Elm və Sənət Məclisi

Təsis

Elm və Sənət Məclisi – Xəzər Universitetində alim və ziyalıların elm, mədəniyyət və incəsənətin mühüm məsələləri haqqında mütəmadi olaraq keçirilən konfrans və ya seminarlar, onların müzakirə olunduğu məclisdir. Elm və Sənət Məclisi 2006-cı ildə Professor Hamlet İsaxanlı tərəfindən təsis edilmişdir. Bu məclis son illərdə Azərbaycanda elm və sənət adamlarının, ziyalıların məmnuniyyətlə gəldikləri bir yerdir. Adətən ayda bir və ya iki dəfə keçirilən "Elm və Sənət Məclisi"nin materialları nəfis şəkildə çap olunur.



Tarix

Elm və Sənət Məclisinin ilk toplantısı 2006-cı il oktyabrın 10-da keçirilib. İndiyə qədər Azərbaycandan olan tanınmış alimlərlə yanaşı, dünyanın bir sıra ölkələrindən, o cümlədən, ABŞ, Türkiyə, İngiltərə, Şotlandiya, İtaliya, Rusiya, Misir, Hollandiya, İran, Gürcüstan və s. ölkələrdən dəvət olunmuş, öz sahələrində böyük söz və nüfuz sahibi olan alimlər Elm və Sənət Məclisində müxtəlif mövzularda maraqlı mühazirələr oxumuşlar. Hazırda məclisin materiallarından ibarət 2 toplu kitab şəklində çap olunmuş, digəriləri çapolunma ərəfəsindədir.

Məqsəd

Elm və Sənət Məclisinin yaranma zərurəti, ümumi iş planı və məqsədləri barədə bu məclisin yaradıcısı və sədri Hamlet İsaxanlının "Elm və Sənət Məclisi-ünsiyyət ehtiyacı" adlı ön sözü:

Elm və sənət məclisi – ünsiyyət ehtiyacı

Elmi tədqiqatları və sənət əsərlərini ayrı-ayrı insanlar təklikdə yazıb-yaradır, uzun illər öz içində, beynində, ürəyində gəzdirir, bəsləyib yetişdirir və bir gün, sanki qeyri-ixtiyari surətdə, qəflətən üzə çıxarır. Elm və sənət nümunələri bəzən kiçik bir kollektivin, bir neçə nəfərin birgə səyləri nəticəsində də meydana gələ bilir. Bu halda da, yaradıcı qrupun üzvləri ayrı-ayrılıqda düşüncələrə dalır, öz iştirakını fərdi bilik, qabiliyyət və enerjisi hesabına təmin edir, ümumi məsələnin həlli isə, əlbəttə, yenə də ünsiyyət, birgə təhlil və müzakirələr yolu ilə baş tutur.

Elm və sənət adamları, ümumiyyətlə, yaradıcı, ziyalı insanlar həmişə öz aralarında ünsiyyətə ehtiyac duymuş, buna həmişə çox əhəmiyyət vermişlər. Yeni kəşfimizi, yeni ideyamızı, yeni əsərimizi, içimizdə qovrulan düşüncələrimizi bizə bənzər birinə, bizi anlayacaq birinə söyləmək, sevinc və qayğımızı bölüşmək ehtiyacı danılmazdır. Peşəkar bir insanla ünsiyyətdə olmaq, onunla söhbətləşib fikir mübadiləsi etmək, onu yeni tapıntı və ya orijinal fikirlə sevindirmək xoş və gözəl işdir. Onu sevindirdiyimiz, yaxşı mənada təəccübləndirdiyimiz üçün özümüz də sevinirik, müsbət enerji toplayırıq, ruhlanırıq, həzz alırıq... Peşəkar bir insanın tənqidi fikirləri və məsləhəti bizim daha dərinlərə baş vurmaq, daha əhatəli olmaq, həqiqətə daha yaxın olmaq imkanımızı artırır. 

