BMT-nin Davamlı İnkişaf Rezident Nümayəndəsi Xəzər Universitetinin departament müdirinə təşəkkürnamə təqdim etdi

2019-cu il aprelin 18-də Birləşmiş Millətlər Təşkilatının Azərbaycan Respublikasındakı Rezident Əlaqələndiricisi və BMT-nin Davamlı İnkişaf Proqramının (DİM) Rezident Nümayəndəsi Qulam İsakzai nümayəndəliyin ofisində Xəzər Universitetinin Musiqi və incəsənət departamentinin müdiri, əməkdar müəllim, pianoçu Zülfiyyə Sadıqova ilə görüşdü. Görüşdə nümayəndəliklə Xəzər Universiteti arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi və yeni birgə layihələrin həyata keçirilməsi məsələləri müzakirə olundu.

Görüşdə Qulam İsakzai Zülfiyyə Sadığovaya Davamlı İnkişaf Məqsədlərinə həsr olunmuş “Heç kim unudulmur” mahnısını dəstəklədiyinə görə təşəkkürnamə təqdim etdi.

Qeyd edək ki, həmin mahnı-klip (bəstəkar Gülsüm Eldarova, sözlərin müəllifi Nərgiz Eldarova) lk dəfə 2018-ci il oktyabrın 25-də Davamlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində regional tərəfdaşlığın gücləndirilməsi mövzusuna həsr olunmuş VI Bakı Beynəlxalq Humanitar Forumunun rəsmi açılış günündə müğənni Turan Eldarova-Namazova tərəfindən ifa olunmuşdu. Müğənnini Zülfiyyə Sadıqovanın bədii rəhbəri olduğu Xəzər Universitetinin Kamera orkestri və universitetin müəllimi tarzən Ramiz Rzayev müşayiət etmişdilər. Mahnı BMT-nin qlobal Twitter (10,6 milyon izləyici və Facebook (4,1 milyon izləyici) hesablarında paylaşdırılmışdı.

Film about Khazar University