Professor İsaxanlı Koç Universitetində görüşlər keçirdi

2019-cu il fevralın 5-də Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı Türkiyənin İstanbul şəhərinə üç günlük səfəri çərçivəsində İstanbulda yerləşən Koç Universitetində rektor Pr. Umran S. İnan və Beynəlxalq Əlaqələr üzrə Ofisin direktoru Burcu Sarsılmaz ilə görüş keçirdi. Görüş zamanı tərəflər Koç Universiteti və Xəzər Universiteti arasında təhsil və araşdırma istiqamətində hər cür əlaqələrin inkişaf etdirilməsi, akademik və inzibati heyət, habelə, müxtəlif səviyyəli tələbə mübadiləsi məsələləri ətrafında geniş müzakirələr keçirdilər.

Film about Khazar University