Khazar University Chamber Orchestra






              












HƏZİYEV  ELXAN
15 dekabr 1966-cı ildə Azərbaycanın Zəngilan rayonunun Mincivan qəsəbəsində anadan olmuşdur. İlk musiqi təhsilini 1973-84 illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində almış, 1984-91-ci illərdə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatorıyasını bitirmiş, tam ali təhsil almışdır.1984-86-cı illərdə həqiqi hərbi xidmətdə olmuşdur. 1992-ci ildə Azərbaycan respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştrak etmişdir. 1988-90-cı illərdə Moskva şəhərində keçirilən Beynəlxalq Musiqi festivallarında xüsusi mükafata layiq görülmüşdür.Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin tərkibində çalışdığı illərdə bir çox beynəlxalq festival və müsabiqələrin iştrakçısı olmuşdur.Fransa,Belarusiya,Moldova,Ukraina,İran İslam Respublikası, Tacikistan kimi ölkələrdə Azərbaycan mədəniyyəti günlərində iştrak etmişdir.Hal hazırda Xəzər Universitetinin Kamera ansanblında çalışır.