seminar keçirildi

Martın 17-də  Xəzər Universitetində növbəti fəlsəfi - psixoloji seminar keçirildi. Tədbiri giriş sözü ilə universitetin Fəlsəfə və sosiologiya departamentinin müdiri Mail Yaqubov açdı...


17.3.2014

Hamlet İsaxanlı “Ukraynada böhran və onun Dağlıq Qarabağ prosesinə təsiri: Qərbdən baxış” adlı dəyirmi masa müzakirəsində

Avrasiya Əməkdaşlıq Fondu martın 17-də Bakının Four Seasons otelində “Ukraynada böhran və onun Dağlıq Qarabağ prosesinə təsiri: Qərbdən baxış” adlı dəyirmi masa müzakirəsi keçirib...


15.3.2014

Hüquq Tədris Mərkəzində İnsan hüquqları üzrə təlimlər

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə Azərbaycan Hüquq Konsorsiumu layihəsi (AHK) çərçivəsində Humanitar və sosial elmlər fakültəsində yaradılmış Hüquq Tədris Mərkəzində  (HTM) martın 15-də insan hüquqları üzrə növbəti təlim  keçirildi...


15.3.2014

“Alban xristian mədəniyyəti” mövzusunda elmi seminar keçirildi

Martın 15-də Xəzər Universitetinin Tarix və arxeologiya departamentinin təşkilatçılığı ilə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun baş elmi işçisi, tarix elmləri üzrə fəlsəfə doktoru, Alban tarixinə aid kitabların müəllifi Mübariz Xəlilovun iştirakı ilə  tarix və coğrafiya ixtisası üzrə təhsil alan tələbələr üçün “Alban xristian mədəniyyəti” mövzusunda elmi seminar keçirildi...


14.3.2014

Tələbələr “İnternet jurnalistikasi” təlimində

Xəzər Universiteti Humanitar və sosial elmlər fakültəsinin Jurnalistika departamentinin tələbələri Mircavad Mustafazadə, Zakir Əlibəyli və Nəzrin Əmişova Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının martın 11-14-də təşkil etdikləri “İnternet jurnalistikası” təlimlərində iştirak etmişlər...


14.3.2014

Azersun Holdinq ilə əməkdaşlıq

Xəzər Universitetinin İctimai əlaqələr və media üzrə direktoru Əlövsət Əmirbəyli, İnkişaf departamentinin müdiri Raziyə İsayeva və İnsan resursları departamentinin müdiri Ülkər İsayeva  martın 14-də Azersun Holdinq şirkətində işgüzar görüş keçirdilər...


14.3.2014

Əməkdaşlarımız təqdimat mərasimində

 Martın 14-də Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Əməkdar Elm Xadimi, professor Əziz Mirəhmədovun “Ərgünəş nəşriyyatı” tərəfindən nəşr olunmuş “Azərbaycan jurnalistləri və naşirləri” və “Əhməd bəy Ağaoğlu”  kitablarının təqdimatı  keçirilmişdir...


14.3.2014

Hamlet İsaxanlının məqaləsi Bakı qiraət qrupunda müzakirə olundu

Martın 14də Cənubi Qafqaz üzrə Amerika Tədqiqat İnstitutu və Bakı Amerika Mərkəzi Qiraət qrupunun Amerika Mərkəzində (Azərbaycan Dillər Universiteti) yığıncağı keçirildi...


14.3.2014

British Council Azərbaycanın PAŞA Bankla birlikdə təqdim etdiyi “İnşa müsabiqəsi”

British Concil Azərbaycan Paşa Bankla birlikdə fevralın 18-dən etibarən  Xəzər Universitetində bir neçə turdan ibarət “İnşa müsabiqəsi” təşkil etmişdir...


14.3.2014

Əməkdaşımız İctimai Televiziyanın "Din və cəmiyyət" verilişində

"Xəzər Xəbər" jurnalının baş redaktor müavini, əməkdar jurnalist Əlirza Balayev martın 14-də İctimai Televiziyanın "Din və cəmiyyət" verilişində iştirak etdi...


14.3.2014

"Bir kərə yüksələn bayraq" kitabının təqdimatı

Martın 14-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan adına klubunda yazıçı Teyyub Qurbanın Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinə həsr olunmuş "Bir kərə yüksələn bayraq" kitabının təqdimatı keçirimişdir...


13.3.2014

“Elm və Sənət Məclisi”nə aid sərgi

Xəzər Universiteti “Elm və Sənət Məclisi”nin katibliyi tərəfindən yeni binaya keçiddəki  foyedə bu günə kimi keçirilən məclislərin afişa sərgisi yaradılmışdır...


13.3.2014

Professor Hamlet İsaxanlının Leiden Universitetinə səfəri

Xəzər Universitetinintəsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı martın 13-də  Niderlandın Leiden Universitetində olmuşdur...


13.3.2014

Əməkdaşlarımız ”Microsoft İnnovasiya Günü"ndə

Xəzər Universiteti Kompüter elmləri departamentinin müdiri, fəlsəfə doktoru Leyla Muradxanlı və Satınalma departamentinin meneceri Aqşin Vəliyev martın 13-də “Microsoft Azerbaijan” şirkətinin “Microsoft İnnovasiya Günü" tədbirində iştirak etmişlər...


11.3.2014

"Dünya" məktəbinin şagirdləri Səməd Vurğunun ev muzeyində

Martın 11-də “Dünya” məktəbinin müəllimi Aydın Qənbərovun rəhbərliyi ilə VIIIa sinif şagirdlərinin  Səməd Vurğunun ev muzeyinə ekskursiyası təşkil edildi...


10.3.2014

Professor Hamlet İsaxanlı I Milli Vikipediya Forumunda

Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı martın 10-da Bakıda Park Inn otelində keçirilmiş I Milli Vikipediya Forumunda iştirak etmiş, çıxışında Azərbaycandilli vikipediyanın inkişafı ilə əlaqədar müxtəlif məsələlərə toxunmuşdur...


8.3.2014

Xəzər Universiteti Hüquq Tədris Mərkəzində İnsan hüquqları üzrə növbəti təlim keçirildi

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə Azərbaycan Hüquq Konsorsiumu layihəsi (AHK) çərçivəsində Humanitar və sosial elmlər fakültəsində yaradılmış Hüquq Tədris Mərkəzində  (HTM) martın 8-də insan hüquqları üzrə növbəti təlim  keçirildi...


8.3.2014

Tələbələrimiz "Entepreneurship Competition in Vilnius» Sahibkarlıq Müsabiqəsində iştirak etmişlər

Martın 5-8-də Litvanın Vilnüs şəhərində Vilnüs Universiteti, Maitas Smegenims, ParaZitas, Savas, VersloSavaite, DNB Bank, Teletrade və digər şirkətlərin dəstəyi ilə "Entepreneurship Competition in Vilnius»  Sahibkarlıq Müsabiqəsi keçirilmişdir...


7.3.2014

Xəzər Universitetində bayram şənliyi

Martın 7-də Xəzər Universitetində 8 mart – Beynəlxalq qadınlar günü münasibətilə bayram şənliyi keçirildi. Universitetin prorektorları Məhəmməd Nuriyev, Rafiq Əhmədov  və digərləri çıxış edərək, qadın əməkdaşları təbrik etdilər,  onlara cansağlığı, ailə səadəti və işlərində müvəffəqiyyətlər arzuladılar. Bayram şənliyi musiqinin müşayiəti ilə davam etdi, şeirlər, mahnılar səsləndi, iştirakçılar rəqs edib şənləndilər.


7.3.2014

Xəzər Universiteti kollektivinin təbriki

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Gəncə şəhərinin sosial-mədəni inkişafında xidmətləri olan şəxslərə fəxri adların verilməsi haqqında" 13 fevral 2014-cü il tarixli  sərəncamı ilə Gəncə Şəhər Təhsil İdarəsinin Məktəblərlə iş üzrə baş mütəxəssisi Məhəmməd Teymuraz oğlu Hacıyev də "Əməkdar müəllim" fəxri adına layiq görülmüşdür...


7.3.2014

Sənətçi müəllimlərimiz Londonda

Martın 7-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Xəzər Universitetinin müəllimi, əməkdar artist Fidan Hacıyeva və Xəzər Universiteti Musiqi və incəsənət departamentinin müdiri, pianoçu Zülfiyyə Sadıqova  Londonun  “Kings Place” konsert salonunda “Sounds of  Spring” ("Bahar təranələri") adlı solo konsertlə çıxış etmişlər...


6.3.2014

Əməkdaşlarımız AKİK-nın yubileyində

Xəzər Universiteti Kitabxana İnformasiya Mərkəzinin əməkdaşları Gülşən Mehdiyeva, Aytac Miskərli və Günay Muradova martın 6-da BDU-nun Elmi kitabxanasında keçirilmiş Azərbaycan Kitabxana İnformasiya Konsorsiumunun (AKİK) 10 illik yubileyində iştirak etmişlər...


6.3.2014

Həmkarlar Təşkilatı İdarə Heyətinin iclası keçirildi

Martın 6-da Xəzər Universiteti Həmkarlar Təşkilatı İdarə Heyətinin iclası keçirildi. İclasda Beynəlxalq Qadınlar Günü, Kollektiv Muqavilə ilə bağlı və cari məsələlər müzakirə olundu.

Müzakirədə iştirak edən İdarə Heyətinin üzvləri gündəlikdəki məsələlərə münasibət bildirib, təkliflərini verdilər. Kollektiv Müqavilənin müzakirəsindən sonra qərar verilməsi müəyyənləşdirildi...


6.3.2014

Şair və tədqiqatçı Nuridə Atəşi ilə görüş

Martın 6-da Xəzər Universitetinin Tarix və arxealogiya departamentinin təşkilatçılııı  ilə Almaniyadakı Nizami Gəncəvi adına Mədəniyyət İnstitutunun elmi işçisi, şair  Nuridə Atəşinin “Tarix və coğrafiya” ixtisası üzrə təhsil alan  tələbələrlə görüşü oldu və “Miflər arxasında gerçək tarix “ mövzusunda elmi seminar keçirildi...


6.3.2014

Əməkdaşlarımız Akare sərgisində

Xəzər Universitetinin əməkdaşları:  Kariera mərkəzinin kordinatoru Ülviyyə Hüseynova və İnsan resursları departamentinin direktor köməkçisi Arzu Muxtarova fevral ayının 26 - dan mart ayının 6 - na kimi Türkiyənin İzmir, İstanbul, Ankara və Adana şəhərlərində keçirilən Akare Beynəlxalq Xaricdə Təhsil sərgisində iştirak etmişlər.


5.3.2014

Xəzər Universiteti ilə BP və "ESİ İnternational" şirkətləri arasında Anlaşma Memorandumu imzalanmışdır

Martın 5-də Xəzər Universitetinin Mərmər zalında universitetlə BP şirkəti arasında Layihələri İdarəetmə Məktəbinin (LİM) fəaliyyət müddətinin uzadılması haqqında Anlaşma Memorandumu imzalanmışdır. LİM özəl və dövlət sektoru nümayəndələrinə layihələri idarəetmə üzrə beynəlxalq səviyyədə qəbul edilmiş geniş bir proqram üzrə təhsil almaq imkanı təmin etmək üçün 2011-ci ildə BP və onun tərəfdaşları tərəfindən yaradılıb...


5.3.2014

Tələbəmiz Ağ Evdən sertifikat alıb

Humanitar və sosial elmlər fakültəsinin I kurs tələbəsi Mirağa Bağırov  "Xocalı soyqırımı portreti" müsabiqəsinin qalibi olmuş və martın 5-də ABŞ administrasiyası Ağ Evin Beynəlxalq Münasibətlər Administrasiyasının Minnətdarlıq Sertifikatına layiq görülmüşdür...


4.3.2014

Böyük Britaniya səfirinin Xəzər Universitetində mühazirəsi

Siyasi elm və beynəlxalq münasibətlər departamentinin təşkil etdiyi “Avropa ölkələrinin müqayisəli siyasəti” silsiləsindən növbəti tədbir  Böyük Britaniyanın siyasəti və siyasi mədəniyyətinə həsr edilmişdir. Böyük Britaniyanın Azərbaycandakı səfiri  İrfan Siddiq  “Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının siyasəti və siyasi mədəniyyəti'” mövzusunda xüsusi məruzə ilə çıxış etdi...


4.3.2014

“CV-ni necə yazmalı” mövzusunda təlim

Mart ayının 4-də Xəzər Universitetinin Karyera mərkəzi universitetin Mərkəz kampusunda tələbələr üçün “CV-ni necə yazmalı” mövzusunda  təlim keçirdi...


3.3.2014

İndoneziya səfiri Xəzər Universitetində

Martın 3-də İndoneziya Respublıkasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Raden Prayono Atiyanto tanışlıq məqsədi ilə Xəzər Universitetində oldu, universitetin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı ilə görüşdü...


3.3.2014

Karnegi Tədqiqat Təqaüd Proqramının təqdimatı

Martın 3-də Beynəlxalq Təhsil üzrə Amerika Şurası Xəzər Universitetində 2014-2015-ci tədris ili üçün ABŞ-da Karnegi Tədqiqat Təqaüd Proqramı ilə bağlı təqdimat keçirib. Müsabiqədə universitetin sosial və humanitar elmlər sahəsində çalışan professor-müəllim heyəti, tədqiqatçıları, doktorantura tələbələri iştirak edə bilərlər...


2.3.2014

Hamlet İsaxanlı AzTV-nın “Ovqat” verilişində

Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı martın 2-də  AzTV-nin “Ovqat” verilişinin qonağı oldu, müxtəlif mövzularda öz rəylərini bildirdi...


1.3.2014

Hamlet İsaxanlının “Mədəniyyət” televiziya kanalında mühazirəsi

Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı martın 1-də  “Mədəniyyət” televiziya kanalının “Mühazirə” verilişində fikiza riyaziyyat elmlərinin inkişafı mövzusunda  mühazirə ilə çıxış etdi.


1.3.2014

Xəzər Universitetinin Hüquq Tədris Mərkəzində İnsan Hüquqları üzrə növbəti təlim keçirildi

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə Azərbaycan Hüquq Konsorsiumu layihəsi (AHK) çərçivəsində Humanitar və sosial elmlər fakültəsində yaradılmış Hüquq Tədris Mərkəzində  (HTM) martın 1-də insan hüquqları üzrə növbəti təlim  keçirildi...


28.2.2014

Rusiya səfiri Xəzər Universitetində

Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Vladimir Doroxin Xəzər Universitetində qonaq olmuşdur. Əvvəlcə qonaq universitetin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı ilə görüşmüşdür. Qonağı səmimi salamlayan H. İsaxanlı ona Xəzər Universitetinin əsas fəaliyyət istiqamətləri barədə ətraflı məlumat vermiş, səfirlik və universitet arasındakı əməkdaşlığın səviyyəsindən məmnunluğunu bildirmişdir...


28.2.2014

Hamlet İsaxanlının "Ziyarət" poeması əsasında səhnələşdirilmiş musiqili tamaşanın premyerası oldu

Fevralın 28-də Xəzər Universitetinin "Dünya" konsert salonunda Hamlet İsaxanlının "Ziyarət" poeması əsasında səhnələşdirilmiş musiqili tamaşanın premyerası oldu. Tamaşaya müqəddimə kimi H. İsaxanlının həyat və fəaliyyətinə aid qısa film nümayiş etdirildi...


28.2.2014

"Dünya" məktəbinin şagirdləri “Kosmosa səyahət” sərgisində

 Fevral ayında "Dünya" məktəbi şagirdlərinin Heydər Əliyev Mərkəzində təşkil olunan ABŞ-ın Kosmik və Raket Mərkəzinin “Kosmosa səyahət” sərgisində qruplarla  iştirakı təşkil edildi...


27.2.2014

Tarix dərslərində “Xocalı soyqrımı” mövzusuna geniş yer verildi

Fevralın 25-27-də Xəzər Universitetinin Tarix və arxeologiya departamenti tarix dərslərində  “Xocalı soyqrımı” mövzusuna geniş yer ayırdı...


27.2.2014

Xəzər Universitetində xarici əməkdaşların təqdimatı

Fevralın 27-də yeni və yenidən Xəzər Universitetinə qayıdan xarici müəllimlərin və doktorantların Mədəniyyət Mərkəzində təqdimatı oldu...


27.2.2014

Xəzər Universitetində “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: erməni uydurmaları və Azərbaycan həqiqətləri” mövzusunda elmi-praktik konfrans keçirildi

Xəzər Universiteti və Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının birgə təşkil etdikləri “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: erməni uydurmaları və Azərbaycan həqiqətləri” mövzusunda elmi-praktik konfrans keçirildi...


27.2.2014

Tələbələrimiz I Avropa Oyunlarınına hazırlıq mərhələsində iştirak edirlər

Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin direktoru Elçin Səfərov Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlya göndərdiyi məktubda bildirir ki, 2015-ci il Avropa Oyunlarına qədər Bakıda təşkil olunacaq beynəlxalq idman tədbirləri sınaq tədbirləri olaraq,  Bakı Avropa Oyunları Əməliyyat Komitəsinə həvalə olunmuşdur...


26.2.2014

Xəzər Universitetində CISCO laboratoriyası fəaliyyətə başlayır

Xəzər Universiteti nəzdində fəaliyyət göstərən İnternet İnstitutunda CISCO laboratoriyası fəaliyyətə başlayır. Laboratoriyada tələbələrin sərbəst çalışaraq ICND1, ICND2, CCENT və CCNA beynəlxalq sertifikatları almaları üçün müvafiq şərait yaradılmışdır...


26.2.2014

Xocalı soyqırımına həsr olunmuş mərasim

Fevralın 26-da Xəzər Universitesinin Mərkəz kampusunda korpusunda İqtisadiyyat ve Menecment fakültəsinin tələbələri Aysel Quluyeva, Leyla Cəfərova, Aida Neymətli, Leyli Quliyeva, Musa Abdullayev ve digərlərinin təşkilatçılığı ilə Xocali soyqırımına həsr olunmuş mərasim keçirildi. Mərasimdə İqtisadiyyat və menecment fakültəsinin dekanı professor İnqilab Əhmədov, Xocalı faciəsinə şeirlər həsr etmiş  Yuri Məmmədov, fakültənin müəllim və əməkdaşları, tələbələr, qonaqlar iştirak edirdilər...


26.2.2014

"Dünya" məktəbində Xocalı soyqırımı ilə bağlı anım mərasimi keçirildi

Fevralın 26-da "Dünya" məktəbində Xocalı soyqırımının 22-ci ildönümü ilə bağlı anım mərasimi keçirildi. Bir qrup şagird Xocalışəhidlərinin xatirəsinə ucaldılmış "Ana fəryadı" abidəsini ziyarət etdi. Saat 12-də bütün məktəblilərin iştiraki ilə həlak olanların xatirəsi 1 dəqiqəlik sükütla yad olundu.


26.2.2014

“Dünya” məktəbində “İB School”un kurikulumu və dərs kitablarının müzakirəsi

Fevralın 26-da  Xəzər Universitetinin “Dünya” Məktəbində “Dərs kitablarının hazırlanması və qiymətləndirilməsi” layihəsi çərçivəsində dəyirmi masa keçirildi...


25.2.2014

Tələbələrimiz təcrübə məqsədilə zavodlarda olmuşlar

Fevral ayının 25-də  Coğrafiya və ətraf mühit departamentinin təşkil etdiyi "Ətraf Mühit" (Environmental Science) kursu üzrə təhsil alan tələbələr  təcrübə məqsədilə Təmiz Şəhər Açıq Səhmdar Cəmiyyətinin (Tamiz Shahar JSC) Balaxanıda yerləşən Bərk Məişət Tullantılarının Çeşidlənməsi (Balakhany Sorting Facility) və Bərk Məişət Tullantılarının Yandırılması (Waste to Energy Plant)  zavodlarında istehsal prosesi ilə yaxından tanış olmuşlar...


25.2.2014

Məzunumuz üçün xeyriyyə aksiyası keçirilmişdir

Fevralın 25-də İctimai əlaqələr və media üzrə direktor  Əlövsət Əmirbəyli, Tələbə Məclisinin prezidenti Nərgiz Əhmədova və Təhsil fakültəsi dekanının assistenti Aysel Tağıyevanın təşkilatçılığı ilə universitetimizin məzunu Əhmədalı Babaşovun böyrək çatışmazlığından müalicəsi üçün xeyriyyə aksiyası keçirilmişdir...


25.2.2014

Xocalı soyqırımına həsr olunmuş tədbir

Fevralın 25-də Xəzər Universitetinin Kitabxana İnformasiya Mərkəzinin (KİM) və Kitab Klubunun təşkilatçılığı ilə  Xocalı soyqırımına həsr olunmuş tədbir keçirildi...


25.2.2014

Universitetin tələbələrinə və əməkdaşlarına təşəkkür

Fevralın 25-də universitetimizin İqtisadiyyat və menecment fakültəsinin məzunu Əhmədalı Babaşovun böyrək çatışmazlığından müalicəsi üçün xeyriyyə aksiyası keçirilmişdir...


25.2.2014

"Gənc Tədqiqatçıların Təqaüd Proqramı" adlı konfrans keçirildi

Fevralın 25-də “Four Seasons” oteldə "Gənc Tədqiqatçıların Təqaüd Proqramı" adlı konfrans keçirildi...


25.2.2014

"Dünya" məktəbində M. Ə. Rəsulzadənin 130 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər keçirildi

Fevral ayında "Dünya" məktəbində M. Ə. Rəsulzadənin 130 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər keçirildi.  Ayın 19-da keçirilən ilk tədbirdə məktəbin 5a sinif şagirdləri və onların sinif rəhbəri Səadət Məmmədova çox maraqlı film-slaydla böyük şəxsiyyət haqqında dolğun məlumat verdilər. Tədbir şagirdlər tərəfindən maraqla izlənildi...


24.2.2014

“İslamda qeyri - müsəlmanlar” mövzusunda mühazirə

Fevralın 24-də Xəzər Universitetində BDU-nun dosenti, fəlsəfə doktoru Namiq Abuzərov “İslamda qeyri - müsəlmanlar” mövzusunda geniş və maraqlı mühazirə söylədi...


22.2.2014

Xəzər Universitetinin Hüquq Tədris Mərkəzində İnsan Hüquqları üzrə növbəti təlim keçirildi

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə Azərbaycan Hüquq Konsorsiumu layihəsi (AHK) çərçivəsində Humanitar və sosial elmlər fakültəsində yaradılmış Hüquq Tədris Mərkəzində  (HTM) fevralın 22-də insan hüquqları üzrə növbəti təlim  keçirildi...


21.2.2014

Əməkdaşımız yubiley tədbirində iştirak etdi

Fevralın 21-də Azərbaycan Dövlət Dillər Universitetində  universitetin İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin yaradılmasının 5 illik yubiley tədbiri keçirildi...


20.2.2014

Universitetin yiğma futbol komandası ilə görüş

Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı fevralın 20-də universitetin yiğma futbol komandasının heyəti ilə məşq meydançasında görüşərək, yarışlara hazırlığın gedişi, komandanın tərkibində fakültələrin necə təmsil olunması  ilə maraqlandı və məşqin gedişini izlədi...


19.2.2014

Ali təhsil müəssisələrinin rəhbərlərinə

Nəzərinizə çatdırırıq ki, İREX - Azərbaycan şirkəti məktubla Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət edərək növbəti il üçün Qlobal Tələbə Mübadiləsi Proqramının (UGRAD) həyata keçirilməsinə başladığını bildirmiş və bu işdə Nazirliyin dəstəyinə ehtiyac olduğunu qeyd etmişdir...


19.2.2014

Fransa səfirinin "Xəzər"ə təşəkkür məktubu

Fransanın Azərbaycandakı səfirinin Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, Professor Hamlet İsaxanlıya göndərdiyi təşəkkür məktubunun tam mətninə baxa bilərsiniz...


19.2.2014

Litva və İtaliya universitetlərinin nümayəndələri Xəzər Universitetində

Fevralın 19-da Litvanın Vytautas Magnus Universitetinin nümayəndələri –  Siyasi elm şöbəsinin müdiri, dosent  Andzej Puksto, həmin şöbənin əməkdaşları Jonas Vaicenonis, Aistė Žemaitytė və İtaliyanın Boloniya Universitetinin professoru Stefano Biançini Xəzər Universitetində oldular...


18.2.2014

Elmi-tədqiqat Layihələrinin Təqdimatı Elanı

ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyi (AAA), Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi (MTTYM) və Azərbaycan Dillər Universitetinin Amerika Mərkəzi 3-cü Təhsil Forumunda xaricdə təhsil almış məzunların təhsil, bacarıq və təcrübəsinə əsaslanaraq, Azərbaycanda təhsilin inkişafı naminə Təhsil Siyasəti (Təhsil strategiyası) üzrə tədqiqat layihələrini təqdim etməyə dəvət edir...


18.2.2014

"Xəzər"ə təşəkkür məktubu

Xəzər Universitetinin, “Vienna Art Center”in, “Yves Rocher” Fransa şirkətinin birgə dəstəyi və “Dirçəliş” Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzinin təşkilatçılığı ilə yanvarın 29-31-də  universitetdə Azərbaycanın gənc rəssamlarının əsərlərindən ibarət “Kompromis” adlı sərginin keçirilməsində göstərdiyiniz yardıma görə Sizə və universitet əməkdaşlarına dərin minnətdarlığımızı bildiririk...


18.2.2014

Fransa səfirinin Fransanın siyasi quruluşu və mədəniyyəti haqqında açıq mühazirəsi

Siyasi elm və beynəlxalq münasibətlər departamentinin dəvəti ilə Fransa Respublikasının Azərbaycandakı səfiri  Paskal Mönye fevralın 18-də Xəzər Universitetində xüsusi məruzə ilə çıxış etdi. O, Fransanın siyasi quruluşu, siyasi mədəniyyəti haqqında hərtərəfli məlumat verdi...


18.2.2014

PACT Tempus layihəsi ilə əlaqədar ilk görüş

Xəzər Universitetinin iki nümayəndəsi - Təhsil fakültəsinin dekanı, fəlsəfə doktoru Elza Səmədova və İnkişaf direktoru Raziyə İsayeva fevralın 17-18-də Tbilisidə keçirilən PACT Tempus layihəsinin ilk iclasında iştirak etdilər...


17.2.2014

“Kompromis” adlı sərgi haqqında Naxçıvan dövlət televiziyasının çarxı

Yanvarın 29-31- də Xəzər Universiteti, “Vienna Art Center”, “Yves Rocher” Fransa şirkətinin birgə dəstəyi və “Dirçəliş” Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzinin təşkilatçılığı ilə Xəzər Universitetinin “Neftçilər” korpusunda Azərbaycan gənc rəssamlarının əsərlərindən ibarət“Kompromis” adlı sərgi təşkil olunmuşdu. 


17.2.2014

MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi Xəzər Universitetində təqdimat keçirdi

Fevralın 17-də MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi (www.miras.az) Xəzər Universitetində 2014-cü ildə təşkilatçısı olacağı 4  beynəlxalq tədbirin təqdimatını keçirdi...


17.2.2014

Baker Hughes şirkətinin nümayəndələri Xəzər Universitetində

Baker Hughes şirkətinin universitetlərlə əlaqə şöbəsinin koordinatoru Katerina Mişina və sahə mühəndisi Kəmalə Cəfərova fevralın 17-də  Xəzər Universitetində İdarəetmə və tələbə işləri üzrə prorektor Rafig Əhmədov, Mühəndislik və tətbiqi elmlər fakültəsinin dekanı Hassan Niknafs, Neft mühəndisliyi  departamentinin müdiri Qəşəm Zeynalov və Elektronika, telekommunikasiya və radiomühəndislik departamentinin  müdiri Nuru Səfərov ilə görüşmüşlər...


15.2.2014

Doktorant tələbələr və əməkdaşlar üçün mühazirə

Fevralın 15-də Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaxanlı universitetin Neftçilər korpusunda doktorant tələbələr və əməkdaşlar üçün elm və fəlsəfə tarixinə dair  mühazirə söylədi...


15.2.2014

Xəzər Universitetinin Hüquq Tədris Mərkəzində insan hüquqları üzrə kursun növbəti təlimi keçirildi

Fevralın 15-də ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə Xəzər Universiteti və Azərbaycan Hüquqşünaslar Konfederasiyasının birgə layihəsi olan, Humanitar və sosial elmlər fakültəsində yaradılmış Hüquq Tədris Mərkəzində  (HTM) insan hüquqları üzrə növbəti təlim  keçirildi...


15.2.2014

"Dünya" məktəbinin şagirdləri “Sabahın alimləri” müsabiqəsində

 "Dünya" məktəbinin 9a sinfinin şagirdləri Ayxan Məstəliyev və Məhbubə Qəhrəmanova fevralın 13-15-də Təhsil, Gənclər və İdman nazirliklərinin, “Mədəd-Azərbaycan” qurumunun birgə təşkilatçılığı ilə “Kempinski Hotel Badamdar”da keçirilmiş “Sabahın alimləri” III Respublika Müsabiqəsində “Ekologiya və ətraf mühitin idarə olunması” kateqoriyası üzrə layihələri ilə iştirak edərək, sertifikat almışlar.


14.2.2014

Serqey Yeseninə həsr olunmuş ədəbi-bədii kompozisiya

Fevralın 14-də Azərbaycan Yaradıcılıq Fondunda böyük rus şairi Serqey Yeseninə həsr olunmuş ədəbi-bədii kompozisiyadan ibarət tədbir keçirildi. Tədbiri fondun İdarə Heyəti sədrinin birinci müavini, əməkdar mədəniyyət işçisi, bədii qiraət ustası Rafiq Kaşanlı açaraq, Maksim Qorkinin Yesenin haqqında xatirəsini söylədi...


