“Dünya” məktəbində “Açıq düşüncə, qlobal yanaşma” adlı Beynəlxalq Təhsil Forumu keçiriləcək

2019-cu il mayın 4-ü və 5-də Xəzər Universitetinin nəzdində fəaliyyət göstərən “Dünya” məktəbində “Açıq düşüncə, qlobal yanaşma” adlı Beynəlxalq Təhsil Forumu keçiriləcək.

Forumun mövzuları aşağıdakılardan ibarət olsa da, onlarla məhdudlaşmayacaqdır:

  • Təhsildə liderlik
  • Sosial dəyişiklik / maariflənmə üçün tədris
  • Erkən yaşda təhsil
  • Təhsildə bərabərlik
  • Davamlı inkişaf üçün təhsil
  • İnformasiya dövründə təhsil və tədris
  • Psixologiya, tədris və öyrənmə
  • Sağlam öyrənmə / tədris mədəniyyəti
  • Sosial maariflənmə üçün proqramdan kənar biliklər
  • Yeni pedaqoji paradiqmalar
  • Tədrisdə yeni vasitələr
  • Tədris və öyrənmədə sürətlilik
  • Təhsil siyasəti və strategiyaları
  • Uğurlu tədris üçün əməkdaşlıq
  • Virtual laboratoriyalar
  • E-təlim / E-təlimdə innovasiyalar
  • Texnologiyaya əsaslanan təhsilin sosial təsirləri
  • Öyrənmənin qiymətləndirilməsi öyrənmək üçün qiymətləndirilməyə qarşı 

Forum təşkilatçıları təhsil, ictimai və siyasi elmlər üzrə mütəxəssislərin, hökumət rəsmilərinin, alimlərin, akademiklərin, məsləhətçilərin, peşəkar tədqiqatçıların, müstəqil alimlərin, təcrübəçilərin, elmlər və fəlsəfə doktorlarının, o cümlədən də doktorantların təkliflərini gözləyir. Biz. həmçinin, forumun mövzularına dair müzakirələr aparmaq və rəy bildirmək üçün mövzu araşdırmalarını, hələ tamamlanmamış hesabatları və ya təklifləri də qəbul edirik.  ​

PowerPoint təqdimatlar: Forum otaqları portativ kompüter, rəqəmsal proyektor və proyektor ekranı ilə təchiz olunmuşdur. Kompüterlər PowerPoint təqdimatlarına uyğun qurulmuşdur. Təqdimatçılardan xahiş olunur ki, təqdimatlarını uyğun formatda hazırlasınlar. Hər təqdimata görə, 25 dəqiqəlik vaxt məhdudiyyəti təyin edilmişdir.

Məruzələrin təqdim edilməsi üçün son tarix 2019-cu il aprelin 1-dir.

İştirakçı kimi qeydiyyatdan keçmək üçün son tarix 2019-cu il aprelin 21-dir.

Qeydiyyatdan bu link vasitəsilə keçmək olar:

https://docs.google.com/forms/d/e/1FAIpQLScYElkA8dj9phN5Ctmuu57Ruf868teggjMyIunyvDE-8brcrw/viewform.

Ətraflı məlumatı buradan almaq olar: www.ief.az.

Film about Khazar University