Hamlet İsaxanlı Yıldız Teknik Universitetinin rektoru ilə görüşdü

2019-cu il fevralın 4-dən 6-dək Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı Türkiyənin İstanbul şəhərində üç günlük səfərdə oldu. Səfər zamanı Professor İsaxanlı İstanbulda yerləşən Yıldız Teknik Universitetinin rektoru Pr. Bahri Şahin, prorektor Pr. Galip Cansever, prorektor Pr. Ahmet Göksel Ağaran, baş katib Pr. Bayram Ali Ersoy və Biomühəndislik departamentindən Prf. Adil M. Allahverdiyevlə görüş keçirdi. Görüş çərçivəsində tərəflər Yıldız Teknik Universiteti və Xəzər Universiteti arasında təhsil və araşdırma istiqamətində hər cür əlaqələrin inkişaf etdirilməsi, akademik və inzibati heyət, habelə, müxtəlif səviyyəli tələbə mübadiləsi məsələləri ətrafında geniş müzakirələr keçirildi, ilkin razılaşma əldə olundu və iki universitet arasında əməkdaşlıq protokolu imzalandı.

Film about Khazar University