"Xəzər Universitetində I Çin həftəsi"nin “Ənənəvi Çin oyunlarını kəşf edin” adlı 4-cü günü başa çatdı

2017-ci il dekabrın 7-də Xəzər Universitetinin Kitabxana-İnformasiya Mərkəzi və Hanban/Konfutsi İnstitutunun birgə təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə – “Xəzər Universitetində I Çin həftəsi” tədbirinin “Ənənəvi Çin oyunlarını kəşf edin” adlı 4-cü günü başa çatdı. Tədbirdə Xəzər Universitetinin Beynəlxalq Çin dili və mədəniyyəti müəllimi Li Ya və Konfutsi İnstitutunun əməkdaşları fəal iştirak etdilər. Tədbirin girişində professor Gaojunxia tərəfindən Tai chi – Çin döyüş sənəti tələbələrə nümayiş olundu.

Sonda tədbirdə fəal iştirak edən tələbələrə və Konfutsi İnstutunun müəllimlərinə hədiyyələr verildi.