“Təbii resursla zəngin ölkələrdə gəlirlərin idarə edilməsi” kursu başa çatdı

2017-ci il dekabrın 7-də Xəzər Universiteti Avrasiya Bilik Mərkəzinin 10 gün ərzində keçirdiyi “Təbii resursla zəngin ölkələrdə gəlirlərin idarə edilməsi” kursu başa çatdı. Tədbirin sonuncu günü 6 ölkədən olan 22 iştirakçı növbəti mərhələdə hazırlayacaqları siyasət sənədləri ilə bağlı müvafiq təlimatlar aldılar.

Sonda Xəzər Universitetinin prorektoru professor Məhəmməd Nuriyev və İsveçrə hökumətinin SECO təşkilatının regional rəhbəri Simone Haeberli iştirakçılara sertifikat təqdim etdilər.

İştirakçılar kursun olduqca faydalı olmasını qeyd edərək, Xəzər Universitetinə yaratdığı şərait üçün təşəkkürlərini bildirdilər.