Professor Hamlet İsaxanlı Tbilisi Dövlət Universitetinin 100 illik yubileyinə həsr edilmiş təntənəli mərasimdə çıxış etdi

2018-ci il fevralın 8-də Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı Tbilisi Dövlət Universitetinin 100 illik yubileyinə həsr edilmiş təntənəli mərasimdə çıxış etdi. H.İsaxanlı çıxışında Tbilisi Dövlət Universitetini tanıdan xüsusiyyətlərindən, Gürcüstanın tarixi və mədəniyyətindən, Şota Rustaveli irsindən, Gürcüstanda elm və mədəniyyət sahəsindəki son inkişafdan, Gürcüstan-Azərbaycan əlaqələrindən, Xəzər Universiteti və onun Gürcüstan universitetləri ilə əməkdaşlığı kimi məsələlərdən danışdı. Hamlet İsaxanlı Tbilisi Dövlət Universitetinə hədiyyə etdiyi xalçanı təqdim etdi.

Daha sonra Professor Hamlet İsaxanlı Azərbaycanın Gürcüstandakı səfiri ilə görüşüb söhbət etdi. Azərbaycan televiziyası və bir neçə digər informasiya agentlikləri professor Hamlet İsaxanlıdan müsahibə aldılar.

Həmçinin, Hamlet İsaxanlı TDU-nun 100 illiyinə gələn qonaqlarla birlikdə Gürcüstan Parlamentində oldu.

Film about Khazar University