Xəzər Universitetində ikili dərəcə proqramlarının yaradılması ilə bağlı təlim başa çatdı

2017-ci il oktyabrın 11-də Xəzər Universitetində Texniki Yardım Missiyası (Technical Assistance Mission – TAM) çərçivəsində ikili dərəcə proqramlarının yaradılması ilə bağlı təlim davam etdi.

Tədbirdə Finlandiya Milli Təhsil Agentliyində proqram meneceri Annika Sundbäck-Lindroos, Azərbaycan Respublikası Təhsil Nazirliyi Akkreditasiya və Nostrifikasiya departamentinin baş eksperti dosent Anar Nağıyev, Xəzər Universitetinin İdarəetmə və Tələbə İşləri üzrə prorektoru Dr.İsaxan İsaxanlı, Azərbaycanın müxtəlif universitetlərinin nümayəndələri və həmçinin də Xəzər Universitetinin əməkdaşları iştirak edirdilər. Akkreditasiya və Nostrifikasiya departamentinin baş eksperti dosent Anar Nağıyev “Keyfiyyət təminatı və akkreditasiya: Azərbaycan qanunvericiliyi” mövzusunda təqdimatla çıxış etdi və verilən sualları ətraflı cavablandırdı.

Qeyd edək ki, təlimin məqsədi ikili dərəcə proqramları və onun yaratdığı imkanlar, regiondan və Avropadan uğurlu nümunələr, inkişaf prosesinin praktiki detalları, bu cür proqramların yaradılması üçün tələb olunan minimum tələblər haqqında məlumat və bu proqramları yaratmaq üçün məsləhətlərin verilməsi idi. 

Təlimin sonunda iştirakçılara sertifikatlar verildi.