13.2.2014

"Dünya" məktəbində fənn müəllimləri ilə iclaslar keçirilir

Fevral ayında "Dünya" məktəbində fənn müəllimləri ilə keçirilən iclaslarda ən müasir təlim metodlarından istifadədən faydalanma, şagirdlərin nailiyyətləri, I yarımilin testlərinə baxış və s. məsələlər müzakirə edilir...


13.2.2014

"Xəzər"də xeyriyyə tədbiri

Fevralın 13- də Xəzər Universitetində  Tələbə Məclisinin təşkilatçıliğı ilə talassemiya xəstəliyindən əziyyət çəkən 5 yaşlı Ağazadə Fərid Vüqar oğluna maddi yardım göstərmək məqsədilə  xeyriyyə  bazarı  keçirildi...


12.2.2014

Xəzər Universiteti Elektron Arxivi reytinq cədvəlində region üzrə birinci yeri tutmuşdur

Webometrics 2014-cü il üçün  elektron arxivlərin reytinqini açıqlamışdır. Bu il reytinq cədvəlində dünyanın ən yaxşı 1746 elektron arxivi  yer alıb. Xəzər Universiteti Elektron Arxivi  1149-cu yerdədir.


11.2.2014

Qafqaz Tədqiqat Resurs Mərkəzi-Azərbaycan 4-cü yerdə

ABŞ-ın Pensilvaniya Universitetinin Beyin Mərkəzləri və Vətəndaş Cəmiyyəti proqramının dünya üzrə beyin mərkəzlərinin reytinqinə əsasən Qafqaz Tədqiqat Resurs Mərkəzi-Azərbaycan (QTRM-Azərbaycan) Mərkəzi Asiya və Qafqaz beyin mərkəzlərinin arasında 4-cü yerdədir...


11.2.2014

Xəzər Universitetində yanğına qarşı təbliğat günü keçirilmişdir

Əhalinin yanğın təhlükəsizliyi bilgiləri ilə maarifləndirilməsi üçün müəyyən olunmuş vəzifələrin icrasının səmərəsini yüksəltmək,  eyni zamanda, gənclərdə həyat təhlükəsizliyinin əsasları ilə bağlı məlumatların  artırılması məqsədilə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti (DYNX)    yanğına qarşı təbliğat xarakterli tədbirlərə önəm verərək,  fevralın 11-də Xəzər Universitetində müəllim və tələbələrin iştirakı ilə  yanğına qarşı təbliğat günü keçirmişdir...


10.2.2014

Bremen Tətbiqi Elmlər Universitetinin nümayəndələri “Xəzər”də

Fevralın 10-da Bremen Tətbiqi Elmlər Universitetinin (Bremen University of Applied Sciences) idarəetmə üzrə direktoru Ramon Spiecker və kurs koordinatoru Regine Hink, həmin universitetin keçmiş tələbələri Əbülfəz Abdullayev və Elimdar Bayramov Xəzər Universitetində olub, universitetin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı ilə görüşdülər. Xəzər Universitetinin akademik işlər üzrə prorektoru Məhəmməd Nuriyev və Beynəlxalq əlaqələr üzrə prorektoru Fərda Əsədov, Beynəlxlaq əlaqələr üzrə prorektorun assistenti Həvvaxanım Qurbanova da görüşdə iştirak edirdilər...


10.2.2014

Mərkəzi Ofis və Təcrübə Firması təlimlərə başlayıb

Azərbaycanın iki ali məktəbində (Xəzər Universiteti və Azərbaycan Dövlət İqtisad Universiteti) yaradılan Mərkəzi Ofis  və Təcrübə Firması  Xəzər Universitetində heyət üzvləri üçün təlimlərə başlayıb. Bu müəssisələr  Avropa PEN International, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dünya Bankının dəstəyi ilə yaradılıb. Təlim  fevralın 10-da başlayıb və  fevralın 14-nə qədər davam edəcək...


9.2.2014

Xəzər Universiteti Hüquq Tədris Mərkəzində “Korrupsiya qanunvericiliyi və insan hüquqları” mövzusunda təlim keçirildi

Fevralın 9-da   Xəzər Universiteti Hüquq Tədris Mərkəzi “Korrupsiya qanunvericiliyi və insan hüquqları” mövzusunda 1 günlük təlim keçirdi. Təlimdə Xəzər Universiteti, Bakı Dövlət Universiteti, Milli Aviasiya Akademiyası, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Polis Akademiyasının  tələbələri  və praktik hüquqşünaslar iştirak edirdilər...


8.2.2014

Xəzər Universitetinin Hüquq Tədris Mərkəzində İnsan Hüquqları üzrə silsilə təlim keçirildi

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə Azərbaycan Hüquq Konsorsiumu layihəsi (AHK) çərçivəsində Humanitar və sosial elmlər fakültəsində yaradılmış Hüquq Tədris Mərkəzində  (HTM) fevralın 8-də insan hüquqları üzrə növbəti təlim  keçirildi. Tədris mərkəzinin fəaliyyəti, əsasən, cari dərs ilində hüquqşünas tələbələr üçün insan hüquqları üzrə təlim kurslarının keçirilməsi və vəkil olmaq istəyən gənc hüquqşünasları Vəkillər Kollegiyasına üzv olmaq üçün imtahanlara hazırlaşdırmaqdan ibarətdir...


8.2.2014

"Dünya" məktəbində "Yarat və Öyrət" devizi altında İkinci İB Forumu keçirildi

Fevralın 8-də  Xəzər Universiteti   "Dünya"  məktəbi  ikinci  İB Forumu keçirdi. Forumda  Bakıdan və Sumqayıtdan müxtəlif məktəblər iştirak etdilər. Forumun məqsədi  təhsilimizin bugünkü vəziyyəti və gələcəyi ilə bağlı fikirləri müzakirə etmək idi...


7.2.2014

Lent.az xəbər portalında Hamlet İsaxanlının müsahibəsi dərc olunmuşdur

Fevralın 3-də Lent.az xəbər portalında Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlının müsahibəsi dərc olunmuşdur...


7.2.2014

Xəzər Universiteti ali məktəblərin Dünya Reytinq Cədvəlində yenə də yüksək liqada yer almışdır

Son bir neçə ildə dünyada universitetlərin reytinqinin müəyyənləşdirilməsi sahəsində çalışan nüfuzlu təşkilatların reytinq cədvəllərində Xəzər Universiteti ardıcıl olaraq yer alır...


6.2.2014

“Avropa İnsan Hüquqları Məhkəməsində prosedur” mövzusunda seminar

Fevralın 6-daXəzər Universitetinin Hüquq Tədris Mərkəzi “Avropa İnsan Hüquqları Məhkəməsində prosedur” mövzusunda seminar keçirmişdir...


6.2.2014

“Həmkarlarla düzgün ünsiyyət qurma bacarığı” mövzusunda təlim

Xəzər Universitetinin İnsan resursları departamentinin universitetin işçi heyəti üçün təşkil etdiyi silsilə treninqlərin davamı olaraq   fevralın 4-də və 6-da  “Həmkarlarla düzgün ünsiyyət qurma bacarığı” mövzusunda təlim keçirilmişdir...


3.2.2014

Tələbələrimiz “Megafun” əyləncə mərkəzində

Xəzər Universiteti Mühəndislik və tətbiqi elmlər fakültəsinin bir qrup tələbəsi “İnternet Programming” fənninin tədrisini bitirmələri münasibətilə həmin fənnin müəllimi Rəşad Əliyevin təşkilatçılığı ilə “Megafun” əyləncə mərkəzinə bouling oyununa getmişlər...


2.2.2014

İctimai TV-nın “Elm üçbucağı” verilişində

Fevralın 2-də saat 18:00 -da İctimai TV-nın “Elm üçbucağı” verilişində Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlının “Əndəlüs. İspaniyada İslam sivilizasiyası” haqqında mühazirəsi efirə verildi. Verilişdə universitetin tələbələri, əməkdaşları da dinləyici qismində iştirak etdilər.


2.2.2014

Xəzər Universitetinin Hüquq Tədris Mərkəzində Hüquqi yazı və təhlil üzrə təlim keçirildi

Fevralın 1-2-də   Xəzər Universiteti Hüquq Tədris Mərkəzində Hüquqi yazı və təhlil üzrə 2 günlük təlim keçirildi...


1.2.2014

Xarici doktorantura tələbəmiz ATV və "Mədəniyyət" kanallarında

Xəzər Universitetinin Azərbaycan ədəbiyyatı üzrə doktorantura tələbəsi Marta Lauri (ABŞ) və universitetin Musiqi və incəsənət departamentinin müəllimi Məhsəti Cabbarova yanvarın 31-də "Mədəniyyət"  kanalının “Musiqi xəzinəsi” verilişində sazda Mikayıl Azaflının sözlərindən ibarət duet ifa etdilər...


30.1.2014

"Xəzər"də yubiley mərasimi

Yanvarın 30-da Xəzər Universitetində "Xəzər Xəbər"  jurnalının baş redaktor müavini, əməkdar jurnalist Əlirza Balayevin 70 illik yubileyi keçirildi. İctimai əlaqələr və media üzrə direktor Əlövsət Əmirbəyli yubiley tədbirini  açaraq, Ə.Balayevin həyat və yaradıcılığı haqqında danışmaq üçün sözü universitetin Qəbul və tələbə şöbəsinin müdiri İsaxan İsaxanlıya verdi. İ.İsaxanlı yubilyarın həyat  və fəaliyyəti haqqında geniş məlumat verərək, universitetin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaxanlı tərəfindən imzalanan təbrik məktubunu oxudu...


30.1.2014

Tələbələrimiz təqdimatda iştirak etmişlər

Yanvarın 30-da AMEA Milli Azərbaycan Tarixi Muzeyində muzey tərəfindən 2013-cü il ərzində nəşr olunmuş kitabların təqdimatı keçirilmişdir...


30.1.2014

İsrail İmmiqrasiya Nazirliyinin baş elmi işçisi Xəzər Universitetində

srail İmmiqrasiya Nazirliyinin baş elmi işçisi, Fəlsəfə doktoru Vladimir Zeev Xanin  Xəzər universitetinin qonağı olmuşdur. Doktor Xanin  İsrailin siyasi quruluşu və partiya siyasəti ilə bağlı məlumat verdi və İsrailin texnoloji sənayeləşdirilməsi və təbii resurs çatışmazlığının bu ölkənin inkişaf səviyyəsini necə stimullaşdırması haqqında fikirlərini görüş iştirakçıları ilə  paylaşdı...


29.1.2014

Xəzər Universitetində Azərbaycanın gənc rəssamlarının “Kompromis” adlı sərgisi açıldı

Yanvarın 29-da Xəzər Universitetinin, “Vienna Art Center”in və “Yves Rocher” Fransa şirkətinin birgə dəstəyi ilə 2 fevral-Azərbaycan Gəncləri Günü ilə əlaqədar “Dirçəliş” Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzinin təşkilatçılığı ilə Xəzər Universitetinin “Neftçilər” korpusunda Azərbaycanın gənc rəssamlarının əsərlərindən ibarət“Kompromis” adlı sərgi açıldı. Sərginin məqsədi gənc rəssamların istedadını nümayiş etdirmək, onların yaradıcılıq imkanlarının genişlənməsinə şərait yaratmaqdır...


29.1.2014

Xəzər Universitetinin "Dünya" məktəbində ingilis dili üzrə təlim kursu başa çatdı

Xəbər verdiyimiz kimi, "Dünya" məktəbi Bakı şəhərində yerləşən qaçqın və məcburi köçkün məktəblərində ingilis dili fənninin tədrisinin təkmilləşdirilməsi və müasir tələblər səviyyəsində qurulmasında ingilis dili müəllimlərinə yardım etmək məqsədilə “Ümumtəhsil məktəblərində ingilis dili tədrisinin təkmilləşdirilməsi yolları” mövzusunda təlim kursu təşkil etmişdi...


29.1.2014

Tələbəmiz BP şirkətinin xüsusi mükafatına layiq görülmüşdür

Yanvarın 29-da BP şirkəti Azərbaycan universitetlərində neft-qaz sahəsində ixtisaslaşan bir qrup birinci və ikinci kurs tələbələrinə öz xüsusi mükafatlarını təqdim etmişdir. Xəzər Universitetinin Mühəndislik və tətbiqi elmlər fakültəsinin neft-qaz mühəndisliyi ixtisası üzrə təhsil alan birinci kurs tələbəsi Nadir Əlizadə də mükafat alanlar arasındadır...


28.1.2014

Tələbələrimiz müvəffəqiyyətlə magistr işi müdafiə etdilər

Yanvarın 28-də universitetdə təşkil olunmuş Müdafiə komissiyasında Humanitar və sosial elmlər fakütəsinin tələbələri –   Bənövşə Qaragözovanın “XVII əsr ingilis ədəbiyyatında bədii nəsrin təkamülü”, Günay Vəliyevabnın “Cefri Çoserin əsərlərinin Con Drayden ədəbi yaradıcılığına təsiri” və Aynurə Hüseynovanın “Historical English Borrowings” (“İngilis dilində alınma sözlərin tarixi”)  mövzularında magistr dissertasiyalarının müdafiəsi keçirildi...


27.1.2014

Xəzər Universitetinin 7 tələbəsi BP-nin təqaüd proqramının qalibidir

Xəzər Universitetinin Neft-qaz mühəndisliyi ixtisası üzrə birinci kurs tələbələri Gözəl Hüseynalı, Kamran Abbasov, Nadir Əlizadə,  Nərmin Talıbova, Fərid Həsənov, Fidan Rüstəmova  və Arif İmanov BP-nin təqaüd proqramının qalibləri elan olunmuşlar.


27.1.2014

Türkiyənin Erciyəs Universiteti və Xəzər Universiteti Bakıda beynəlxalq simpozium keçirəcəklər

Yanvarın 21-24-də  Xəzər Universitetnin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaxanlının sədrliyi ilə   bu il mayın 26-28-də  Türkiyənin Erciyəs Universiteti ilə birlikdə keçirilməsi planlaşdırılan “XXI əsrin pəncərəsindən mədəniyyət və kimlik" mövzusunda Beynəlxalq simpoziumun Təşkilat Komitəsinin (TK) geniş iclası keçirildi...


24.1.2014

“Əlilliyi olan insanların Azərbaycanın ali təhsil müəssisələrinə inteqrasiyasının təməlinin qoyulması” adlı Tempus layihəsi ilə əlaqədar ilk görüş keçirildi

Yanvarın 23-24-də Xəzər Universitetində  “Əlilliyi olan insanların Azərbaycanın ali təhsil müəssisələrinə inteqrasiyasının təməlinin qoyulması” adlı Tempus layihəsi (“The Establishment of a Foundation for the Integration of Disabled People into HEIs of Azerbaijan” -(ESFIDIP) 543649-TEMPUS-1-2013-1-AZ-TEMPUS-JPGR)  ilə əlaqədar ilk görüş keçirildi...


22.1.2014

Hamlet İsaxanlının məqaləsi Cambridge Journals nəşriyyatı tərəfindən dərc olunub

 Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlının “Wavering Azerbaijani Literati Views of America: From the Russian Tsarist through the Modern Periods” adlı məqaləsi yanvarın 22-də “Cambridge Journals”  nəşriyyatı tərəfindən “Journal of American Studies” jurnalında dərc olunub...


21.1.2014

Xəzər Universitetinin "Dünya" məktəbində şagirdlərdə vətənpərvərlik tərbiyəsinin inkişafına həsr olunmuş ay

Xəzər Universitetinin "Dünya" məktəbində yanvar ayı bütünlüklə şagirdlərdə vətənpərvərlik tərbiyəsinin inkişafına həsr olunub...


21.1.2014

“Elm və Sənət Məclisi”nin 61-ci məşğələsi

Yanvarın 21-də Xəzər Universitetinin “Elm və Sənət Məclisi”nin 61-ci məşğələsi keçirildi. Məşğələnin açılışından öncə universitetin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı  yanvarın 17-də  dünyasını dəyişmiş tarix elmləri doktoru, Türk Tarix Qurumunun üzvü, əməkdar elm xadimi, professor Süleyman Əliyarlı haqqında qonaqlara məlumat verdi və onun xatirəsi bir dəqiqəlik sükutla yad olundu...


21.1.2014

Türkiyəli mütəxəssislər Tarix və arxeologiya departamentində

Yanvarın 21-də Türkiyənin məşhur arxeoloqu, İstanbul Universitetinin professoru Mehmet Özdoğan və xanımı İstanbul Teknik Universitetinin əməkdaşı, memar Zeynep Eres və AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyev Xəzər Universitetinin Tarix və arxeologiya departamentinin qonağı oldular...


21.1.2014

Türkiyəli alimlər Xəzər Universitetində

Yanvarın 21-də Türkiyənin və dünyanın məşhur arxeoloqlarından sayılan, İstanbul Universitetinin təqaüddə olan professoru Mehmet Özdoğan, İstanbul Texniki Universitetinin dosenti, arxeoloq Zeynep Eres və onları müşayiət edən AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyev Xəzər Universitetində  universitetin təsisçisi, Direktorlar və Qəyyumlar  Şurasının sədri professor Hamlet İsaxanlı ilə görüşdülər...


19.1.2014

İctimai TV-nın “Elm üçbucağı” verilişində

Yanvarın 19-də saat 18:00 və 20-də saat 01:00da İctimai TV-nın “Elm üçbucağı” verilişində Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlının “Qedim Hunlarda torpaq davası” haqqında mühazirəsi efirə verildi. Verilişdə universitetin əməkdaşları da dinləyici qismində iştirak etdilər.


18.1.2014

Xəzər Universitetinin Hüquq Tədris Mərkəzində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi təlim keçirdi

Yanvarın 18-də ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə Xəzər Universiteti və Azərbaycan Hüquqşünaslar Konfederasiyasının birgə layihəsi olan, Humanitar və sosial elmlər fakültəsində yaradılmış Hüquq Tədris Mərkəzində  (HTM) insan hüquqları üzrə növbəti təlim  keçirildi...


17.1.2014

Universitəmizin yaxın dostu, tarix elmləri doktoru, prof. Süleyman Əliyarlı allahın rəhmətinə qovuşmuşdur.

Universitəmizin yaxın dostu, tarix elmləri doktoru, prof. Süleyman Əliyarlı allahın rəhmətinə qovuşmuşdur. Mərhumun ailəsinə, qohumlarına , yaxınlarına  allahdan rəhmət diləyirik.


17.1.2014

Xəzər Universitetinin "Dünya" məktəbində Elmi-Metodiki Məclisin növbəti iclası keçirildi

Yanvar ayının 17-də "Dünya" məktəbində  Elmi-Metodiki Məclisin növbəti iclası keçirildi...


16.1.2014

Xəzər Universitetinin "Dünya" məktəbində şagirdlərin bacarıq və yaradıcılıq qabiliyyətlərinin inkişafı üçün tədbir

Xəzər Universitetinin "Dünya" məktəbində şagirdlərin bacarıq və yaradıcılıq qabiliyyətlərinin inkişafı üçün müntəzəm olaraq bir-birindən maraqlı tədbirlər keçirilir. Yanvarın 16-da 5b sinfi tərəfindən keçirilən təqdimat və yarış da bu tip yaddaqalan tədbirlərdən biri oldu...


14.1.2014

GəncMİİB ilə müqavilə

Yanvarın 14-də Xəzər Universiteti Karyera inkişaf mərkəzinin koordinatoru Ülviyyə Hüseynova və Gənc Mühəndislərin İnkişafı İctimai Birliyi (GəncMİİB) idarə heyətinin sədri Polad Rüstəmov  əməkdaşlıq haqqında müqavilə imzalamışlar...


12.1.2014

İctimai TV-nın “Elm üçbucağı” verilişində

Yanvarın 12-də İctimai TV-nın “Elm üçbucağı” verilişində Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlının “Qedim Yunanistan və Roma dövrünün fəlsəfə cərəyanları” haqqında mühazirəsi efirə verildi...


11.1.2014

Xəzər Universitetinin Hüquq Tədris Mərkəzində “Əlil hüquqlarının təminatı mexanizmi” mövzusunda təlim keçirildi

Yanvarın 11-də ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə Xəzər Universiteti və Azərbaycan Hüquqşünaslar Konfederasiyasının birgə layihəsi olan, Humanitar və sosial elmlər fakültəsində yaradılmış Hüquq Tədris Mərkəzində  (HTM) insan hüquqları üzrə növbəti təlim  keçirildi. Tədris mərkəzinin fəaliyyəti, əsasən, cari dərs ilində hüquqşünas tələbələr üçün insan hüquqları üzrə təlim kurslarının keçirilməsi və vəkil olmaq istəyən gənc hüquqşünasları Vəkillər Kollegiyasına üzv olmaq üçün imtahanlara hazırlaşdırmaqdan ibarətdir...


10.1.2014

"Xəzər"ə təşəkkür məktubu

"Xəzər" Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet Isaxanlıya

Hörmətli Hamlet müəllım! 

"Şirvanşahlar Sarayı Kompleksi" Dövlət Tarix-Memarlıq Qoruq-Muzeyi öz fəaliyyəti ilə tarix və mədəniyyətimizi təbliğ edir. Yetişməkdə olan gənc nəslin vətənpərvər ruhda tərbiyələnməsində fəal iştirak edir...


10.1.2014

Əməkdaşımız İctimai TV-nin "Din və cəmiyyət" verilişində

"Xəzər Xəbər" jurnalının baş redaktor müavini, əməkdar jurnalist Əlirza Balayev yanvarın 10-da İctimai TV-nin "Din və cəmiyyət" verilişində iştirak etdi...


10.1.2014

ATV-nın “Aktual” proqramında

Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı yanvarın 10-da Azad Azərbaycan Televiziya kanalının “Aktual” proqramında çıxış etdi...


9.1.2014

“Xəzər"ə təşəkkür məktubu

Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlıya


8.1.2014

İnkişaf mərkəzində görüş

Yanvarın 8-də Xəzər Universitetinin İnkişaf məkəzi  tələbələrin işə cəlb olunması strategiyası və mərkəzin qarşıda duran digər fəaliyyətləri ilə bağlı görüş keçirdi. Görüşdə İnkişaf mərkəzinin direktoru Raziyə İsayeva,  İnsan resursları mərkəzinin direktoru Ülkər İsayeva,  Keyfiyyətin təminatı şöbəsinin müdiri Lyudmila Sotova, Layihələrin idarəolunması üzrə direktor  Leyla Niyazova və Karyera mərkəzinin koordinatoru Ülviyyə Hüseynova iştirak edirdilər.Görüşdə yeni ildə həyata keçiriləcək işəgötürmə prosesi və birgə sosial məsuliyyət fəaliyyətləri müzakirə olundu...


8.1.2014

"525-ci qəzet"də Hamlet İsaxanlı haqqında məqalə dərc olunub

"525-ci qəzet"in 8 yanvar 2014-cü il tarixli nömrəsində yazıçı-publisist Xəlil Məcidoğlunun Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet isaxanlının fəaliyyəti haqqında "Mən sevməyi sevirəm" adlı məqaləsi dərc olunub.


7.1.2014

İctimai radionun “Uğur qazanmağın sirrləri” adlı proqramında

Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı yanvarın 7-də İctimai radioda  “Uğur qazanmağın sirrləri” adlı proqramda mövzu ilə bağlı müxtəlif  suallara cavab verdi...


4.1.2014

Hamlet İsaxanlının“Mədəniyyət” televiziya kanalında mühazirəsi

Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı yanvarın 4-də  “Mədəniyyət” televiziya kanalında “Qədim dünyada fizika” adlı mühazirə ilə çıxış etdi...


30.12.2013

Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri Hamlet İsaxanlının təhsil naziri Mikayıl Cabbarovla görüşü

Dekabrın 30-da Təhsil Nazirliyində təhsil naziri Mikayıl Cabbarov Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri Hamlet İsaxanlını qəbul etdi. Görüşdə təhsilin müxtəlif pillələri və ümumi problemləri haqqında məsələlər müzakirə olundu. O cümlədən  məktəb öncəsi təhsil, ibtidai məktəb və orta məktəb proqramları, "Dünya" məktəbinin bu sahələrdə təcrübəsi, "Dünya" məktəbinin İBO proqramı, İBO diplomunun Azərbaycanda tanınması problemləri, Azərbaycanda on iki illik orta təhsil sisteminə keçid və təhsilin idarə edilməsi barədə fikir mübadiləsi aparıldı...


29.12.2013

Xəzər Universitetində doktorantlarla görüş

Dekabrın 29-da Xəzər Universitetinin Magistratura, doktorantura və elmi tədqiqat işləri bölməsində universitetin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı 2013-2014-cü tədris ilində universitetə  qəbul olunmuş doktorant tələbələrlə görüşdü...


28.12.2013

BP-nin mütəxəssisləri ilə görüş

Dekabrın 28-də  BP-nin aparıcı mütəxəssisləri  Elşən Rzayev və Cabbar Bayram ilə Xəzər Universitetinin  rəhbərliyi və Mühəndislik və tətbiqi elmlər fakültəsinin aparıcı mütəxəssisləri arasında görüş keçirildi. Görüşdən əsas məqsəd  sənayedə elmi-tədqiqat məsələlərini  müzakirə etmək və bu sahədə Xəzər Universiteti ilə Azərbaycanda fəaliyyət göstərən neft və qaz şirkətləri arasında   daha sıx əməkdaşlığı həyata keçirmək idi...


27.12.2013

Allah Dünya Məktəbinin nəqliyyat və texniki üzrə direktoruna rəhmət eləsin

Həmişə qəlbimizdəsən ...

20 dekabr 2013-cü il... Xəzər Universiteti itirdi bir üzvünü, bir işçi­sini – ÇİNGİZ QULİYEVİ...Qəfildən dəyişdi dünyasını. Amansız ölüm apardı onu sıramızdan. Cəmi 52 il yaşadı o.Hamımızı göynətdi, sar­sıtdı bu acı, gözlənilməz  xəbər...


27.12.2013

İlk Fundraising konserti

Dekabrın 27-də  Xəzər  Universitetinin Mərkəz kampusunda İnsan resursları departamenti və Karyera mərkəzinin təşkilatçiliği ilə Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində universitetdə xeyriyyə fondunun yaradılmasına həsr olunmuş  "Musa ilə bir gün" adlı Fundraising konserti keçirildi...


26.12.2013

"Xəzər"də yeni il şənliyi

Dekabrın 26-da  Təhsil fakültəsi universitetin Mərmər zalında tələbələr və əməkdaşlar üçün yeni il şənliyi təşkil etdi. Şənlikdə, eyni zamanda, növbəti semestrdə Humanitar və sosial elmlər fakültəsindən Təhsil fakültəsinə köçürüləcək xarici dil müəllimliyi ixtisası üzrə təhsil alan yüzdən çox tələbə iştirak edirdi və onlar səmimiyyətlə  “Xoş gəldiniz” sözləri ilə qarşılandılar...


26.12.2013

"Dünya" məktəbində yeni il şənliyi

Dekabr ayının 26-da "Dünya" məktəbinin kiçik yaşlı sinifləri üçün yeni il şənliyi keçirildi...


26.12.2013

Hamlet İsaxanlı Gəncədə bir sıra tədbirlərdə iştirak etmişdir

Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı dekabrın 26-da Gəncədə olub, Avropa Gənclər forumu tərəfindən Azərbaycanın Bakıdan sonra ikinci böyük şəhəri olan Gəncənin 2016-ci il üçün Avropanın  gənclər paytaxtı elan olunması münasibətilə keçirilən təqdimatda, həmçinin Gəncə Mədəniyyət  Təlim Mərkəzinin yeni təmir olunmuş iki orta məktəbinin açılış mərasimində iştirak etmiş, bir sıra təhsil və idarəetmə qurumlarının səlahiyyətli nümayəndələri ilə görüşmüşdür...


26.12.2013

Xəzər Universitetinin nəzdində Virtual Firma və Mərkəzi Ofis yaradılmışdır

Xəzər Universitetinin nəzdində Virtual Firma (Təcrübə Firması) və Mərkəzi Ofis  yaradılmışdır. Universitetin bu yeni layihəsi ilə əlaqədar məsələləri müzakirə etmək və texnopark üçün yeni qol yaratmaq məqsədilə Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlının dekabrın 26-da Xəzər Universiteti texnoparkının,  İqtisadiyyat və menecment fakültəsinin nümayəndələri və İnkişaf  üzrə direktorla görüşü olmuşdur...


25.12.2013

Xəzər Universitetində yeni yaradılmış Kamera ansamblının ilk baxış-konserti

Dekabrın 25-də Xəzər Universitetinin Mərmər zalında cari tədris ilinin əvvəlində universitetin Musiqi və incəsənət departamentinin müdiri, pianoçu Zülfiyyə Sadıqovanın rəhbərliyi ilə yaradılmış peşəkar musiqiçilərdən ibarət kamera ansamblının ilk baxış-konserti oldu. Konsertdə universitetin rəhbərliyi, əməkdaşları və tələbələri iştirak edirdilər. Ansamblın ifasında Azərbaycan bəstəkarıarı Üzeyir hacıbəyli, Müslüm Maqomayev, Niyazi, Cahangir Cahangirov və Sərdar Fərəcovun,  Qərbi Avropa bəstəkarlarından Motsart, Ştraus və Piazzollonun əsərləri səsləndi...


25.12.2013

İngilis dilinin tədrisi üzrə treninq

Dekabrın 25-də "Dünya" məktəbində  Bakı şəhərində yerləşən qaçqın və məcburi köçkün məktəblərində ingilis dili fənninin tədrisinin təkmilləşdirilməsi və müasir tələblər səviyyəsində  qurulmasında ingilis dili müəllimlərinə yardım məqsədilə  “Ümumtəhsil məktəblərində ingilis dili tədrisinin təkmilləşdirilməsi yolları” mövzusunda növbəti treninq keçirildi...


