Professor Hamlet İsaxanlı AMEA Rəyasət Heyətinin toplantısında çıxış etdi

2018-ci il aprelin 5-də Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin toplantısı keçirildi. Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı AMEA Şərqşünaslıq İnstitutunun direktor müavini professor Şahin Mustafayevin “Osmanlı təhrir dəftərləri və Azərbaycan tarixi” mövzusunda etdiyi məruzə ətrafında geniş çıxış etdi. H.İsaxanlı tarix fəlsəfəsi, sənədlərin rolu, Osmanlı dəftərləri haqqında mülahizələrini söylədi.