Xəzər Universitetinin Kamera orkestri “Antrakt” proqramının qonağı oldu

Fevralın 2-də Xəzər Universitetinin Kamera orkestri İctimai TV-nin “Antrakt” proqramının Gənclər Gününə həsr olunmuş verilişinin qonağı oldu.

Xəzər Universitetinin Musiqi və incəsənət departamentinin müdiri, əməkdar müəllim, pianoçu Zülfiyyə Sadığovanın rəhbərliyi ilə Kamera orkestri Azərbaycan bəstəkarlarının əsərlərini ifa etdi.

Konsert proqramında şair Hamlet İsaxanlının “Bir zamanlar” şeirinə Əməkdar incəsənət xadimi Ceyhun Allahverdiyevin bəstələdiyi balladanı Kamera orkestrinin müşayiəti ilə müğənni Orxan Cəlilov ifa etdi.

Proqramın aparıçısı Saleh Bağırov sonda Z.Sadıqovadan qısa müsahibə aldı. Z.Sadıqova Kamera orkestrinin yaranması və uğurlarından danışdı.

Film about Khazar University