Fakültə Xəbərləri









YAZ-2017


“Xəzər”in doktorantının tədqiqat işi Türkiyədə çap edildi

Xəzər Universiteti Humanitar və sosial elmlər fakültəsinin dekan köməkçisi, universitetin doktorantı Validə Kərimovanın “Possibility of Foreign Languages in the Education System of Azerbaijan: Analysis of the Best Foreign Language among Students’in Higher Private Educational Institutions” (“Azərbaycanın təhsil sistemində xarici dil imkanı: özəl ali təhsil müəssisələrində tələbələr arasında ən yaxşı xarici dilin təhlili”) adlı tədqiqat işi Türkiyənin Sakarya şəhərində TOJQIH (The Online Journal of Quality in Higher Education) jurnalının iyul buraxılışında çap edilmişdir. Qeyd edək ki, müəllif eyni adlı məruzə ilə 2016-cı il noyabrın 24-25-də Sakaryada keçirilən beynəlxalq konfransda (ICQH 2016) çıxış etmişdir. Validə Kərimovanın tədqiqat işi 2015-2016-cı tədris ili müddətində Xəzər Universiteti və Qafqaz Universitetinin (hazırki Bakı Mühəndislik Universiteti) 301 tələbəsi arasında ən yaxşı xarici dilin təhlili mövzusunda aparılmış və iki özəl universitet tələbələri arasında ən yaxşı xarici dilin hansı olduğunu, xarici dili bilmə səviyyələrini müəyyənləşdirmişdir.


“Fakültə"nin departament müdirinə dosent diplomu verildi

    2017-ci il iyulun 18-də Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasında diplomların təqdim olunması mərasimi keçirildi. Xəzər Universiteti Siyasi elm və beynəlxalq münasibətlər departamentinin müdiri, fəlsəfə doktoru Muxtar Hacızadəyə də dosent diplomu verilmişdir.


    Kozminski Universitetinin Beynəlxalq Əlaqələr Şöbəsinin Direktoru Xəzər Universitetində

    2017-ci il iyulun 10-14-də, Kozminski Universitetinin (Polşa, Varşava) Beynəlxalq Əlaqələr Şöbəsinin direktoru Valentina Guminska Xəzər Universitetində Erasmus+proqramı çərçivəsində mübadilə proqramında iştirak etdi.Mübadilənin əsas məqsədi Xəzər Universitetinin Beynəlxalq Əlaqələr Şöbəsinin və universitetin bir sıra digər departament və şöbələrinin işi ilə yaxından tanış olmaq idi. Həmin müddət ərzində Valentina Guminska Xəzər Universitetinin rektoru Hassan Niknafs, İnkişaf Mərkəzinin direktoru Raziyə İsayeva, Keyfiyyətin Təminatı Mərkəzinin direktoru Lyudmila Sotova, Karyera Mərkəzinin koordinatoru Fatma Ələkbərova, Biologiya departamentinin müdirii İradə Xəlilova, İqtisadiyyat və menecment fakültəsinin dekanı Ceyhun Məmmədov, Magistratura, doktorantura və elmi işlər bölməsinin müdiri Eldar Şahgəldiyev, Humanitar və sosial elmlər fakültəsinin dekanı Cabir Xəlilov, Siyasi elmlər və beynəlxalq münasibətlər departamentinin koordinatoru Elmar Mustafayev və İngilis dili və ədəbiyyatı departamentinin müdir müavini Eynur Mehdiyev ilə görüşdü.Qonağı Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri Professor Hamlet İsaxanlı da qəbul etdi.Xəzər Universiteti ilə Kozminski Universiteti arasında Erasmus+ müqaviləsi 2015-ci ilin sonunda imzalanmışdır. O vaxtdan etibarən hər iki universitetin tələbə, akademik və inzibati heyəti mübadilədə iştirak etmişlər.


