Xəzər Universitetinin əməkdaşlarının Azərbaycan Universitetində Seminarı keçiriləcək

2019-cu il aprelin 24-ü saat 10:00-da Xəzər Universiteti İngilis dili və ədəbiyyatı departamentinin müəllimi Milana Abbasova (doktorant) və Humanitar, təhsil və sosial elmlər fakültəsinin dekan müavini Validə Kərimova (doktorant) tərəfindən Azərbaycan Universitetində Xarici dillər kafedrasının təşkilatçılığı ilə “İkimənalılıq və sosial şəbəkələrdə dil normalarını pozan qısaltmalar” mövzusunda seminar keçiriləcək. Seminarda, həmçinin, Xəzər Universitetinin dilşünaslıq ixtisasında təhsil alan magistrantları da iştirak edəcəklər.

Seminarda sosial şəbəkələrdə abreviatur, akronim, numeronim və piktoqramların istifadəsi nəticəsində yaranan ikimənalılıq və dil normalarının pozulmasından bəhs ediləcək.

Maraqlanan hər kəs seminara dəvətlidir.

Film about Khazar University