Keyfiyyətin Təminatı Mərkəzi

Ali məktəb insan gücü yetişdirir və bilik istehsal edir. Ona görə ali məktəbin səviyyəsi bir tərəfdən bu prosesin nə dərəcədə dəqiq və səlist işləməsi ilə, digər tərəfdən isə prosesin nəticəsi ilə, yəni məzun­ların səviyyəsi ilə, verilən diplomun gücü ilə müəy­yən edilir. Ali məktəb tədris prosеsindəki imtahan­lar silsiləsi və digər tələbatlar ilə tələbənin məzuna, yəni mütəxəssisə çеvrilməsi yolunda sanki süzgəc­lər qoymuş olur. Ali məktəbin gücü və səviyyəsi bu süzgəclər silsiləsinin ciddiliyi və dəqiqliyi ilə birba­şa bağlıdır və bu, təhsildə keyfiyyətin yüksəldilməsinin əsas yoludur.

İnsan fəaliyyətinin bütün sahələrində olduğu ki­mi təhsildə də kеyfiyyət anlayışına müxtəlif ya­naş­malar mövcuddur. Keyfiyyət yüksək standart­lara ma­­lik olmaqdır, fərqli, istisna xüsusiyyətdir. Keyfiyyət bir prosesdir və bu baxımdan keyfiyyətin artırılması konsepsiyası keyfiyyətin təminatı və ya keyfiyyətə nəzarətdən daha vacibdir.

Hal-hazırda təhsil siyasəti inkişaf edir. Azərbaycanın neft və digər mineral resursursları  sayəsində iqtisadiyyat ilə yanaşı ali təhsil də durmadan irəliləyir. Lakin böyük uğurlar əldə etmək üçün zaman lazımdır və bu yolda hər bir ali məktəb öz töhfəsini verməlidir. Xəzər universitetində Keyfiyyətin Təminatı Mərkəzinin yaradılmasında məqsəd  dünya təcrübəsindən yararlanaraq universitetdə təhsilin keyfiyyətini yüksəltmək və ümumilikdə Azərbaycanda bu prosesin həyata keçirilməsinə dəstək olmaqdan ibarətdir.


Tempus Layihələri


2011-2014

Tədris Proqramlarının Keyfiyyətinin Təminatı Sahəsində Sənədlərin Hazırlanması

Layihənin məqsədi Avropa standardlarına və keyfiyyətin təminatının təlimatına uyğun olaraq partnyor ölkələrdə tədris proqramlarının keyfiyyətinin təminatı üçün onlayn sənədləşdirmə sistemi müəyyənləşdirmək və tətbiq etməkdir. 

Layihə koordinatoru: 

University of Genoa

Layihə iştirakçıları:

Baku State University

Khazar University

Azerbaijan Medical University

Ministry of Edication of Azerbaijan

Odlar Yurdu University

Qafqaz University

Kazakh Leading Academy of Architecture and Civli Engineering

Kazakh "Ablai Khan" University for International Relations and World Languages

Kazakh National Technical University N.A. K.I.Satpayev

Eurasian National University N.A.L. Gumilyov

Independent Kazakhstan Agency for Quality Assurance in Education

National Center for Assessing Quality of Education

Ministry of Education and Science of Republic of Kazakhstan

Kyrgyz National University N.A. Jussup Balasagyn

Bishkek Academy of Finance and Economics

Education Network Association

Ministry of Education and Science of Kyrgyz Republic

Naryn State University

Tajik Institute of Entrepreneurship and Services  

Tajik National University 

Technological University of Tajikistan

Ministry of Education of Republic of Tajikistan

Universitaet Duisburg - Essen

CRUI - Conference of Italian University Rectors

Consorzio inter-universitario calcolo automatico italiano N.O.

Slovak University of Technology in Bratislava

University of Alicante

2008

Tempus layihəsi çərçivəsində təşkil olunan "Azərbaycan Universitetlərində Keyfiyyətin Təminatı Sistemlərinin Yaradılması" layihəsi ilə Bakı Dövlət Universiteti və Azərbaycan Dillər Universitetində Keyfiyyətin Təminatı Mərkəzlərinin yaradılması Xəzər Universitetindəki Keyfiyyətin Təminatı Mərkəzinin fəaliyyətini inkişaf etdirdi. 

Winchester Universiteti (İngiltərə), Carlos III Universiteti (İspaniya) və Varşava Universiteti (Polşa) ilə sıx əməkdaşlıq Azərbaycanda keyfiyyətin təminatı sahəsində təlim, nəzarət və ekspert dəstəyi ilə nəticələnmişdir.

1999-2001

"The Tempus Tacis Compact" tərəfindən təşkil olunan "Xəzər Universitetində Keyfiyyətin Təminatı Mərkəzinin İnkişafı" layihəsi Nottingham Trent Universiteti (İngiltərə) və Haarlem Universitetinin (Hollandiya) əməkdaşlığı ilə həyata keçirilmişdir.