@KhazarUni facebook.com/KhazarUniversity Google+ RSS Xəzər Universitəsi
AZ | EN

20 April 2012

Azercell-lə “Tərəfdaş Günü”

Aprelin 20-də Xəzər Universitetinin Neftçilər kampusundaTərəfdaş Günü” adlı tədbir keçirildi. Universitetin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri prof Hamlet İsaxanlı və universitet rəhbərliyi görüşə tərəfdaşı qismində Azercell Telekom MMC-ni dəvət etmişdilər. Məhz Azercell şirkətinin dəstəyi ilə ötən il Xəzər Universitetində tələbələr üçün “E-learning” otağı yaradılıb. 26 kompüterin yerləşdiyi bu otaq müasir proqram təminatı ilə də təchiz edilib. Hazırda burada İqtisadiyyat və menecment fakültəsinin dərsləri keçirilir.

Azercell-dən gələn nümayəndə heyəti əvvəlcə universitetin rektoru və rəhbər işçiləri ilə birlikdə universitet binası, kafedralar və laboratoriyalarla tanış olublar. Daha sonra Azercell Telekom MMC-nin prezidenti Ali Ağan tələbələr üçün “Liderlik” mövzusunda maraqlı məruzə etdi və onları maraqlandıran suallara cavab verdi.

Görüş zamanı şirkətin İnsan qaynaqları departamentinin nümayəndəsi Azercell-də yerli kadrlar üçün inkişaf perspektivləri, xüsusilə də tələbələr üçün karyera imkanları haqqında ətraflı məlumat verdi.

Görüşdə, həmçinin, Azercellin hər il elan etdiyi Tələbə Təqaüd proqramı, təcrübə imkanları, karyera günləri haqqında təqdimat da keçirildi. Tədbirin sonunda Azercell nümayəndələri tələbələrlə sual-cavab sessiyasında iştirak etdilər.

Təhsilin inkişafı, peşəkar, savadlı kadrların yetişməsinə böyük əhəmiyyət verən Azercell Telekom MMC qeyri-kommersiya xarakterli, ictimai əhəmiyyətli layihələr həyata keçirməklə Azərbaycanda akademik potensialın inkişafına nail olmağa yardım göstərir.


TOP DESTINATIONSTOP DESTINATIONS

HADİSƏLƏRHADİSƏLƏR