Elm və Sənət Məclisi


Təsis

Elm və Sənət Məclisi – Xəzər Universitetində alim və ziyalıların elm, mədəniyyət və incəsənətin mühüm məsələləri haqqında mütəmadi olaraq keçirilən konfrans və ya seminarlar, onların müzakirə olunduğu məclis. Elm və Sənət Məclisi 2006-cı ildə Professor Hamlet İsaxanlı tərəfindən təsis edilmişdir. Bu məclis son illərdə Azərbaycanda elm və sənət adamlarının, ziyalıların məmnuniyyətlə gəldikləri bir yerdir. Adətən ayda bir və ya iki dəfə keçirilən "Elm və Sənət Məclisi"nin materialları nəfis şəkildə çap olunur.

Tarix

Elm və Sənət Məclisinin ilk toplantısı 2006-cı il oktyabrın 10-da keçirilib. İndiyə qədər Azərbaycandan olan tanınmış alimlərlə yanaşı, dünyanın bir sıra ölkələrindən, o cümlədən, ABŞ, Türkiyə, İngiltərə, Şotlandiya, İtaliya, Rusiya, Misir, Hollandiya, İran, Gürcüstan və s. ölkələrdən dəvət olunmuş, öz sahələrində böyük söz və nüfuz sahibi olan alimlər Elm və Sənət Məclisində müxtəlif mövzularda maraqlı mühazirələr oxumuşlar. Hazırda məclisin materiallarından ibarət 2 toplu kitab şəklində çap olunmuş, digəriləri çapolunma ərəfəsindədir.

Məqsəd

Elm və Sənət Məclisinin yaranma zərurəti, ümumi iş planı və məqsədləri barədə bu məclisin yaradıcısı və sədri Hamlet İsaxanlının "Elm və Sənət Məclisi-ünsiyyət ehtiyacı" adlı ön sözü:

Elm və sənət məclisi –  ünsiyyət ehtiyacı

Elmi tədqiqatları və sənət əsərlərini ayrı-ayrı insanlar təklikdə  yazıb-yaradır,  uzun  illər  öz  içində,  beynində,  ürəyində gəzdirir, bəsləyib yetişdirir və bir gün, sanki qeyri-ixtiyari  surətdə, qəflətən üzə çıxarır. Elm və sənət nümunələri bəzən kiçik bir  kollektivin,  bir  neçə  nəfərin  birgə  səyləri nəticəsində  də meydana gələ bilir. Bu halda da, yaradıcı qrupun üzvləri ayrı-ayrılıqda düşüncələrə dalır, öz iştirakını fərdi bilik, qabiliyyət və enerjisi hesabına təmin edir, ümumi məsələnin həlli isə, əlbəttə, yenə də ünsiyyət, birgə təhlil və müzakirələr yolu ilə baş tutur.

Elm və sənət adamları,  ümumiyyətlə, yaradıcı, ziyalı insanlar  həmişə  öz  aralarında  ünsiyyətə  ehtiyac  duymuş,  buna həmişə çox əhəmiyyət vermişlər. Yeni kəşfimizi, yeni ideyamızı, yeni əsərimizi, içimizdə qovrulan düşüncələrimizi bizə bənzər birinə, bizi anlayacaq birinə söyləmək, sevinc və qayğımızı bölüşmək ehtiyacı danılmazdır. Peşəkar bir insanla ünsiyyətdə olmaq, onunla söhbətləşib fikir mübadiləsi etmək, onu yeni tapıntı və ya orijinal fikirlə sevindirmək xoş və gözəl işdir. Onu sevindirdiyimiz, yaxşı mənada təəccübləndirdiyimiz üçün özümüz də sevinirik, müsbət enerji toplayırıq, ruhlanırıq, həzz alırıq... Peşəkar bir insanın tənqidi fikirləri və məsləhəti bizim daha dərinlərə baş vurmaq, daha əhatəli olmaq, həqiqətə daha yaxın olmaq imkanımızı artırır. 

Müzakirə  olunan  mövzu,  elm  və  ya  sənət  sahəsi  üzrə, mümkündür ki, mütəxəssis olmayan, amma geniş düşüncəli və həssas yaradıcı insanın verdiyi gözlənilməz suallar, öz sahəsindən qaynaqlanan fərqli görüş, fikir və münasibət də bizi düşündürə bilir, bizə təsir edir. Əlbəttə, yeni olanı bilmək ehtirası, yeni olanı mütəxəssislərin öz ağzından eşitmək həvəsi ilə yanaşı maarifləndirmək istəyi də yaradıcı insanları bir yerə toplayan mühüm amillər sırasındadır. 

