Misirin Təhsil nazirinin birinci müavini Xəzər Universitetində oldu

2017-ci il mayın 4-də Misir Ərəb Respublikası Təhsil nazirinin birinci müavini professor Hossam El-Malehy və Misir Mədəniyyət və Təhsil Atteşesi Dr.Ahmet Sami Elaydi Xəzər Universitetini ziyarət etdilər. Qonaqları Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı səmimi salamlayaraq, yenidən görüşmələrinə məmnun olduğunu bildirdi. O, Xəzər Universiteti haqqında qonaqlara məlumat verdi. Sonra H.İsaxanlı qonaqlara Xəzər Universitetinin rəhbərliyini təqdim etdi. Misirli qonaqlar universitetin rektoru professor Hassan Niknafs, Akademik işlər üzrə prorektor professor Məhəmməd Nuriyev, İdarəetmə və tələbə işləri üzrə prorektor İsaxan İsaxanlı, Humanitar və sosial elmlər fakültəsinin dekanı Cabir Xəlilov, Təhsil fakültəsinin dekanı Elza Səmədova, İqtisadiyyat və menecment fakültəsinin dekanı Ceyhun Məmmədov, İctimai əlaqələr və media üzrə direktor Əlövsət Əmirbəyli, İnkişaf Mərkəzinin direktoru Raziyə İsayeva, Keyfiyyətin Təminatı Mərkəzinin direktoru Lyudmila Sotova, Beynəlxalq Əlaqələr Ofisinin direktoru Turan Cəfərova və digərləri ilə tanış oldular. T.Cəfərova Xəzər Universiteti haqqında təqdimat etdi. Təhsil nazirinin müavini H.El-Malehy və Hamlet İsaxanlı bir-birilərinə hədiyyələr təqdim etdilər. Turan Cəfərova universitet haqqında görüntülü məlumatları qonaqlara çatdırdı. Misirli qonaqlar universitetin Kitabxana-İnformasiya Mərkəzi, laboratoriyalar, sinif otaqları ilə tanış oldular.

Qonaqların şərəfinə ziyafət verildi. Xatirə şəkilləri çəkildi.