Professor Hamlet İsaxanlı İstanbul Teknik Universitetində görüş keçirdi

2019-cu il fevralın 4-də Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı Türkiyənin İstanbul şəhərinə üç günlük səfəri çərçivəsində İstanbulda yerləşən İstanbul Teknik Universitetində rektor Pr. Mehmet Karaca və prorektor Pr. Ali Fuat Aydın ilə görüş keçirdi. Görüş zamanı tərəflər İstanbul Teknik Universiteti və Xəzər Universiteti arasında təhsil və araşdırma istiqamətində hər cür əlaqələrin inkişaf etdirilməsi, akademik və inzibati heyət, habelə müxtəlif səviyyəli tələbə mübadiləsi məsələləri ətrafında geniş müzakirələr apardılar.

Film about Khazar University