25.12.2013

“Kitab klubu”nun növbəti tədbiri

Xəzər Universiteti tələbələrinin təşkil etdiyi “Kitab klubu”nun növbəti tədbiri yazıçı Varis Yolçuyevin yaradıcılığına həsr olunmuşdur...


24.12.2013

"Xəzər"ə təşəkkür məktubu

Xəzər Universitetinin Direktorlar və Qəyyumlar Şurasının sədri

professor Hamlet İsaxanlıya

Hörmətli Hamlet müəllim!

Cari il dekabrın 18-də Xəzər Universitetinin nəzdində fəaliyyət göstərən İqtisadi Siyasət və İnkişaf Mərkəzinin dəvəti ilə  universitetdə "TASİM" Layihəsinin Katibliyi tərəfindən "Trans-Avrasiya Super İnformasiya Magistralı" (TASİM) Layihəsinin təqdimatı keçirilmiş və bu barədə Azərbaycan Respublikası rabitə və informasiya texnologiyaları naziri Əli Abbasova məlumat verilmişdir...


24.12.2013

Şəmkir arxeologiyasına dair yeni kitabın təqdimatı

Dekabrın 24-də Milli Elmlər Akademiyasında Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş “Şəmkir: arxeoloji qazıntılar və artefaktlar” kitabının təqdimatı keçirildi. Təqdimatda arxeoloqlar, tarixçilər, memarlar və sənətşünaslar, həmçinin, Xəzər Universitetinin  Tarix və arxeologiya departamentinin əməkdaşları və tələbələri  iştirak edirdilər...


23.12.2013

“Əlilliyi olan insanların Azərbaycanın ali təhsil müəssisələrinə inteqrasiyasının təməlinin qoyulması” Tempus layihəsi çərçivəsində görüş

Dekabrın 23-də Xəzər Universitəsində “Əlilliyi olan insanların Azərbaycanın ali təhsil müəssisələrinə inteqrasiyasının təməlinin qoyulması”  Tempus layihəsi (“The Establishment of a Foundation for the Integration of Disabled People into HEIs of Azerbaijan” -(ESFIDIP) 543649-TEMPUS-1-2013-1-AZ-TEMPUS-JPGR) çərçivəsində yerli partnyorlarla görüş keçirilmişdir...


23.12.2013

“Əcnəbilərin Azərbaycan Respublikasına gəlməsinin və getməsinin əsasları” mövzusunda seminar

Dekabrın 23-də Xəzər Universiteti Miqrasiya araşdırmaları mərkəzi və İqtisadiyyat və menecment departamentinin dəstəyi ilə   universitetin Mərkəz Kampusunda “Əcnəbilərin Azərbaycan Respublikasına gəlməsinin və getməsinin əsasları” mövzusunda seminar keçirilmişdir. Seminarı Azərbaycan Miqrasiya Mərkəzinin hüquqşünası Asima Nəsirli aparmışdır...


22.12.2013

İctimai TV-nın “Elm üçbucağı” verilişində

Dekabr 22-də İctimai TV-nın “Elm üçbucağı” verilişində Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlının “Demokritos və Epikuros. Atomçuluq və əxlaq fəlsəfəsi” haqqında mühazirəsi efirə verildi...


21.12.2013

Akademik Ziya Bünyadovun xatirəsi yad edildi

Dekabrın 21-də görkəmli şərqşunas, tarixçi, Sovet İttifaqı Qəhrəmanı, Dövlət Mükafatı Laureatı, əməkdar elm xadimi, akademik Ziya Bünyadovun doğum günüdür. Z.Bünyadov zəngin və çoxşaxəli yaradıcılığı sayəsində respublikamızda tarix elminin yeni mərhələyə yüksəldilməsi işinə layiqli töhfələr vermişdir. Azərbaycan tarixinin müxtəlif dövrlərinə dair uzun illər ərzində ərsəyə gətirdiyi fundamental tədqiqatlar, eləcə də orta əsrlərə aid çox sayda mənbələrin tərcüməsi ilə yanaşı, onlara yazdığı geniş şərhlər alimə böyük şöhrət qazandırmışdır...


20.12.2013

“Şəbi Yəlda – Çilə Gecəsi” adlı tədbir keçirildi

Xəzər Universiteti Şərq dilləri və din araşdırmaları departamenti və İran Mədəniyyət Mərkəzinin birgə əməkdaşlığı ilə  dekabrın 20-də  “İran mədəniyyəti günləri” silsiləsindən “Şəbi Yəlda – Çilə Gecəsi” adlı tədbir  keçirildi. Tədbirdə universitetin əməkdaşları və tələbələri ilə yanaşı İran Mədəniyyət Mərkəzinin əməkdaşları və digər qonaqlar da iştirak etdilər...


20.12.2013

“Avropa İnsan Hüquqları Məhkəməsində prosedur” mövzusunda təlim

Dekabrın 20-də Xəzər Universitetinin Hüquq Tədris Mərkəzi “Avropa İnsan Hüquqları Məhkəməsində prosedur” mövzusunda təlim təşkil etmişdir...


20.12.2013

Prorektorumuzun ANSPRESS TV-yə müsahibəsi

Dekabrın 20-də  Xəzər Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, tarix üzrə fəlsəfə doktoru Fərda Əsədov ANSPRESS TV- yə müsahibə verərək, Ziya Bünyadovun doğum günü münasibətilə alimin həyat və yaradıcılığından bəhs etmişdir...


20.12.2013

Statoil- Azərbaycan şirkətinin mütəxəssisi "Xəzər"də mühazirə oxumuşdur

Statoil-Azərbaycan şirkəti ilə Xəzər Universitetinin Neft mühəndisliyi departamenti arasında əldə olunan razılıga əsasən şirkətin aparıcı mütəxəssislərinin universitetin Neft və qaz  mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələri üçün  neft və qaz yataqlarının axtarışı, kəşfiyyatı və işlənməsi sahələrində yeni texnologiyalarların tətbiqi ilə əlaqədar  mühazirə və seminarlar   proqramına uyğun olaraq,  dekabrın 20-də universitetin Neftçilər kampusunda Statoil-Azərbaycan  şirkətinin axtarış geofiziki, fəlsəfə doktoru Novruz Əhmədov  “Neft və qaz yataqlarının axtarışında seysmik kəşfiyyat üsulunun əhəmiyyəti və seysmik məlumatların təhlilində yeni texnologiyaların tətbiqi” mövzusunda mühazirə oxumuşdur...


20.12.2013

Qafqaz Universitetinin əməkdaşları "Xəzər"də

Qafqaz Universiteti Dil Koordinatorluğu bölümünün rəhbəri Cəlil Ərdəm, onun müavini Elmir Qurbanov və Metodik birləşmənin rəhbəri Əkbər Aslanov dekabrın 20-də Xəzər Universtetində olub, universitetin İngilis dili və ədəbiyyatı departamentinin müdiri Kalvin Tissen və əməkdaşları Cəmalə Məmmədova və Firəngiz Nəsirova ilə görüşdülər. Görüşdə qurumlar arasındakı əməkdaşlıq məsələləri müzakirə olundu və ətraflı fikir mübadiləsi aparıldı...


20.12.2013

"Dünya" məktəbinin xeyriyyə tədbiri

"Dünya" məktəbinin hər zaman önəm verdiyi xeyiriyyə işi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və yeni il ərəfəsində də davam etdirildi...


19.12.2013

“İnancların Göy Qurşağı” Tolerantlıq Proqramları silsiləsindən növbəti tədbir keçirildi

Dekabrın 19-da Şərq dilləri və din araşdırmaları departamentinin təşkilatçılığı ilə “İnancların göy qurşağı” tolerantlıq proqramları silsiləsindən “Uzaq Şərqin mənəvi dəyərləri: Hinduizm, Buddizm və Konfusizm” mövzusunda proqram həyata keçirildi. Proqramın açılışında departamentin müdiri Elnurə Əzizova bildirdi ki, bu tədbir departamentin 2013-2014-cü tədris ili üçün nəzərdə tutduğu tolerantlıq proqramları silsiləsinin birinci semestrə aid sonuncu proqramıdır...


19.12.2013

Əməkdaşımız “Kadr hazırlığı və əmək məhsuldarlığının yüksəldilməsində peşə standartlarının rolu” mövzusunda konfransda

Xəzər Universitetinin İnkişaf üzrə direktoru Raziyə İsayeva Bakıda “Four Seasons Otel”də təşkil olunmuş “Kadr hazırlığı və əmək məhsuldarlığının yüksəldilməsində peşə standartlarının rolu” mövzusunda konfransda iştirak etmişdir...


19.12.2013

“Vətənim mənim” adlı tədbir keçirildi

Dekabrın 19-da "Art Garden" İncəsənət Mərkəzində "Sirvansahlar Sarayı KompleksiDövlət Tarixi-Memarlıq Qoruq-Muzeyi ilə Xəzər Universitetinin Musiqi və incəsənət departamentinin 31 dekabr Dunya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş birgə layihəsi –  “Vətənim mənim” adlı tədbir keçirildi.

Tədbiri giriş sözü ilə qoruq-muzeyin direktor muavini Təranə Balayeva açdı. Sonra Xəzər Universiteti tələbələrinin həmrəylik gununə həsr olunmus rəsm və əl işləri sərgisi nümayiş olundu...


18.12.2013

TŞASC-ın təqdimatı

"Təmiz Şəhər" Açıq Səhmdar Cəmiyyəti  (TŞASC) və Xəzər Universitetinin Ətraf mühitin tədqiqi mərkəzi dekabrın 18-də universitetin Mərmər zalında birgə tədbir keçirdilər...


18.12.2013

Keçmiş ABŞ səfiri ilə görüş

Dekabrın 18-də ABŞ-ın ATƏT-dəki nümayəndəliyinin səfir səlahiyyətli keçmiş sədri, Azərbaycan Diplomatik Akademiyasının (ADA) Beynəlxalq əlaqələri üzrə prorektoru Con Mareska Xəzər Universitetində olubuniversitetin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı ilə görüşdü...


18.12.2013

Tələbələrimiz müvəffəqiyyətlə magistr işi müdafiə etdilər

 Dekabrın 18-də Xəzər Universitetinin Humanitar və Sosial Elmlər fakültəsinin magistr tələbələri –  Azadə Yektaeikarın “TƏD-in alternativ media kimi qavranılması” (elmi rəhbər – Jurnalistika fakültəsinin koordinatoru Cabir Məmmədov),   Hayder Şia Albarrakın “Yeni İraqın regional təhlükəsizlik və iqtisadi inkişaf sahəsində rolu” (elmi rəhbər –  siyasi elmlər üzrə fəlsəfə doktoru Rəşad Hüseynov) mövzularında  magistr işlərinin müdafiəsi keçirildi...


18.12.2013

TASİM layihəsinin təqdimatı

Dekabrın 18-də Xəzər Universitetinin nəzdində fəaliyyət göstərən İqtisadi Siyasət və İnkişaf Mərkəzinin dəvəti ilə universitetdə “TASİM” Layihəsinin Katibliyi tərəfindən “Trans-Avrasiya Super İnformasiya Magistralı” (TASİM) layihəsinin təqdimatı keçirilmişdir...


17.12.2013

Xəzər Universitetinin televiziyasında yenilik

Artıq 2 ildir fəaliyyət göstərən Khazar University TV Azərbaycanda ilk universitet televiziyasıdır ki, bütün dünyaya yayımlanır. Dekabr ayından etibarən televiziyanı artıq universitetin öz rəsmi veb saytından izləmək mümküdür...


17.12.2013

“Elm və Sənət Məclisi”nin 60-cı məşğələsi

Dekabrın 17-də Xəzər Universitetinin ənənəvi “Elm və Sənət Məclisi”nin 60-cı məşğələsi keçirildi. Tədbiri giriş sözü ilə universitetin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı açaraq, məşğələnin  “Sülh və hərb. Gülüstan sülh müqaviləsinin reallıqlarına yeni tarixi baxış” mövzusunda keçiriləcəyini bildirdi və məruzəçi –  rusiyalı tarixçi-hüquqşünas alim Oleq Yuryeviç Kuznetsovun həyat və yaradıcılığı haqqında geniş məlumat verdi.


16.12.2013

“İbrahimi dinlərin dialoqu” mövzusunda tədbir

Xəzər Universiteti Şərq dilləri və din araşdırmaları departamentinin təşkilatçılığı ilə  dekabrın 16-da “İnancların göy qurşağı” tolerantlıq proqramı silsiləsindən “İbrahimi dinlərin dialoqu” adlı  tədbir  keçirildi. Tədbirdə Azərbaycanda qeydiyyatdan keçmiş Yəhudi və Xristian icmalarının rəsmi təmsilçiləri, universitetin əməkdaşları və tələbələri iştirak etdilər...


16.12.2013

İKTM və www.virtualkarabakh.az portalının təqdimatı

Dekabrın 16-da  Bakıda "Virtual Qarabağ" İnformasiya - Kommunikasiya Texnologiyaları Mərkəzinin (İKTM) vəwww.virtualkarabakh.az portalının təqdimat mərasimi keçirildi...


16.12.2013

Əməkdaşımız beynəlxalq konfransda

Xəzər Universitetinin Psixoloji məsləhət və psixoterapiya mərkəzinin rəhbəri Ülkər İsayeva dünya psixoterapistlərinin ən böyük toplantısı olan “Psixoterapiyanın qiymətləndirilməsi –  2013” konfransında  iştirak edib...


15.12.2013

“İnancların göy qurşağı” tolerantlıq tədbirləri silsiləsi çərçivəsində “Tolerantlıq səfərləri: İbrahimi dinlərdə məbəd və camaat”

Xəzər Universiteti Şərq dilləri və din araşdırmaları departamentinin təşkilatçılığı ilə “İnancların göy qurşağı” tolerantlıq tədbirləri silsiləsi çərçivəsində dekabrın 8-15-də “Tolerantlıq səfərləri: İbrahimi dinlərdə məbəd və camaat” proqramı həyata keçirilmişdir. Proqram çərçivəsində tələbələrin Yəhudilik, Xristianlıq və İslam dininə aid ibadət məkanlarına səfərləri təşkil olunmuşdur...


14.12.2013

Xəzər Universitetinin Hüquq Tədris Mərkəzində insan hüquqları üzrə kursun növbəti təlimi keçirildi

Dekabrın 14-də ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə Xəzər Universiteti və Azərbaycan Hüquqşünaslar Konfederasiyasının birgə layihəsi olan, Humanitar və sosial elmlər fakültəsində yaradılmış Hüquq Tədris Mərkəzində  (HTM) insan hüquqları üzrə növbəti təlim  keçirildi...


14.12.2013

“Liderlik” mövzusunda təlim

Dekabrın 14-də Xəzər Universitetinin Karyera mərkəzi “Liderlik” mövzusunda təlim keçirdi.


14.12.2013

Azərbaycan müəllimlərinin XIV qurultayında

Dekabrın 14-də Heydər Əliyev Mərkəzində Azərbaycan müəllimlərinin XIV qurultayı keçirilmişdir.
Ölkənin bütün bölgələrindən nümayəndələrin seçildiyi qurultayda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, Baş nazirin müavini Elçin Əfəndiyev, dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, elm xadimləri və təhsil ictimaiyyətinin nümayəndələri iştirak etmişlər...


13.12.2013

Fələstin Dövlətinin Azərbaycandakı səfiri “Xəzər”də

Dekabrın 13-də Fələstin Dövlətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nasser Abdul Kareem A. Raheem Xəzər Universitetində olub, universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru Fərda Əsədov, Siyasi elm və beynəlxalq münasibətlər departamentinin müdiri Muxtar Hacızadə, həmin departamentin koordinatoru Baba Bayramov və Beynəlxlaq əlaqələr üzrə prorektor assistenti Havvaxanım Qurbanova ilə görüşdü...


13.12.2013

Tələbələrimiz Heydər Əliyev Mərkəzində

Dekabrın 13-də Xəzər Universiteti Tələbə Məclisinin təşkilatçılığı ilə universitetin bir qrup tələbəsi Heydər Əliyev Mərkəzində ABŞ-ın Kosmik və Raket Mərkəzinin (United States Space and Rocket Center)  “Kosmosa səyahət”  sərgisinin eksponatları ilə tanış olmuşdur. Burada tələbələrimiz kosmosa əyani səyahət” etməklə yanaşı, müəyyənnəzəri məlumatlarla da bu sahədəki biliklərini zənginləşdirmişlər...


13.12.2013

“İslam mədəniyyətində təsviri incəsənət və azərbaycanlı ustadları” tədbiri keçirildi

Xəzər Universiteti Şərq dilləri və din araşdırmaları departamentinin təşkilatçılığı ilə  dekabrın 13-də 2013-cü ildə “İslam mədəniyyətində təsviri incəsənət və azərbaycanlı ustadları” adlı mədəni tədbir  keçirildi...


12.12.2013

Xəzər Universitetində doktoranturaya qəbul imtahanları başlandı

Dekabrın 12-də Xəzər Universitetində 16 ixtisas üzrə doktoranturaya qəbul imtahanı keçirilmişdir. İmtahanda Xəzər Universitetinin doktoranturasına müraciət etmiş 23 namizəd iştirak etmişdir...


12.12.2013

“Geştalt terapiya” mövzusunda təlim

Dekabrın12-də Xəzər Universitetinin Karyera mərkəzinin təşkilatçılığı ilə “Geştalt terapiya” mövzusunda təlim keçirildi. Təlimçi Psixoterapiya mərkəzindən fizioterapiya mütəxəssisi Nuranə Səfərova idi...


12.12.2013

“CV-ni necə yazmalı” mövzusunda təlim

Dekabrın 12-də Xəzər Universitetinin Karyera mərkəzi universitetin Mərkəz kampusunda tələbələr üçün “CV-ni necə yazmalı” mövzusunda  təlim keçirdi. 


11.12.2013

Statoil-Azərbaycan şirkətinin mütəxəssisi Xəzər Universitetində mühazirə oxumuşdur

Statoil-Azərbaycan şirkəti ilə Xəzər Universitetinin Neft mühəndisliyi departamenti arasında əldə olunan razılığa əsasən şirkətin aparıcı mütəxəssislərinin universitetin Neft və qaz  mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələri üçün  neft və qaz yataqlarının axtarışı, kəşfiyyatı və işlənməsi sahələrində yeni texnologiyalarların tətbiqi ilə əlaqədar  mühazirə və seminarlar  seriyası proqramına uyğun olaraq,  dekabrın 11-də universitetin Neftçilər kampusunda şirkətin Rezervuar texnoloji mühəndisi Mehdi Mehdiyev “PVT sistemində rezervuar flüidlərin xassələrinin və faza tərkibinin  müəyyən edilməsi” mövzusunda mühazirə oxumuşdur...


10.12.2013

Müəllimimizin yeni əsəri nəşr edilmişdir

Xəzər Universiteti Tarix və arxeologiya departamentinin dosenti, tarix üzrə fəlsəfə doktoru Namiq Musalının nəşrə hazırladığı “Zühuri-dövləti-Səfəviyan” (“Səfəvilər dövlətinin meydana gəlməsi”) adlı 100 səhifəlik maraqlı bir tarixi mənbə “Mütərcim” nəşriyyatında işıq üzü görmüşdür...


10.12.2013

Rejissorla görüş

Dekabrın 10-da Xəzər Universiteti Tarix və arxeologiya departamentinin təşkilatçılığı ilə tanınmış kino və televiziya rejissoru, kinodramaturq Nazim Rzayevlə görüş keçirildi...


6.12.2013

“Neft və qaz yataqlarının axtarışında Ardıcıl stratiqrafiya metodunun əhəmiyyəti” mövzusunda mühazirə

Statoil- Azərbaycan şirkəti ilə Xəzər Universitetinin Neft mühəndisliyi departamenti arasında əldə olunan razılıga əsasən Statoil-Azərbaycan şirkətinin aparıcı mütəxəssislərinin universitetin Neft və qaz  mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələri üçün  neft və qaz yataqlarının axtarışı, kəşfiyyatı və işlənməsi sahələrində yeni texnologiyaların tətbiqi ilə əlaqədar  mühazirə və seminarlar  seriyası proqramına uyğun olaraq,  dekabrın 6-da Xəzər Universitetinin Neftçilər kampusunda Statoil-Azərbaycan  şirkətinin aparıcı kəşfiyyat geoloqu Josep Bernaus “Neft və qaz yataqlarının axtarışında   Ardıcıl stratiqrafiya metodunun  əhəmiyyəti” mövzusunda mühazirə oxumuşdur. 


6.12.2013

“İran mətbəxi günü” keçirildi

Xəzər Universiteti Şərq dilləri və din araşdırmaları departamenti və İran İslam Respublikasının (İİR) Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin birgə əməkdaşlığı ilə dekabrın 6-da Xəzər Universitetində “Şərq qonaqpərvərliyi” tədbirlər silsiləsindən “İran mətbəxi günü” keçirildi.


6.12.2013

ADR parlamentinin 95 illiyi münasibətilə

Dekabrın 6-da Tarix və arxeologiya departamentinin təşkilatçılığı ilə Azərbaycan Demokratik Respublikası (ADR) parlamentinin yaradılmasının 95 illik yubileyi ilə əlaqədar  həmin dövrün tanınmış tədqiqatçısı, departamentin müəllimi, tarix üzrə fəlsəfə doktoru Nəsiman Yaqublu universitetin tələbələri üçün mühazirə oxudu...


6.12.2013

“Postmodernizm və qeyri-qərb müasirliyi” mövzusunda seminar

Dekarın 6-da  Xəzər Universitetində universitetin Fəlsəfə və Psixologiya departamentlərinin birgə layihəsi olan fəlsəfi-psixoloji seminarlar silsiləsindən  “Postmodernizm  və  qeyri-qərb  müasirliyi” mövzusunda  növbəti  elmi seminar keçirildi...


5.12.2013

Tələbələrimiz Bakutel sərgisində

Xəzər Universitetinin kompüter elmləri və kompüter  mühəndisliyi ixtisası üzrə təhsil alan  tələbələri  Taclı Ələsgərli, Günel Səbzəliyeva, Əbduləli Əliyev və Anar Haqverdiyev Microsoft  şirkətinin dekabrın 2-5-də  Bakı Expo mərkəzində keçirdiyi Bakutel  sərgisində qısa müddətli  ödənişli təcrübə  proqramı  keçmişlər...


5.12.2013

Virtual Qarabağ Tarixi Muzeyi yaradılmasında Xəzər Universiteti də iştirak edəcək

Məlumat verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun III qrant müsabiqəsinin nəticələrinə görə qalib gəlmiş layihələrdən biri də Virtual Qarabağ Tarixi Muzeyinin yaradılmasıdır...


5.12.2013

Qafqaz Universitetində görüş

Xəzər Universitəsinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet isaxanlı və İctimai əlaqələr və media üzrə direktor Əlövsət Əmirbəyli Qafqaz Universitetinin dəvəti ilə dekabrın 5-də  universitetin qonağı oldular...


5.12.2013

Siyasi Elm və Beynəlxalq Münasibətlər Departamentinin nəzdində Müəllim-Tələbə Məşvərət Komitəsi yaradıldı

Siyasi elm və beynəlxalq münasibətlər departamenti tələbələrlə dialoq qurmaq  və nümunəvi Avropa modelləri əsasında  təhsil, tədris və təlimdə yeni yanaşmaları inkişaf etdirmək məqsədi ilə 2013-cü  ilin sentyabrında xüsusi komitə -  Müəllim-Tələbə Məşvərət Komitəsi (MTMK)  yaratmaq planını açıqlamışdı. Qeyd olunmuşdu ki, MTMK tələbələrin tədris, təhsil və universitet həyatı ilə bağlı digər məsələlərini departament səviyyəsində açıq şəkildə müzakirə etmək üçün  yaradılır və  tərkibi seçki yolu ilə  tələbə təmsilçilərindən, həmçinin, departament müəllimlərindən ibarət olmalıdır...


5.12.2013

Tələbə Məclisinə prezident seçkiləri keçirildi

Dekabrın 5-də Xəzər Universitetinin Tələbə Məclisinə prezident seçkiləri keçirildi. Seçkidə 4 namizəd mübarizə aparırdı. Gün ərzində keçən seçkidə universitet  tələbələrinin 65%-i (min nəfərdən  artıq)  iştirak etdi...


5.12.2013

Xəzər TV-yə müsahibə

Dekabrın 5-də Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı Xəzər TV-yə müsahibə verdi...


4.12.2013

Şərqi Karib regionunda bölgəçilik mövzusunda müzakirə

Xəzər Universiteti Siyasi elm və beynəlxalq münasibətlər departamenti dekabrın 4-də Seynt-Vinsent və Qrenadanın Milli Telekommunikasiya Nizamlama Komissiyasının sabiq sədri Cənab Sehon Marşal ilə görüş təşkil etdi...


3.12.2013

“Xəzərin Səsi” radiosunda yenilik

Xəzər Universitetinin “Xəzərin Səsi” radiosu artıq üç ildir ki, internet vasitəsilə bütün dünyaya yayımlanır. Hazırda yeni serverə və AutoDJ müasir radio idarə sisteminə keçməsi ilə əlaqədar olaraq (internetin olub olmamasından, işığın sönüb sönməməsindən asılı olmayaraq) “Xəzərin Səai” 24 saat fasiləsiz yayımlanır.  Daha bir yenilik isə hazırlanan verilişlərin hamısının youtube video saytında və radionun saytında arxiv kimi yerləşdirilməsidir...


3.12.2013

Əməkdaşımızın məqaləsi “Impact Azerbaijan”jurnalında çap olunmuşdur

Amerikanın  Azərbaycandakı Ticarət Palatasının “Impact Azerbaijan”jurnalının 18-ci buraxılışında (dekabr 2013) universitetin Prorektor müavini, Magistratura, doktorantura və elmi tədqiqatlar bölməsisinin müdiri fəlsəfə doktoru  Eldar Şahgəldiyevin “Socio-philosophical analysis of innovations”  ("Yeniliklərin sosial-fəlsəfi təhlili”) adlı məqaləsi (səh.46-48)  dərc edilmişdir. {filepdf_3305}


3.12.2013

Qlobal kiber təhlükəsizlik mövzusunda konfrans

Dekabrın 2-3-də  Four Seasons otelində “Qlobal kiber təhlükəsizlik əməkdaşlığı: problemlər və görüntüləri” mövzusunda konfrans keçirilmişdir. Konfransda Türkiyə, Gürcüstan, Koreya, Banqladeş və dünyanın digər ölkələrindən tanınmış şirkətlərin nümayəndələri,  Xəzər Universitetindən İnternet institutunun direktoru Rəşad Əliyev və direktor assisstenti Nigar Qasımlı  iştirak etmişlər...


3.12.2013

İstanbulda Qarabağ problemi ilə bağlı kitabın təqdimat mərasimi keçirilib

Dekabr ayının 3-də İstanbuldakı Mərmərə Universitetində “Xəzərdən Qara dənizə strateji baxış” mövzusunda simpozium keçirilib...


2.12.2013

İzmir Ali Texnologiya İnstitutunun rəhbərliyi “Xəzər”də

İzmir Ali Texnologiya İnstitutunun (İzmir Yüksek Teknoloji Enstitüsü – İYTE) rektoru professor Mustafa Güden, prorektoru professor Sedat Akkurt və professoru Rasim Əlizadə dekabrın 2-də  Xəzər Universitetinin qonağı oldular...


1.12.2013

İctimai TV-nın “Elm üçbucağı” verilişində

Dekabrın 1-də İctimai TV-nın “Elm üçbucağı” verilişində Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlının “Poetik tərcümə və olun rolu” haqqında mühazirəsi efirə verildi...


30.11.2013

Yeni yaradılmış “Kitab klubu”nun ilk tədbiri

 Xəzər Universiteti tələbələrinin təşkil etdiyi “Kitab klubu”nun ilk tədbiri yazıçı İlqar Fəhminin yaradıcılığına həsr olunmuşdur. Noyabrın 30-da keçirilən tədbirdə tələbələr  onun “Aktrisa” əsəri ilə bağlı mülahizələrini söyləmiş, yaradıcılıq sirləri, yazıçı-həyat məsələləri ilə bağlı müəllifə suallarını vermişlər...


30.11.2013

Səfəvilər dövrünə aid seminar

Noyabrın 30-da Xəzər Universitetində Tarix və arxeologiya departamentinin təşkilatçılığı ilə Təhsil fakültəsinin tələbələri üçün “Səfəvilər dövrü Azərbaycan alimlərinin son tədqiqatlarinda” mövzusunda elmi seminar keçirildi. Seminarda AMEA-nın A.A.Bakıxanov adına Tarix institutunun və Xəzər Universitetinin alim və mütəxəssisləri iştirak edirdilər...


30.11.2013

Magistratura, dokturantura və elmi tədqiqatlar bölməsisinin müdiri Macarıstanda

Xəzər Universitetinin Prorektor müavini, Magistratura, doktorantura və elmi tədqiqatlar bölməsisinin müdiri fəlsəfə doktoru Eldar Şahgəldiyev noyabrın 25- 29-da Doktorluq İşlərinin Qiymətləndirilməsi üzrə TAIEX tədqiqat proqramı çərçivəsində  Macarıstanın paytaxtı Budapeştə səfər edib...


30.11.2013

Xəzər Universitetinin departament müdiri Yaqellan Universitetində dərs demişdir

Xəzər Universiteti Kompüter elmləri departamentinin müdiri dosent Leyla Muradxanlı ELECTRA Erasmus-Mundus Proqramı çərçivəsində e-təhsil sahəsində tədris, elmi-tədqiqat işi və təcrübə mübadiləsi məqsədilə noyabr ayı ərzində Polşanın Krakov şəhərindəki Yaqellan Universitetində olmuşdur...


