“Qan qrupu və sənin xarakterin” mövzusunda seminar

2017-ci il dekabrın 28-də Xəzər Universiteti Karyera Mərkəzinin təşəbbüsü ilə “Qan qrupu və sənin xarakterin” mövzusunda seminar keçirildi. Məruzəçi M.Ə.Sabir Fondunun prezidenti bio.ü.f.d., dosent Sevda Tahirli idi.

O, qan qrupunun insanın xarakterinə olan təsirlərindən – insanların karyera seçimindəki rolundan, ailə həyatına göstərdiyi təsirdən, sevdikləri qida seçimlərindən və bir sıra digər səbəblərdən danışdı.

Seminarın sonunda tələbərin sualları cavablandırıldı.

Sevda Tahirli müəllifi olduğu “Qanımızın səsi” kitabının 2 nüsxəsini Xəzər Universitetinin kitabxanasına hədiyyə etdi.