Xəzər Universiteti Dünya Azərbaycanlılarının Həmrəylik Gününü və yeni ili qeyd etdi

2017-ci il dekabrın 28-də Xəzər Universitetinin yeməkxanasında müəllim və tələbələr üçün 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilə həsr edilmiş bayram şənliyi keçirildi. İdarəetmə və tələbə işləri üzrə prorektor İsaxan İsaxanlı universitet kollektivini və tələbələri bayram münasibətilə təbrik etdi. Tələbələr yetərincə rəqslər etdilər, əyləndilər. Bayram şənliyində azərbaycanlı tələbələrlə yanaşı, xarici ölkələrin tələbələri də çox fəal idilər. Yeməkxananın müdiriyyəti tərəfindən üzərində Xəzər Universiteti kampuslarının böyük fotoları əks olunmuş 3 metrlik tort, çay, meyvə suları tələbələrə paylanıldı. Tədbirdə universitetin prorektorları, dekanları, departament müdirləri, əməkdaşları və digər şəxslər iştirak edirdilər.

Film about Khazar University