2-ci Beynəlxalq Azərbaycan Tək Sağlamlıq konfransı keçiriləcək


2019-cu il mayın 24-25-də Bakı şəhərində Xəzər Universiteti ilə Qazaxıstan Respublikasının Səhiyyə Nazirliyi, AMEA-nın Biofizika Institutu, Azərbaycan Tibb Universiteti və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin birgə təşkilatçılığı ilə Bakı şəhərində 2-ci Beynəlxalq Tək Sağlamlıq Konfransı keçiriləcək.

Konfransın əsas mövzusu belədir: “Tək Sağlamlıq: Problemlər və həllər". Bu mövzu Azərbaycanda Tək Sağlamlıq sahəsində aparılan tədqiqatlardan yeni innovasiyalara qədər kritik və mühüm əhəmiyyətli sessiyalardan ibarət olacaq. Konfransda insan, heyvan və bitki daxil olmaqla, ən yaxşı səviyyədə sağlam qida və ətraf mühitə nail olmaq üçün yeni Tək Sağlamlıq tədbirləri, xəstəliklərin idarə edilməsi və qarşısının alınması strategiyaları, Azərbaycanda Tək Sağlamlıq potensialının gücləndirilməsi və inkişafı üzrə təqdimatlar və müzakirələr ediləcəyi nəzərdə tutulur. Konfransda, həmçinin, gənc tədqiqatçılar və mütəxəssislər arasında regional və qlobal səviyyədə gələcək əməkdaşlığı inkişaf etdirmək üçün yeni əlaqələrin qurulması təşviq olunacaq.


Konfransın əsas mövzuları bunlardır:

  • Epidemiologiya, Tibbi Profilaktika və İctimai Sağlamlıq
  • Antimikrobial Rezistentlik və problemlər
  • Ekosistem sağlamlığı və İnfeksion xəstəliklər
  • Tək Sağlamlıq tədbirləri


Sponsor və sərgi təqdimatı

Konfrans sponsor və sərgi üçün şirkətlərin xidmət və məhsullarının nümayişi və təqdimatı üçün unikal bir fürsətdir. İştirak etmək üçün erkən sifarişlər tövsiyə olunur.


Məruzələr və poster təqdimatları

Beynəlxalq Elmi Təşkilat Komitəsi məruzə və poster təqdimatları üçün abstraktları seçəcək. Posterlərin konfransda nümayişi üçün təqdimatçılar posterlərini mayın 24-də saat 10:00-dan etibarən mayın 25-nə qədər göstərilən yerdə asmalı və məlumat vermək üçün fasilələr zamanı posterlərinin yanında durmalıdırlar. Poster təqdimatı zamanı seçki komitəsi keyfiyyətli poster təqdimatına əsaslanaraq (poster təqdimatı zamanı keyfiyyətli poster və onun təqdim edilməsi), ən yaxşı posteri seçəcək və təqdimatçıya digər konfransda iştirak etmək üçün pul mükafatı təqdim edəcək. Posterin ölçüləri belədir: uzunluğu 120 sm və eni 100 sm. Abstraktlar konfransın internet səhifəsində onlayn təqdim edilməlidir.


Tezislərin və məqalələrin çap olunması

Tezislər və məqalələr resenziyalaşdırılan elmi jurnalların birinin xüsusi nömrəsində və eləcə də, konfransın elektron kitabında dərc ediləcək. Müəlliflər hər təqdimata bir məqalə təqdim edə bilərlər.


Daha geniş məlumatı bu veb-səhifədən əldə etmək olar:

http://onehealth.az


Film about Khazar University