Sillabuslar


Xəzər Universitəsi Musiqi və İncəsənət departamenti

 

“Klassic music” Fənni

 

“Klassic music” fənnindən Syllabus

 

Müəllim: Yeganə Axundova 

Telefon:  050 210 22 72 

Semestr: FALL 2014

Kredit:  

 

Final:                         50 bal 

Midterm:                   40 bal 

Davamiyyət:            10 bal 

 

Davamiyyət

Tələbələrin bütün dərslərdə iştirakı vacibdir.Tələbələr hər hansı bir səbəbdən dərslərin buraxılması (xəstəlik,ailə vəziyyəti və s.) haqqında məlumatı fakultə dekanına təqdim etməlidirlər.20% artıq dərs buraxan tələbələr dərsə buraxılmır. 

 

İmtahan qaydaları

İmtahan test və açıq suallar şəklində keçirilir, imtahan zamanı səslənən musiqi materialları düzgün cavablandırılmalıdır.  

 

Fənni bitirmək qaydaları

Universitein qaydalarına üvafiq olaraq kursu bitirmək üçün ümumi müvəffəqiyyət faizi 60 bal və yuxarı hesab edilir. Kəsri olan tələbələr bu fənni növbəti il təkrar götürə bilər 

 

Classic Music


İnsan həyatını musiqisiz təsəvvür etmək mümkün deyil, ixtisasından və məşğulliyyətindən asılı olmayaraq insan doğulduğu gündən dünyasını dəyişənədək musiqi onu daim müşahidə edir, həyatının ayrılmaz hissəsinə çevrilir. Əsrlər boyu dünya mədəniyyətinin ayrılmaz hissəsi olan musiqi bədii zövqü artırır, mənəviyyatı ucaldır,insanın daxili aləmini zənginləşdirir.

Kursun məqsədi “Azərbaycan klassik musiqisi və dünya musiqi mədəniyyəti” kursu musiqi mədəniyyəti haqqında bilgiləri artırmaq, musiqi zövqünü formalaşdırmaq, Azərbaycan və dünya musiqi mədəniyyətinin tarixini kifayət qədər qısa və lakonik şəkildə gənc nəslə çatdırmaqdır, onları dünyagörüşünü zənginləşdirmək  və əsl Azərbaycan ziyalısı kimi tərbiyələndirməkdir

Kursun məzmunu: Azərbaycan və dünya bəstəkarlarının yaradıcılığının qısa tarixi və  əsas məqamları haqqında məlumatı əldə etmək, Azərbaycan klassik musiqisinin korifeyləri və şedevrləri ilə tanış olmaq, dünya bəstəkarları haqqında bilgiləri əldə etməkdir. Dərs prosesinə operalara, baletlərə bəstəkarlar haqqında filmlərə baxış, simfonik və populyar klassik musiqi parçalarını dinləmək daxildir. Kursda nəinki klassik musiqi, həmçinin dünya musiqi mədəniyyətinin başqa növlərindən-xalq, pop-rok və caz musiqisindən geniş bilgilər verilir.

 

 

Dərs proqramı

Cəmi 64 saat

 

N-si

 

saat

1

Kursa giriş. Bəşəriyyətdə və insan həyatında musiqi

2

2

Kursun məzmunu. Dünya musiqi mədəniyyətinin növləri. Klassik musiqi haqqında anlayış. Dərslər və imtahan haqqında məlumat.

2

3

Azərbaycan xalq musiqisi, aşıq musiqisi və muğamlar haqqında, Azərbaycan cazı haqqında məlumat.

2

4

Azərbaycan klassik musiqisinin banisi Ü.Hacıbəyli-bəstəkar, alim, publisist, dramaturq, ictimai xadim

2

5

Ü. Hacıbəylinin operaları. “Leyli və Məcnun”

2

6

Ü. Hacıbəylinin musiqili komediyaları. “Arşın mal alan”.

2

7

M. Maqomayev- görkəmli Azərbaycan bəstəkarı. Həyat yaradıcılığı. əsas əsərləri.

2

8

M. Maqomayevin operaları. “Şah İsmayıl”.

2

9

Q. Qarayev- məşhur bəstəkar, Azərbaycan klassiik musiqisində yeni musiqi dilinin yaradıcısı. Həyat və yaradıcılığı.

2

10

Q. Qarayev. “Yeddi gözəl” baleti

2

11

F. Əmirov-görkəmli bəstəkar, yeni janr- simfonik muğamın yaradıcısı.

2

12

F. Əmirov. “Sevil” operası.

2

13

Niyazi Tağızadə Hacıbəyov- görkəmli dirijor və bəstəkar, həyat və yaradıcılığı

2

14

Niyazi Tağızadə Hacıbəyov. “Rast” simfonik muğamı

2

15

A. Məlikov- görkəmli Azərbaycan bəstəkarı, həyat və yaradıcılığı, əsas əsərləri.

2

16

A. Məlikov. “Məhəbbət əfsanəsi”baleti

2

17

Azərbaycan klassik bəstəkarlıq məktəbi. A.Zeynallı, C.Hacıyev, S.Hacıbəyov

2

18

Azərbaycanın müasir bəstəkarlıq məktəbi. C.Cahangirov, S.Ələsgərov, T.Quliyev,  R.Hacıyev, V.Adıgözəlov, A.Rzayev, X.Mirzazadə və b.

2

19

Dünya musiqi mədəniyyətində  qədim zaman və intibah dövrü.

2

20

İ. S. Bax- dünya klassik musiqisində “polifoniyanın atası”.  Klassik musiqidə əvəzolunmaz yeri, həyatı və yaradıcılığı haqqında məlumat.

2

21

Vyana klassik məktəbi-İ. Haydn, V.A Mosart, L.V. Bethoven

2

22

V.A Mosart, L.V. Bethovenin həyat və yaradıcılığı, əsas əsərləri.

2

23

XVIII-XIX əsrin əvəli-musiqidə romantizm dövrü. F Şubert, R Şuman, İ.Brams, J. Bize

2

24

XVIII-XIX əsrin əvəli-musiqidə romantizm dövrü. F.Mendelson, F. List, F. Şopen, E. Qriq, C.Verdi və b.

2

25

Rus klassik musiqisi haqqında məlumat. Rus klassik musiqisinin banisi M. Qlinka

2

26

P.İ.Çaykovski- dünya şöhrətli rus bəstəkarı. “Sonalar gölü”, “Yatmış gözəl”, “Şelkunçik” baletləri, “Yevgeni Onegin”, “Qaratoqmaq qadın” operaları haqqında məlumat.

2

27

Terminologiya.

2

28

Musiqi

4

29

Video

6



Film about Khazar University