29.11.2013

“Şahnamə”nin azərbaycanca tərcüməsinə dair tədbir

 Xəzər Universiteti Şərq dilləri və din araşdırmaları departamenti və İranşünaslıq mərkəzinin birgə əməkdaşlığı ilə noyabrın 29-da universitetdə “Şərq ədəbiyyatı inciləri” silsiləsindən: “Əbülqasim Firdovsinin “Şahnamə” əsərinin azərbaycanca tərcüməsi” mövzusuna həsr olunmuş ədəbi tədbir keçirildi. Tədbiri departamentin müdiri Elnurə Əzizova açaraq, mühazirəçilər haqqında və “Şahnamə”nin dünya ədəbi irsində əhəmiyyətinə dair qısa məlumat verdi...


29.11.2013

Tələbəmiz seminarda çıxış etmişdir

Azərbaycan Respublikasının Milli Məclisi və Parlamentlərarası Araşdırma və Sənədləşdirmə üzrə Avropa Mərkəzi birlikdə  noyabrın 28-29-da  "Parlamentdə İKT-nin maraq dairəsi" devizi altında "İKT-yə əsaslanan parlamentdə həll və təcrübə mübadiləsi" mövzusunda seminar keçirmişlər...


28.11.2013

AzTV-nin “Mühazirə” verilişində

Noyabrın 28-də Azərbaycan dövlət televiziyasının “Mühazirə” verilişində Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlının mühazirəsi efirə verildi. Mühazirənin mövzusu “Riyaziyyat və onun tarixi” idi...


27.11.2013

Avropa İttifaqı nümayəndəliyinin rəhbəri əvəzi Xəzər Universitetində

Vilnüsdə keçiriləcək üçüncü Şərq Tərəfdaşlığı Sammiti ərəfəsində  Xəzər Universitetinin Siyasi elm və beynəlxalq münasibətlər departamenti noyabrın 27-də Avropa Birliyinin Azərbaycandakı  nümayəndəliyinin rəhbəri əvəzi  Toralf Pilzi qəbul etdi...


27.11.2013

İctimai birliklə əməkdaşlıq

İdarəetmə və tələbə işləri üzrə prorektor Rafiq Əhmədov “Gənc Mühəndislərin İnkişafı İctimai Birliyi”nin baş katibi Dəyanət Əhmədovu qəbul etmişdir...


27.11.2013

Statoil-Azərbaycan şirkətinin mühəndisi “Xəzər”də mühazirə oxumuşdur

Statoil- Azərbaycan şirkəti ilə Xəzər Universitetinin Neft mühəndisliyi departamenti arasında əldə olunan razılıga əsasən Statoil-Azərbaycan şirkətinin aparıcı mütəxəssislərinin Xəzər Universitetinin Neft və qaz  mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələri üçün  neft və qaz yataqlarının axtarışı, kəşfiyyatı və işlənməsi sahələrində yeni texnologiyaların tətbiqi ilə əlaqədar  mühazirə və seminarlar  seriyası proqramına uyğun olaraq,  noyabrın 27-də Xəzər Universitetinin Neftçilər kampusunda Statoil-Azərbaycan  şirkətinin mühəndisi Böyükağa Zeynalov “Sualtı neft və qaz yataqlarının hasilat sistemləri və texnologiyaları” mövzusunda mühazirə oxumuşdur...


26.11.2013

Pearson Education Publisher nəşriyyatının nümayəndəsi ilə görüş

Noyabrın 26-da universitetdə Pearson Education Publisher nəşriyyatının nümayəndəsi Andrea Şustariçlə əməkdaşalrın görüşü keçirildi...


25.11.2013

Polşa səfiri Polşanın Şərq Tərəfdaşlığına dəstəyindən danışdı

Vilnüsdə keçiriləcək üçüncü Şərq tərəfdaşlığı  sammiti ərəfəsində - noyabrın 25-də Xəzər Universitetinin Siyasi elm və beynəlxalq münasibətlər departamenti tələbələr üçün Polşa Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri  Mixal Labenda ilə görüş təşkil etdi...


25.11.2013

Xəzər dokturantura tələbəsi Finlandiyada konfransda

21-24 noyabrda Runosong Akademiyasının, Tampere Universitetinin, Sibelius Akademiyasının, Helsinki Universitetinin birgə təşkilatçılığı ilə Finlandiyanın Kuhmo şəhərində “Mahnı və poeziya: ifa olunan şifahı ənənələr” adlı beynəlxalq elmi konfrans keçirildi...


25.11.2013

Xəzər Universitetində Erasmus Mundusla bağlı məlumatlandırıcı iclas keçirildi

Noyabrın 25-də Xəzər Universitetinin İnkişaf Mərkəzi və Beynəlxalq Ofisinin təşkiklatçılığı ilə  Təhsil və Mühəndislik və tətbiqi elmlər fakültələrinin tələbələri üçün Erasmus Mundusla bağlı məlumatlandırıcı iclas keçirildi...


24.11.2013

Azərbaycan kinosunda döyüş janrı müzakirə olundu

Noyabrın 24-də Xəzər Universitəsinin təşəbbüsü ilə universitetdə “SAINT” – Kaskadyor Döyüşçülər Qrupunun fəaliyyətinə dair tədbir keçirildi...


24.11.2013

Fənn olimpiadası

Noyabr ayının 24 - də “Dünya” məktəbinin şagirdləri arasında 7-ci -11-ci siniflər üzrə fənn olimpiadası keçirildi...


24.11.2013

Xəzər Universiteti futbol çempionatının qalibi “Tərcümə” komandası oldu

Xəzər Universitetinin fakültələrarası futbol çempionatına noyabrın 24-də  yekun vuruldu. Həmin gün universitetin  “Qarabağ” və “Tərcümə” komandaları arasında final görüşü keçirildi. “Start “ İdman Kompleksində keçirilən oyunda  “Tərcümə” komandası qalib gələrək, I dərəcəli  Kuboka layiq görüldü. II yeri isə “Qarabağ” komandası tutdu. 


23.11.2013

Xəzər Universitetinin Hüquq Tədris Mərkəzində insan hüquqları üzrə təlimlər başlandı

23 noyabr tarixində ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi, Xəzər Universiteti və Azərbaycan Hüquqşünaslar Konfederasiyasının birgə layihəsi olan və Humanitar və sosial elmlər fakültəsində yaradılmış Hüquq Tədris Mərkəzində  (HTM) insan hüquqları üzrə 4 aylıq kursların keçirilməsinə başlanmışdır...


23.11.2013

“Dünya” məktəbində valideyn iclası

Noyabr ayının 23-də “Dünya” məktəbi yeni tədris ilinin ilk valideyn iclasını keçirdi...


23.11.2013

Avrasiya Hasilat Sənayesi Bilik Mərkəzi Qırğızıstanda "MHŞT-nin yeni standartları" mövzusunda təlim təşkil etmişdir

Avrasiya Hasilat Sənayesi Bilik Mərkəzi noyabrın 21-23-də  Qırğızıstanda İssık Kul şəhərində "MHŞT-nin yeni standartları" mövzusunda təlim keçirmişdir...


22.11.2013

Tələbə qəbulu məsələləri ilə bağlı geniş müşavirə

Noyabrın 22-də Xəzər Universitetində universitet rəhbərliyi, fakültə dekanları, departament müdirləri və əməkdaşların iştirakı ilə 2013-2014-cü tədris ilində tələbə qəbulunun yekunları və gələcək perspektivləri ilə bağlı geniş müşavirə keçirildi...


22.11.2013

“Xəzər”də ekologiya ilə əlaqədar seminar

Xəzər Universiteti Ətraf Mühitin Tədqiqi Mərkəzinin təşkilatçılığı ilə noyabrın 22-də universitetdə "Abşeron yarımdadasında havanın keyfiyyəti: problemlər və imkanlar" mövzusunda seminar keçirilmişdir...


22.11.2013

Əməkdaşımız təlimdə iştrak etmişdir

Hüquq Tədris Mərkəzinin koordinatoru Leyla Niyazova noyabrın 18-22-də ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə fəaliyyət göstərən İnkişaf Naminə Yerli Bacarıqların Artırılması (İYBA) Layihəsi çərçivəsində təlimdə iştirak etmişdir...


22.11.2013

“Hüquq və vəzifələrimizi tanıyaq”

“Dünya”  məktəbi həmişə düşündürücü və günün tələblərinə görə lazımlı olan mövzularla bağlı maraqlı konfranslar keçirir. Bu dəfəki  mövzu hüquq və vəzifələrlə bağlı idi; belə ki, şagirdlərin öz hüquqlarını nə dərəcədə tanımasını yoxlamaq və onları bilmədikləri vəzifələrlə tanış etmək müəllimlərin üzərinə düşən işlərdən biridir...


20.11.2013

Müəllimimiz Türkiyədə keçirilmiş “Azərbaycan həftəsi“ndə

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi və Türkiyə Xarici İşlər Nazirliyi tərəfindən noyabrın 18-20-də Türkiyədə təşkil edilmjiş "Azərbaycan həftəsi” çərçivəsində Ankara, Bursa, Ədirnə və digər şəhərlərdə silsilə tədbirlər, o cümlədən universitetlərdə konfranslar keçirilmişdir...


20.11.2013

Fakültə dekanının məzun və tələbələrlə görüşü

Təhsil fakültəsinin dekanı  Elza Səmədova noyabrın 20-də  fakültə məzunları və sonuncu kurs tələbələri ilə iclas keçirdi. İclasın məqsədi  magistraturaya qəbul və xaricdə təhsillə bağlı məsələləri işıqlandırmaq  idi...


19.11.2013

Xəzər Universiteti Kitabxana İnformasiya Mərkəzi electron İnformasiya bülleteni buraxmağa başlamışdır

Xəzər Universiteti Kitabxana İnformasiya Mərkəzi universitetin professor-müəllim heyətini və tələbələri kitabxanaya daxil olan yeni ədəbiyyatla tanış etmək və həmin ədəbiyyatı operativ olaraq onların istifadəsinə vermək məqsədilə elektron İnformasiya bülleteni buraxmağa başlamışdır...


18.11.2013

"Ətraf mühiti dəyişən insan fəaliyyəti" mövzusunda mühazirə

Noyabrın 18-də XəzəUniversitetinin Coğrafiya və ətraf mühit departamentinin qonağı olan, 
ABŞ-ın Blaksmit İnstitutunun nümayəndəsi  Andryu Makkartor "Dünyanın reigonal coğrafiyası" kursunda "Ətraf mühiti dəyişən insan fəaliyyəti" mövzusunda mühazirə oxumuşdur...


18.11.2013

“Xəzər”ə təşəkkür məktubu

Xəzər Universitetinin prorektoru, professor Rafiq Əhmədova

 


18.11.2013

Birinci kurs tələbələri ilə görüş

Noyabrın 18-də Təhsil fakültəsi ənənəvi olaraq birinci kurs tələbələri ilə növbəti görüşünü keçirdi...


18.11.2013

“Həmrəy” İctimai Birliyi ilə müqavilə

Noyabrın 18-də Xəzər Universitetinin Karyera inkişaf mərkəzinin koordinatoru Ülviyyə Hüseynova ilə “Həmrəy” Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyinin Sədri Yəhya Babanlı arasında Təhsil fakültəsi dekanlığının razılığı əsasında  universitetin həmin fakultəsinin tələbələrinin “Həmrəy: şagirdlərin təhsilinə dəstək” proqramı çərçivəsində praktika keçməsi barədə müqavilə bağlandı...


17.11.2013

İctimai TV-nın “Elm üçbucağı” verilişində

Noyabr 17-də İctimai TV-nın “Elm üçbucağı” verilişində Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlının “Ömər Xəyyam” haqqında mühazirəsi efirə verildi...


16.11.2013

“Cümhuriyyət dönəmində Maraş” simpoziumu keçirilmişdir

Noyabrın 15-16-da Türkiyənin Kahramanmaraş şəhərində Uluslararası “Cümhuriyyət dönəmində Maraş” mövzusunda beynəklxalq  simpozium keçirilmişdir...


15.11.2013

Təhsil Nazirliyində ictimai əlaqələr və mətbuat xidməti rəhbərlərinin ümumi toplantısı keçirildi

Noyabrın 15-də Azərbaycan Respublikası Təhsil Nazirliyində respublikada fəaliyyət göstərən ali məktəblərin ictimai əlaqələr və mətbuat xidməti rəhbərlərinin ümumi toplantısı keçirildi...


15.11.2013

Əməkdaşlarımız Romada seminarda iştirak etmişlər

Noyabrın 13-15-də  Təhsil fakültəsinin dekanı Elza Səmədova, Keyfiyyətin təminatı mərkəzinin direktoru Lyudmila Sotova və Jurnalistika departamentinin koordinatoru Cabir Məmmədli  tərəfdaş ölkələrin təhsil proqramlarının keyfiyyətinin təminatı üçün müəyyən olunmuş məlumat və bazaların onlayn idarə edilməsinin proqram təminatı  üzrə Romada keçirilmiş seminarda iştirak etmişər...


15.11.2013

Müəllimimiz beynəlxalq simpoziumda məruzə etmişdir

Noyabrın 13-15-də Ankarada (Türkiyə) Atatürk Araşdırma Mərkəzi və Hacettepe Universitetinin birgə təşkil etdiyi “Türkiyə Cümhuriyyəti və Lozanna Konfransı – 90” adlı beynəlxalq simpozium keçirilmişdir...


14.11.2013

“Universitet-iş dünyası” mövzusunda dəyirmi masa toplantısı

Noyabrın 14-də  Qafqaz Universitetində “Universitet-iş dünyası” mövzusunda dəyirmi masa toplantısı keçirilmişdir. Toplantıda Bakının 20 universitetinin tədrislə bağlı rəhbər əməkdaşları iştirak etmiş və iş dünyası ilə əlaqələr üzrə zəngin təcrübələrə malik olan universitetlərdə aparılan işlərlə tanış olmaq, onların bu təcrübələrinin geniş yayılması və həmçinin digər təkliflər ilə əlaqədar fikir mübadiləsi aparılmışlar...


14.11.2013

Əməkdaşlarımız Arxeologiya və Etnoqrafiya institutunun yubiley tədbirində

Noyabrın 10-14-də  Bakıda AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun 20 illik yubileyi münasibətilə “Azərbaycan arxeologiya və etnoqrafiya elmləri müstəqillik illərində” mövzusunda beynəlxalq elmi konfrans keçirilmişdir...


13.11.2013

İngilis dili düşərgəsi: dostlarla tətildə

Bu dəfə də “Dünya” məktəbi şagirdlərin payız tətili günlərini maraqlı keçirməsi üçün ingilis dili düşərgəsinin növbəti vaxtını və məkanını təyin etdi:  9-13 noyabr, Şağan Olimpiya Kompleksi. 


11.11.2013

Nümayəndələrimiz Akare sərgisində

Xəzər Universitetinin İnsan resursları departamentinin direktor köməkçisi Arzu Muxtarova və Peşə inkişaf mərkəzinin koordinatoru Ülviyyə Hüseynova Türkiyənin İzmir, İstanbul və Ankara şəhərlərində noyabrın 6-13-də Akarenin keçirdiyi “Xaricdə təhsil” sərgisində Xəzər Universitetini təmsil etmişlər...


8.11.2013

Fəlsəfi-psixoloji seminarlar silsiləsinin 3-cü seminarı keçirildi

Noyabrın 8-də  Xəzər Universiteti Fəlsəfi-psixoloji seminarlar silsiləsinin növbəti 3-cü seminarı keçirildi. Seminarda Xəzər Universiteitinin tələbə və müəllim heyəti ilə yanaşı Qafqaz Universiteti, Təfəkkür Universiteti, Turizm İnstitutu və digər ali məktəblərin tələbə və müəllimləri də iştirak edirdilər...


8.11.2013

Əməkdaşımız analitik məqalə müsabiqəsinin 10 qalibi arasında

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi "İKT ili" çərçivəsində 2013-cü il  iyulun 15-dən noyabrın  5-dək olan  dövrdə “Respublikada “Elektron hökumət”: mövcud vəziyyət, problemlər, perspektiv və gözləntilər” mövzusunda analitik məqalə müsabiqəsi keçirmişdir. 


7.11.2013

Azersun şirkəti ilə biznes görüşü

Noyabrın 7-də Xəzər Universitetinin Karyera mərkəzi tələbələr üçün Azərsun şirkəti ilə biznes görüşü təşkil etdi. Şirkətin İşə qəbul şöbəsinin müdiri Elmin Əzimli tələbələrəəvvəlcə Azersun  haqqında qısa məlumat verdi...


6.11.2013

Təhsil Nazirliyində müzakirə

Noyabrın 7-də Təhsil Nazirliyində “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”  müzakirə olundu. Müzakirədə Təhsil Nazirliyinin    rəhbər işçiləri və rektorlar iştirak edirdilər...


5.11.2013

Dağlıq Qarabağ mövzusunda dəyirmi masa

Xəzər Universitetinin Siyasi elm və beynəlxalq əlaqələr departamenti noyabrın 5-də  Tomas de Vaal və Ceyms F. Kollins ilə Azərbaycanın beynəlxalq əlaqələri və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı problemlər mövzusunda dəyirmi masa təşkil edib...


4.11.2013

Növbəti “Elm üçbucağı” verilişi

Noyabr 3-də saat 18:00-da İctimai TV-nın “Elm üçbucağı” verilişində Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlının “İbn Sina” haqqında mühazirəsi efirə verildi...


4.11.2013

Təlim kursu başa çatdı

BŞTİ və TPİ-nin əməkdaşları üçün Xəzər Universitetində Elza Səmədovanın rəhbərliyi ilə oktyabrın 28-də başlanan “İdarəetmədə qərarların verilməsi üçün təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi və monitorinq tədqiqatları nəticələrindən istifadə”  adlı təlim noyabrın 4-də  başa çatmışdır...


4.11.2013

Pakistanlı qonaqlar “Xəzər”də

Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün Pakistandan Azərbaycana gəlmiş Preston Universitetinin (Preston University) Sosial elmlər bölməsinin dekan müavini və Beynəlxalq əlaqələr departamentinin müdiri Sohail Mahmud və İslamabadda yerləşən Capital TV-nin prodüseri, tədqiqatçı Asiya Mahar noyabrın 4-də Xəzər Universitetində olub,  universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru Fərda Əsədov və Beynəlxlaq əlaqələr üzrə prorektor assistenti Havvaxanım Qurbanova ilə görüşdülər...


3.11.2013

“Xəzər”in komandası ACM ICPC 2013-2014 olimpiadasının respublika turunun qalibi oldu

Noyabrın 3-də Qafqaz Universitetində ACM ICPC 2013-2014 olimpiadasının  respublika turu keçirildi. Turda ölkə universitetlərindən 50-yə yaxın komanda iştirak edirdi. Xəzər Universitetinin üç nəfərdən (olimpiadanın qaydalarına görə hər komandada üç nəfər olmalıdır) –  Fərid Cəfərzadə (Mühəndislik və kompüter elmləri fakültəsi, informatika ixtisası üzrə magistraturanın 1-ci kurs tələbəsi), Hüseyn İsmayılov və Fərid Məmmədovdan (Mühəndislik və tətbiqi elmlər fakültəsi, kompüter mühəndisliyi ixtisası üzrə 1-ci kurs tələbələri) ibarət komandası bir neçə digər komanda ilə yanaşı olimpiadanın respublika turunun qalibi seçilərək, Tiflisdə keçiriləcək növbəti turda iştirak etmək hüququ qazanmışdır...


2.11.2013

“Ünsiyyət əlaqələri” mövzusunda təlim

Noyabrın 2-də Xəzər Universitetinin Karyera mərkəzi tələbələr üçün “Ünsiyyət əlaqələri” (“Organizational communication”) mövzusunda  təlim keçirdi. Təlimçi  Təhsildə Yenilik Mərkəzinin əməkdaşı Aynurə Nəbiyeva idi...


1.11.2013

Cənubi Qafqazda Regional Təhlükəsizlik: ABŞ-ın rolu

Xəzər Universitetinin Siyasi elm və beynəlxalq əlaqələr departamentinin təşkilatçılığı ilə Ceymstaun Fondunun prezidenti Glen Hovard noyabrın 1-də universitetdə açıq mühazirə oxudu. O, son on beş il ərzində Cənubi Qafqazda ABŞ-ın milli təhlükəsizlik maraqlarından,   1990-cı illərdə Xəzərə ABŞ-ın neft investisiyasının qoyulmasından, Azərbaycan neftinin Türkiyə vasitəsilə Qərb enerji bazarına ixrac edilməsi üçün neft və qaz boru kəmərlərinin yaradılmasından, regionda Amerika maraqlarının inkişafından  danışdı...


1.11.2013

Fransalı professor Xəzər Universitetində

Fransanın Paris Siyasi Tədqiqatlar İnstitutunun (Paris Institute of Political Studies) professoru Pier Konesa (Pierre Conesa) Xəzər Universitetinin Siyasət institutunda  olmuş və burada institutun direktoru Baba Bayramlı ilə görüşmüşdür...


1.11.2013

Xəzər Universitetinin “Dünya” məktəbində “Happy Halloween”

Xəzər Universitetinin “Dünya” məktəbində “Happy Halloween” adlı tədbir keçirildi. Tədbirdə məktəbin bağçasının azyaşlıları, birincilər və İB şagirdləri fəal iştirak etdilər...


1.11.2013

“Elm və Sənət Məclisi”nin məşğələsi

Noyabrın 1-də Xəzər Universitetinin ənənəvi “Elm və Sənət Məclisi”nin  59-cu məşğələsi keçirildi...


1.11.2013

Əməkdaşımız III Bakı Beynəlxalq Humanitar Forumunda

Xəzər Universiteti Magistratura, doktorantura və elmi ışlər bölməsinin müdiri, fəlsəfə elmləri üzrə fəlsəfə doktoru Eldar Şahgəldiyev noyabrın 1-də  “Multikulturalizm və özgünlük: cəmiyyətdə dəyər konsensusu axtarışında” adlı III Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmişdir...


31.10.2013

Pakistanlı qonaqlar “Xəzər”də

Oktyabrın 31-də Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün Pakistandan Azərbaycana gələn Sülh və Diplomatiya İnstitutunun (Institute of Peace and Diplomacy) direktoru Muhammad Asif Noor, Dövlət Müasir Dillər Universitetinin (National University of Modern Languages) Beynəlxalq əlaqələr departamentinin müdiri professor Zulfiqar Ali Qureşi və koordinatoru Sarvat Rauf Xəzər Universitetində olub, universitetin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı ilə görüşdülər.


31.10.2013

Eduniversal biznes məktəblərinin 2013-cü il reytinq sıralamasında Xəzər Universitetinin İqtisadiyyat və menecment fakültəsi Azərbaycan üzrə 1-ci yerdədir

Eduniversal Worldwide Biznes Məktəbinin 2013-ci il üçün reytinq nəticələri açıqlanmışdır. 2013-cü il Eduniversal biznes məktəblərinin reytinq açıqlamasına görə Xəzər Universitetinin İqtisadiyyat və menecment fakültəsi dekanların tövsiyəsinə görə  Azərbaycanda 1-ci yeri tutub (Azərbaycanın ikinci sıradakı biznes məktəbi 28%  nəticə əldə etmişdir). Bu fakültə 2007-ci ildən dünyanın ilk 1000 biznes məktəbi sırasında yer alır və  Azərbaycanda ən yaxşı fakültələrdən biri kimi reytinq sıralamasında yeddi dəfə qeyd olunub. Bu, Xəzər Universitetində təlim və tədrisin yüksək keyfiyyətini, universitetin beynəlxalq nüfuzunu,  görkəmli professor-müəllim heyətininin əməyini və məzunların uğurunu əks etdirir...


31.10.2013

Xəzər Universitetinin “Dünya” məktəbində ingilis dili üzrə treninq keçirildi

Xəzər Universitetinin “Dünya” məktəbi Bakı şəhərində yerləşən qaçqın və məcburi köçkün məktəblərində ingilis dili fənninin tədrisinin təkmilləşdirilməsi və müasir tələblər səviyyəsində qurulmasında ingilis dili müəllimlərinə yardım etmək  məqsədilə “Ümumtəhsil məktəblərində ingilis dili tədrisinin təkmilləşdirilməsi yolları” mövzusunda mütəmadi treninqlər keçirir...


31.10.2013

London Kinqs Kollecinin əməkdaşı “Xəzər”də

Oktyabr ayının 31-də Xəzər Universitetinin Hazırlıq Mərkəzi (XUHM) və Böyük Britaniyanın Təhsil Bürosunun Azərbaycan nümayəndəliyinin təşkilatçılığı ilə London Kinqs Kollecinin (Kings College of London)  Beynəlxalq əlaqələr üzrə koordinatoru  Numi Veynbergin universitetin tələbələri ilə görüşü keçirilmişdir. Tədbirdən əvvəl universitetin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı N. Veynbergi qəbul etmişdir...


30.10.2013

“Tələbə dəstək və inkişaf xidmətləri” layihəsi çərçivəsində ikinci görüş

Oktyabrın 28-30-da Xəzər Universitetində Tempus proqramı çərçivəsində “Tələbə dəstək və inkişaf xidmətləri” adlı layihənin ikinci idarə iclası keçirildi. Görüş layihənin hazırkı vəziyyətini nəzərdən keçirmək və gələcək fəaliyyətinin planlaşdırılması üçün nəzərdə tutulmuşdu...


29.10.2013

Əməkdaşımız beynəlxalq simpoziumda məruzə etmişdir

Türkiyə Respublikasının Bolu şəhərində Abant Baysal İzzət Universitetinin və Bolu Bələdiyyəsinin təşkilatçılığı ilə "IV Beynəlxalq Bolu Xalq Kültürü və Koroğlu Simpoziumu"  keçirilmişdir...


29.10.2013

“Dünya” məktəbində müəllimlərin növbəti seminarı

“Dünya” məktəbində müəllimlərin növbəti seminarı keçirildi. Bu dəfəki seminarın mövzusu Beynəlxalq Qiymətləndirmədə “PİSA”, “TİMMS”, ”PİRLS” proqramları haqqında idi.


29.10.2013

"Halloven şənlyi"

İş təcrübəmdən bilirəm ki, müxtəlif bayramlarla əlaqədar tədbirlərin keçirilməsi tələbələri xarici dili mənimsəməyə həvəsləndirir. Bu səbəbdən tələbələr ilə "Halloven şənlyi" keçirməyə qərar verdim. Beləliklə, oktyabrın 28-29-da universitetin ikinci kurs tələbələri ilə (Mühəndislik və tətbiqi elmlər  fakültəsinin Akademik İngilis dili A qrupunun və Humanitar və sosial elmlər fakültəsinin Akademik İngilis dili E qrupunun tələbələri ilə) bu bayramı qeyd etdik...


28.10.2013

Xəzər Universitetində təlim kursu

Oktyabrın 28-də  Xəzər Universitetində universitetin Təhsil fakültəsinin dekanı, fəlsəfə doktoru Elza Səmədovanın rəhbərliyi ilə Bakı Şəhər Təhsil İdarəsi və Təhsil Problemləri İnstitutunun işçiləri üçün “İdarəetmədə qərarların verilməsi üçün təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi və monitorinq tədqiqatları nəticələrindən istifadə” adlı təlim kursu başlamışdır...


27.10.2013

Əməkdaşımız beynəlxalq konqresdə

Oktyabrın   24-27-də Atatürk Mədəniyyət Mərkəzi Türk Dünyasının Mədəniyyət Paytaxtı  elan edilmiş Eskişehirdə (Türkiyə) “VIII  Uluslararası Türk Kültürü” mövzusunda konqres keçirmişdir.


26.10.2013

“Gənclərin Mədəniyyətlərarası Əməkdaşlıq Liqası”nın təqdimatı

Oktyabrın  26-da Xəzər Universiteti Karyera mərkəzinin təşkilatçılığı ilə tələbələr üçün “Gənclərin Mədəniyyətlərarası Əməkdaşlıq Liqası” İctimai Birliyinin təqdimatı keçirildi.


26.10.2013

“Azad inkişafçı kimi necə pul qazanılır” mövzusunda təlim

Oktyabrın  26-da Xəzər Universiteti Karyera mərkəzinin təşkilatçılığı ilə  tələbələr üçün “Azad inkişafçı kimi necə pul qazanılır” mövzusunda təlim keçirdi...


25.10.2013

Keyfiyyətin Təminatı Mərkəzinin rəhbərinin Litvaya səfəri

Xəzər Universitetinin Keyfiyyətin Təminatı Mərkəzinin rəhbəri Lyudmila Sotova oktyabrın 24-25-də Litvanın  Kaunas Texnologiyalar Universitetinin ev sahibliyi etdiyi Şərq Tərəfdaşlığı ölkələri üçün nəzərdə tutullan  “Erasmus+”  Məlumat Günündə  iştirak etdi...


25.10.2013

“Arşın mal alan” operettasının 100 illik yubileyinə həsr olunmuş tədbir

Oktyabrın 25-də  Üzeyir Hacıbəylinin ev muzeyində “Arşın mal alan” operettasının 100 illik yubileyinə həsr olunmuş tədbir təşkil olunmuşdu. Tədbiri giriş sözü ilə Üzeyir Hacıbəylinin ev muzeyinin direktoru – əməkdar incəsənət xadimi,  bəstəkar Sərdar Fərəcov açdı. Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor Firəngiz Əlizadə, Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru Telman Ağdamski, Azərbaycan Dövlət Musiqili Teatrının direktoru Əliqismət Lalayev, muzeyin böyük elmi işçisi Sevinc Quliyeva operettanın yaranma tarixindən geniş məlumat verdilər...


