Hamlet İsaxanlının “Hazana övgü” şeirlər kitabı Türkiyədə nəşr olundu

Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlının “Hazana övgü” şeirlər kitabının yenidən işlənmiş 2-ci nəşri İstanbulda çapdan çıxdı. Kitab Türkiyə Mədəniyyət və Turizm Nazirliyi nəzdində Türk Ədəbiyyatı Vakfının TURAY KİTAP YAYINCILIK Şirkəti tərəfindən hazırlanmışdır. Kitabı türkcəyə Azərbaycan ədəbiyyatının tərçüməçisi və təbliğatçısı, yazar-şair İmdat Avşar çevirmişdir. Kitabın redaktoru Bəxtiyar Aslandır. Yaxın zamanlarda Bakıda, İstanbulda və Ankarada şeirlər kitabının təqdimat mərasimi keçiriləcəkdir.

İmdat Avşarın kitaba yazdığı ön söz əlavə olunur.

Film about Khazar University