Xəzər Universitetinin rektoru Orta Doğu Texniki Universitetində (ODTU) oldu

2018-ci il yanvarın 19-da Xəzər Universitetinin rektoru Hassan Niknafs, Azərbaycan SPE-nin direktoru Əli Nağıyev, tədqiqatçı və Xəzər Universitetinin Neft mühəndisliyi ixtisası üzrə PhD namizədi Şəhriyar Alxaslı Orta Doğu Texniki Universitetində (ODTU) oldu.

Səfər zamanı ODTU-nin rektoru Prof. Dr. Mustafa Verşan Kök və prorektor Prof. Dr. Meliha Altunışık ilə rəsmi görüş keçirildi. Əsas müzakirələr magistratura üzrə ikili dərəcə proqramı və neft mühəndisliyi sahəsində birgə tədqiqatlar barədə oldu.

Xəzər Universitetinin eiLink tədqiqat mərkəzi Neft mühəndisliyi departamentinin müdiri Prof. Dr. Serhat Akın və Geofizika kafedrasının bir qrup professoru ilə praqmatik birgə tədqiqat imkanları ilə bağlı ayrı-ayrılıqda bir neçə görüş keçirdi.

Film about Khazar University