Müzakirə olunan mövzu, elm və ya sənət sahəsi üzrə, mümkündür ki, mütəxəssis olmayan, amma geniş düşüncəli və həssas yaradıcı insanın verdiyi gözlənilməz suallar, öz sahəsindən qaynaqlanan fərqli görüş, fikir və münasibət də bizi düşündürə bilir, bizə təsir edir. Əlbəttə, yeni olanı bilmək ehtirası, yeni olanı mütəxəssislərin öz ağzından eşitmək həvəsi ilə yanaşı maarifləndirmək istəyi də yaradıcı insanları bir yerə toplayan mühüm amillər sırasındadır. 

Lomonosov adına Moskva Dövlət Universitəsinin aspiranturasında oxuduğum və sonralar orada, eləcə də Steklov adına Riyaziyyat İnstitutunda tədqiqatla məşğul olduğum zamanlar elmi fəaliyyətdə ünsiyyətin nə qədər mühüm olduğunu anladım. Məşhur alimlərin, aspirant və tələbələrin bir yerə toplaşdığı həftəlik elmi seminarların dünyada görülən mühüm işlərdən xəbər tutmaq, maraqlandığımız elmi problemləri təhlil etmək, elmdə yeni yollar açan insanlarla birlikdə müzakirələrə qatılmaq baxımından əvəzi və alternativi yox idi. Elmi məktəb deyilən fenomeni biz birinci növbədə məhz bu seminarların varlığı və qeyri-adi gücündə görür və hiss edirdik. 

Sosialist blokunun dağılması, maddiyyətin yeni kapitalist münasibətləri əsasında fövqəladə güc qazanması və onun yaratdığı qarışıq hisslər, qloballaşmanın mövcud mənəvi dəyərləri alt-üst etməsi insanları, o cümlədən yazıb-yaradan zümrəni çaş-baş saldı. Elmi tədqiqatlara maraq azaldı, təhsil sistemi sistemsizliyə düçar oldu. Ziyalıların, elm adamlarının və müəllimlərin, mədəniyyət işçilərinin “ağıllı” bir yerə yığışmağa, dərdləşməyə ehtiyacı artdı. Giley-güzardan təhlilə, adi dərdləşmədən araşdırmalara keçmək, elmi-mədəni mühiti canlandırmaq, dünya elmində, sənətdə baş verənlərdən xəbər tutmaq günümüzün tələbi, ruhumuzun təməli olan bu arzuların həqiqətə çevrilməsinə necə kömək edək?

2006-cı ilin yaz-yay aylarında Elm və Sənət Məclici təşkil etmək, heç bir sahə məhdidiyyəti qoymadan vacib hesab etdiyimiz problemləri müzakirəyə çıxarmaq barədə fikrimiz qətiləşdi. Hər dəfə bir və ya iki mütəxəssisin məruzəsini dinləmək, onları sual atəşinə tutmaq, söz, fikir söyləmək istəyənləri dinləmək, məruzə və müzakirənin nəticələrini qruplaşdırıb kitab şəklində nəşr etmək qərarına gəldik. 2006-ci il oktyabrın 10-da birinci məclis baş tutdu. Həm Azərbaycandan, həm də müxtəlif ölkələrdən mütəxəssisləri, elm və sənət adamlarını məruzə üçün dəvət etməyə başladıq. Qısa zamanda Elm və Sənət Məclisimiz tanındı və sevildi. 