      Humanitar və sosial elmlər fakültəsinin müəllimi fəlsəfə doktorluğu dissertasiyası müdafiə etdi

      2017-ci il iyulun 4-də AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Müdafiə şurasında Xəzər Universiteti Humanitar və sosial elmlər fakültəsinin müəllimi, Odlar Yurdu Universitetinin doktorantı Elmira Əliyevanın “Tematik proqressiya və diskursun yaranması (Azərbaycan və ingilis dili materialları əsasında)” mövzusunda professor Əfqan Abdullayevin elmi rəhbərliyi ilə yazdığı filologiya üzrə fəlsəfə doktorluğu dissertasiyasının müdafiəsi keçirilmişdir.

      İclasa Nəsimi adına Dilçilik İnstitutunun direktoru, AMEA-nın həqiqi üzvüMöhsün Nağısoylu sədrlik etmişdir. İclasın sonunda Müdafiə şurası Elmira Əliyevaya  filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi  verilməsi haqqında yekdil qərar qəbul etmişdir. 


      Elmi Şuranın cari dərs ilində son içlası keçirildi

      2017-ci il iyulun 6-da Xəzər Universitetinin rektoru Hassan Niknafsın sədrliyi ilə universitet Elmi şurasının cari dərs ilində son iclası keçirildi. İclasın gündəliyinə əsasən rektor 2016-2017-ci tədris ilinin ümumi yekunları haqqında çıxış edərək, əldə olunmuş uğurlardan və qarşıda duran vəzifələrdən danışdı. O, həmçinin, ilin yekunlarına görə bir qrup əməkdaşın – Təmir-tikinti şöbəsinin işçisi Piri Piriyev, İctimai əlaqələr və media üzrə direktor Əlövsət Əmirbəyli, Riyaziyyat departamentinin müəllimi Cavanşir Əzizov, Tarix və arxeologiya departamentinin müdiri Roza Arazova, İqtisadiyyat və menecment fakültəsi dekanının köməkçisi Samirə Mirzəyeva, İngilis dili və ədəbiyyatı departamentinin müəllimi Lidiya Həmidova, İnkişaf mərkəzinin direktoru Raziyə İsayeva və Azərbaycan dili və ədəbiyat departamentinin müdiri Vurğun Əyyubun təşəkkürnaməyə layiq görüldüyünü bildirdi və iştirak edənlərə təşəkkürnamələri təqdim etdi. Universitetin prorektoru Məhəmməd Nuriyev Məzunlarla iş üzrə mərkəzin direktoru Baba Bayramlının Elmi şuranın tərkibinə daxil edildiyi və şuranın elmi katibi təyin olunduğu haqqında məlumat verdi. Məzunluq haqqında fakültə dekanları Elza Səmədova, Cabir Xəlilov, Ceyhun Məmmədov və dekan müavini Vəfa Aslanovanın, dərs vəsaitlərinin və fənn proqramlarının çapa təqdim olunması haqqında Elmi Şuranın katibi Baba Bayramlının məlumatları dinlənildi və müvafiq qərarlar qəbul edildi. Elmi Şuranın iclasında universitetin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı çıxış edərək, bir sıra məsələlərlə əlaqədar tövsiyələrini bildirdi. O, həmçinin, Direktorlar və Qəyyumlar Şurası sədrinin assistenti Sevda Salayevaya başqa işə keçməsi ilə əlaqədar uğurlar arzuladı və ona təşəkkürnamə təqdim etdi. Elmi Şuranın iclasında cari məsələlər də müzakirə olundu.


