“Turizm və davamlı inkişaf” mövzusunda tələbə konfransı olacaq

2019-cu il aprelin 26-sı saat 10:00-da Xəzər Universitetinin “Mərmər” zalında İqtisadiyyat və menecment fakültəsinin təşkilatçılığı ilə “Turizm və davamlı inkişaf” mövzusunda tələbə konfransı keçiriləcək. Konfransın məqsədi iqtisadi və sosial inkişafda müstəsna rolu olan turizmin müxtəlif aspektləri üzərində işləyən gənc tədqiqatçıları, araşdırma nəticələrini təqdim etmək və fikir mübadiləsi aparmaq üçün bir araya gətirməkdir.

Maraqlanan hər kəs konfransa dəvət olunur.

Film about Khazar University