Xəzər Universitetinin rektoru Türkiyənin Ankarada yerləşən Hacettepe Universitetində olub

2018-ci il yanvarın 19-da Xəzər Universitetinin rektoru Dr. Hassan Niknafs Hacettepe Universitetin rektoru Prof. Halik Özen və prorektor Prof. Burcin Sener ilə görüşüb.

Görüş zamanı universitetlər arasında müxtəlif sahələrdə qarşılıqlı əməkdaşlıq imkanları müzakirə edilib. Müzakirələrin əsas mövzusu isə Biologiya elmləri sahəsində birgə tədqiqatların (doktorantura səviyyəsində) aparılması olub. Bu istiqamətdə əməkdaşlıq imkanlarını ətraflı surətdə müzakirə etmək məqsədilə Xəzər Universitetinin Biologiya Elmləri üzrə professor və doktorant tələbələrdən ibarət heyəti fevral ayının əvvəlində Hacettepe Universitetinə səfər edəcək.

Film about Khazar University