25.10.2013

ASAİF-in idarə heyətinin üzvləri ilə görüş

Oktyabrın 25-də Xəzər Universitetində ASAİF-in idarə heyətinin üzvləri və fəal nümayəndələrinin universitet tələbələri ilə görüşü keçirildi. Tədbirdə dünyanın nüfuzlu Kembric, Mançestr, York, Bristol, Kardif universitetlərindən məzun olmuş gənclər  tələbəlik illəri, təhsil aldıqları ali məktəblərin xüsusiyyətləri, öz uğurları haqqında maraqlı məlumatlar verdilər...


25.10.2013

İzmir universitetləri ilə geniş əməkdaşlıq

Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı və İctimai əlaqələr və media üzrə direktor Əlövsət Əmirbəyli oktyabrın 20-25-də Türkiyənin İzmir şəhərində işgüzar  səfərdə oldular. Səfərin ilk günü  H. İsaxanlını Ege Universitetinin rektoru  professor  Candeğer Yılmaz qəbul etdi. C. Yılmaz H. İsaxanlıya Ege Universiteti haqqında geniş məlumat verdi. Həmin gün H.İsaxanlı Ege Universitetinin professorları Ahmet Arslan və Yavuz Akpınarla da görüşdü...


25.10.2013

Xəzər Universitetinin müəllimi Polşada konfransda məruzə etmişdir

Oktyabrın  25-27-də Polşanın paytaxtı Varşava şəhərində Varşava Universitetinin Şərqi Avropanı Öyrənmə İnstitutunun təşkilatçılığı ilə “Prometeyçi  təşkilatlar” mövzusunda III  Beynəlxalq konfrans keçirilib. Konfransda dünyanın müxtəlif ölkələrindən alimlər və təqiqatçılar iştirak etmişlər...


24.10.2013

Fondun artırılması (Fund Raising) üzrə Amerikalı mütəxəssisin Xəzərdə təqdimatı

Oktyabrın 24-də, Alabama A & M Universitetinin (ABŞ) Fondun artırılması (Fund Raising) üzrə mütəxəssisi Dr. Allan Vital IREX tərəfindən həyata keçirilən Muskie Mentor/ Mütəxəssis Mübadiləsi Proqramı (Muskie Mentor/Advisor Exchange Program) çərçivəsində Xəzər Universitetində "Ali təhsil müəssisələrinin inkişafı" haqqında təlimin təqdimatını etmişdir...


24.10.2013

Sənədli filmlərə baxış

Oktaybrın 24-də  Xəzər Universitetində Azərbaycan dili və ədəbiyyat departamentinin təşəbbüsü ilə Mərmər salonda rejissor Tahir Əliyevin  “Səhra gülü” və “Unudulmuş partizan” sənədli filmlərinə baxış keçirilmişdir...


23.10.2013

XUHM-nin məktəblərdə təqdimatı davam edir

Xəzər Universiteti Hazırlıq Mərkəzi oktyabr ayının 22-23-də Nizami rayonunun 12 və 201 saylı orta məktəblərində şagirdlərlə görüş keçirmişdir...


22.10.2013

XƏZƏR UNİVERSİTETİNDƏ TƏHSİL NAZİRLİYİ VƏ TQDK ƏMƏKDAŞLARI ÜÇÜN SENTYABRIN 23-28-DƏ TƏŞKİL OLUNMUŞ TƏLİM KURSU HAQQINDA RƏY, TƏKLİF VƏ QEYDLƏR

XƏZƏR  UNİVERSİTETİNDƏ  TƏHSİL  NAZİRLİYİ  VƏ  TQDK  ƏMƏKDAŞLARI  ÜÇÜN  SENTYABRIN  23-28-DƏ  TƏŞKİL  OLUNMUŞ  TƏLİM  KURSU  HAQQINDA RƏY,  TƏKLİF  VƏ  QEYDLƏR


22.10.2013

Xəzər Universitetinin müəllimi Araz Aslanlının kitabı Türkiyədə nəşr edilmişdir

Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin üzvü, eyni zamanda Xəzər Universitetinin Tarix və arxeologiya departamentinin müəllimi Araz Aslanlının  Türkiyədə “Yeni Küresel Mücadelede Kafkasya ve Karabağ Sorunu” adlı kitabı çapdan çıxmışdır...


21.10.2013

Xəzər Universiteti haqqında kataloq çap olunmuşdur

Xəzər Universiteti haqqında ingilis dilində “Khazar University” adlı kataloq çapdan çıxmışdır. 150 səhifəlik soraq kitabında universitet haqqında ətraflı məlumat verilir...


21.10.2013

Əməkdaşımız elektron imzaya keçidə dair elmi seminarda iştirak etmişdir

Oktyabrın 21-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elmi İnnovasiyalar Mərkəzində  “Elektron elm: elektron sənəd mübadiləsi” mövzusunda seminar keçirilmişdir.  Universitetin Magistratura, doktorantura və elmi işlər bölməsinin əməkdaşı Leyla Salayeva seminarda iştirak etmişdir...


20.10.2013

İctimai TV-nın “Elm üçbucağı” verilişində

Oktyabrın 20-də İctimai TV-nın “Elm üçbucağı” verilişində Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlının əl-Biruni haqqında mühazirəsi efirə verildi...


19.10.2013

Əməkdaşımız elmi seminarda məruzə etmişdir

Oktyabrın 19-da İqtisadiyyat və menecment departamentinin müdir əvəzi Dr. Ceyhun Məmmədov Qafqaz Universiteti, Nippon Təşkilatı və Sosial İqtisadi İnkişaf Mərkəzinin təşkil etdiyi “Azərbaycanda potensialın gücləndirilməsi və beyin axını” mövzusunda keçirilmiş elmi seminarda “Təhsil və insan kapitalının formalaşması” mövzusunda məruzə etmişdir.


18.10.2013

Gənclər Fondunun qrant müsabiqəsinin təqdimatı keçirildi

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu oktyabrın 18-də Xəzər Universitetində yaşı 14-29 arası olan fiziki şəxslər üçün elan edilmiş qrant müsabiqəsinin şərtləri haqqında təqdimat keçirdi...


18.10.2013

Xəzər Universiteti Aİ Tempus proqramı çərçivəsində 2013-cü il üçün keçirilən müsabiqənin qaliblərindən biridir

Avropa İttifaqının (Aİ) Tempus proqramı (Universitetlər üçün Trans-Avropa Mobillik Proqramı) çərçivəsində 2013-cü il üçün keçirilən müsabiqənin nəticələri məlum olmuşdur. 


18.10.2013

“Dünya” məktəbində yubiley şənlikləri

Oktyabr ayının 18-də “Dünya” məktəbində  yaddaqalan günlərdən biri idi: məktəb kollektivi  5 yubilyarının dogum gününü qeyd etmək üçün bir yerə toplanmışdı. Dil -ədəbiyyat müəllimi Aydın Qənbərov, məktəbin direktor müavini Aləmzar Cabbarova, biologiya müəllimi Səadət Xudaverdiyeva, fizika müəllimi Əlihüseyn Dövlətov və ibtidai sinif müəllimi Gülnarə İbrahimovanın  yubiley yaşları məktəb kollektivi tərəfindən təntənə ilə qeyd edildi. 


18.10.2013

BMT-nin nümayəndələri ilə tələbələrin görüşü

Oktyabrın 18-də Xəzər Universitetində BMT-nin Azərbaycandakı Nümayəndəliyinin əməkdaşları ilə tələbələrin görüşü keçirildi. Görüşü giriş sözü ilə Xəzər Universitetinin İctimai əlaqələr və media üzrə direktoru Ə.Əmirbəyli açdı. 


18.10.2013

AZERCELL təqdimatı

Oktyabrın 18-də Xəzər Universiteti Karyera mərkəzinin təşkilatçılığı ilə tələbələr üçün Azercell biznes görüşü keçirildi.


18.10.2013

BP təqdimatı

Oktyabrın 18-də Xəzər Universiteti Karyera mərkəzinin təşkilatçılığı ilə tələbələr üçün BP biznes görüşü keçirildi...


18.10.2013

“Sağlamlıq və təhlükəsizlik ətraf mühiti” mövzusunda təlim

Oktyabrın 18-da Xəzər Universitetinin Karyera Mərkəzi tələbələr üçün “Sağlamlıq və Təhlükəsizlik” adlı təlim keçirdi. Təlimçi “Sağlamlıq və Təhlükəsizlik Ətraf mühiti”  təşkilatının əməkdaşı Rüfət Rüstəmov idi...


18.10.2013

“Evim sənsən” mövzusunda seminar

Oktyabrın 18-də  Xəzər Universiteti Fəlsəfə və Psixologiya departamentlərinin birgə layihəsi olan fəlsəfi-psixoloji seminarlar silsiləsindən növbəti  “Evim sənsən” mövzusunda  seminar keçirilmişdir. Seminarda universitetin, habelə digər təhsil ocaqlarının tələbələri, Xəzər Universitetinin müəllim heyəti,  universitetin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı iştirak etmişlər...


17.10.2013

Xəzər Universitetində Fabienne Bossuytun açıq mühazirəsi

Oktyabrın 17-də Xəzər Universitetində  Siyasi elm və beynəlxalq münasibətlər departamentinin təşkilatçılığı ilə Dr. Fabienne Bossuyt açıq mühazirə oxuyub...


17.10.2013

“Xəzər”ə təşəkkür məktubu

Xəzər Universitetinin təsisçisi

cənab Hamlet İsaxanlıya

 

Hörmətli Hamlet müəllim!

 

23-29 sentyabr 2013-cü il tarixində rəhbərlik etdiyiniz universitetin təşkilatçılığı altında "İdarəetmədə qərarların verilməsi üçün təhsil alanların nailiyyətlərinin qiymətləndirilməsi və monitorinq üzrə tədqiqatların nəticələrindən istifadə" mövzulu ixtisasartırma proqramı həyata keçirilmiş və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının bir qrup əməkdaşı da bu proqramda iştirak etmişdir...


17.10.2013

Xəzər Universitetinin departamenti UACES-ə üzv oldu

Britaniyanın London Universiteti Kolleci (University College London) nəzdində yaradılaraq fəaliyyət göstərən Çağdaş Avropa Araşdırmaları Universitetlər Assosiasiyası (UACES) Xəzər Universitetinin Siyasi elm və beynəlxalq münasibətlər departamentinin  müraciətinə baxaraq, onu  UACES-ə üzv qəbul etmişdir...


17.10.2013

Hüquq Tədris Mərkəzində təlim keçirildi

Oktyabrın 17-də Xəzər Universitetinin Hüquq Tədris Mərkəzi Francebook Tədris Mərkəzi ilə birlikdə “Avropa İnsan Hüquqları Məhkəməsində prosedur” mövzusunda təlim təşkil etmişdir. Təlimdə Xəzər Universiteti, Bakı Dövlət Universiteti və Aviasiya Akademiyasının tələbələri iştirak etmişlər...


14.10.2013

Yeni dekanın təqdimatı

Oktyabrın 14-də Xəzər Universitetinin Mədəniyyət mərkəzində Mühəndislik və tətbiqi elmlər fakültəsinin yeni dekanı professor Həsən Niknəfs universitet əməkdaşlarına  təqdimat olundu. İdarəetmə və tələbə işləri üzrə prorektor professor Rafiq Əhmədov tədbiri açaraq, H. Niknəfsin əmək fəaliyyəti və elmi nailiyyətləri haqqında gəniş məlumat verdi və yeni işində ona uğurlar arzuladı...


14.10.2013

Tələbələrimiz uşaq evində

Xəzər Universitetinin Mərkəz kampusunun tələbələri oktyabrın 14-də Qurban bayramı münasibətilə 3 saylı uşaq evinə gedərək, balaca dostlarını təbrik etdilər...  


11.10.2013

Khazar Journal of Humanities and Social Sciences” jurnalının yeni sayı çapdan çıxıb

Xəzər Universitetinin Nəşriyyatında Khazar Journal of Humanities and Social Sciences” jurnalının (“Xəzər Humanitar və Sosial Elmlər Jurnalı”) növbəti sayı (Vol 16, № 3, 2013) çapdan çıxıb...


11.10.2013

Əməkdaşımız “III Uluslararası Tatarların Tarixi Mirası” konfransında məruzə etmişdir

Oktyabrın 9-11-də Türkiyə Cumhuriyyətinin Əskişəhər Osmanqazi Universitetində “III Uluslararası Tatarların Tarixi Mirası” adlı konfrans keçirilmişdir...


7.10.2013

İran universitetinin nümayəndələri “Xəzər”də

Oktyabrın 7-də İranın Gorgan Kənd təsərrüfatı və Təbii Sərvətlər Universitetinin rektoru Professor Ramin Rahmani və Beynəlxalq əlaqələr üzrə rəhbəri, fəlsəfə doktoru Hassan Aslan Xəzər Universitetində olub, universitetin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı ilə görüşdülər. Görüşdə tədris işləri üzrə prorektor Məhəmməd Nuriyev də iştirak edirdi...


7.10.2013

Kanadanın Alberta Universitetinin nümayəndəsi “Xəzər”də

Oktyabrın 7-si Kanadanın Alberta Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin nümayəndəsi Dan Fridrix  Xəzər Universitetində olmuşdur...


5.10.2013

Tempus layihəsi çərçivəsində beynəlxalq seminar

Xəzər Universitetində “Avropa İttifaqı araşdırmaları üzrə kurrikulumların işlənib hazırlanması və qabiliyyətlərin inkişaf etdirilməsi”(“Curriculum Development and Capacity Building in the field of EU Studies”) adlı  Tempus layihəsi çərçivəsində beynəlxalq seminar keçirilmişdir. Seminar tərəfdaş universitetlər tərəfindən aparılmış kurrikulumların təhlili prosesinin nəticələrinə həsr olunmuşdu...


5.10.2013

Xəzər Universiteti Hazırlıq Mərkəzinin məktəblərdə təqdimatı başlandı

Xəzər Universiteti Hazırlıq Mərkəzinin  ( XUHM ) işçi heyəti sentyabr ayının 23-dən 27-dək Bakının Nizami rayonundakı 229, 61, 242 və 238 nömrəli orta məktəblərdə olmuşdur...


5.10.2013

“Layihələrin yazılışı və idarə olunması” mövzusunda təlim

Oktyabrın 5-də Xəzər Universitetinin Karyera mərkəzi tələbələr üçün “Layihələrin yazılışı və idarə olunması” mövzusunda  təlim keçirdi...


4.10.2013

Xəzər Universitetinin professoru Mərkəzi Avropa Universitetində konfransda çıxış etmişdir

Xəzər Universiteti İqtisadiyyat və Menecment fakültəsinin dekanı, professor İnqilab Əhmədov oktyabrın 4-də  Mərkəzi Avropa Universitetinin (CEU) təşkil etdiyi konfransda çıxış etmişdir...


3.10.2013

Türkiyə universitetlərinin nümayəndələri “Xəzər” də

Oktyabrın 3-də Türkiyə universitetlərinin nümayəndələri –  Sinop Universitetinin rektoru professor Recep Bircan, Qafqaz Universitetinin rektoru professor Ahmet Saniç, Canik Başarı  Universitetinin rektoru professor Yunis Bekdemir, Kastamonu Universitetinin rektoru professor Seyit Aydın, Canik Başarı Universitetinin prorektoru professor Reşit Özkanca, Canik Başarı Universiteti rektorunun  müşaviri, dosent  Hasan Hüseyin Satılmış, Qafqaz Universitetinin İctimai əlaqələr üzrə direktoru Mahir Rəhimov və digərləri  Xəzər Universitetinin qonağı oldular. Qonaqları  Universitetin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri  professor  Hamlet İsaxanlı salamladı...


3.10.2013

TQDK saytında Xəzər Universitetinin təlim kursu haqqında məqalə

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının saytında  Xəzər Universitetinin  Təhsil Nazirliyinin sifarişi ilə həyata keçirdiyi  “İdarəetməyə dair qərarların verilməsi üçün şagirdlərin qiymətləndirmə nəticələrindən və monitorinq tədqiqatlarından istifadə” adlı təlim kursunun nəticələrinə dair məqalə dərc olunmuşdur.


3.10.2013

Xəzər Universitetinin departament müdiri Ərzurumda geoloji tədqiqatda iştirak etmişdir

Xəzər Universitetinin Neft Mühəndisliyi Departamentinin müdiri, dosent Qəşəm Zeynalov  Türkiyənin Atatürk Üniversiteti ilə "Ərzurum çökmə hövzəsində karbohidrogenlərin əmələgəlmə və toplanmasının geoloji şəraitlərinin qiymətləndirilməsi" mövzusunda birgə elmi-tədqiqat layihəsinin yerinə yetirilməsi ilə əlaqədar  sentyabrın 25-dən oktyabrın 3-dək Atatürk Üniversitetinin əməkdaşları ilə birlikdə   Ərzurum çökmə hövzəsinin geoloji quruluşunu,  stratıqrafiyasını və yer səthində neft və qaz təzahürlərini  tədqiq etmək məqsədi ilə    regionda aparılan  geoloji   çöl tədqiqat işlərində  iştirak etmişdir...


1.10.2013

“Xəzər”ə təşəkkür məktubu

Azərbaycan Respublikası Təhsil Naziriliyinə

Xəzər Universitetinin Direktorlar və Qəyyumlar Şurasının sədri professor H.İsaxanlıya


1.10.2013

“Xəzər”ə təşəkkür məktubu

Xəzər Universitetinin Direktorlar və Qəyyumlar Şurasının sədri professor H. İsaxanlıya...


29.9.2013

Xəzər Universitetinin 35-ci məzunluq mərasimi

Sentyabrın 29-da Aktyor evində Xəzər Universitetinin 35-ci məzunluq mərasimi keçirildi. Mərasimdə məzunlar və onların valideynləri, tələbələr, universitetin  rəhbərliyi və professor-müəllim heyəti iştirak edirdilər.


28.9.2013

Hüquq Tədris Mərkəzi məzunlarına sertifikat təqdim etdi

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin maliyyə dəstəyi, Azərbaycan Hüquqşünasları Konfederasiyası (AHK) ilə Xəzər Universitetinin birgə layihəsi olan və Humanitar və Sosial Elmlər fakültəsinin nəzdində yaradılmış Hüquq Tədris Mərkəzində dörd aylıq təlim kursları müvəffəqiyyətlə başa çatmışdır.


28.9.2013

Təhsil Nazirliyi və Tələbə Qəbul üzrə Dövlər Komissiyasının əməkdaşları üçün “Qiymətləmdirmə nəticələrindən istifadə”yə dair təlim kursu başa çatdı

Xəbər verdiyimiz kimi (25. 09. 2013) Xəzər Universitetinin  Təhsil Nazirliyinin sifarişi ilə  həyata keçirdiyi  “İdarəetməyə dair qərarların verilməsi üçün şagirdlərin qiymətləndirmə nəticələrindən və monitorinq tədqiqatlarından istifadə” üzrə Təhsil Nazirliyinin və TQDK - nın əməkdaşları üçün sentyabrın 23-də başlanmış təlim kursu sentyabrın 28-də başa çatmışdır...


27.9.2013

Xəzər Universitetində fəlsəfi-psixoloji seminarlara start verildi

Sentyabrın 27-də Xəzər Universitetində universitetin Fəlsəfə və Psixologiya departamentlərinin birgə layihəsi olan fəlsəfi-psixoloji seminarlar silsiləsindən  “Uzaq Şərq fəlsəfəsindən bilmədiklərimiz” adlı  ilk elmi seminar keçirilmişdir...


26.9.2013

Elmi-İnzibati Şuranın iclası

Xəzər Universitetinin Elmi-İnzibati Şurası sentyabrın 6-da universitetin tədris işləri üzrə prorektoru Məhəmməd Nuriyevin sədrliyi ilə cari dərs ilində ilk iclasını keçirdi...


26.9.2013

Tempus layihəsinin monitorinqi

Avropa Komissiyasının Təhsil, Audiovizual və Mədəniyyət məsələləri üzrə İcraçı Agentliyinin Tempus və Sənaye ölkələri ilə İkitərəfli Əməkdaşlıq Departamentinin rəhbəri (Head of Unit of Tempus and Bilateral Cooperation with Industrial Countries of the European Commission) Klaus Haupt sentyabrın 26-da Xəzər Universitetində olmuşdur.


25.9.2013

Təhsil Nazirliyi və Tələbə Qəbul üzrə Dövlər Komissiyasının əməkdaşları üçün “Qiymətləndirmə Nəticələrindən İstifadə”yə dair təlim kursu

Xəzər Universitetinin  Təhsil Nazirliyinin sifarişi ilə  həyata keçirdiyi  “İdarəetməyə dair qərarların verilməsi üçün şagirdlərin qiymətləndirmə nəticələrindən və monitorinq tədqiqatlarından istifadə” üzrə növbəti təlim kursu Təhsil Nazirliyinin və TQDK - nın əməkdaşları üçün təşkil  olunub...


25.9.2013

Tarix və arxeologiya departamentinin əməkdaşları III Beynəlxalq kitab-sərgi yarmarkasında

Sentyabr ayının 23-25-də Bakıda Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə III Bakı Beynəlxalq kitab-sərgi yarmarkası keçirildi. Sərgidə 25 ölkədən 125 nəşriyyat evi öz məhsulunu təqdim etdi...


24.9.2013

İctimai TV-də Hamlet İsaxanlının “Elm üçbucağı” adlı proqramının növbəti çəkilişi

Sentyabrın 24-də  Xəzər Universitetində İctimai TV-də Hamlet İsaxanlının “Elm üçbucağı” proqramının növbəti  verilişi üçün çəkiliş aparıldı...


24.9.2013

İctimai TV-nın “Elm üçbucağı” verilişində

Sentyabr 24-də İctimai TV-nın “Elm üçbucağı” verilişində Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlının “Əlkimya- elm və mistika, fəlsəfə və tibb” haqqında mühazirəsi efirə verildi.


20.9.2013

AMEC-dən “Xəzər”ə məktub

Xəzər Universitetinin  təsisçisi,

Direktorlar və qəyyumlar şurasının sədri

professor H.İsaxanlıya

Surəti:

Karyera mərkəzinin koordinatoru...


20.9.2013

“Elsevier Məlumatlar Bazası”nın təmsilçisi Xəzər Universitetində

Xəzər Universitetinin Magistratura, doktorantura və elmi tədqiqat şləri bölməsinin təşkilatçılığı ilə sentyabrın 20-də “Elsevier Məlumatlar Bazası”nın təmsilçisi Altay Saracoğlu  universitetin professor-müəllim heyəti və doktorant tələbələri ilə görüşərək,  “Beynəlxalq elmi əməkdaşlığın tendensiyaları” (“The  International Collaboration Trends in Research”) mövzusunda təqdimat keçirmişdir.


20.9.2013

Əməkdaşımız Global Dağ Əməkdaşlığının zirvə görüşündə

Xəzər Universitetinin Ətraf Mühitin Tədqiqi Mərkəzinin rəhbəri Rövşən Abbasov sentyabrın 17-20-də Türkiyənin Ərzurum şəhərində Global Dağ Əməkdaşlığının 4-cü zirvə görüşündə iştirak etmişdir...


19.9.2013

Techknowledge şirkətinin nümayəndəsi “Xəzər”də

Sentyabrın 19-da Xəzər Universitetində Techknowledge şirkətinin Türkiyə təmsilçiliyinin ölkə meneceri Altan Gürsel universitetin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı ilə görüşdü.  Görüşdə  Keyfiyyətin təminatı mərkəzinin direktoru Lyudmila Sotova və Kitabxana-informasiya mərkəzinin elektron informasiya xidmətləri bölməsinin müdiri Səbinə Əlimərdanova da iştirak etmişlər...


18.9.2013

“İRƏLİ” növbəti Pecha Kucha Night Baku “Vol 2-10 il” keçirdi

Sentyabrın 18-də  “10 il” kampaniyası çərçivəsində 28 Cinema və “Jaguar” enerji içkisinin dəstəyi ilə 28 Mall-da yerləşən 28 Cinema-da 350 nəfərin iştirakı ilə ikinci Pecha Kucha Night Baku “Vol2-10 il” tədbiri keçirildi.


18.9.2013

Vokalçı müəllimimizin Parisdə uğuru

Sentyabrın 17-də UNESCO-nun mənzil qərargahında TÜRKSOY-un, Azərbaycan, Qazaxıstan və Türkiyənin bu daimi nümayəndəliklərinin təşkilatçılığı ilə dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasının 100 illiyinə həsr edilmiş bayram tədbirləri keçirilmişdir.


17.9.2013

Əməkdaşımızın həmmüəllifi olduğu kitab ABŞ-da çap olunub

Xəzər Universitetinin Ətraf mühit araşdırmaları mərkəzinin rəhbəri, Hidrologiya və su təsərrüfatı üzrə fəlsəfə doktoru Rövşən Abbasov Kaliforniya Universitetində (ABŞ-ın Davis şəhəri) Fulbright proqramı üzrə təhsil aldığı zaman digər müəlliflərlə birgə “Uzunmüddətli asılılıq və dəniz səviyyəsinin proqnozu” adlı kitab yazmışdır...


17.9.2013

Həmkarlar təşkilatının hesabına tətildə

Builki məzuniyyət dövründə  həmkarlar təşkilatının xətti ilə universitetin bir qrup əməkdaşı  ailə üzvləri   ilə birlikdə Nabranda istirahət etmiş, bir nəfər əməkdaşımız isə  Bilgəh Kardioloji Sanatoriyasında müalicə olunmuşdur...


16.9.2013

Xəzər Universitetində yeni dərs ilinin açılış mərasimi

Sentyabrın 16-da Xəzər Universitetində yeni dərs ilinin açılış mərasimi oldu.  Mərasimdə universitetə yeni qəbul olunmuş birinci kurs tələbələri və onların valideynləri, digər tələbələr, universitetin rəhbərliyi və professor-müəllim heyəti iştirak edirdilər...


14.9.2013

Xəzər Universitetinin keçirdiyi təlim kursu ilə əlaqədar təşəkkür məktubu

Azərbaycan Respublikasının təhsil naziri cənab Mikayıl Cabbarova

Surəti:  Xəzər Universiteti Direktorlar və Qəyyumlar Şurasının sədri

professor Hamlet İsaxanlıya


14.9.2013

“Dünya” məktəbində yeni tədris ilinin ilk zəngi səsləndi

Sentyabrın 14-də Xəzər Universitetinin “Dünya” məktəbində yeni tədris ilinin ilk zəngi səsləndi. Yenə də məktəblilər əllərində çiçək dəstələri doğma məktəblərinin qarşısına toplandılar...


13.9.2013

Serbiyalı tələbələr Xəzər Universitetində

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) Serbiya Universitetlər Birliyi (SKONUS) ilə əməkdaşlığı çərçivəsində Serbiyanın Belqrad Dövlət, Niş Dövlət və "Singidunum" universitetlərinin tələbələri ölkəmizdə səfərdədilər. Sentyabrın 13-də Tələbə Məclisinin təşkilatçılığı ilə serbiyalı tələbələr universitetimizin qonağı oldular...


13.9.2013

İnkişaf üzrə direktor və Keyfiyyətin təminatı mərkəzinin rəhbəri Londonda keçirilən konfransda iştirak ediblər

Sentyabrın 9-13-də Xəzər Universitetinin İnkişaf üzrə direktoru Raziyə İsayeva  və Keyfiyyətin Təminatı Mərkəzinin rəhbəri Lyudmila Sotova "Tələbə dəstək və inkişaf xidmətləri" Tempus layihəsi çərçivəsində Londonda Middlesex Universitetinin təşkil etdiyi seminarda iştirak etmişlər...


12.9.2013

Nizami rayonu təhsil işçilərinin müşavirəsi

Sentyabrın 12-də Nizami Rayon İcra Hakimiyyətində yeni dərs ilinin başlanması və 2012-2013-cü tədris ilinin yekunlarına həsr olunmuş ümumrayon müşavirəsi keçirildi...


11.9.2013

Avropa Birliyi ölkələrindən olan tələbə və tədqiqatçılar Xəzər Universitetində

Erasmus Mundus mübadilə proqramı çərçivəsində 2013-cü ilin payız semesterində Avropa Birliyi ölkələrinin müxtəlif universitetlərindən olan 6 nəfərdən ibarət tələbə, tədqiqatçı və müəllim heyəti  Xəzər Universitetində üç Erasmus Mundus proqramı üzrə təhsil və tədqiqatlarını davam etdirəcəklər...


11.9.2013

Xəzər Universiteti dünyanın ən yaxşı 700 universiteti arasında

2013-cü ilin sentyabr ayında  QS ali məktəblərin dünya üzrə yeni reytinqini açıqlamışdır.Xəzər Universiteti dünya universitetləri arasında 651 -700-cü sırada yer alıb...


10.9.2013

“Dünya” məktəbi “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibidir

Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin “2012/2013-cü tədris ilində keçirilmiş “Ən yaxşı ümumtəhsil məktəbi”müsabiqəsinin qaliblərinin mükafatlandırılması haqqında” 6 avqust 2013-cü il tarixli cərəncamı ilə müsabiqədə müvəffəqiyyət qazandıqlarına  görə qalib hesab edilərək mükafatlandırılmış  50 ümumtəhsil məktəbi arasında  Xəzər Universitetinin  "Dünya" məktəbi də vardır....


10.9.2013

Universitetimizin yeni nəşri – “Xəzər Universiteti. Əsasnamələr və qaydalar toplusu”

Xəzər Universitetinin Nəşriyyatında “Xəzər Universiteti. Əsasnamələr və qaydalar toplusu” adlı kitab çapdan çıxmışdır...


10.9.2013

Hamlet İsaxanlının “Həftə içi” qəzetinə müsahibəsi

“Həftə içi” online ictimai-siyasi qəzetinin 10 sentyabr 2013-cü il tarixli nömrəsində Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlının  “Təhsilin keyfiyyətini artırmaq istəyiriksə,  müəllimliyin nüfuzunu qaldırmalıyıq” sərlövhəli müsahibəsi dərc olunub...