Məclislər

Elm və Sənət Məclisində edilmiş məruzələr:

    110.10.2006. Fəlsəfə və Poeziya. Hamlet İsaxanlı. Camal Mustafayev

    2. 31.10.2006. İslamda Sufilik. Hamlet İsaxanlı. Camal Mustafayev 

    3. 22.11.2006. Orta Əsrlərdə Tərcümə Fəaliyyəti. “Quran”ın Tərcümələri. Mirzə Rəsul İsmayılzadə 

    412 .12 2006. Orta Əsrlər Ərəb Dünyasında Türklər. Afşin. Nərgiz Axundova. Fərda Əsədov 

    5. 23.01. 2007. Orta Əsrlərdə Azərbaycan Türkcəsinə Tərcümələr (XV-XVI əsrlər) Mövsüm Nağısoylu 

    6. 13.02.2007. Türk Dünyası Bu Gün. Azsaylı Türk Soyları.Güllü Yoloğlu (AMEA-nın Arxeologiya və Etnoqrofiya İnstitutu) 

    727.02. 2007. Hürufiliyin Mahiyyəti və Rəmzləri. Nəsib Göyüşov(AMEA-nın Əlyazmalar İnstitutu) 

    8. 13.03.2007. Sovet-Amerika Qarşıdurması: Azərbaycan Böhranı və Soyuq Müharibə. Cəmil Həsənli (BDU) 

    9. 03.04.2007. Etnogenezis və Azərbaycan Tarixçiliyi. Süleyman Əliyarlı (Əməkdar elm xadimi, Tarix elmləri doktoru, BDU) 

    10. 08.05.2007Gürcü Xalqının Mədəniyyəti və Milli Psixologiysı: müqayisəli təhlil İmir Məmmədli 

    11. 22.05.2007. Nəsillərin Mənəvi Varisliyi. Camal Mustafayev (Əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru) 

    12. 25.10. 2007. Qloballaşan Dünyada Mənəvi İlişkilər. Mustafa İslamoğlu (AKABE Vakfı,Türkiyə) 

    13. 16.11.2007. Avrasiyada Hunlar. Tarix, Mədəniyyət və Kimlik. Hamlet İsaxanlı 

    14. 04.12. 2007. Şəms Təbrizi və Mövlana Cəlaləddin Rumi: Mif və Gerçəklik. Elnur Nəsirov (Xəzər Universiteti) 

    15. 27.12. 2007. Şəhər Mədəniyyəti. Tarix, Bu Gün və Gələcək. İsmail Serageldin (İsgəndəriyyə Kitabxanası, Misir) 

    16. 26.01. 2008. Erməni Genosidi Məsələsi Haqqında. Norman Stone (Koç Universitəsi, Türkiyə) 

    17. 29.01.2008Edvard Said. Orientalizm və Postkolonial Araşdırmalar. Turac Atabaki (Amsterdam və Leiden Universiteti, Hollandiya) 

    18. 15.02.2008. Türkiyədə Azərbaycan Ədəbiyyatının və Mədəniyyətinin Araşdırılması Tarixi. Yavuz Akpınar (Ege Universitəsi, Türkiyə) 

    19. 20.05. 2008. Azərbaycan-Alban Tarixinə Aid Qədim Yazıların Oxunuşu. Firudin Ağasıoglu 

    20. 10.06.2008. Azərbaycan Mədəniyyəti Elektron Məkanda. İnternet Şəbəkəsində Ədəbiyyat. Tariyel Məmmədov, Aydın Xan Əbilov (yazıçı-kulturoloq)

    2104.11.2008. Azərbaycanlılar Amasiyada və İstanbulda. İbrahim Yıldırım (İstanbul Universitəsi, Türkiyə) 

    22. 25.11. 2008.F.Nietzsche – Tarixin Ən Çılğın Filosofu. Ağalar Məmmədov.Mail Yaqubov (Xəzər Universiteti) 

    23. 16.12. 2008. Sigmund Freud – Psixoanalizin Atası. Ülkər İsayeva (Xəzər Universiteti) 

    24. 13.01.2009. Ibn Xəldun: Böyük İslam Filosofu və Sosioloqu. Ahmet Arslan (Ege Universitəsi, Türkiyə)

    25. 15.01.09. İslam və Modernləşmə. Ahmet Arslan (Ege Universitəsi, Türkiyə)

    26. 27.01.09. M.Ə.Rəsulzadə və Azərbaycan İstiqlalı. Şirməmməd Hüseynov (BDU)