      İngilis dili və ədəbiyyatı departamentində magistr müdafiəsi keçirildi

      2017-ci il iyunun 20-də Xəzər Universiteti Humanitar və sosial elmlər fakültəsinin magistr tələbələri Könül Mərdanova və Nuranə İsmayılovanın İngilis dili və ədəbiyyatı departamentində dissertasiya müdafiəsi keçirildi. Müdafiədə Magistratura, doktorantura və elmi işlər bölməsinin müdiri Eldar Şahgəldiyev, Azərbaycan Dövlət Dillər Universitetinin müəllimi İrina Orucova, Azərbaycan Dövlət Dillər Universitetinin müəllimi İradə Səmədova, İngilis dili və ədəbiyyatı departamentinin müdir müavini Eynur Mehdiyev, Alt proqramlar üzrə koordinator Milana Abbasova, departamentin müəllimləri Cəmalə Məmmədova və Gülnar Abbasova iştirak etdilər. Müdafiə zamanı magistr tələbələr öz tədqiqat işləri haqqında ətraflı təqdimat etdilər və onlara verilən sualları cavablandırdılar. Hər iki tələbə müdafiəni uğurla edib magistr adına layiq görüldü.


      Humanitar və sosial elmlər fakültəsinin əməkdaşının məqaləsi çap olundu

      Xəzər Universiteti Humanitar və sosial elmlər fakültəsinin dekan köməkçisi Validə Kərimovanın (doktorant) “Ədəbi-tənqidi mətndə estetik problematikanin fəaliyyətinin spesifikası” adlı elmi məqaləsi Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Dövri Elmi Nəşrlərin çapı üçün tövsiyə edilən, Sumqayıt Dövlət Universitetinin “Elmi xəbərlər” jurnalının Sosial və humanitar elmlər bölməsinin 13-cü cildinin 2-cü buraxılışında çap edilmişdir. Məqalədə rus ədəbi tənqidində fəlsəfi-estetik problematikanın qismən məhz estetik problematika ilə uyğun gəlməsi, tənqidin əsas funksiyasını izahı, estetik problematikanın mətn reprezentasiyasının üsulları, konkret olaraq dahi şəxslərin və onların estetik doktrinalarının dərinliyi və konseptuallığına əsaslanan fikirlər geniş formada araşdırılmışdır. Məqalənin məqsədi ədəbi-tənqidin indi ümumiləşdirici funksiya daşıyıb, estetik problematıkanın nə qədər aşkar və məqsədyönlü olmasını təqdim etməkdir.


        Mələk Kərimovanın məqaləsi çap olundu

        Xəzər Universiteti Humanitar və sosial elmlər fakültəsinin dekan müavini Mələk Kərimovanın (doktorant) “İncəsənət terapiyası” adlı elmi məqaləsi Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Dövri Elmi Nəşrlərin çapı üçün tövsiyə edilən, Sumqayıt Dövlət Universitetinin “Elmi xəbərlər” jurnalının Sosial və humanitar elmlər bölməsinin 13-cü cildinin 2-cü buraxılışında çap edilmişdir. Məqalədə incəsənətin psixologiyada necə əks olunmasından, incəsənət terapiyasının əsas məqsədindən, incəsənət terapiyasındakı vasitələrdən, incəsənət terapiyasının tarixi keçmişindən, incəsənət terapiyası sahəsində mütəxəssis hazırlığının zəruriliyindən bəhs edilmişdir.


        Humanitar və sosial elmlər fakültəsinin əməkdaşının məqaləsi çap olundu

        Xəzər Universiteti Humanitar və sosial elmlər fakültəsinin dekan köməkçisi Validə Kərimovanın (doktorant) “N.Çomskinin dil təliminin məziyyətləri. Dilin yaradıcı olması” adlı elmi məqaləsi Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Dövri Elmi Nəşrlərin çapı üçün tövsiyə edilən, Azərbaycan Dillər Universitetinin “Elmi xəbərlər” jurnalının 2-ci cildinin 3-cü buraxılışında çap edilmişdir. Məqalədə N.Çomskinin dilçilik aləmində böyük əks-sədaya səbəb olmuş ideyaları, dilçilik elmində əvəzsiz görüşləri araşdırılmış, bu alimin elmi nəzəriyyəsinin dünya dilçiliyinə, eləcə də, fəlsəfə, məntiq, psixologiya kimi elm sahələrinə təsiri barədə müzakirə edilmişdir. Beləliklə, tədqiqat işinin qarşısında duran əsas vəzifə N.Çomskinin dilçilik görüşlərinin mahiyyətini açıb göstərməkdən ibarət olmuşdur.


