Azərbaycan Şəhid Mədəni Universitetinin nümayəndə heyəti Xəzər Universitetində oldu

2016-cı il aprelin 27-si və 28-də iki universitet arasında əməkdaşlığı müzakirə etmək üçün dəvət olunmuş Azərbaycan Şəhid Mədəni Universitetinin nümayəndə heyəti Xəzər Universitetində oldu.

Azərbaycan Şəhid Mədəni Universitetinin nümayəndə heyətinə rektor Dr. Hasan Valizadeh, Tədqiqat üzrə prorektor Dr. Ali Ajami və Təhsil üzrə prorektor Dr. Mansour İmanpour daxil idilər. Azərbaycan Şəhid Mədəni Universiteti İranda Təbriz yaxınlığında yerləşən dövlət universitetidir. 7 fakültəsi olan universitet bakalavr, magistr və doktorantura səviyyələri üzrə təhsil verir.

Səfərinin ilk günü nümayəndə heyəti ilə həm Xəzər Universitetində, həm də “Dünya” məktəbində silsilə görüşlər keçirildi. Təbrizdən olan qonaqlar Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı və universitetinin rektoru Dr. Hassan Niknafs ilə görüşdülər.

Universitetin rəhbərliyi, fakültə dekanları, akademik və administrativ şöbələrin rəhbərləri üçün Azərbaycan Şəhid Mədəni Universiteti haqqında təqdimat keçirildi. Nümayəndə heyəti Xəzər Universitetində təhsil alan iranlı tələbələrlə də görüşdü.

Daha sonra nümayəndə heyəti üçün mədəni proqram təşkil olundu.

Səfərin ikinci günündə nümayəndə heyətinin Bakı Dövlət Universitetinin nümayəndələri ilə görüşü planlaşdırılmışdır.

Film about Khazar University