    27. 10.02.09. Qədim Türk Tarixinin Problemləri. Serqey Qriqoryeviç Klyaştornıy (Sankt-Peterburq Dövlət Universiteti, Rusiya)

    28. 12.02.09. Xəzərlərin Erkən Tarixi Asiya Aspekti. Serqey Qriqoryeviç Klyaştornıy (Sankt-Peterburq Dövlət Universiteti, Rusiya)

    29. 14.04.09. Qaraxanlı Dövrü Ədəbi Dili.Ahmet B.Ercilasun (Qazi Universitəsi,Türkiyə)

    30. 28.04.09. I Dünya Müharibəsi Dövründə Osmanlı İmperiyasının Qafqaz Siyasəti.Michael A.Reynolds (ABŞ)

    31. 03.11.09. Şumer- Bəşəriyyətin Ən Qədim Mədəniyyətidir.Veronika K.Afanasyeva (Sankt-Peterburq Şərqşunaslıq İnstitutu, Rusiya)

    32. 05.11.09. Qədim Mədəniyyətlər və Müasir Dövr. Veronika K.Afanasyeva (Sankt-Peterburq Şərqşünaslıq İnstitutu, Rusiya)

    33. 10.11.09. İslam və Qərb Mədəniyyətinin Müqayisəsi. Tahsin Görgün. (Türkiyə)

    3412.11.09. Qlobal Perspektivdən İslam və Müasirləşmə. Tahsin Görgün. (Türkiyə)

    35. 04.05.10. Əlçatmaz Nöqtələrə Ayaqbasanların Gündəliyi. Hüseyn Bağırov (Ekologiya və Təbii Sərvətlər Nazirliyi)

    36. 11.05.10. Müasir İqlim Dəyişmələri və Azərbaycan.Rza Mahmudov ( Ekologiya və Təbii Sərvətlər Nazirliyi Hidrometeorologiya Elmi-Tədqiqat İnstitutunun Direktoru, Azərbaycan)

    37. 28.09.10. II Dünya Müharibəsi İllərində Böyük Üçlüyün İttifaq Diplomatiyası. Vladimir Peçatnov (Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutu, Rusiya)

    38. 30.09.10. SSRİ və ABŞ üçün II Dünya Müharibəsi Geosiyasi Nəticələri. Vladimir Peçatnov. (Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutu, Rusiya)

    39. 26.10.10. Sözdə Erməni Soyqırımının Mübahisəli Arxiv Qaynaqları Haqqında .Kemal Çiçek (Türk Tarix Qurumu, Türkiyə)

    40. 27.10.10. Ermənilərlə Bağlı Yerdəyişdirmə və Osmanlı Qaynaqlarının Əhəmiyyəti. Kemal Çiçek (Türk Tarix Qurumu, Türkiyə)

    41. 23.11.10. İmperiyalar Boşluğunda Regional Diplomatiya:İranın 1918-20-ci illər Azərbaycan Demokratik Respublikasına Dair Siyasəti.Oliver Bast (Head of Middle Eastern Studies School of languages, Linguistics and Cultures. The University of Manchester)

    42. 10.12.10. Azərbaycanın Ən Məşhur Romanı” Əli və Nino”nun Müəllifi Kimdir?.Betty Blair (Editor of “Azerbaijan International”)

    43. 28.12.10. Tarixşünaslıq: Problemlər və Fərqli Yanaşmalar. Cəmil Həsənli, Hamlet İsaxanlı.

