Ali təhsil müəssisələrindəki layihələr haqda məlumatlandırıcı konfrans olacaq

2019-cu il mayın 20-si saat 14:00-dan 17:00-a qədər Xəzər Universitetində və ölkənin digər ali təhsil müəssisələrində aparılan layihələr haqqında məlumatların geniş ictimaiyyətə çatdırılması və tanıdılması məqsədilə məlumatlandırıcı konfrans keçiriləcək. Konfransda bütün təhsil müəssiələrinin əməkdaşları iştirak edə bilərlər. Tədbirdə iştirak edəcək hər bir ali təhsil müəssisəsi koordinatoru olduğu və ya həyata keçirdiyi konfransın posterini (roll-up) təqdim edə və təqdimatla çıxış edə bilər. Konfransda iştirak etmək üçün 2019-cu il mayın 8-nə kimi (son tarix) tlc@khazar.org ünvanına yazaraq qeydiyyatdan keçmək və təqdimatı təsdiqləmək xahiş olunur. 

Əlaqə üçün: tlc@khazar.org, 421 10 93 (249 dax.), Ülkər Bayramova.

Film about Khazar University