"Xəzər Universitetində I Çin həftəsi"nin “Ənənəvi Çin mətbəxini kəşf edin” adlı 3-cü günü keçirildi

2017-ci il dekabrın 6-da Xəzər Universiteti Kitabxana-İnformasiya Mərkəzinin təşkilatçılığı ilə keçirilən I Çin həftəsinin “Ənənəvi Çin mətbəxini kəşf edin” adlı tədbiri baş tutdu. Tədbirdə xüsusi dəvət olunmuş aşpaz Liu Lili Çin mətbəxini, digər dəvət almış çinli aşpazlar isə məşhur Çin çayını, müxtəlif yemək və şirniyyatları iştirakçılara təqdim etdilər.

Tədbir iştirakçılar tərəfindən maraqla qarşılandı və yüksək qiymətləndirildi.