Bizim xidmətlərimiz

Mərkəz bütün akademik və administrativ işçiləri təlimatlarla təmin edir. Mərkəzin xidmət və proqramlarına aşağıdakılar daxildir:

  • Yardımçı ləvazimatlar və proqramlarla təmin etmək;
  • Əlilliyi olan tələbələr üçün xidmət və yardımları həyata keçirmək və həmçinən fakültələrə lazım gəldikdə yardım etmək;
  • Məsləhət vermək;
  • Müəllim tərəfindən hazırlanmış tədris proqramını təqdim etmək;
  • Tədris materiallarının xüsusi formata çevirmək;
  • İmtahan zamanı yardım göstərmək, məsələn, əlavə vaxt, kopyuterdən istifadə etmək, imtahan suallarını lazımi formata salmaq və s.;
  •  Fakültələrə əvvəlcədən imtahanın vaxtında dəyişiklik olması haqqında məlumat vermək və müəllimə tələbənin ehtiyacları haqqında məktub yazmaq (Rəy);
  • Materialları genişləndirmək və brayl əlifbasına çevirmək;
  • Test vaxtını uzatmaq;
  • Əlilliyi olan tələbə üçün öncədən sinifdə oturma yerini müəyyənləşdirmək;
  • Müəllimlərdən mühazirələri yazmaq üçün icazə almaq;
  • Könüllü tələbələrin təlimləndirmək;
  • Əlilliyi olan və olmayan tələbələr üçün müxtəlif mövzularda təlimləri və seminarları təşkil etmək.

Evdə materiallardan istifadə edə bilmək üçün təlimat materialları əlverişli formaya salınaraq əlil tələbələrə verilə bilər. Bu halda tələbə söz verməlidir ki, bu materialı yaymayacaq və müəllif hüquqlarını qoruyacaq.