Lomonosov adına Moskva Dövlət Universitəsinin aspiranturasında oxuduğum və sonralar orada, eləcə də Steklov adına Riyaziyyat  İnstitutunda  tədqiqatla  məşğul  olduğum  zamanlar elmi  fəaliyyətdə  ünsiyyətin nə  qədər  mühüm  olduğunu  anladım. Məşhur alimlərin, aspirant və tələbələrin bir yerə toplaşdığı həftəlik elmi seminarların dünyada görülən mühüm işlərdən xəbər tutmaq, maraqlandığımız elmi problemləri təhlil etmək, elmdə  yeni  yollar açan insanlarla birlikdə  müzakirələrə qatılmaq baxımından əvəzi və alternativi yox idi. Elmi məktəb deyilən  fenomeni  biz  birinci  növbədə  məhz  bu  seminarların varlığı və qeyri-adi gücündə görür və hiss edirdik. 

Sosialist blokunun dağılması, maddiyyətin yeni kapitalist münasibətləri əsasında fövqəladə güc qazanması və onun yaratdığı qarışıq hisslər, qloballaşmanın mövcud mənəvi dəyərləri alt-üst etməsi insanları, o cümlədən yazıb-yaradan zümrəni çaş-baş saldı. Elmi tədqiqatlara maraq azaldı, təhsil sistemi sistemsizliyə düçar oldu. Ziyalıların, elm adamlarının və müəllimlərin, mədəniyyət işçilərinin “ağıllı” bir yerə yığışmağa, dərdləşməyə ehtiyacı artdı. Giley-güzardan təhlilə, adi dərdləşmədən araşdırmalara  keçmək,  elmi-mədəni  mühiti  canlandırmaq, dünya  elmində,  sənətdə baş  verənlərdən  xəbər  tutmaq günümüzün tələbi, ruhumuzun təməli olan bu arzuların həqiqətə çevrilməsinə necə kömək edək?

2006-cı ilin yaz-yay aylarında Elm və Sənət Məclici təşkil etmək, heç bir sahə məhdidiyyəti qoymadan vacib hesab etdiyimiz  problemləri müzakirəyə çıxarmaq barədə fikrimiz qətiləşdi. Hər dəfə bir və ya iki mütəxəssisin məruzəsini dinləmək, onları sual atəşinə tutmaq, söz, fikir söyləmək istəyənləri dinləmək,  məruzə  və  müzakirənin  nəticələrini  qruplaşdırıb  kitab şəklində nəşr etmək qərarına gəldik. 2006-ci il oktyabrın 10-da birinci məclis baş tutdu. Həm Azərbaycandan, həm də müxtəlif ölkələrdən  mütəxəssisləri,  elm  və  sənət  adamlarını  məruzə üçün dəvət etməyə başladıq. Qısa zamanda Elm və Sənət Məclisimiz tanındı və sevildi. 

Məclislər

Elm və Sənət Məclisində edilmiş məruzələrdən seçmələr:

  1. Fəlsəfə və poeziyaMəruzəçilər: Professor Hamlet İsaxanlı və Professor Camal Mustafayev -10 oktyabr 2006
  2. İslamda sufilikMəruzəçilər: Professor Hamlet İsaxanlı və Professor Camal Mustafayev -31 oktyabr 2006
  3. Türk dünyası bu gün. Azsaylı türk soylarıMəruzəçiGüllü Yoloğlu -13 fevral 2007
  4. Hürufiliyin mahiyyəti və rəmzləriMəruzəçiNəsib Göyüşov -27 fevral 2007
  5. Sovet-Amerika qarşıdurması: Azərbaycan böhranı və soyuq müharibə. Məruzəçi: Professor Cəmil Həsənli -13 mart 2007
  6. Etnogenezis və Azərbaycan tarixçiliyiMəruzəçi: Professor Süleyman Əliyarlı -03 aprel 2007
  7. Nəsillərin mənəvi varisliyiMəruzəçi: Professor Camal Mustafayev -22 may 2007
  8. Qloballaşan dünyada mənəvi ilişkilərMəruzəçi: Professor Mustafa İslamoğlu (Türkiyə) -25 oktyabr 2007
  9. Avrasiyada hunlar. Tarix, mədəniyyət və kimlikMəruzəçi: Professor Hamlet İsaxanlı -16 noyabr 2007
  10. Şəhər mədəniyyəti. Tarix, bu gün və gələcəkMəruzəçiİsmail Serageldin (Misir) -27 dekabr 2007
  11. Erməni genosidi adlandırılan problem haqqındaMəruzəçiNorman Stone -26 yanvar 2008
  12. Edvard Səid, oreantalism və postkolonial araşdırmalarMəruzəçiTouraj Atabaki(Leiden Universiteti) -29 yanvar 2008
  13. Türkiyədə Azərbaycan ədəbiyyatının və mədəniyyətinin araşdırılması tarixiMəruzəçiYavuz Akpınar(Türkiyə/Ege Uni.) -15 aprel 2008
  14. Azərbaycan-Alban tarixinə aid qədim yazıların oxunuşuMəruzəçi: Professor Firudin Ağasıoğlu -20 may 2008
  15. Azərbaycan mədəniyyəti elektron məkandaMəruzəçilərTariyel Məmmədov və Aydın Xan -10 iyun 2008
  16. Azərbaycanlılar Amasiyada və İstanbuldaMəruzəçi: Professor İbrahim Yıldırım -04 noyabr 2008
  17. F.Nitşe –tarixin ən çılğın filosofuMəruzəçilərAğalar Məmmədov və Mail Yaqubov -25 noyabr 2008
  18. Siqmund Freud –psixoanalizin atasıMəruzəçiÜlkər İsayeva -16 dekabr 2008
  19. İbn Xaldun: böyük İslam filosofu və sosioloquMəruzəçi: Professor Ahmet Arslan -13 yanvar 2009
  20. İslam və modernləşməMəruzəçi: Profesoor Ahmet Arslan -15 yanvar 2009
  21. M.Ə.Rəsulzadə və Azərbaycan istiqlalıMəruzəçi: Professor Şirməmməd Hüseynov (BDU) -27 yanvar 2009
  22. Qədim Türk tarixinin problemləriMəruzəçi: Professor S.Q.Klyaştornıy (Rusiya) -10 fevral 2009
  23. Xəzərlilərin erkən tarixinin Asiya aspekti Məruzəçi: Professor S.Q.Klyaştornıy (Rusiya) -12 fevral 2009
  24. Qaraxanlı dövrü ədəbi dili və Oğuz TürkcəsiMəruzəçi: Professor Dr. Ahmet Bican Ercilasun (Türkiyə, Qazi Uni.) -14 aprel 2009
  25. I Dünya müharibəsində Osmanlı İmeriyasının Qafqaz siyasətiMəruzəçi: Professor Michael A. Reynolds (Princeton University) -28 aprel 2009
  26. Şumer –bəşəriyyətin ən qədim mədəniyətidirMəruzəçi:Professor Veronika Afanasyeva (Rusiya) -3 noyabr 2009
  27. Qədim mədəniyyətlər və müasir dövrMəruzəçi: Professor Veronika Afanasyeva (Rusiya) -05 noyabr 2009
  28. İslam və Qərb mədəniyyətinin müqayisəsiMəruzəçi: Dr.Tahsin Görgün (Türkiyə) -10 noyabr 2009
  29. Qlobal perspektivdən İslam və müasirlikMəruzəçi:Dr.Tahsin Görgün (Türkiyə) -10 noyabr 2009
  30. Əlçatmaz zirvələrə ayaq basanların gündəliyiMəruzəçiHüseynqulu Bağırov (Ekologiya və Təbii Ehtiyatlar naziri)-04 may 2010
  31. İkinci Dünya müharibəsi illərində "Böyük Üçlüyün" ittifaq diplomatiyasıMəruzəçi: Professor Vladimir Peçatnov (Moskva Dövlət Beynəlxalq Əlaqələr Universiteti) -28 sentyabr 2010
  32. SSRİ və ABŞ üçün İkinci Dünya müharibəsinin geosiyasi nəticələriMəruzəçi: Professor Vladimir Peçatnov (Moskva Dövlət Beynəlxalq Əlaqələr Universiteti) -30 sentyabr 2010
  33. Sözdə erməni soyqırımının mübahisəli arxiv qaynaqları haqqındaMəruzəçi: Professor Kemal Çiçək (Türkiyə/Türk Tarix Qurumu Erməni masasının sədri) -26 oktyabr 2010
  34. Ermənilərlə bağlı yerdəyişdirmə siyasəti və Osmanlı qaynaqlarının əhəmiyyətiMəruzəçi: Professor Kemal Çiçək (Türkiyə/Türk Tarix Qurumu Erməni masasının sədri)-27 oktyabr 2010
  35. İmperiyalar boşluğunda regional diplomatiya: İranın 1918-1920-ci illər Azərbaycan Demokratik Respublikasına dair siyasətiMəruzəçi: Dr. Oliver Bast (Mançestr Universiteti)-23 noyabr 2010
  36. Azərbaycanın ən məşhur romanı "Əli və Nino"nun müəllifi kimdir?MəruzəçiBetty Blair ("Azerbaijan İnternational" jurnalının redaktoru) -10 dekabr 2010
  37. Faşizmə qarşı İtaliya Müqavimət Hərəkatı və onun azərbaycanlı iştirakçılarıMəruzəçiMixail Talalay (İtaliya, Tarix elmləri namizədi) -15 mart 2011
  38. İslam və Qərb siyasi düşüncəsi: Tarixin dərsləri varmı?Məruzəçi: Professor Antony Black (Şotlandiya) -28 sentyabr 2011
  39. Texnologiya insan həyatının amili kimiMəruzəçi: Professor Larry Hİckman (İllinois Universiteti, ABŞ) -1 noyabr 2011
  40. Epos və türk tarixi öncəsi (prehistoriya)Məruzəçi: Profesoor Süleyman Əliyarlı -27 dekabr 2011
  41. İşığın psixoloji effekti: bioloji saat və depressiyaMəruzəçi: Professor Reşit Canbeyli (Boğaziçi Universitəsi/Türkiyə); (Columbia University/ABŞ) -01 may 2012
  42. Azərbaycan mədəniyyəti və təhsilinin inkişafında Qori Seminariyasının roluMəruzəçi: Akademik Hüseyn Əhmədov (Azərbaycan Dövlət Pedaqoji Universiteti) -15 may 2012