Mədəniyyət mərkəzi


2013 –cü il mart ayının 1-də Xəzər Universitetində Mədəniyyət Mərkəzinin təntənəli açılışı oldu. Mərkəzin yaradılmasında məqsəd kiçik görüşlərin, poeziya məclislərinin, universitetə gələn qonaqların qəbulunu təşkil etməkdir. Xüsusi dizaynla hazırlanmış mərkəz xarici qonaqları Azərbaycan mədəniyyətinin inciləri- ancaq əl işlərindən ibarət olan incəsənət əsərləri ilə valeh edir.

Mədəniyyət Mərkəzində Dekorativ-tətbiqi sənətin müxtəlif sahələri öz əksini tapır:

taxta üzərində şəbəkə;

batika;

 rəngkarlıq;

 keramika

Qurama;

Milli tikmə və muncuqla əl işləri- daxildir. ( Bunları yaxşıca redaktə eləmək lazımdı)

 

   Təhsil və tədqiqatla yanaşı universitetin mədəni həyatını zənginləşdirmək məqsədi ilə digər təşkilatlarla əlaqələr yaradır, konsertlər və şoular təşkil edir və buraxılış mərasimləri və digər tədbirlərdə mühüm rol oynayır.

 Departamentin məqsədi xalça toxuma, musiqi duyumunun inkişafı, musiqi biliyi, həmçinin Xəzərin tələbələrinin artistik və intelekt imkan və bacarıqlarının inkişafı üçün performans imkanlarının inkişafı kimi Azərbaycan Milli incəsənətinə aid sahələrdə treyninqlər təşkil etməkdir. Universitetin toplantı salonları eyni zamanda Azərbaycan və dünya mədəniyyətinin inkişafı və təbliğinə töhfə vermək üçün universitet və digər qrupların toplantıları, məşqləri və konsertləri üçün istifadə olunur. Departament tərəfindən təklif olunan fənlər Azərbaycanın fundamental estetik dəyərlərinin təbliğini həyata keçirir. Hər tələbə milli mədəniyyətimizi daha dərindən öyrənmək üçün arzuladıqları sahəni seçə bilər. Tələbələr Xəzər Universitetində təhsil aldıqları müddətdə musiqi, rəqs, teatr və digər qruplarda iştirak edə bilər və eyni zamanda muğam, xalq musiqisi, Azərbaycanın klassik musiqisi və vokal, xor, xalçaçılıq, zərgərlik və milli kostyum dizaynı üzrə tanınmış mütəxəssislərdən dərslər alaraq akademik kredit əldə edə bilərlər. Musiqi və İncəsənət departamenti həmçinin Xalça muzeyi, Zərgərlik muzeyi və Milli geyimlər(Hər birinə link qoyulmalı!) muzeyi daxil olmaqla bir neçə mərkəzlərin işinə nəzarət edir.