        Fakültə əməkdaşımızın məqaləsi çap olundu

          Xəzər Universiteti Humanitar və sosial elmlər fakültəsinin dekan müavini, Xəzər Psixoloji Xidmət Mərkəzinin direktoru Mələk Kərimovanın (doktorant) Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Dövri Elmi Nəşrlərin çapı üçün tövsiyə edilən, Bakı Dövlət Universitetinin Psixologiya jurnalının 1-ci buraxılışındaməqaləsi çap edilmişdir. Məqalədə uşaq və yeniyetmələrdə internet asılılığının təyini ilə əlaqədar testin Azərbaycan mühitinə uyğunlaşdırılması zərurəti və metodunun ətraflı şərhinə yer verilmişdir.  


          İngilis dili və ədəbiyyatı departamenti əməkdaşımızın məqaləsi çap olundu

            Xəzər Universiteti İngilis dili və ədəbiyyatı departamentinin Alt proqramlar üzrə koordinatoru Milana Abbasovanın (doktorant) “Anqlisizmlər Azərbaycan Kütləvi İnformasiya vasitələrində adlı elmi məqaləsi Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Dövri Elmi Nəşrlərin çapı üçün tövsiyə edilən, Azərbaycan Dillər Universitetinin “Azərbaycanda xarici dillər” jurnalının 2016 ci il 4-cü buraxılışında çap edilmişdir. Məqalədə qloballaşan ingilis dilindən, Azərbaycan kütləvi informasiya vasitələrinə anqlisizmin təsirindən, anqlisizmin əksər həyat sferalarında əsasən də kütləvi informasiya vasitələrindəki yerindən bəhs edilir. Tədqiqatın araşdırma obyekti “525-ci qəzet”dir.


            Jurnalistika departamenti əməkdaşımızın doktorluq dissertasiyasının müzakirəsi keçirildi

              2017-ci il mayın 19-da Xəzər Universitetinin əməkdaşı, AMEA Fəlsəfə İnstitutunun doktorantı Cabir Oruc oğlu Məmmədovun “Estetikada faciəvilik problemi” mövzusunda (İxtisas: 7211.01–Estetika) yazdığı fəlsəfə üzrə fəlsəfə doktorluğu dissertasiyasının ilkin müzakirəsi keçirildi. İclasa sədrliyi Fəlsəfə İnstitutunun direktoru fəlsəfə üzrə elmlər doktoru, professor İlham Məmmədzadə edirdi.


              Psixologiya departamentinin magistrları dissertasiya müdafiə etdilər

                2017-ci il mayın 18-də Xəzər Universiteti Humanitar və sosial elmlər fakültəsi Psixologiya departamentinin magistrları aşağıdakı mövzularda dissertasiya müdafiə etdilər: Günay Məmmədova – “Ağır psixi pozuntusu olan xəstələrin psixososial reabilitasiyasının qiymətləndirilməsi” (elmi rəhbər: tibb e.f.d. Fuad İsmayılov); Günel Məmmədova – “Natamam ailələrdə böyüyən yeniyetmələrdə şəxsiyyət pozuntuları problemi və onların reabilitasiya məsələləri” (elmi rəhbər: fəl.e.f.d. Eldar Shahgaldiyev); Tərlan Qənbərova – “Autizimli uşaqların valideynlərində rast gəlinən psixopotoloji xüsusiyyətlərin aşkarlanması və eksperimental tədqiqi” (elmi rəhbər: tibb e.ü.f.d. İkram Rüstəmov). Müdafiədə Şurasının sədri fəl.ü.f.d. Eldar Şahgəldiyev, üzvləri olaraq hüquq ü.f.d., dos. Cabir Xəlilov, AR-nın Ədliyyə Nazirliyi Penitensiar xidmətinin aparıcı psixoloqu, psixologiya ü.f.d. Ləman Verdiyeva, Humanitar və sosial elmlər fakültəsinin dekan müavini, sosial fəlsəfə üzrə doktorant Mələk Kərimova, Tibb Universiteti psixiatriya kafedrasının assistenti, ATU-nun Tədris terapevtik klinikası Uşaq Psixi Sağlamlıq və İnkişaf Mərkəzində aparıcı mütəxəssis tibb e.ü.f.d. İkram Rüstəmov və şuranın elmi katibi Humanitar və sosial elmlər fakültəsinin dekan köməkçisi, german dilləri üzrə doktorant Validə Kərimova iştirak etdilər.İşlər Müdafiə Şurası tərəfindən müsbət qiymətləndirildi.


