Fənlərin təsviri

CHEM111: Kimya-1 (6 kredit) 

Prerekviziti:yoxdur  

Atom-molekulyar nəzəriyyə. Maddənin quruluşu və fiziki xassələri. Atomun quruluşu. Kimyəvi rabitə. Molekullarn fəndəsi forması. Hibridləşmə. Atom orbitalları. Molekulyar orbitallar. Maddənin aqreqat halları. Məhlullar. Kimyəvi tarazlıq. Turşu-əsas nəzəriyyələri. Kimyəvi kinetika. Kataliz. Nüvə reaksiyaları. I-VII qrup elementləri və onların ən mühüm birləşmələri. Üzvi birləşmələr, onların əsas sinifləri və ən mühüm nümayəndələri.

 

CHEM112: Kimya-2 (6 kredit)

Prerekviziti: CHEM111

Termodinamika, onun qanunları. Termokimya. Məhlullar nəzəriyyəsi. Duru məhlullar. Raul qanunları. Oksidləşmə-reduksiya prosesləri. Fotokimya. Kolloid məhlullar. Elektrokimya. Elektroliz, Faradey qanunları. Standart elektrod potensialı. Qalvanik elementlər. Korroziya və onunla mübarizə.

 

CHEM112: Biokimya-2 (6 kredit)

Prerekviziti: CHEM102

Zülların növləri, onların quruluşu və xassələri. Nuklein turşuları. Fermentlər. Vitaminlər. Hormonlar. Lipidlər. Prostaqlandinlər. Canlı orqanizmdə metabolizm prosesləri. Bioloji oksidləşmə. Karbohidratların, sadə və mürəkkəb züllarların, nuklein turşularının, lipidlərin metabolizmi. Züllarların biosintezi.

 

CHEM208: Ümumi və qeyri-üzvi kimya (6 kredit)

Prerekviziti: yoxdur

Maddə və onun növləri. Maddənin quruluşu və xassələri. Kimyəvi rabitə və onun növləri. Maddənin aqreqat halları. Məhlullar. Kimyəvi tarazlıq. Turşu-əsas nəzəriyyələri. Kinetika. Radioaktiv çevrilmələr. Kataliz. Mendeleyev cədvəlindəki I-VIII qruplardakı əsas elementlər və onların ən mühüm birləşmələri.

 

 

CHEM 220: Üzvi kimya (6 kredit)

Prerekviziti: CHEM208 ümumi və Qeyri-üzvi kimya

Üzvi maddələrin kimyəvi quruluşu. Karbohidrogenlər, onların növləri, xarakteristikası, alınması və xassələri. Halogenli karbohidrogenlər. Spirtlər. Sadə efirlər. Aldehidlər və ketonlar.Karbon turşuları. Mürəkkəb efirlər. Yağlar və piylər. Azotlu üzvi birləşmələr. Tsikloalkanlar və tsikloalkenlər. Aromatik karbohidrogenlər. Fenollar. Kondensləşmiş arenlər. Heterotsiklik birləşmələr.

 

CHEM 311: Fiziki kimya (6 kredit)

Prerekviziti: CHEM208

Termodinamikanın prinsipləri və qanunları. Termokimya. Qazlar, mayelər və bərk maddələr. Fiziki xassələr və kimyəvi quruluş arasında əlaqə. Le-Şatelye prinsipi. Fazalar qaydası. Paylanma qanunu. Kataliz. Kimyəvi kinetika. Fotokimya. Adsorbsiya. Qalvanik elementlər. Elektrod potensialı. Elektrik keçiriciliyi. Korroziya, ondan mühafizə.

 

CHEM 321: Analitik kimya (6 kredit)

Prerekviziti: CHEM208

Vəsfi analiz üsulları. Fərdi kationların təyini. Kationların analitik qrupları. Kationların qarışıqlarının analizi. Anionların təyini. Anionların analitik qrupları. Miqdari analiz. Həcmi analiz. Neytrallaşdırma üsulları. Oksidləşmə-reduksiya üsulları. Çökdürmə və komplekləşdirmə üsulları. Qravimetriya. Fiziki və fiziki-kimyəvi analiz üsulları.

 

CHEM320: Yüksəkmolekullu birləşmələr kimyası (6 kredit)

Prerekviziti: CHEM321

Polimerlərin quruluşu və xüsusiyyətləri. Polimerləşmə üsullarının əsas növləri. Polimerlərin əsas nümayəndələri. Polimerlərin əsas fiziki-mexaniki xassələri. Polimerlərin məhlulları. Polimerlərin molekul kütləsi, onun növləri və təyini üsulları. Polimerlərin kimyəvi reaksiyaları. Polimerlərin tətbiqi.

CHEM250: Neft kimyası (6 kredit)

Prerekviziti: CHEM208

Neftlərin təsnifatı. Neftlərin fiziki-kimyəvi xassələri. Neft komponentlərinin ayrılma üsullar. Neftin tərkibindəki alkanlar, tsikloalkanlar, arenlər və hibrid birləşmələri. Neft karbohidrogenlərinin termiki və termokatalitik çevrilmələri. Oksidləşmə və hidrogenləşmə. Neft məhsullarının təmizlənməsi. Yanacaqların və yağların əsas növləri, onların tərkibi və xassələri.

 

CHEM 352: Colloid kimyası  (6 kredit)

Prerekviziti: CHEM 311

Kolloidlərin quruluşu və növləri; köpük, emulsiya, aerosol və gel arasındakı fərqlər; hidrofil və hidrofob kolloidlər; colloid hissəcikləri arasındakı qarşılıqlı təsir qüvvələri, colloid məhlullarının hazırlanması, kolloidlərin stabilləşməsi və destabilləşməsi.

 

CHEM 417: Ekoloji kimya  (6 kredit)

Prerekviziti: CHEM 201

Ekoloji kimyanın əsasları, yaşıl kimya, kimyəvi maddələrin hava, su və torpaq mühitində reaksiyalarının, daşınmasının öyrənilməsi; insane fəaliyyətinin ətraf mühitə təsiri; təhlükəli kimyəvi maddələr və onlardan istifadə qaydaları; tullantıların idarə olunması və təkrar emalı.