Amerikan Universitetinin professoru ABŞ-da prezident seçkilərindən danışdı

2016-cı il oktyabrın 24-də Xəzər Universitetinin Siyasi elmlər və beynəlxalq əlaqələr departamentinin təşkilatçılığı ilə keçirilən görüşdə Amerikan Universitetinin siyasi elmlər üzrə tanınmış professorlarından biri Dr. James Thurber ABŞ-da qarşıdan gələn prezident seçkilərini müzakirə etdi. Dr. Thurber ABŞ-da baş verən siyasi proseslər, o cümlədən, namizədlərin seçilməsi, siyasi konvensiyalar və seçki sistemi haqqında ümumi məlumat verdi. O, həmçinin Hillary Clinton və Donald Trump-ın namizədliyi ilə nəticələnən ölkədaxili vacib siyasi məsələlərə də toxundu. Dr. Thurber qeyd etdi ki, yüksək seçki qurumunun (The Electoral College) nəticələrinə görə Hillary Clinton-un seçilmə ehtimalı daha böyükdür.

Çıxışdan sonra o, tələbələrin bu seçkilərin ABŞ-ın Şimali Amerika Azad Ticarət Assosasiyası və Avropa ölkələri ilə münasibətlərinə, insan haqlarına və beynəlxalq ticarətə necə təsir edəcəyi barəsində suallarını cavablandırdı. Daha sonra Dr. Thurber Xəzər Universiteti Siyasi elmlər və beynəlxalq əlaqələr departamentinin rəhbəri Dr. Muxtar Hacızadə ilə görüşdü və ona hədiyyə olaraq öz kitabını verdi.

Film about Khazar University