Məzunlara Dəstək

Seçimlərinizlə bağlı danışmaq, intervü təcrübələrinə yiyələnmək və ya sizin üçün uyğun olan işi tapmaq üçün məşğulluq dünyasına daxil olduğunuz zaman sizə dəstək verməyə hazırıq. Məzun olduqdan sonrakı iki il müddətində Karyera Mərkəzinin tam dəstəyini əldə edə bilərsiniz. İstər karyeranıza başlamaq mərhələsində olun, istərsə də professional həyatda arıq öz mövqeyinizi tutmuş olun, istənilən halda, yeni çağırışlar axtarırsınızsa, universitet tərəfindən idarə olunan və məzunlar üçün uyğunlaşdırılmış bir sıra tədbirlərimizdən faydalana bilərsiniz. Şəbəkə qurmaq, iş axtarmaq, eləcə də yerli və beynəlxalq sahibkarlarla əlaqə yaratmaq üçün sizi ödənişsiz tədbirlərdə iştirak etməyə dəvət edirik.

Universitet karyera fəaliyyəti ilə bağlı tələbələrlə danışmaq üçün həmişə məşğulluq sahələrində çalışan məzunlara ehtiyac duyur. Əgər bu mövzuda Xəzər Universitetinə bir şey verə biləcəyinizi düşünürsənsə, Karyera Mərkəzinə müraciət edin.

Siz, həmçinin, akademik və peşəkar işlərdə hazırki tələbələri və məzunları dəstəkləmək üçün Karyera Mərkəzi ilə əlaqə yarada bilərsiniz. Nəticə etibarı ilə, təcrübəli stajçıları və qiymətli işçiləri öz universitetinizdən seçə bilərsiniz.

Məzunların bir araya gəlməsi dostlar və qrup yoldaşları ilə yenidən əlaqə yaratmaq və Xəzər Universitetinin bugünkü inkişaf pilləsinə necə gəlib çatdığını görmək üçün fürsət yaradır.

Əlavə məlumat üçün Karyera Mərkəzinə müraciət edin.

Film about Khazar University