Bizim haqqımızda

“Əlilliyi olan tələbələr üçün Mərkəz”in fəaliyyəti əlilliyi olan tələbələrə aid məsələləri təşkil və idarə etməkdən ibarətdir. Mərkəzin əsas funksiyası əlilliyi olan tələbələrə təhsildə dəstək olmaq üçün onları məlumatlar və xidmətlərlə təmin etməkdən ibarətdir.  Mərkəz əlilliyi olan tələbələri lazımi avadanlıqlarla təmin edəcək və həmçinin ehtiyac olduqda onların əlilliyinə uyğun imtahanların təşkil olunmasına yardım göstərəcəkdir.

Mərkəz aşağıdakı əlilliyi olan tələbələrə yardım və xidmət göstərəcək: tam və ya qismən görmə qabilliyətini itirmiş, fiziki məhdudiyyətli və nitq məhdudiyyəti olanlar. Mərkəzin koordinatoru bütün fakültələrə əlilliyi olan tələbələrə necə yardım və dəstək göstərmək haqqında təlimatlar təqdim edəcəkdir.

Tələbələr Bazar ertəsi – Cümə saat 10:00-dan 17:00 –dək mərkəzə müraciət edə bilərlər. Əvvəlcədən razılaşma yolu ilə müraciətlər digər saatlarda da mümkündür. Mərkəzlə əlaqə saxlamaq üçün rmammadova@khazar.org  e-mail ünvanına  yazın və ya zəng edin.

Tel: (+99412) 4217916 (Ext 234)