10.9.2013

Tələbə Məclisinin prezidenti Serbiyada

İyulun 5-də  Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və Serbiya Universitetlər Birliyi (SKONUS) arasında imzalanmış niyyət protokolu əsasında sentyabrın 2-10-da   müxtəlif universitetlərin tələbə gənclər təşkilatlarını  təmsil edən 5 nəfərdən ibarət nümayəndə heyəti Serbiya Respublikasında səfərdə olmuşdur...


6.9.2013

Xəzər Universitetinin keçirdiyi təlim kursu ilə əlaqədar təşəkkür məktubu

Xəzər Universiteti avqustun  2-7-də Təhsil Nazirliyinin sifarişi əsasında Lerik rayonunda təlim kursunu uğurla həyata keçirdiyinə görə Lerik Rayon Təhsil Şöbəsinin müdiri B.A. Nəsirov sentyabrın 6-da  Təhsil Nazirliyinə və universitetə aşağıdakı təşəkkür məktubunu göndərib...


6.9.2013

İqtisadiyyat və menecment fakültəsinin əməkdaşları beynəlxalq konfransda

Sentyabrın 5-6- da Xəzər Universiteti İqtisadiyyat və menecment fakültəsinin dekanı professor İnqilab Əhmədov, həmin fakültənin doktorantı Nigar Muradxanlı, İqtisadiyyat və menecment departamentinin  koordinatoru Ceyhun Məmmədov  İqtisadi Əməkdaşlıq Təşkilatı (), İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutu (İİETİ) və  Ecomod Network təşkilatı tərəfindən İƏT-yə üzv ölkələr üçün Bakı Biznes Mərkəzində təşkil olunan “Enerji, regional inteqrasiya və sosial-iqtisadi İnkişaf" mövzusunda 1-ci Beynəlxalq Konfransda Xəzər Universitetini təmsil etmişlər...


5.9.2013

Əməkdaşımız “Yeni dalğa” proqramında

Xəzər Universitetinin Psixologiya departamentinin koordinatoru Ülkər İsayeva sentyabrın 5-də İctimai Televizyanın  “Yeni dalğa”  proqramında  “ Yeni mövsüm, yeni başlanğıc”  mövzusunda ekspert kimi çıxış etmişdir...


1.9.2013

ASAIF-in XI Yay Forumu

Xaricdə Təhsil Alan və Məzun Olmuş Gənclərin Beynəlxalq Forumu (ASAIF) avqustun 30-dan sentyabrın 1-dək“Bizim forum, bizim seçim, bizim Azərbaycan” devizi altında XI Yay Forumu keçirmişdir. Forum Bakıda işə başlamış, Qəbələdə başa çatmışdır...


30.8.2013

Hamlet İsaxanlı “Din və cəmiyyət” verilişində

Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı avqustun 30-da İctimai TV-nin “Din və cəmiyyət” verilişində iştirak etmişdir...


28.8.2013

Əməkdaşımız “Din və cəmiyyət” verilişində

“Xəzər Xəbər” jurnalı baş redaktorunun müavini, əməkdar jurnalist Əlirza Balayev  avqustun 23-də İctimai TV-nin “Din və cəmiyyət” verilişində iştirak etdi... 


28.8.2013

Hamlet İsaxanlı “Gənclər və mütaliə” proqramında

Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı avqustun 28-də İctimai radionun “Gənclər və mütaliə”  proqramında iştirak etmiş və suallara cavab vermişdir...


7.7.2013

Bakıda web texnologiyalar mövzusunda konfrans keçirilib

İyulun 6-7-də  Bakıda Gürcüstan Universitetinin “UG-Group”u və Azərbaycanın təhsil portalı olan “İlk Addımlar”ın təşkilatçılığı ilə web texnologiyalar mövzusunda beynəlxalq konfrans keçirilib...


7.7.2013

Universitetlər arasında memorandum imzalandı

İyulun 6-7-də Bakıda keçirilən web texnologiyalara həsr edilmiş konfransın sonunda Xəzər Universiteti və Gürcüstan Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb...


6.7.2013

Avrasiya Hasilat Sənayesi Bilik Mərkəzi “Hasilat sənayesi ölkələrində gəlirlərin idarə olunması və iqtisadi diversifikasiya” mövzusunda beynəlxalq təlim keçirdi

Xəzər Universiteti nəzdində fəaliyyət göstərən Avrasiya Hasilat Sənayesi Bilik Mərkəzi iyulun  4-6-da  Crescent Beach otelində “Hasilat sənayesi ölkələrində gəlirlərin idarə olunması və iqtisadi diversifikasiya” mövzusunda növbəti təlimini təşkil etdi...


5.7.2013

Xaricdə təhsil almağa gedən və fəaliyyətlərini bitirmiş əməkdaşların şərəfinə ziyafət

İyulun 5-də Xəzər Universitetinin Mədəniyyət Mərkəzində Erasmus-Mundus və Fulbright proqramları çərçivəsində Avropanın və Amerikanın müxtəlif şəhərlərində təhsil almağa gedən və  həmçinin, universitetdə fəaliyyətlərini başa vurmuş əməkdaşlarımızın şərəfinə musiqili ziyafət təşkil olundu...


5.7.2013

Bakı Dövlət Universiteti və Xəzər Universiteti dünyanın ən yaxşı ali məktəbləri sırasında

2004-cü ildən bəri dünya ali məktəblərinin “Webometrics” adlı reytinqi elan olunur...


3.7.2013

Hüquq Tədris Mərkəzinin təşkilatçılığı ilə rəmzi məhkəmə

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə Azərbaycan Hüquqşünasları Konfederasiyası (AHK) və Xəzər Universitetinin birgə layihəsi olub, universitetin Humanitar və sosial elmlər fakültəsinin nəzdində yaradılmış Hüquq Tədris Mərkəzində dörd aylıq təlim kursları müvəffəqiyyətlə başa çatmışdır...


3.7.2013

Xəzər Universitetinin əməkdaşı Soçidə

Xəzər Universitetinin əməkdaşı Rima Məmmədova  iyun ayının 28-dən iyulun 3-dək Generations for Peace (Sülh üçün Nəsillər) təşkilatı tərəfindən Rusiyanın Soçi şəhərində keçirilən təlimdə iştirak etmişdir...


2.7.2013

ABŞ hökuməti tərəfindən maliyyələşdirilən mübadilə proqramı iştirakçılarının şərəfinə ziyafət

İyulun 2-də ABŞ-ın Azərbaycandakı səfirinin iqamətgahında ABŞ hökuməti tərəfindən maliyyələşdirilən mübadilə proqramı iştirakçılarının şərəfinə ziyafət təşkil olunmuşdur...


2.7.2013

Xəzər Universitetində yay məktəbi

Avrasiya Bilik Mərkəzi iyunun 24-dən iyulun 2-dək Xəzər Universitetinin İqtisadiyyat və menecment fakültəsində “Neftlə zəngin ölkələrdə iqtisadi diversifikasiya və davamlı inkişaf” mövzusunda yay məktəbi təşkil etdi... 


28.6.2013

Tələbələrin yaradıcılıq sərgisi

İyunun 21-də Xəzər Universitetinin “Dünya” konsert salonundakı konsertlə tələbələrin musiqi yaradıcılığına baxış keçirən Musiqi və incəsənət departamenti iyunun 28-də universitetin Mədəniyyət mərkəzində onların rəssamlıq, xalçaçılıq və zərgərlik sahəsindəki fəaliyyətlərini   əks etdirən yekun sərgi təşkil etdi....


25.6.2013

Hamlet İsaxanlı “Çin azərbaycanlıların gözü ilə” kitabının təqdimat mərasimində

Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı  iyunun 25-də “Hyatt Regency” otelinin Quba zalında Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) ilə ÇXR-ın Beynəlxalq Araşdırmalar Fondunun  birgə əməkdaşlığı çərçivəsində nəşr edilən “Çin azərbaycanlıların gözü ilə” adlı kitabın təqdimat mərasimində iştirak etdi... 


25.6.2013

Bakıda keçiriləcək beynəlxalq web konfransa maraq artmaqdadır

Məlumat verdiyimiz kimi, 6-7 iyul 2013-cü il tarixində Azərbaycan və Gürüstandan olan təşkilatçıların birgə əməkdaşlığı ilə web texnologiyalar mövzusunda beynəlxalq konfrans keçiriləcək...


22.6.2013

Əməkdaşlarımız Oldenburq Universitetində keçiriləcək təlimdə iştirak edəcəklər

Tempus proqramının “Miqrasiya və ali təhsil - bilik və bacarıqların aşılanması”   layihəsi çərçivəsində Xəzər Miqrasiya Araşdırmaları Mərkəzinin Direktoru və layihənin universitet üzrə koordinatoru Leyla Niyazova, Beynəlxalq Tələbə və Mütəxəssislər Mərkəzinin Direktoru Aytən Şadlinskaya, Siyasi Elmlər və Beynəlxalq  Əlaqələr Departamentinin müəllimi Vusal Behbudov, İqtisadiyyat və Menecment Departamentinin koordinatoru Ceyhun Məmmədov 2013-cü il iyunun 24-dən 29-dək  Almanyanın Oldenburq Universitetində keçiriləcək təlimdə iştirak edəcəklər...


22.6.2013

AzETA nın 10-cu konfransı

İyunun 22-də Xəzər Universitetinin Mərmər salonunda Azərbaycan İngilis Dili Müəllimləri Assosiasiyasının (AzETA) 10-cu konfransı keçirildi. Konfransda Azərbaycanın bütün bölgələrindən, Xəzər Universiteti və “Dünya” məktəbindən olan 200 nəfərə yaxın ingilis və azərbaycan dili müəllimləri və Azərbaycandan, Türkiyədən, Böyük Britaniyadan, Qətərdən və digər ölkələrdən qonaqlar, təlimçilər iştirak edirdilər... 


22.6.2013

PR üzrə dərs

İyunun 22-də Xəzər Universitetində gənc kadrlar üçün PR üzrə dərs keçirilib...


21.6.2013

Dərs ilinin yekun konserti

İyunun 21-də Xəzər Universitetinin “Dünya” konsert salonunda dərs  ilinin yekun konserti  keçirildi. Tədbiri giriş sözü ilə universitetin Fəlsəfə və sosiologiya departamentinin müdiri Mail Yaqubov açdı. O, Azərbaycan və Avropa klassik musiqisi haqqında danışdı, konsert barədə iştirakçıları məlumatlandırdı...


20.6.2013

ELSEVIER B.V. nəşriyyatının nümayəndələri “Xəzər”də

İyunun 20-də  Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı ELSEVIER B.V. nəşriyyatının  Türkiyə  üzrə nümayəndəsi Ayhan Akanay Saracoglunu və  Orta Asiya üzrə nümayəndəsi Yildiz Kidiralievanı qəbul etdi.


20.6.2013

Multimedia fənninin yekun dərsi

İyunun 20-də   Xəzər Universitetində IREX-in xüsusi proqramı olan, Vüsalə Əlibəylinin tədris etdiyi multimedia fənninin yekun dərsi keçirildi...


20.6.2013

Argentinalı qonaqlar Xəzər Universitetində

İyunun 20-də Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı Argentinanın Azərbaycandakı səfirliyinin baş məsləhətçisi Gabriel Jorquero, La Plate Universiteti Beynəlxalq əlaqələr institutunun Avrasiya proqramının rəhbəri, La Plate Universitetinin Azərbaycan tədqiqatları kafedrasının müdiri Paulo Botta və Argentinanın Azərbaycandakı  səfirliyinin Təhsil və mədəniyyət məsələləri üzrə müşaviri Tutu Yunusovanı qəbul etdi.


20.6.2013

Lusofona Universitetinin əməkdaşları Xəzərdə

Portuqaliyanın Lusofona Sosial Elmlər və Texnologiya Universitetinin əməkdaşları Tereza do Rosario Damasio və  Antonio Gameiro Xəzər Universitetinin koordinator olduğu “Avropa Birliyi Araşdırmaları üzrə dərs proqramlarının işlənib hazırlanması və qabiliyyətlərin inkişaf etdirilməsi” (“Curriculum Development and Capacity Building in the Field of EU Studies”) adlı Tempus layihəsi çərçivəsində Xəzər Universitetində və Bakı Slavyan Universitetində olmuş və  uyğun tədris proqramlarının təhlilini həyata keçirmişlər...


20.6.2013

Əməkdaşımız Məzunların 2-ci Təhsil Forumunda

İyunun 20-də Azərbaycan Dillər Universitetində  ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyi, Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi və ADU-nun Amerika mərkəzinin təşkilatçılığı ilə “Azərbaycan təhsil sistemində islahatların aparılması: problemlər və onların həlli yolları” mövzusunda Məzunların 2-ci Təhsil Forumu keçirildi...


18.6.2013

ABŞ-da ingilis dilində çap olunmuş kitabın redaktoru “Xəzər”in əməkdaşıdır

“Assa-İrada” informasiya agentliyinin direktoru, jurnalist, şərqşünas və yazıçı, filologiya üzrə fəlsəfə doktoru Fazil Güneyin “Yalanın gerçəkliyi” adlı kitabı ABŞ-da ingilis dilində çap olunmuşdur.


15.6.2013

“Xəzər”in kollektivi Altıağacda

Xəzər Universitetinin kollektivi iyunun 15-də Xızı rayonunda yerləşən Altıağac Milli Parkında bir günlük istirahətdə oldu. Səyahətə səhər tezdən universitetin qarşısından 68 nəfər əməkdaşın iştirakı ilə start verildi. 


14.6.2013

“Xəzər”ə təşəkkür məktubu

Xəzər Universiteti iyunun 6-7-də Azercellin Elm və Texnologiya Sahibkarlığı Proqramına ev sahibliyi etdiyinə görə  Azercellin əməkdaşı  Tofiq Məmmədov  iyunun 14-də   universitetə aşağıdakı təşəkkür məktubunu göndərib.


14.6.2013

“Xəzər”in əməkdaşları doktorantura təhsillərini xaricdə davam etdirəcəklər

Müəllim və işçilərimizin bir çoxu magistratura və aspirantura təhsillərini 2013-2014 tədris ilində Erasmus Mundus, Fulbrayt və digər proqramlar vasitəsilə xaricdə davam etdirmək şansı əldə etdikləri üçün Xəzər Universiteti qürur duyur.


14.6.2013

Böyük Britaniya universitetlərinin nümayəndələri “Xəzər”də

İyunun 14-də Southampton Universitetinin Beynəlxalq əlaqələr bölməsinin əməkdaşı Donna Haynes və Kardiff Universitetinin Beynəlxalq ofisinin beynəlxalq əlaqələr üzrə nümayəndəsi Anne Morgan Xəzər Universitetində olub, universitetin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı ilə görüşdülər. 


13.6.2013

Texnoparkla bağlı təlim

İyunun 13-də İsrailin "LN innovasiya texnologiyaları" şirkətin təsisçisi və icraçı direktoru Klara Oren Xəzər Universitetində  texnoparklar, biznes inkubasiya və beynəlxalq patent üzrə birgünlük təlim keçirdi.


13.6.2013

Bölgədə ilk və yeganə “Xəzər Film və Animasiya Məktəbi” yaradılıb

İyunun 13-də Bakıda ­–“On3” Şirkətlər Qrupunun binasında rəsmi buraxılış layihəsi olan Xəzər Film və Animasiya Məktəbi (Xəzər Universiteti Texnoparkı nəzdində) fəaliyyətə başladı... 


12.6.2013

Minzu Universitetinin nümayəndə heyəti Xəzərdə

Çinin Minzu Universitetinin nümayəndələri - universitetin prorektoru professor  Song Min başda olmaqla Beynəlxalq əlaqələr və Mərkəzi Asiya dilləri fakültəsinin müəllim və işçi heyəti iyunun 12-də  Xəzər Universitetinin qonağı oldular. Bakı Dövlət Universitetinin Konfutsi İnstitutunun direktoru dosent  Hu Fenghua nümayəndə heyətini müşayiət edirdi. 


11.6.2013

Karyera Mərkəzinin e-bülleteni

Xəzər Universitetinin Karyera Mərkəzinin birinci e-bülleteninə baxa bilərsiniz...


11.6.2013

Əməkdaşımız Prinston Universitetində

Xəzər Universitetinin Beynəlxalq münasibətlər üzrə prorektoru, tarix elmləri üzrə fəlsəfə doktoru  Fərda Əsədov  2012-2013-cü tədris ilində ABŞ-ın Prinston Universitetinin Fulbrayt Təkmilləşmə Kursunda təhsil almışdır.  Onun təəssüratlarından ibarət yazını sizə təqdim edirik. 


11.6.2013

Xəzər Univesitetinin 7 tələbəsi Mərkəzi Bankda internatura keçməyə layiq görülmüşdür

Xəzər  Universitetinin  7 tələbəsi (2 magistr – Nərmin Qocayeva, Lalə Qafarova, 5 bakalavr – Aytəkin  Nəbisoy, Əfqan Əskərli, İlkin Billalı, Nərmin Cəbrayılova, Rəxşəndə Əlili) cari ilin  01  iyul-14 sentyabr tarixlərində Mərkəzi Bankın müxtəlif  departamentlərində internatura keçməyə layiq görülüb. 


11.6.2013

Hamlet İsaxanlı “Səhər sovqatı” verilişində

Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı iyunun 11-də İctimai TV-nin “Səhər sovqatı” verilişinin çəkilişində iştirak etdi. 


11.6.2013

İctimai TV-də Hamlet İsaxanlının “Elm üçbucağı” adlı proqramının növbəti verilişi

İyunun 11-də saat 21:40-da İctimai TV-nın “Elm üçbucağı” verilişində Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlının “Qahirə akademikləri” haqqında mühazirəsi efirə verildi. 


10.6.2013

Xəzər Universitetinin yeni nəşri: “Böyük dinlərlə tanışlıq”

Xəzər Universitetinin nəşriyyatında iranlı müəllif Hüseyn Tovhidinin “Böyük dinlərlə tanışlıq” kitabı Azərbaycan dilində çapdan çıxmışdır. Kitabı farscadan universitetin müəllimi, fəlsəfə doktoru Rüstəm Lazımov tərcümə etmişdir.


10.6.2013

Xəzər Universitetinin yeni nəşri

Xəzər Universitetinin nəşriyyatında tibb elmləri doktoru Loğman Məmmədov və tibb elmləri üzrə fəlsəfə doktoru Elçin Əkbərovun həmmüəllifləri olduğu  “Kiçik çanağın, aralığın topoqrafik anatomiyası və cərrahi əməliyyatları” adlı dərslik çapdan çıxmışdır. 


10.6.2013

Əməkdaşımıza Corc Vaşinqton Universitetinin sertifikatı verilmişdir

Xəzər Universitetinin Keyfiyyət təminatı mərkəzinin rəhbəri Lyudmila Sotova Layihə idarəetmə məktəbi tərəfindən təşkil olunmuş təlim proqramının 7 modulunun uğurla başa çatdırılması münasibətilə   iyunun 10-da  Corc Vaşinqton Universitetinin Layihələrin idarə olunması üzrə peşəkar sertifikata layiq görülmüşdür.


10.6.2013

Layihə İdarəetmə Məktəbi məzunlarının buraxılış mərasimi

İyunun 10-da  “Hyatt Tower 3” - ün “Kişmiş zal”ında Layihə İdarəetmə Məktəbinin (The School of Project Management) ikinci qrup məzunlarının  buraxılış mərasimi keçirildi.


8.6.2013

Azərbaycan Respublikası Milli Məclisinin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Əli Hüseynli ilə görüş

Azərbaycan Respublikası Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli iyunun 8-də Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı  və  Hüquq Tədris Mərkəzinin rəhbəri Cabir Xəlilov ilə görüşmüşdür.


8.6.2013

Hüquq tədris mərkəzində növbəti təlimlər

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin maliyyə dəstəyi, Xəzər Universiteti və Azərbaycan Hüquqşünasları Konfederasiyasının birgə layihəsi olan və Humanitar və sosial elmlər fakültəsində davamlı olaraq yaradılmış Hüquq Tədris Mərkəzində bu həftə də hər iki istiqamətdə təlimlər həyata keçirilirdi. 


6.6.2013

Xəzər Universitetində təlimçi hazırlığı kursu

Xəzər Universiteti ilə Təhsil Nazirliyi arasında 2013-cü il mart ayının 28-də “İdarəetməyə dair qərarların verilməsi üçün şagirdlərin qiymətləndirmə nəticələrindən və monitorinq tədqiqatlarından istifadə” üzrə təlim kursu layihəsinin həyata keçirilməsi ilə əlaqədar bağlanan iş planına uyğun olaraq iyunun 3-7-də universitetdə “Cito Qrup Türkiye” təşkilatının iştirakı ilə “Qiymətləndirmə və qiymətləndirmə nəticələrindən istifadə” mövzusu üzrə təlimçi hazırlanması kursu keçirilir. T


6.6.2013

Xəzər Universitetinin əməkdaşı Genuya Universitetində

“Avropa Birliyi Araşdırmaları üzrə dərs proqramlarının işlənib hazırlanması və qabiliyyətlərin inkişaf etdirilməsi” adlı Tempus layihəsi çərçivəsində Siyasi elmlər və beynəlxalq münasibətlər departamentinin koordinatoru Baba Bayramlı 27 may – 2 iyun 2013-cü il tarixlərində İtaliyanın Genuya Universitetinə səfər edərək, Avropa Birliyi araşdırmaları üzrə dərs proqramlarının təhlili (Curriculum Review) prosesində iştirak etmişdir. 


5.6.2013

Hamlet İsaxanlının 1News-də müsahibəsi

İyunun 5-də 1News saytında Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlının müsahibəsi dərc edilmışdir. 


3.6.2013

Hamlet İsaxanlı beynəlxalq forumda

İyunun 3-də Bakıdakı Hilton otelində Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi, Azərbaycan Gələcəyi Tədqiqatlar Cəmiyyəti, Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Azərbaycan Dövlət İqtisad Universitetinin birgə təşkilatçılığı ilə “Azərbaycanın gələcəyi üçün növbəti böyük addımlar: Azərbaycanın neft sonrası iqtisadiyyatı” mövzusunda beynəlxalq forum keçirildi. 


3.6.2013

Tələbə Məclisimiz ATGTİ-nin hesabat konfransında

İyunun 3-də “Gülüstan” sarayında Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) illik hesabat konfransı keçirilib.


1.6.2013

Xəzər Universitetinin keçirdiyi 10-cu Respublika Olimpiadasının yekunlarına həsr olunmuş mərasim

İyunun 1-də Xəzər Universitetinin “Dünya” konsert salonunda universitetin XI sinif şagirdləri arasında Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində keçirdiyi 10-cu Respublika Olimpiadasının yekunlarına həsr olunmuş mərasim keçirildi. Mərasimdə Olimpiadaya Hazırlıq üzrə Təşkilat Komitəsinin sədr müavini, universitetin İctimai əlaqələr və media üzrə direktoru Əlövsət Əmirbəyli geniş hesabat məruzəsi ilə çıxış etdi. 


1.6.2013

Tələbələrimiz Mərdəkan dendrarisində

Xəzər Universitetinin “ Web Design & Development” fənninin tələbələri müəllim Rəşad Əliyevlə birlikdə iyunun 1-də AMEA-nın Mərdəkan Dendrarisinə səfər etmişlər.


1.6.2013

Hüquq tədris mərkəzində növbəti həftəlik təlim

 Xəzər Universitetinin nəzdində yaradılmış  Hüquq Tədris Mərkəzində növbəti həftəlik  təlim  iyunun 1-də  başa çatdı.


1.6.2013

Xəzər Universitetinin nümayəndəsi İkinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi ilə mayın 29-dan iyunun 1-dək Bakıda "Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşamaq" devizi altında İkinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilmişdir.


31.5.2013

“Dünya”dan müstəqil həyata

“Dünya” məktəbi fəaliyyət göstərdiyi 15 il ərzində cəmiyyətdə yerini möhkəmləndirmək üçün kifayət qədər uğur qazanmışdır. Artıq məktəbimizin adı təhsil müəssisələri arasında ilk yerlərdə çəkilir. Məzunlarının sorağı dünyanın sayılıb- seçilən universitetlərindən gəlir.


31.5.2013

“Elm və Sənət Məclisi”nin 58-ci məşğələsi

Mayın 31-də Xəzər Universitetində ənənəvi “Elm və Sənət Məclisi”nin 58-ci məşğələsi keçirildi. Məşğələni giriş sözü ilə Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaxanlı açaraq, Amerika Birləşmiş Ştatlarından məruzə oxumaq üçün dəvət olunmuş professor Maykl Rubini (Michael Rubin) məşğələdə iştirak edən Azərbaycanın tanınmış elm adamlarına təqdim etdi.


31.5.2013

Tələbələrin hazırladıqları saytların təqdimatı

 Mayın 31-də Xəzər Universitetinin Mühəndislik və tətbiqi elmlər və Təhsil fakültələrinin tələbələri Xəzər Universiteti İnternet institutunun direktoru Rəşad Əliyevin tədris etdiyi “Web Design and Development” fənnindən müxtəlif mövzuları əhatə edən, özlərinin hazırladıqları saytların təqdimatını keçirmişlər.


29.5.2013

Tanınmış amerikalı numizmatik Joel Forman Xəzər Universitetində

Amerikalı numizmatik Col Formen (Joel Forman) Vaşinqtonda yerləşən Qarabağ fondunun dəstəyi ilə Azərbaycana gəlmiş, müxtəlif görüşlər keçirərək  qədim və müasir pul nümunələri ilə tanış olmuşdur. 


26.5.2013

Tələbələrimizin Qəbələ səfəri

May ayının 26-da Xəzər Universitetinin Humanitar və sosial elmlər fakültəsinin psixologiya ixtisası üzrə təhsil alan tələbələri Qəbələ şəhərinə səfər etdilər.  


25.5.2013

“Xəzər”ə təşəkkür məktubu

Prof. Dr. Hamlet İsaxanlı!

 2013-cü il mayın 09-10-da uğurla keçirilmiş “Avrasiya Universitetlər Birliyi çərçivəsində ali təhsildə əməkdaşlıq” üzrə I  Beynəlxalq konfransda iştirakınıza görə EURAS adından sizə səmimi minnətdarlığımı bildirmək istəyirəm.


25.5.2013

Avstriyalı tələbə və professorların Azərbaycana səfəri

Mayın 23-25​​-də bir qrup avstriyalı tələbə və professor  “Azərbaycan Nöqteyi-nəzərindən Xəzər Regionunu Öyrənmə Proqramı” çərçivəsində Bakıya səfər edib.


25.5.2013

“Azərbaycan – ikinci vətənim” tələbə festivalı keçirildi

 Mayın 25-də  Xəzər Universitetinin “Dünya” konsert salonunda İctimai TV-nın təşkilatçılığı ilə “Azərbaycan –  ikinci vətənim” tələbə festivalı keçirildi. Festivalın məqsədi Bakı şəhərinin müxtəlif universitetlərində təhsil alan xarici tələbələrin Azərbaycana həsr olunmuş mahnı, rəqs və şeir ifalarını nümayiş etdirmək idi.


24.5.2013

Tələbələrlə yekun dərs

May ayının 24-də Xəzər Universitetinin Təhsil fakültəsində İngilis dili və ədəbiyyatı departamentinin müəllimi Xəyalə Pənahovanın tədris etdiyi “English for Professional Communication” D qrupunun tələbələri ilə Xəzər Universitetində təhsil alan xarici tələbələr arasında görüş keçirildi. Görüşün keçirilməsində əsas məqsəd yekun dərs olaraq tələbələrin ingilis dillində xarici tələbələrlə ünsiyyət qurmaqla onların semestr ərzində öyrəndiklərini tətbiq etmək və növbəti semestrdə ingilis dilini daha da təkmilləşdirmələri üçün onları həvəsləndirmək idi. 


24.5.2013

Hamlet Isaxanli at German-Azerbaijani Dialogue Forum

May ayının 24-də Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı Four Seasons hotelində Konrad Adenauer Fondu və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən keçirilən “Azərbaycanın Avropa yolu: irəliləyişlər və potensiallar” adlı Alman-Azərbaycan dialoq forumunda iştirak etdi.


24.5.2013

Əməkdaşlarımız beynəlxalq forumda

Mayın 21-24-də Bakıda  “Avropa Məkanında Yeni Çağırışlar: Gənc Alimlərin Beynəlxalq Bakı Forumu” keçirildi. Gənclər və İdman Nazirliyinin, AMEA-nın, Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin birgə təşkilatçılığı, Avropa Gənc Alimlər Şurasının (EURODOC) dəstəyi ilə keçirilən dördgünlük forum xalqımızın ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuşdur. 


24.5.2013

Əməkdaşımız respublika elmi konfransında

Mayın 24-də Azərbaycan Milli Elmlər Akademiyasının  M. Füzuli adına Əlyazmalar İnstitutunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünə həsr olunmuş “Orta əsrlər əlyazmaları və Azərbaycan mədəniyyəti tarixi problemləri” mövzusunda  respublika elmi konfransı keçirildi.


23.5.2013

Hamlet Isaxanlının Azad Azərbaycan TV-yə müsahibəsi

Mayın 23-də   Azad Azərbaycan TV-nın Təhsil problemləri haqqında verilişində Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlının Xəzər Universitetində əvvəlcədən çəkilmiş müsahibəsi göstərildi.


