Xəzər Universitetinin rektoru Ankara Universitetində oldu

2018-ci il yanvarın 18-də Xəzər Universitetinin rektoru Hassan Niknafs, Azərbaycan SPE-nin direktoru Əli Nağıyev, tədqiqatçı və Xəzər Universitetinin Neft mühəndisliyi ixtisası üzrə PhD namizədi Şəhriyar Alxaslı Ankara Universitetini ziyarət etdilər.

Səfər zamanı Xəzər Universitetinin nümayəndə heyəti Ankara Universitetinin rektoru Prof. Dr. Erkan İbiş, Mühəndislik fakültəsinin dekanı Prof. Dr. Aziz Tekin, Beynəlxalq əlaqələr üzrə koordinator Prof. Dr. Sibel Suzen, Beynəlxalq münasibətlər üzrə koordinator Prof. Dr. İlhan Karasubaşı və universitetin bir neçə əsas şöbəsinin rəhbərləri ilə görüşdülər. Tədqiqat, tələbə mübadiləsi və ikitərəfli proqramın bütün sahələrdə, xüsusilə kompüter elmləri və mühəndisliyi, eləcə də, geoloji elmlər müzakirələrin əsas mövzusu oldu. Rektor Prof. Dr. Erkan İbiş Xəzər Universiteti ilə hər hansı bir əməkdaşlığı məmnuniyyətlə qarşıladı və müxtəlif departamentlərdə ayrı-ayrı görüşlər təşkil etdi. İki universitet arasında Erasmus+ və Mövlana proqramı çərçivəsində tələbə mübadiləsilə bağlı tədbirlərin artırılması da uzun müddət müzakirə edildi.

Film about Khazar University