Xəzər Universitetində Azərbaycan VI Beynəlxalq Psixologiya Konfransı işə başladı

2019-cu il aprelin 20-də Xəzər Universitetinin Mərmər salonunda universitetin Psixologiya departamenti və Xəzər Psixoloji Xidmət Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan VI Beynəlxalq Psixologiya Konfransı işə başladı. Konfransda Türkiyə və Azərbaycanın müxtəlif təhsil və elm mərkəzlərindən alimlər və mütəxəssislər iştrak edirlər.

Konfransı giriş sözü ilə Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı açaraq, iştirakçıları salamladı və ənənvi olaraq hər il keçirilən konfransın əhəmiyyətindən danışdı, iki ölkənin mütəxəssisləri arasında fikir və təcrübə mübadiləsinin faydasını nəzərə çatdırdı. Universitetin rektoru dosent İradə Xəlilova konfransın işinin səmərəli keçməsi üçün mülahizələrini bildirdi və konfransın işinə uğurlar arzuladı.

Konfrans məruzəçilərin çıxışları ilə davam edir, işini sabah başa çatdıracaq.

Film about Khazar University