“Müharibələr tarixi” fənnində Səbuhi Əhmədovun mühazirəsi keçirildi

2019-cu il aprelin 17-də Xəzər Universitetinin şəhər mərkəzindəki kampusunda (B.Səfəroğlu küç. 122) Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı, Xəzər Universitetinin müəllimi tarix üzrə fəlsəfə doktoru Səbuhi Əhmədovun “Azərbaycan orta əsrlər dövlət dövrünün hərb işi və döyüş sənəti” mühazirəsi keçirildi.

Tələbələrlə görüşdə Azərbaycanın qədim dövlətləri haqqında məlumat verildi. Görüş tələbələrin yüksək marağına səbəb oldu. Görüşün sonunda Səbuhi Əhmədov tələbələri maraqlandıran suallara cavab verdi.

Film about Khazar University