Xəzər Universiteti 2018-2019-cu tədris ili üçün əcnəbi vətəndaşların qəbulu və təqaüd proqramını elan etdi

Xəzər Universiteti 2018-2019-cu tədris ilində əcnəbi vətəndaşlar üçün qəbulun başlanmasını və Beynəlxalq Təqaüd Proqramını elan etdi. Tədris proqramları dörd (4) fakültədə: Mühəndislik və tətbiqi elmlər; İqtisadiyyat və menecment; Humanitar və sosial elmlər; və Təhsil fakültələrində bakalavriatura, magistratura və doktorantura səviyyələrində təklif olunur.

Təqaüd proqramı dünyanın bütün ölkələrindən olan tələbələr üçün açıqdır və hər ölkəyə tam təhsil haqqını ödəyən iki təqaüd imkanı ayırır. Hazırda Xəzər Universitetində 30-a yaxın ölkədən 150-dən çox əcnəbi tələbə əyani təhsil alır. Əfqanıstan, Əlcəzair, Barbados, Kamerun, Çex Respublikası, İndoneziya, İraq, Pakistan, Fələstin, Rusiya, Türkiyə və bir çox başqa ölkələrdən olan tələbələr bu təqaüd proqramından yararlanmışlar.

Son müraciət tarixi: 15 aprel 2018-ci il, saat 17:00 (Bakı vaxtı ilə).

Qəbul və təqaüd proqramı haqqında ətraflı məlumatı bu link vasitəsilə əldə etmək olar:

http://www.khazar.org/az/menus/496/how_to_apply_sup_style_color_red_new_sup_ .