Hamlet İsaxanlı ASAN radionun qonağı oldu

Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı ASAN radionun qonağı oldu. O, öz müsahibəsində Xəzər Universitetinin tarixi, onun keçdiyi inkişaf yolu və gələcək planları, beynəlxalq layihələrdə iştirakı haqqında danışdı. O, Xəzər Universitetinin beynəlxalq arenadakı uğurları, dünya üzrə təhsil reytinqlərində tutduğu mövqe və iştirak etdiyi layihələr barədə məlumat verdi. Akademik azad mühitin təhsil müəssisəsinin inkişafında xüsusi rol oynadığını, universitet nəzdində yaradılmış mərkəzlərin əhəmiyyətini vurğuladı. Bununla yanaşı, Hamlet İsaxanlı elmi və ədəbi yaradıcılığından da bəhs edərək, son illərdə dünyanın məşhur elmi jurnallarında çap olunmuş elmi-publisistik məqalələri və qələmə aldığı kitabları haqqında danışdı.

Film about Khazar University