    4408.02.11. Çağdaş Qlobal Mühitdə Akademik Azadlıq və Universitənin Muxtariyyatı. Kemal Gürüz (Sabiq YÖK başkanı, Türkiyə)

    4522.02.11. Novruz Çərşənbələri və Regional Özəllikləri. Güllü Yoloğlu (Tarix elmləri doktoru, Azərbaycan)

    4615.03.11. Faşizmə Qarşı İtaliya Müqavimət Hərəkatı və Onun Azərbaycanlı İştirakçıları. Mixail Talalay

    4724.05.11. Rusiya İmperiyasının Süqutu və Müsəlmanlar. Salavat İsakov (Rusiya)

    48. 26.05.11. Azərbaycan Mühacirəti.Yeni Sənədlər və Materiallar. Salavat İsakov (Rusiya)

    4928.09.11. İslam və Qərb Siyasi Düşüncəsi.Tarixin Dərsləri Varmı? Antony Black (Şotlandiya)

    5001.11.11. Texnologiya  İnsan Həyatının Amili Kimi. Larry.A.Hickman (Southern İllinois University, USA)

    5109.12.11. Əbu Hamid  Əl-Qəzali: Tarix və bu gün.Ahmet Arslan, Hamlet İsaxanlı.

    52. 27.12.11. Epos və Türk Tarix Öncəsi.Süleyman Əliyarlı. (Əməkdar elm xadimi, Tarix elmlər doktoru, BDU)

    53. 12.04.12. Qədim Rus Yazı Abidələrində Qədim Türk Etnoeydmləri. Zahir Əsədov (Bakı Slavyan Universiteti)

    5401.05.12. İşığın Psixoloji Effekti.Biologi Saat və Depressiya. Reşit Canbeyli.(Boğaziçi Universitəsi-Türkiyə, Kolumbiya Universiteti, ABŞ)

    55. 15.05.12. Azərbaycan Mədəniyyəti və Təhsilinin İnkişafında Qori Seminariyasının Rolu. Hüseyn Əhmədov (Azərbaycan Pedaqoji Universiteti)

    5607.12.2012. Əlimərdan Bəy Topçubaşov. Üç Ölkə Arasında Keçən Ömür. Cəmil Həsənli

    5723.04.2013. Teodor Şumovski-100. Həyat və Yaradıcılığı. Nərgiz Axundova (AMEA-nın Tarix İnstitutu)

    58. 31.05.2013. İranın Yaxın Tarixi və Bu Günü: Əsas İnkişaf Meylləri və Yaxın Gələcəyə Baxış. Michael Rubin (ABŞ)

    59. 01.11.2013. Seyid Yəhya Bakuvi: Həyatı, Yaradıcılığı və Məktəbi. Mehmet Rıhtım (Qafqaz Araştırmaları İnstitutu)

    6017.02.2013. Sülh və Hərb.Gülüstan Sülh Müqaviləsinin Reallıqlarına Yeni Tarixi Baxış. Oleq Yuryeviç Kuznetsov. (Tarixçi-hüquqşunas, Rusiya)

    61. 21.01.2014. Türkiyədə Neolitik Dönəm Kazıları və Yeni Görüşlər. Arkeolojik Kazı Yerlerinde Koruma, Sergileme ve Açık Hava Müzeleri. Mehmet ÖzdoğanZeynep Eres ( Türkiyə)

    62. 17.12.2014. Qafqazın Ekoloji Birliyi. Georgi Kvesitadze (Gürcüstan Elmlər Akademiyasının Prezidenti).

    63. 03.02.2015. Genetik Miqrasiyaların coğrafiyası və tarixi. Prof. Stoyan Dinkov (Bolqarıstan).

    64. 07.04.2015. Mirzə Şəfi Vazeh və Freiderich Bodenstedt. Böyük dostluq və böyük ayrılıq. Prof.Hamlet İsaxanlı.

    65. 30.01.2016. Mərkəzi sinir sisteminin quruluşu. Prof. Mahmut Gazi Yaşargil (Türkiyə).

    66. 18.04.2016. Avropada köçəri xalqlar: erkən orta əsr Avropa tarixinin təşəkkülündə macarların və türklərin rolu. Prof. İstvan Zimonyi (Macarıstan, Szegedi University). 

    67. 04.05.2018. Yaxın Şərq və Türkiyə. T.C. 26-cı Genelkurmay Başkanı İlker Başbuğ (Türkiyə).