23.5.2013

Tələbələrimiz Əlimərdan bəy Topçubaşovun 150 illiyinə həsr olunmuş respublika elmi seminarında

Mayın 23-də AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində (MATM) görkəmli ictimai-siyasi xadim, diplomat Əlimərdan bəy Topçubaşovun anadan olmasının 150 illiyinə həsr edilmiş respublika elmi seminarı keçirilmişdir. Seminarı açan MATM-nın direktoru, akademik Nailə Vəlixanlı tədbirin Prezident İlham Əliyevin “Əlimərdan bəy Topçubaşovun 150 illik yubileyinin keçirilməsi haqqında” 2013-cü il 25 fevral tarixli Sərəncamına uyğun olaraq keçirildiyini diqqətə çatdırmışdır.


22.5.2013

Xəzər Universitetində “Çin dili və tədrisi” mövzusunda konfrans keçirildi

Mayın 22-də Xəzər Universitetinin Neftçilər kampusunda “Çin dili və tədrisi” mövzusunda beynəlxalq elmi konfrans keçirildi. Konfransda Çinin Şanxay Pedaqoji Universitetinin nümayəndələri, Xəzər Universitetinin müəllim  və tələbələri iştirak etdilər.


22.5.2013

Xəzər Universitetində türkiyəli şairlərlə görüş

May ayının 22-də Xəzər Universitetinin Azərbaycan dili və ədəbiyyat departamentinin təşkilatçılığı  ilə universitetin Mərmər salonunda Azad Yazarlar Ocağının dəvəti əsasında Azərbaycana səfərə gəlmiş türkiyəli şairlər  -  Ayşə Hatun Esen, Sevil Piriyeva, Ünal Kar və Azərbaycan şairi Rasim Qaracanın universitet tələbələri ilə görüşü keçirilmişdir. Tədbiri Azərbaycan dili və ədəbiyyat departamentinin müdiri Vurğun Əyyub açmış, Azərbaycan-Türkiyə ədəbi əlaqələrinin vacibliyindən danışmışdır...


22.5.2013

Xarici qonaqların şərəfinə ziyafət

Mayın 22-də Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlının bağ evində universitetə gəlmiş xarici qonaqların şərəfinə ziyafət verildi. 


21.5.2013

“Xəzər”də “Koreya-Azərbaycan əlaqələri” mövzusunda konfrans keçirildi

Mayın 21-də Xəzər Universitetinin Neftçilər kampusunda “Koreya-Azərbaycan əlaqələri” mövzusunda beynəlxalq elmi konfrans keçirildi. Konfransda Xəzər Universitetinin müəllim və tələbələri,  Cənubi Koreyanın Seul Universitetinin və SEBA (Seul-Bakı) Koreya-Azərbaycan Mədəniyyət Mübadiləsi Cəmiyyətinin nümayəndələri iştirak etdilər.


21.5.2013

Qafqaz Universitetlər Birliyinin konqresi

Mayın 21-də  Bakıda “Şeraton” otelində Qafqaz Universitetlər Birliyinin III konqresi keçirildi.


21.5.2013

Əməkdaşlarımızın “Təlim nəticələri” adlı seminarda iştirakı

Mayın 20-21-də Azərbaycan Dillər Universitetində “Təlim nəticələri" adlı seminar keçirilmişdir.

Seminarın aparıcısı Essex Universitetinin Tələbə mobilliyi üzrə dosenti Antoni Vikers idi. Tədbirdə ali təhsil müəssisələrinin nümayəndələri, o cümlədən Xəzər Universitetinin Keyfiyyət təminatı mərkəzinin rəhbəri Lyudmila Sotova, Təhsil fakültəsinin dekan müavini Zərifə Əliyeva  və Humanitar və sosial elmlər fakültəsinin dekan müavini Mələk Kərimova  iştirak etmişlər...


21.5.2013

İctimai TV-də Hamlet İsaxanlının “Elm üçbucağı” adlı proqramının növbəti verilişi

Mayın 21-də  İctimai TV-nın “Elm üçbucağı” verilişində Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlının aprelin 16-da   universitetdə çəkilmiş “İslamın qızıl çağında təhsil” mövzusunda mühazirəsi efirə verildi. 


20.5.2013

Əməkdaşımızın kitabı İstanbulda çap olunmuşdur

Aprel ayında İstanbulda “Önsöz Yayıncılık” nəşriyyatı tərəfindən Xəzər Universitetinin Tarix və arxeologiya departamentinin müəllimi, tarix üzrə fəlsəfə doktoru Namiq Musalının “Rus Oryantalistlere Göre Ehl-i Haklar” (“Rus şərqşünaslarına görə Əhli-Həqlər”) adlı kitabı çap edilmişdir.


20.5.2013

Dünya ölkələrində irqi tolerantlıq haqqında maraqlı məqalə

Mayın 20-də  ABŞ-ın Washington Post qəzetində dünya ölkələrində irqi tolerantlıq haqqında məqalə çap olunub


19.5.2013

Xəzər Universitetinin əməkdaşı Lodz Sosial Elmlər Akademiyasında

 “Avropa Birliyi Araşdırmaları üzrə dərs proqramlarının işlənib hazırlanması və qabiliyyətlərin inkişaf etdirilməsi” adlı Tempus layihəsi çərçivəsində Siyasi elmlər və beynəlxalq münasibətlər departamentinin koordinatoru Baba Bayramlı  mayın 13-19-da  Polşanın Lodz Sosial Elmlər Akademiyasında işgüzar səfərdə olmuşdur. 


18.5.2013

Tələbələrimiz Beynəlxalq Muzeylər Günü münasibətilə keçirilən tədbirlərdə

18 may günü 1978-ci ildən etibarən Beynəlxalq Muzeylər Günü kimi bütün dünyada qeyd olunur.


18.5.2013

“Təhsilin gender aspektləri” mövzusunda elmi konfrans

Mayın 18-də Qərb Universitetinin Gender Araşdırmalar Mərkəzi tanınmış pedaqoq və ictimai xadim Lidiya Rəsulovanın xatirəsinə həsr olunmuş “Təhsilin gender aspektləri” mövzusunda  elmi konfrans təşkil etdi. 


17.5.2013

Hamlet İsaxanlı Avrasia Əməkdaşlıq Fondu Şurasının üzvü seçildi

Mayın 17-də Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı Tbilisidə Şeraton otelində keçirilən Avrasiya Əməkdaşlıq Fondunun iclasında iştirak etdi. 


16.5.2013

Müğənni tələbəmiz Macarıstanda

Gənclər və İdman Nazirliyi hər il Bakı şəhərində “Tələbə baharı” adlı beynəlxalq festival keçirir. Artıq üç ildir ki, Xəzər Universiteti birinciliyi özündə saxlamaqdadır.


16.5.2013

Xəzər Universitetinin müəllimi fəlsəfə doktoru diplomu almışdır

Mayın 16-da Azərbaycan Respublikası Prezidentinin yanında Ali Attestasiya Komissiyasında müxtəlif elm sahələri üzrə dissertasiya işi təqdim etmiş iddiaçılara diplomların verilməsi mərasimi keçirilmişdir.


16.5.2013

Beynəlxalq tələbə və mütəxəssislər mərkəzinin direktoru İtaliyada görüşdə iştirak edib

Mayın 13-16-da İtaliyanın Politecnico di Torino şəhərində Euroeast Seçki görüşü  keçirilib.


15.5.2013

Mühəndislik və tətbiqi elmlər fakültəsinin dekanı Erasmus Mundus ELECTRA layihəsinin Seçki komitəsinin iclasında iştirak edib

Mayın 13-14-də Mühəndislik və tətbiqi elmlər fakültəsinin dekanı, elmlər doktoru, professor Siyavuş Azakov İlya Dövlət Universitetində (Tiflis, Gürcüstan) keçirilən Erasmus Mundusun “Avropa İttifaqı və Avropa Qonşuluq Tərəfdaşlıq Aləti (AQTA) ölkələrinin təmiz texnologiyalar və tədqiqat yönümlü fəaliyyətlər vasitəsilə öyrənilməsinin genişləndirilməsi” layihəsinin Seçki Komitəsinin iclasında iştirak edib.


15.5.2013

Xəzər Universitetində gənc xanım yazarlarla görüş

Mayın 15-də Xəzər Universitetinin Mərkəz kampusunda istedadlı gənc xanım yazarlar – nasir, Prezident təqaüdçüsü, nəsr nominasiyasında “Qızıl kəlmə” mükafatının qalibi Pərvin və şairə, Prezident təqaüdçüsü Feyziyyə ilə tələbələrin görüşü keçirildi.


15.5.2013

Xəzər Universitetində “Karyera sərgisi”

Mayın 15-də  Xəzər Universitetinin  Karyera inkişaf mərkəzi Neftçilər kampusunda “Karyera sərgisi” keçirmişdir.


14.5.2013

“Xəzər”ə təşəkkür məktubu

Çox hörmətli Məhəmməd müəllim!

Məni bəlkə xatırlayarsınız - 2010-cu il Xəzər MBA məzunu Aydın Səlimov. Xəzər Universitetini bitirdikdən sonra Avstraliyaya köçmüşəm, hələ də burada yaşayıram.Bu məktubu yazmaqda məqsədim sizə qısaca təşəkkür bildirməkdir.


14.5.2013

Avrasiya Akademiyası medalının dizaynı haqqında müzakirə

Mayın 14-da Avrasiya Akademiyasının təsisçilərindən biri olan professor Hamlet İsaxanlı Bakıda yerləşən  Xəzər Universitetində Akademiyanın üzvlərinə təqdim olunacaq medalın dizaynı üçün elan olunacaq müsabiqəyə hazırlıqla bağlı görüş keçirdi. Müsabiqənin qaydalarını hazırlamaqda köməklik göstərmək üçün görüşə  tanınmış heykəltəraş və peşəkar rəssamlar olan Rauf Abdulhüseynoğlu, Əlövsət İbayev və Teymur Rüstəmov dəvət olunmuşdular. 


14.5.2013

Laçının işğalının ildönümünə həsr olunmuş tədbir

Mayın 14-də Xəzər Universitetində universitetin Humanitar və sosial elmlər fakultəsinin 2-ci kurs tələbəsi  Orxan Musabəyli və Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin 2-ci kurs tələbəsi Muradxan Bəndəliyevin təşkilatçılığı ilə Laçının işğalının ildönümünə həsr olunmuş tədbir keçirildi.


13.5.2013

Əməkdaşımız Avropanın beş şəhərində keçirilmiş elmi seminarlarda məruzə etmişdir

Avropa Alevi Akademiyasının dəvəti ilə Xəzər Universitetinin Tarix və arxeologiya departamentinin müəllimi, tarix üzrə fəlsəfə doktoru Namiq Musalı Almaniyaya səfər etmiş və bir həftə ərzində bəzi Avropa ölkələrində keçirilmiş elmi tədbirlərə qatılmışdır.


12.5.2013

“Dünya” məktəbi futbol komandalarının uğuru

Mayın 11-12-də  Təhsil Futbol Məktəbi məktəblərarası futbol turniri keçirdi.


11.5.2013

Xəzər Universitetinin Olimpiada - 2013-ün yekunları

 Xəzər Universiteti hər il istedadlı və bacarıqlı şagirdləri aşkara çıxarmaq və mükafatlandırmaq məqsədilə Azərbaycanın tam orta məktəblərinin XI sinif şagirdləri arasında I-II-III-IV qruplara daxil olan fənlər əsasında ölkənin müxtəlif bölgələrində ənənəvi Bilik Olimpiadasını keçirir. Bu il də Xəzər Universitəsi ənənəsinə sadiq qalaraq, növbəti – X Olimpiadasını müvəffəqiyyətlə keçirmişdir. 


10.5.2013

“İxtisas təcrübəsi” mövzusunda təlim

Mayın 10-da Xəzər Universitetinin Karyera Mərkəzi tələbələr üçün “İxtisas təcrübəsi”  təlim keçirdi.


10.5.2013

Xəzər Universitetində Ulu Öndərin 90 illik yubileyi münasibətilə tədbirlər

Bu ilin əvvəllərindən başlayaraq Xəzər Universitetində Ulu Öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş müxtəlif tədbirlər - şahmat yarışı,  şeir müsabiqəsi, muzeylərə və Bayraq Meydanına ekskursiyalar təşkil edilmişdir.


10.5.2013

“Azərbaycan gəncliyinin formalaşmasında Heydər Əliyevin rolu” mövzusunda konfrans

Mayın 10-da Xəzər Universitetində tələbələrin iştirakı ilə ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Azərbaycan gəncliyinin formalaşmasında Heydər Əliyevin rolu” mövzusunda konfrans keçirildi. Konfransı giriş sözü ilə Humanitar və sosial elmlər fakültəsinin dekanı Cabir Xəlilov açdı. 


10.5.2013

“Dünya” məktəbində bilik yarışması

May ayının 10-da “Dünya” məktəbində  məktəblilər arasında Heydər Əliyevin 90 illiyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda bilik yarışması  keçirildi. Məqsəd şagirdlərin intellektual potensialını  artırmaq və şagirdlər arasında komanda halında işləmək bacarığını möhkəmləndirmək idi.


10.5.2013

Hamlet İsaxanlı Okan Universitetinin nümayəndələri ilə görüşdü

Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı mayın 10-da  Türkiyənin İstanbul şəhərində Xəzər Universitetinin  müqavilə tərəfdaşı olan Okan Universitetinin rektoru professor Şule Kut və prorektor, professor Enar Tunç ilə görüşdü.


9.5.2013

Hamlet İsaxanlı Avrasiya Universitetlər Birliyinin konfransında

Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı mayın 9-da Türkiyənin İstanbul şəhərində Avrasiya Universitetlər Birliyinin “Avrasiya Universitetlər Birliyi çərçivəsində ali təhsildə əməkdaşlıq” üzrə I konfransında iştirak etdi. 


9.5.2013

Fransada pianoçu müəllimimizin solo konserti

Fransanın Aşağı Normandiya (Basse Normandie) regionunun Orn departamentindəki Leql şəhərində mayın 9-da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə pianoçu, Xəzər Universitetinin Musiqi və incəsənət departamentinin müdiri Zülfiyyə Sadıqovanın  solo konserti təşkil olunmuşdur. Konsertdə Avropanın müxtəlif ölkələrindən, o cümlədən Almaniya, İsveçrə, İtaliyadan qonaqlar iştirak etmişlər.


8.5.2013

Xəzər Universitetinin əməkdaşı türkoloji toplantıda

Təsisçilərindən  biri də Xəzər Universiteti olan Qafqaz Universitetlər Birliyinin (QUB) təşkilatçılığı ilə   Türkiyənin Əskişəhər vilayətində, Osmanqazi Universitetində mayın 6-8-də türkoloji bölmə rəhbərlərinin toplantısı keçirilmişdir. Toplantıda Azərbaycan universitetlərindən nümayəndələr, o cümlədən  Xəzər Universiteti Azərbaycan dili və ədəbiyyat departamentinin rəhbəri, fəlsəfə doktoru Vurğun Əyyub da iştirak etmişdir.


7.5.2013

Əfqanıstan MSŞT nümayəndə heyəti Bakıda

Xəzər Universiteti nəzdində fəaliyyət göstərən Avrasiya Bilik Mərkəzi mayın 7-10-da Əfqanıstan İslam Respublikası Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü (MSŞT) təşkilatının nümayəndələri üçün Bakıda 4 günlük  səfər proqramı  təşkil edib. Səfər  çərçivəsində dövlət qurumları, hasilat sənayesi, аudit şirkətləri və vətəndaş cəmiyyəti üzvlərindən ibarət   11 nəfərlik  ÇTQ (çoxtərəfli qrup) heyəti  üçün  Avrasiya Bilik Mərkəzi “MSŞT: tamhüqüqlu statusa doğru” mövzusunda təlimlər keçirib.


6.5.2013

Əməkdaşımızın məqaləsi ajit-e akademik jurnalında

Xəzər Universiteti Jurnalistika departamentinin müəllimi fəlsəfə doktoru Vəfalı Ənsərovun “Private TV and Radio Broadcasting in Azerbaijan –Azerbaycan’da Özel Radyo ve Televizyon Yayıncılığı” adlı elmi məqaləsi AJİT-e internet jurnalında dərc olunmuşdur


6.5.2013

Sapienza Universitetinin əməkdaşları “Xəzər”də

Mayın 6-da Romanın Sapienza Universitetinin bir qrup əməkdaşı Xəzər Universitetində oldu. Onlar universitetin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasını sədri professor Hamlet İsaxanlı və digər əməkdaşlarla görüşdülər.


6.5.2013

Tələbəmiz fərqlənənlər arasında

Mayın 6-da "Hilton" otelində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) təşkilatçılığı ilə "Heydər Əliyev-90" Tədbirlər Planı çərçivəsində yubiley tədbiri keçirilib.


5.5.2013

Xəzər Universitetinin əməkdaşları Lusofona Universitetində

“Avropa Birliyi Araşdırmaları üzrə dərs proqramlarının işlənib hazırlanması və qabiliyyətlərin inkişaf etdirilməsi” adlı Tempus layihəsi çərçivəsində Siyasi Elmlər və Beynəlxalq Münasibətlər Departamentinin koordinatoru Baba Bayramlı və həmin departamentin müəllimi Rəşad Hüseynov 29 aprel - 5 may tarixlərində Portuqaliyanın Lusofona Humanitar və Texnoloji Elmlər Universitetində Avropa Birliyi Araşdırmaları üzrə dərs proqramlarının təhlili (Curriculum Review) prosesində iştirak etmişlər.


4.5.2013

Hər birimiz bir çiçək...

Mayın 4-də   “Dünya” məktəbində  ənənəvi “Hər birimiz bir çiçək” adlanan hesabat konserti keçirildi. 


4.5.2013

Tələbələr Qala Arxeoloji - Etnoqrafik Muzey Kompleksində

Mayın 4-də Tarix və arxeologiya departamentinin təşkilatçılığı ilə Tarix və coğrafiya ixtisası üzrə təhsil alan  birinci kurs tələbələri Qala Arxeoloji - Etnoqrafik MuzeyKompleksində oldular.


3.5.2013

“Müasir uşaq psixologiyası” mövzusunda təlim

Mayın 3-də Xəzər Universitetinin Karyera Mərkəzi Psixologiya ixtisası üzrə təhsil alan tələbələr üçün “Uşaq psixologiyası haqqında” təlim keçirdi. Təlimçi Müasir Psixologiya Mərkəzinin uşaq psixologiyası üzrə mütəxəssisi Aidə Nəbiyeva idi.


3.5.2013

AB-Azərbaycan münasibətlərinə həsr olunmuş tədbirdə

Xəzər Universiteti Beynəlxalq tələbələr və mütəxəssislər şöbəsinin direktoru Aytən Şadlinskaya və Beynəlxalq əlaqələr üzrə prorektorun köməkçisi  Maya Mukhuradze Humanitar və sosial elmlər fakültəsinin bir qrup tələbəsi ilə birlikdə  Azərbaycan Diplomatik Akademiyasında mayın 3-də keçirilmiş  AB-Azərbaycan münasibətlərinə  həsr olunmuş tədbirdə iştirak etdilər


2.5.2013

Qavqaz Tədqiqat Resurs Mərkəzinin e-bülleteni

Növbəti Qavqaz Tədqiqat Resurs Mərkəzinin e-bülleteni...


2.5.2013

Olimpiadaya hazırlıqla əlaqədar toplantı

Mayın 2-də Xəzər Universitəsində 04-05 may tarixlərində ölkə üzrə (Bakı, Şəki, Gəncə, Lənkəran, Mingəçevir və Sumqayıt şəhərlərində) keçiriləcək Olimpiadada iştirak edəcək nəzarətçilərin ümumi təlimatlandırma toplantısı keçirildi.


2.5.2013

Okan Universitetinin nümayəndələri “Xəzər”də

Aprelin 29-da Türkiyənin Okan Universitetinin prorektoru professor  Enar Tunç və Beynəlxalq ofis direktoru Zeynep Siper Xəzər Universitetində oldular.


2.5.2013

Hamlet İsaxanlı Vergilər Nazirliyinin konfransında

Azərbaycan Respublikası Vergilər Nazirliyinin mayın 2-də “Marriott Abşeron” otelində “Asan imza - Mobil Hökumətin açarıdır” mövzusunda keçirdiyi konfransda müxtəlif nazirliklərin, hökumət qurumlarının nümayəndələri, özəl şirkətlərinin rəhbərləri və xarici dövlətlərin səfirləri ilə yanaşı  Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı da iştirak etdi.


2.5.2013

Xəzər Universitetində açıq dərs

Xəzər Universitetinin Humanitar və sosial elmlər fakültəsində dosent Dilbər Zeynalovanın “Cümhuriyyət dövründə Azərbaycan ədəbiyyatı: Əhməd Cavad – Cümhuriyyət şairi kimi” mövzusunda açıq dərsi keçirildi. 


1.5.2013

“Xəzər”in tarixçi professorunun yeni kitabı çap olunub

Tarix elmləri doktoru, professor Cəmil Həsənlinin “Tarixi şəxsiyyətin tarixi: Əlimərdan bəy Topçubaşov” adlı  kitabı 2 min nüsxə tirajla çapdan çıxmışdır.


1.5.2013

Xəzər Universitetində proqramlaşdırma kursu

“İlk Addımlar” layihəsi və Xəzər İnternet İnstitutunun təşkilatçılığı ilə Xəzər Universitetinin Mərkəz kampusunda (Bəşir Səfəroğlu küçəsi, 122) hər həftənin şənbə günləri saat 17:00-da pulsuz C++ proqramlaşdırma dilindən kurs keçilir.


1.5.2013

Əməkdaşımız Erasmus Mundus tədbirində

Xəzər Universiteti İnkişaf Mərkəzinin əməkdaşı Sevda Salayeva aprelin 29-u – mayın 1-də Erasmus Mundus proqramı WEBB layihəsi çərçivəsində Ukraynanın Odessa şəhərində keçirilən sonuncu seçim görüşündə iştirak etdi.


1.5.2013

Hamlet İsaxanlı İctimai TV-nın “Açıq dərs” verilişində

Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı mayın 1-də İctimai TV-nın “Açıq dərs” verilişində ekspert  kimi iştirak etdi. Verilişin mövzusu “Postmodernizm və ənənələr” idi. Həmin mövzuda çıxış edən H. İsaxanlı  müzakirə zamanı da  öz mülahizələrini tamaşaçılara açıqladı.  Studiyadakı auditoriyada  Xəzər Universitetinin magistratura və doktorantura  tələbələri də  iştirak edirdilər.


30.4.2013

İnsan alveri mövzusunda təqdimat

 Aprelin 30-da  Xəzər Universitetinin Miqrasiya araşdırmaları mərkəzi Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) ilə birlikdə Humanitar və sosial elmlər fakültəsinin tələbələri üçün “Təhsil vasitəsilə  insan alverinin qarşısının alınması ilə bağlı maarifləndirmənin gücləndirilməsi” mövzusunda” təqdimat təşkil etdi.


30.4.2013

“Dünya” məktəbində konfrans

Xəzər Universitetinin “Dünya” məktəbində şagirdlərdə elmə, tədqiqat işlərinə maraq yaratmaq, bu sahədə onların bacarıqlarını formalaşdırmaq və inkişaf etdirmək məqsədilə Şagird Elmi Araşdırmalar Mərkəzi fəaliyyət göstərir. 


27.4.2013

“Neyro-linqvistik proqramlaşdırma” mövzusunda təlim

 

Aprelin 27-də Xəzər Universitetinin Karyera mərkəzi tələbələr üçün “Neyro-linqvistik proqramlaşdırma” mövzusunda təlim  keçirdi. Təlimçi  “Cazibə qüvvəsi” fərdi inkişaf jurnalı və Təlim mərkəzinin rəhbəri Babək Bayramov  idi.  Təlimdə tələbələrə neyro-linqvistik proqramlaşdırmanın  fərziyyələri, davranış və düşüncə, beynin instruksiyası, optimizm və pessimizm haqqında məlumat verildi. Tələbələri maraqlandıran suallar geniş şəkildə izah olundu.


26.4.2013

Əməkdaşımızın həmmüəllifi olduğu kitab Springer nəşriyyatı tərəfindən nəşr edilir

Xəzər Universitetinin Ətraf mühit araşdırmaları mərkəzinin rəhbəri, Hidrologiya və su təsərrüfatı üzrə fəlsəfə doktoru Rövşən Abbasov Kaliforniya Universitetində (ABŞ-ın Davis şəhəri) Fulbright proqramı üzrə təhsil aldığı zaman digər müəlliflərlə birgə “Uzunmüddətli asılılıq və dəniz səviyyəsinin proqnozu” adlı kitab yazmışdır. Kitab növbəti ay ərzində Springer nəşriyyatı tərəfindən nəşr olunacaq.


26.4.2013

Muzey həftəsi

Aprel ayının 23-dən etibarən Tarix və arxeologiya departamentində muzey həftəsi elan olundu. Mühəndislik və tətbiqi elmlər, Humanitar və sosial elmlər, Təhsil  fakültələrinin tələbələri Azərbaycan tarixi fənnindən dərslərini Milli Azərbaycan Tarixi Muzeyində keçdilər...


26.4.2013

Təlimçi hazırlığı başlandı

Xəzər Universiteti ilə Təhsil Nazirliyi arasında 28 mart 2013-cü il tarixində “İdarəetməyə dair qərarların verilməsi üçün şagirdlərin qiymətləndirmə nəticələrindən və monitorinq tədqiqatlarından istifadə” üzrə təlim kursu layihəsinin həyata keçirilməsi ilə əlaqədar bağlanan  müqavilənin iş planına uyğun olaraq, aprelin 26-da  universitetin Mərkəz kampusunda (Bəşir Səfəroğlu küçəsi, 122) “Statistika və statistik analiz proqramları” mövzusu ilə təlimçi hazırlığı prosesinə başlanmışdır.


26.4.2013

AMEC şirkətinin təqdimatı

Aprelin 26-da  Xəzər Universitetinin Karyera mərkəzi İnşaat mühəndisliyi və Neft-qaz mühəndisliyi ixtisasları üzrə təhsil alan  II kurs tələbələri t üçün AMEC şirkətinin təqdimatını keçirdi...


26.4.2013

“Express Bank”ın təqdimatı

Aprelin 26-da  Xəzər Universitetinin Karyera Mərkəzi Mərkəz kampusunda – İqtisadiyyat və menecment fakültəsinin korpusunda “Express Bank”ın təqdimatını keçirdi. Bankın İnsan resursları şöbəsinin müdiri Afaq İsmayılova...


26.4.2013

“Psixoanalizin praktiki və tətbiqi metodları” mövzusunda təlim

Aprelin 26-da Xəzər Universitetinin Karyera mərkəzi Humanitar və sosial elmlər fakültəsinin psixologiya ixtisası üzrə təhsil alan  tələbələri üçün “Psixoanalizin praktiki və tətbiqi metodları” mövzusunda  təlim keçirdi...


25.4.2013

Microsoft Azərbaycan şirkətinin təqdimatı

Aprelin 25-də  Xəzər Universitetində Kompüter elmləri departamenti və Karyera mərkəzinin dəstəyi ilə Microsoft Azərbaycan şirkətinin “Microsoft təhsildə” təqdimatı keçirilmişdir.


25.4.2013

Yeni təlim kursu layihəsinin təqdimatı

Xəzər Universiteti  son illərdə beynəlxalq layihələrlə yanaşı, Təhsil Nazirliyinin sifarişçisi olduğu, Dünya Bankının maliyyələşdirdiyi layihələrə də qoşulmuş, onlardan bəziləri uğurla həyata keçirilmiş və bəziləri  hazırlıq mərhələsindədir.


24.4.2013

IEEE Xplore elektron kitabxanası

IEEE Sizə bildirmək istəyir ki, IEEE Xplore® elektron kitabxanasını sınaq müdətinə məhdut zamanda 22 april - 30 may 2013-cü il tarixləri arasında təqdim edir....


24.4.2013

Əməkdaşımız Milli seminarda

Xəzər Universitetinin əməkdaşı –  Magistratura, doktorantura və elmi işlər bölməsinin müdiri, fəlsəfə elmləri üzrə fəlsəfə doktoru Eldar Şahgəldiyev aprelin 22-24-də Bakıda İSESCO və Təhsil nazirliyinin birgə təşkilatçılığı ilə “Ali təhsil müəssisələrində tədrisin planlaşdırılması və kurikulumun hazırlanması, insan ehtiyatları və universitetlərin idarə olunması” mövzusunda keçirilmiş Milli seminarda iştirak etmişdir...


23.4.2013

“Elm və Sənət Məclisi”nin 57-ci məşğələsi

Aprelin 23-də Xəzər Universitetinin Mərkəz kampusunda universitetin ənənəvi “Elm və Sənət Məclisi”nin 57-ci məşğələsi keçirildi.


21.4.2013

Xəzər Universitetinin əməkdaşları Leyden Universitetində

“Avropa Birliyi Araşdırmaları üzrə dərs proqramlarının işlənib hazırlanması və qabiliyyətlərin inkişaf etdirilməsi” adlı Tempus layihəsi çərçivəsində Siyasi elmlər və beynəlxalq münasibətlər departamentinin koordinatoru Baba Bayramlı və həmin departamentin müəllimi Aynur Cəfərova  aprelin 15-21-də Hollandiyanın Leyden Universitetində Avropa Birliyi araşdırmaları üzrə dərs proqramlarının təhlili (Curriculum Review) prosesində iştirak etmişlər.


20.4.2013

: Startup Azərbaycan layihəsinin Xəzər Universitetində toplantısı keçirildi

Aprelin 20-də  Xəzər Universitetində Startup Azərbaycan layihəsi çərçivəsində developerlərin,  proqramçıların və digər İT mütəxəssislərin,  ekspertlərin və startupçıların toplantısı keçirildi.


