“Xocasən gölünün su balansı” mövzusunda seminar keçirildi

2017-ci il dekabrın 6-da Xəzər Universiteti Coğrafiya və ərtaf mühit departamentinin təşkil etdiyi “Xocasən gölünün su balansı” mövzusunda seminar keçirildi. Seminarda “Təmiz Şəhər” ASC-dan Sabit Zeyniyev; Milli Elmlər Akademiyasının nümayəndələri – Rövşən Kərimov, Məhəmməd Abduyev, Elnur Səfərov; Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Asif Verdiyev; “Azərsu” ASC-dan – Rəşail İsmayılov, Vüsal Poladov; SOCAR-dan Tural Məhərrəmov, Ramin Hüseynli; “Caspian Geomatics” şirkətindən Elvin Alıyev; Milli Hidrometerologiya Departamentindən Vasif Yahyayev iştirak edirdilər.

Sonda Coğrafiya və ərtaf mühit departamentinin müdiri Rövşən Abbasov qonaqların suallarını cavablandırdı.