20.4.2013

“PR” mövzusunda seminar

Xəzər Universitetinin İctimai əlaqələr və media üzrə direktoru Əlövsət Əmirbəyli aprelin 20-də Cəlilabad rayonunda yerləşən, bölgənin ən böyük müəssisəsi olan Woodpecker şirkətində “PR (Public Relations-İctimai Əlaqələr) nədir?” mövzusunda bir günlük seminar keçirdi.


20.4.2013

Xəzər Universitetində bilik yarışı keçirildi

Xəzər Universitetinin Tələbə məclisi və Karyera mərkəzinin birgə təşkilatçılığı ilə aprelin 20-də tələbələr arasında bilik yarışı keçirildi.


19.4.2013

Olimpiadaya hazırlıqla əlaqədar məktəblərdə görüşlər

Xəzər Universitetinin İctimai əlaqələr və media üzrə direktoru, Olimpiadaya Hazırlıq üzrə Təşkilat Komitəsinin sədr müavini Əlövsət Əmirbəyli  aprelin 19-da Xəzər  rayonundakı  123, 149, 156, 183, 237, 234, 326 saylı  orta məktəblərdə və S.Rüstəm adına gimnaziyada olmuşdur...


19.4.2013

Bir həftəlik ingilis dili kursu

Xəzər Universiteti İnkişaf Mərkəzi və İngilis dili departamenti hazırda British Council və Cambridge University Press’in birgə pilot layihəsi olan “English for Academics” layihəsini həyata keçirir...


19.4.2013

Niderland və Belçikadan olan qonaqlar “Xəzər”də

Aprelin 19-da Bresser Eurasia şirkətinin (Bakıda relokasiya işlərini görən Niderlandın tanınmış şirkəti) prezidenti Leon Sveyxers, Niderlandın İnstitutional Business Development qurumunun İcraçı direktoru, Xəzər Universitetinin məzunu Elnur Əliyev, Lommel (Belçika) və Berqeyk (Niderland) şəhərlərinin merləri - Piter Vanvelthoven və Driek van de Vodevoortun (həm də Niderland Kralıçası Beatriksin sözcüsüdür) Xəzər Universitetində olub,universitetin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı ilə görüşdülər.


19.4.2013

Xəzər Universitetinin nümayəndələri “Dəyişən dünyada Britaniya təhsili“adlı beynəlxalq konfransda

Aprelin 19-da “British School in Baku”(Bakı  Britaniya Məktəbi)  tam orta innovasiyalar məktəbi və Britaniya Məktəblər Şurasının (COBİS) birgə təşkilatçılığı ilə Britaniya təhsil sisteminin üstünlüklərinin araşdırılması məqsədilə Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Dəyişən dünyada Britaniya təhsili” adlı beynəlxalq konfrans keçirildi. 


18.4.2013

Olimpiadaya hazırlıqla əlaqədar məktəblərdə görüşlər

Xəzər Universitetinin İctimai əlaqələr və media üzrə direktoru, Olimpiadaya Hazırlıq üzrə Təşkilat Komitəsinin sədr müavini Əlövsət Əmirbəyli aprelin 18-də  Nərimanov  rayonundakı  45, 82,  93, 177, 193, 207 və 212 saylı   orta məktəblərdə  olmuşdur.


18.4.2013

“Dünya” məktəbinin şagirdləri Firudin bəy Köçərli adına kitabxanada

Aprelin 18-də “Dünya” məktəbinin I sinif şagirdləri üçün Firudin bəy Köçərli adına kitabxanaya ekskursiya təşkil olundu.


17.4.2013

Gəlirlərə Nəzarət İnstitutunun direktor müavini “Xəzər”də

Aprelin 17-də Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı ABŞ-ın Gəlirlərə Nəzarət İnstitutunun (Revenue Watch Institute) direktor müavini Suneeta Kaimalı qəbul etdi...


17.4.2013

Olimpiadaya hazırlıqla əlaqədar məktəblərdə görüşlər

Xəzər Universitetinin İctimai əlaqələr və media üzrə direktoru, Olimpiadaya Hazırlıq üzrə Təşkilat Komitəsinin sədr müavini Əlövsət Əmirbəyli aprelin 17-də Səbail   rayonundakı  7, 91, 160, 203 və Nəsimi rayonundakı 1 və  8 saylı   orta məktəblərdə  olmuşdur...


17.4.2013

Xəzər Universitetində Konfutsi İnstitutunun filialı açıldı

Aprelin 17-də Xəzər Universitetində Çin Xalq Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Xun Tsuyinin iştirakı ilə BDU-nun Konfutsi İnstitutunun Xəzər Universiteti Filialının açılış mərasimi və bu mərasimlə əlaqədar  “Çin mədəniyyəti günü” keçirildi...


16.4.2013

İctimai TV-də Hamlet İsaxanlının “Elm üçbucağı” adlı proqramının növbəti çəkilişi

Aprelin 16-da  Xəzər Universitetində İctimai TV-də Hamlet İsaxanlının “Elm üçbucağı” proqramının növbəti  verilişi üçün çəkiliş aparıldı...


16.4.2013

Olimpiadaya hazırlıqla əlaqədar məktəblərdə görüşlər

Xəzər Universitetinin İctimai əlaqələr və media üzrə direktoru, Olimpiadaya Hazırlıq üzrə Təşkilat Komitəsinin sədr müavini Əlövsət Əmirbəyli  Binəqdi rayonundakı  99, 100, 126, 143, 126 və  248 saylı orta məktəblərdə   olmuşdur...


15.4.2013

Olimpiadaya hazırlıqla əlaqədar məktəblərdə görüşlər

Xəzər Universitetinin İctimai əlaqələr və media üzrə direktoru, Olimpiadaya Hazırlıq üzrə Təşkilat Komitəsinin sədr müavini Əlövsət Əmirbəyli aprelin 15-də Nəsimi rayonundakı  133 saylı  orta məktəbdə, İlyas Əfəndiyev adına Elitar Gimnaziyada, Türk Dünyası Bakı Atatürk  Lisesində, Yasamal rayonundakı 21, 53 ,189, 190 saylı  orta məktəblərdə   və  Türkiyə Diyanət Vəqfı  Bakı Türk Lisesində  olmuşdur...


13.4.2013

“Xarizmatik liderlik” mövzusunda təlim

Aprelin 13-də Xəzər Universitetinin Karyera Mərkəzi tələbələr üçün “Xarizmatik liderlik” mövzusunda təlim keçirdi...


13.4.2013

Hüquq Tədris Mərkəzində növbəti təlimlər

Aprelin 13-də Hüquq Tədris Mərkəzində növbəti təlimlər olmuşdur. Bu təlimlər Xəzər Universiteti və Azərbaycan Hüquqşünasları Konfederasiyasının birgə layihəsi olan və Humanitar və sosial elmlər fakültəsində yaradılmış Hüquq Tədris Mərkəzində həyata keçirilir. Təlimlər “ İnsan hüquqları” və “ Vəkillik imtahanlarına hazırlıq“ üzrə aparılır...


12.4.2013

İctimai TV-nin “Din və Cəmiyyət” verilişində

Aprelin 12-də Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı Ictimai TV-nın “Din və Cəmiyyət” verilişində iştirak etdi...


12.4.2013

Olimpiadaya hazırlıqla əlaqədar məktəblərdə görüşlər

Xəzər Universitetinin İctimai əlaqələr və media üzrə direktoru, Olimpiadaya Hazırlıq üzrə Təşkilat Komitəsinin sədr müavini Əlövsət Əmirbəyli Xətai   rayonundakı 27, 56, 147 saylı  və  H. Əliyev adına   orta məktəblərdə olmuşdur..


11.4.2013

Xəzər Universitetinin əməkdaşları Tbilisi Dövlət Universitetində Tempus proqramı üzrə keçiriləcək təlimdə iştirak edəcəklər

Xəzər Universiteti Miqrasiya araşdırmaları mərkəzinin müdiri Leyla Niyazova və Beynəlxalq tələbə və mütəxəssislər mərkəzinin direktoru Aytən Şadlinskaya Tempus proqramının "Miqrasiya və ali təhsil - bilik və bacarıqların aşılanması” layihəsi çərçivəsində aprelin 11-12-də Tbilisi Dövlət Universitetində  keçiriləcək təlimdə iştirak edəcəklər.


11.4.2013

Olimpiada ilə əlaqədar məktəblərdə görüşlər

 Xəzər Universitetinin İctimai əlaqələr və media üzrə direktoru, Olimpiadaya Hazırlıq üzrə Təşkilat Komitəsinin sədr müavini Əlövsət Əmirbəyli Suraxanı  rayonundakı 275, 278, 279, 282, 285 və 290   saylı  orta məktəblərdə olmuşdur.


10.4.2013

Olimpiadaya hazırlıqla əlaqədar məktəblərdə görüşlər

Xəzər Universitetinin İctimai əlaqələr və media üzrə direktoru, Olimpiadaya Hazırlıq üzrə Təşkilat Komitəsinin sədr müavini Əlövsət Əmirbəyli Suraxanı  rayonundakı  318, Nərimanov rayonundakı 36, 47, 200 və 258  saylı  orta məktəblərdə olmuşdur...


10.4.2013

Aberystwyth Universitetinin əməkdaşı ilə görüş

Aprelin 10-da Xəzər Universitetində XUHM-in  və  “BEB education”  şirkətinin birgə təşkilatçılığı ilə İngiltərənin Aberystwyth Universitetinin Mərkəzi Asiya və Azərbaycan üzrə İnkişaf direktoru Murtuza Qəznəvi ilə tələbələrin  görüşü keçirildi...


10.4.2013

“İstehlakçı hüquqlarının müdafiəsi prioritet vəzifəmizdir” mövzusunda seminar-Şəkillər

Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti aprelin 10-da  Xəzər Universitetində “İstehlakçı hüquqlarının müdafiəsi prioritet vəzifəmizdir” mövzusunda seminar  keçirdi...


9.4.2013

Karyera Mərkəzinin birinci e-bülleteni

Xəzər Universitetinin Karyera Mərkəzinin birinci e-bülleteninə baxa bilərsiniz...


9.4.2013

Olimpiadaya hazırlıqla əlaqədar məktəblərdə görüşlər

Aprelin 9-da  Xəzər Universitetinin İctimai əlaqələr və media üzrə direktoru, Olimpiadaya Hazırlıq üzrə Təşkilat Komitəsinin sədr müavini Əlövsət Əmirbəyli Suraxanı  rayonundakı   89, 101, 104 və 146 saylı  orta məktəblərdə olmuşdur.


9.4.2013

Müəllimimiz BDU-nun Elmi Şurasında

Aprelin 9-da Xəzər Universitetinin Tarix və arxeologiya departamentinin müəllimi Xaqan Balayev digər ali təhsil müəssisələrindən gəlmiş qonaqlarla yanaşı Bakı Dövlət Universitetinin Elmi Şurasında Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş iclasda iştirak etmişdir....


9.4.2013

Magistr dissertasiyasının müdafiəsi

Aprelin 9-da  Xəzər Universitetində iqtisad elmləri doktoru İnqilab Əhmədovun sədrliyi və Günay Əsədovanın katibliyi ilə Müdafiə Şurasında türkiyəli tələbə Bayram Yazarın “Təchizatçılarla əlaqələrin idarə edilməsinin şirkətlərin rəqabət gücünə təsiri”  mövzusunda  magistr işinin müdafiəsi keçirildi...


8.4.2013

Olimpiadaya hazırlıqla əlaqədar məktəblərdə görüşlər

Xəzər Universitetinin İctimai əlaqələr və media üzrə direktoru, Olimpiadaya Hazırlıq üzrə Təşkilat Komitəsinin sədr müavini Əlövsət Əmirbəyli aprelin 8-də Sabunçu rayonundakı 67, 170, Nərimanov rayonundakı  73 və  Xətai rayonundakı  Zəkalar liseyində olmuşdur.


6.4.2013

Hamlet İsaxanlının “IB Gənclər Məclisi”ndə çıxışı

Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı Aprelin 6-da “İB Gənclər Məclisi”nin istəyi ilə Bakıdakı “Kempinski hotel”də 600-ə yaxın gəncin qarşısında “Hisslər” mövzusunda çıxış etdi...


6.4.2013

Xəzər Universiteti nəzdində Hüquq Tədris Mərkəzinin rəsmi açılış mərasimi keçirildi

Azərbaycan Hüquqşünasları Konfederasiyası (AHK) ABŞ İnkişaf Agentliyi (USAID) ilə Əməkdaşlıq  Razılaşmasına əsasən “Azərbaycan Hüquq Konsorsiumu” layihəsinin icrasını həyata keçirməkdədir.


6.4.2013

“Motivasiya və özünə inam” mövzusunda təlim

Aprelin 6-da Xəzər Universiteti Karyera Mərkəzi tələbələr üçün “Motivasiya və özünə inam” mövzusunda təlim keçirib.


5.4.2013

Olimpiadaya hazırlıqla əlaqədar məktəblərdə görüşlər

Xəzər Universitetinin İctimai əlaqələr və media üzrə direktoru, Olimpiadaya Hazırlıq üzrə Təşkilat Komitəsinin sədr müavini Əlövsət Əmirbəyli aprelin 4-də Sabunçu rayonundakı 74, 80, 271 və 310, aprelin 5-də 94, 107, 108, 169 və 252   saylı  orta məktəblərdə olmuşdur...


5.4.2013

Intertek nümayəndəsi ilə görüş

Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı aprelin 5-də  Intertek Azeri Ltd-nin direktor müavini Elxan Hacıyevi qəbul etdi...


5.4.2013

Britaniya universitetləri ilə əməkdaşlığın müzakirəsi

Aprelin 5-də Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı Nottingham və Birmingham universitetləri ilə yaxın əlaqələri olan, Böyük Britaniyada vəkil işləyən Elşad Hüseynovu qəbul etdi...


5.4.2013

“Dünya” məktəbinin beynəlxalq olimpiadada uğuru

Aprelin 5-də Heydər Əliyev adına İdman-Konsert Kompleksində məktəblilərin Ümummilli liderin 90 illiyinə həsr olunmuş “Ətraf mühitin mühafizəsi” VII Beynəlxalq Layihə Olimpiadasının (“İnepo-Euroasia”) final mərhələsində “Dünya” məktəbi də iştirak etdi. Başlayarkən 17 xarici ölkə məktəblilərini əhatə edən bu layihə bu il dünyanın 45 ölkəsindən (Azərbaycan, Türkiyə, Almaniya, Macarıstan, İndoneziya, Qazaxıstan, Laos, Böyük Britaniya, Rusiya, Malayziya, Bolqarıstan, Pakistan və s.) 500-dək şagirdi bir araya topladı...


5.4.2013

“Sevgi və sağlamlıq" mövzusunda seminar

Aprelin 5-də "Sağlam ailə” klinikası Xəzər Universitetinin Tələbə Məclisi ilə birlikdə tələbələr üçün  "Sevgi və sağlamlıq" mövzusunda seminar keçirmişdir.


5.4.2013

“Xəzər”in əməkdaşları beynəlxalq simpoziumda

Aprelin 5-də Bakı şəhərindəki “Excelsior” otelində ATEV (Azərbaycan - Türkiyə Evi) təşkilatı tərəfindən Uluslararası Şah Xətai - Sultan Səlim Simpoziumu keçirilmişdir...


4.4.2013

Olimpiadaya Hazırlıq üzrə Təşkilat Komitəsinin geniş toplantısı

Aprelin 4-də  Xəzər Universitetinin X Olimpiadaya Hazırlıq üzrə Təşkilat Komitəsinin geniş toplantısı keçirildi.


3.4.2013

Vaxt idarəçiliyi mövzusunda təlim

Aprelin 3-də Xəzər Universitetinin Karyera mərkəzi İqtisadiyyat və menecment fakültəsinin korpusunda tələbələr üçün Vaxt idarəçiliyi mövzusunda təlim keçirdi. Təlimçi “Oratorica” Təlim Mərkəzinin icraçı direktoru Tofiq Sadıxov idi....


3.4.2013

Tələbələrimizin “Tələbə baharı” Ümumrespublika festivalında qələbəsi

Gənclər və İdman Nazirliyi 2006-cı ildən etibarən hər il ali təhsil müəssisələrinin tələbələri arasında “Tələbə baharı” Ümumrespublika tələbə yaradıcılığı festivalı keçirir...


3.4.2013

“Score“ layihəsinin təqdimatı

Aprelin 3-də Xəzər Universiteti Tələbə Məclisinin təşkilatçılığı ilə universitetin İqtisadiyyat və menecment fakültəsinin tələbələri üçün Kreativ Gənclər Birliyinin “Score“ layihəsinin təqdimatı keçirildi.


2.4.2013

İctimai TV-də Hamlet İsaxanlının “Elm üçbucağı” adlı proqramının növbəti verilişi

Aprelin 2-də Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlının “Elm üçbucağı” adlı proqramının növbəti verilişi oldu. “Mirzə Fətəli Axundov” mövzusu üzrə mühazirə dinlənildi.


2.4.2013

Olimpiadaya hazırlıqla əlaqədar məktəblərdə görüşlər

Xəzər Universitetinin İctimai əlaqələr və media üzrə direktoru, Olimpiadaya Hazırlıq üzrə Təşkilat Komitəsinin sədr müavini Əlövsət Əmirbəyli aprelin 2-də  Xətai rayonundakı 17, 25, 88, 138, 165  və 261, aprelin 3-də 24, 48, 171,  204 və  264 saylı  orta məktəblərdə olmuşdur.


2.4.2013

Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı anım tədbiri

Aprelin 2-də Azərbaycan Milli Qeyri- Hökumət Təşkilatları Forumunun (MQF) təşkilatçılığı ilə Xəzər Universitetində 31 mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilmişdir.


1.4.2013

Olimpiadaya hazırlıqla əlaqədar məktəblilərlə görüş

Xəzər Universitəsinin İctimai əlaqələr və media üzrə direktoru, Olimpiadaqya Hazırlıq üzrə Təşkilat Komitəsinin sədr müavini Əlövsət Əmirbəyli aprelin 1-də Xətai rayonundakı 64 və 95 saylı  orta məktəblərdə olmuşdur.


1.4.2013

Universitetin həkimi ilə görüş

Aprelin 1-də Xəzər Universitetinin Təhsil fakültəsində tarix-coğrafiya ixtisası üzrə təhsil alan tələbələrin universitetin həkimi Leyla Cəmilzadə ilə görüşü oldu...


30.3.2013

Karyera qurarkən natiqliyin əhəmiyyətindən danışıldı

2013-cü il martın 30-da Xəzər Universiteti Karyera Mərkəzi tələbələr üçün natiqlik haqda təlim keçirdi. Təlimçi “Sheraton Hotel & Resort”-un treyninq meneceri Talıb Bayramov idi...


30.3.2013

Tayland, Vyetnam və İndoneziyaya işgüzar səfər

Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı martın 23-dən 30-dək Tayland, Vyetnam və İndoneziyada işgüzar səfərdə oldu.


30.3.2013

Hüquq Tədris Mərkəzində növbəti təlim

Martın 30-da Hüquq Tədris Mərkəzində növbəti təlimlər keçirilmişdir. Bu təlimlər  Xəzər Universiteti və Azərbaycan Hüquqşünasları Konfederasiyasının birgə layihəsi olan və Humanitar və sosial elmlər fakültəsində yaradılmış Hüquq Tədris Mərkəzində həyata keçirilir...


29.3.2013

“Dünya” məktəbində ingilis dilinin tədrisi ilə əlaqədar təlim

Martın 29-da “Dünya” məktəbində “Ümumtəhsil məktəblərində  ingilis dili tədrisinin təkmilləşdirilməsi yolları” layihəsinin sayca ikinci təlim kursu keçirildi.


29.3.2013

“Xaricdə təhsil və karyera” mövzusunda seminar

Martın 29-da Xəzər Universitetinin Hazırlıq Mərkəzi və Akare şirkətinin birgə təşkilatçılığı ilə Xəzər Universitetinin tələbələri üçün “Xaricdə təhsil və karyera imkanları” mövzusunda seminar təşkil olunmuşdur.


27.3.2013

Erciyes Universiteti ilə Xəzər Universiteti arasında anlaşma protokolunun təqdimat mərasimi

Martın 27-də Xəzər Universitetində Türkiyənin aparıcı universitetlərindən biri olan Kayseri Erciyes Universiteti ilə Xəzər Universiteti arasında  Erciyes Universitetinin rektoru professor Fahrettin Keleştimur....


19.3.2013

Xəzər Universitetində Novruz şənliyi

Martın 19-da universitetin rəhbərliyi, müəllim heyəti və tələbələrin birgə Novruz şənliyi keçirildi. Prorektor Rafiq Əhmədov bayram tonqalını alışdırandan sonra  tələbələrin ifaları, rəqsləri bir-birini əvəz etdi. İştirakçılar şənlənib əyləndilər, bir-birlərini təbrik edib, xoş arzularını bildirdilər, xatirə şəkilləri çəkdirdilər. 


19.3.2013

Xəzər Universiteti Texnoparkının inkişafı ilə bağlı iclas

Martın 19-da Xəzər Universitetində texnoparkın inlişafı ilə bağlı iclas keçirildi....


17.3.2013

Xəzər Universitetində 34-cü məzunluq mərasimi

Martın 17-də universitetin “Dünya” konsert salonunda 34-cü məzunluq mərasimi keçirildi. Mərasimdə məzunlar və onların valideynləri, tələbələr, universitetin  rəhbərliyi və professor-müəllim heyəti iştirak edirdilər.Martın 17-də universitetin “Dünya” konsert salonunda 34-cü məzunluq mərasimi keçirildi. Mərasimdə məzunlar və onların valideynləri, tələbələr, universitetin  rəhbərliyi və professor-müəllim heyəti iştirak edirdilər....


16.3.2013

Xəzər Universitetinin Hüquq Tədris Mərkəzində ilk təlim kursları başlandı

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin maliyyə dəstəyi, Azərbaycan Hüquqşünasları Konfederasiyasının təşkilatçılığı ilə həyata keçirilən “Azərbaycan Hüquqları Konsorsiumu” layihəsi çərçivəsində Xəzər Universitetində yaradılmış Hüquq Tədris Mərkəzində martın 16-da ilk təlim kurslarına start verilib.....


16.3.2013

Təcrübə proqramı və könüllü iş mövzusunda seminar

 

Martın 16-da Xəzər Universitetinin Karyera mərkəzi tələbələr üçün təcrübə proqramı və könüllü iş, onların arasındakı  fərqlər mövzusunda seminar keçirmişdi....


15.3.2013

Əməkdaşımızın şərhi “Harvard Politial Review” jurnalının məqaləsində

Fevral ayında “Harvard Politial Review” jurnalının müxbiri Tom Lemberg "Moskva və Pekin:  həyəcanlı tərəfdaşlıq" adlı məqalə yazıb. O, Xəzər Universiteti Siyasi elmlər və beynəlxalq münasibətlər departamentinin direktoru Dr. Riçard Russo ilə əlaqə saxlayaraq, Rusiya və Çin arasında dəyişən münasibətlər barədə fikrini soruşub. Dr. Russonun şərhini bu məqalədə oxuya billərsiniz: http://harvardpolitics.com/world/moscow-and-beijing-the-uneasy-partnership.


15.3.2013

Elmi-İnzibati Şuranın iclası

Martın 15-də Xəzər Universiteti Elmi-İnzibati Şurasının növbəti iclası oldu.  İclasdan əvvəl universitetin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı universitet həyatı ilə bağlı bir sıra məsələləri şura üzvlərinin nəzərinə çatdırdı....


15.3.2013

Xəzər Universitetində Şuşa rayonunun nümayəndələri ilə görüş

Martın 15-də Xəzər Universitetinin Mərmər salonunda  universitet rəhbərliyinin Şuşa Rayon İcra Hakimiyyəti, təhsil işçiləri və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü keçirildi....


15.3.2013

“Xəzərin” əməkdaşı Tacikistanda

Xəzər Universiteti Keyfiyyətin təminatı mərkəzinin rəhbəri Lyudmila Sotova martın 13-15-də Tempus layihəsi olan “Tədris proqramlarının keyfiyyət təminatının sənədləşdirilməsi” çərçivəsində TacikistanTexniki Universitetində (Düşənbə) keçirilmiş “Tədris proqramlarının keyfiyyət təminatı üçün məlumatların və rəqəmlərin müəyyənləşdirilməsi, yığılması, işlənib hazırlanması və təqdim edilməsinin metodologiyası və prosedurları” mövzusunda seminarda iştirak etmişdir...


13.3.2013

Maliyyə nazirliyi və Təhsil nazirliyinin birgə iclasında

Martın 13-də Azərbaycan Diplomatik Akademiyasının iclas zalında  Maliyyə nazirliyi və Təhsil nazirliyinin “Budcədən maliyyələşən təşkilatlar üçün maliyyə və mühasibatlıq hesabatları” avtomatlaşdırılmış informasiya sisteminin təqdimatına həsr olunmuş birgə iclası keçirildi....


13.3.2013

Hamlet İsaxanlı lent.az-ın “Qadın Klubu” layihəsində

Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı martın 13-də lent.az-ın “Qadın Klubu” layihəsinin qonağı oldu. Müsahibəni bu linkdə oxumaq olar:

http://news.lent.az/news/118996


13.3.2013

Xəzər Universitetində ”webtəhsil” konfransı keçirildi

Martın 13-də  Xəzər Universitetində “webtəhsil” konfransı keçirilib. Konfrans Microsoft Azərbaycan, IREX Azərbaycan, Təhsil Nazirliyinin “Elekton Təhsil” Respublika müsabiqəsi, Mədəd Azərbaycan, Azərbaycan İnternet Forumunun dəstəyi ilə “Youth Network of Azerbaijan” Gənclər Təşkilatı tərəfindən keçirilib. Konfransın keçirilməsində məqsəd Azərbaycan təhsil sistemində internet resurslarından və internetin yaratdığı digər imkanlardan istifadə olunmasına təkan vermək, yeni texnologiyların təhsildə tətbiq olunması məsələsini gündəmə gətirmək idi.


12.3.2013

İctimai TV-də Hamlet İsaxanlının “Elm üçbucağı” adlı proqramının ilk verilişi

Martın 12-də Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlının “Elm üçbucağı” adlı proqramının ilk verilişi oldu....


12.3.2013

SƏMT nümayəndələri ilə görüş

Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı martın 12-də İran İslam Respublikası Elm, Tədqiqat və Texnologiya nazirliyi nəzdində fəaliyyət göstərən SƏMT (Humanitar sahələrdə universitet dərsliklərinin hazırlanması təşkilatı) təşkilatının beynəlxalq əlaqələr üzrə direktor müavini Dr. Əbulğasimi Məhəmməd Cavadı....


12.3.2013

Avrasiya Akademiyası təsis olundu

Martın 12-də  Ədliyyə nazirliyində yenicə rəsmi qeydiyyata alınmış Avrasiya Akademiyasının (Bakı, Azərbaycan Respublikası) şəhadətnaməsi və Dövlət reyestrindən çıxarış bu akademiyanın təsisçilərindən biri olan Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlıya təqdim olundu. Digər təsisçilər Halil İnalcık, Lütfi Zadə, Mahmut Gazi Yaşargil, Arif Məlikovdur.

 

 


12.3.2013

Ernst & Young biznes görüşü

Martın 12-də  Xəzər Universitetinin Karyera mərkəzi İqtisadiyyat və menecment fakültəsinin  tələbələri üçün Ernst & Young biznes görüşü təşkil etmişdir....


12.3.2013

“Arşın mal alan”a həsr olunmuş sərgi

Martın 12-də Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycan mədəniyyəti tarixinin ən parlaq hadisələrindən birinə - dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasının 100 illiyinə həsr olunmuş “Arşın mal alan: dövr, insanlar, personajlar” sərgisi açılmışdır....


11.3.2013

“Stop and Go” forum teatrı

Martın 11-də Xəzər Universitetinin Neftçilər kampusunda “Stop and Go” adlı forum teatrı göstərildi...


10.3.2013

“Dəyər zənciri: hasilatdan dayanıqlı inkişafa doğru” mövzusunda təlim

Xəzər Universiteti Avrasiya Bilik Mərkəzi universitetdə “Dəyər zənciri: hasilatdan dayanıqlı inkişafa doğru” mövzusunda növbəti təlimini keçirib. Altı ölkənin – Azərbaycan, Ukrayna, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Monqolustanın 20-yə yaxın vətəndaş cəmiyyəti üzvləri, media mənsubları,  dövlət qurumları və universitet təmsilçilərinin  iştirak etdiyi təlimin açılışında mərkəzin direktoru İnqilab Əhmədov çıxış edərək təqdim olunan mövzuların aktuallığından, proqramın məqsədi və praktiki əhəmiyyətindən danışıb...


9.3.2013

İctimai TV-nin “Bayramlar, təhsil və hədiyyə” verilişində

 Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı martın 9-da İctimai TV-də “Bayramlar, təhsil və hədiyyə” mövzusunda verilişdə iştirak edərək, mövzu ətrafında danışdı və  suallara cavab verdi.


8.3.2013

Xarici tələbəmizin Mədəniyyət kanalında çıxışı

Martın 8-də  Xəzər Universitetinin doktorantura tələbəsi Marta Lauri və universitetin musiqi müəllimi Məhsəti Cabbarova bir yerdə Mədəniyyət kanalının “Musiqi xəzinəsi” verilişində saz çalıb,  “Şahsevəni” mahnısını oxudular. Sonra verilişin aparıcısı M. Laurinin musiqi fəaliyyəti haqqında ondan qısa müsahibə aldı. 


7.3.2013

Professor Hamlet İsaxanlıya həsr olunmuş multimedia kolleksiyası

Xəzər Universitetinin Kitabxana İnformasiya mərkəzi BiblioBoard ilə birlikdə professor Hamlet İsaxanlıya həsr olunmuş kitab, mahnı, video, mətn və şəkillərin unikal elektron k