                Fakültə əməkdaşımız Ordu Universitetində çıxış etdi

                  2017-ci il mayın 11-də Türkiyənin Ordu Universiteti və EAB (Eğitim Araştırmaları Birliği) tərəfindən təşkil edilən 9-cu Beynəlxalq Təhsil Tədqiqatları konfransında Xəzər Universiteti Humanitar və sosial elmlər fakültəsinin dekan müavini, Xəzər Psixoloji Xidmət Mərkəzinin direktoru Mələk Kərimova “Azərbaycan universitet tələbələrinin internet asılılığı və psixoloji simptomları arasında əlaqə” adlı tədqiqat işi ilə çıxış etdi. Tədqiqat işində universitet tələbələri arasında keçirilmiş və internet asılılığı ilə müxtəlif alt şkalalar (somatizasiya, obsesiya, depresiya, anksiyetə, fobiya, paranoya, psixotizm, şəxsiyyətlərarası kimi) arasında əlaqə araşdırılmışdır. Məruzə böyük maraq doğurdu və mədəniyyətlərarası tədqiqatların aparılması ilə əlaqədar təkliflər verildi.Sonda məruzəçi Mələk Kərimovaya sertifikat və məruzələrin çap edildiyi kitab verildi.Qeyd edək ki, mayın 11-dən 14-dək Türkiyənin Ordu şəhərində Ordu Universiteti və EAB (Eğitim Araştırmaları Birliği) tərəfindən təşkil edilən 9-cu Beynəlxalq Təhsil Tədqiqatları konfransında 12 ölkədən 1254 tədqiqatçı iştirak edirdi. 


                  Fakültə əməkdaşımız beynəlxalq konfransda çıxış etdi

                    2017-ci il mayın 13-də Xəzər Universiteti Humanitar və sosial elmlər fakültəsinin dekan müavini, Xəzər Psixoloji Xidmət Mərkəzinin direktoru Mələk Kərimova Türkiyənin Çanakkale şəhərində Rating Academia və Kəpəz Bələdiyyəsi tərəfindən Beynəlxalq “Elm, Mədəniyyət və Gözəli Axtarış” adlı konfransda “Sənətkarlar və onların şəxsi psixoloji xüsusiyyətləri” adlı tezis ilə çıxış etdi. Tədqiqatda incəsənət, incəsənət xadimlərinin şəxsi keyfiyyətləri, incəsənətin şəxsiyyətə və şəxsi keyfiyyətlərin də incəsənət əsərlərində əks olunmasına dair verilən milli nümunələr konfrans iştirakçıları tərəfindən rəğbətlə qarşılandı.Qeyd edək ki, mayın 11-dən 13-dək Türkiyənin Çanakkale şəhərində Rating Academia və Kəpəz Bələdiyyəsi tərəfindən Beynəlxalq “Elm, Mədəniyyət və Gözəli Axtarış” adlı konfrans keçirilirdi.Sonda məruzəçi Mələk Kərimovaya sertifikat verildi.


                    Universitet əməkdaşları Respublika Elmi-Praktiki konfransında çıxış etdilər

                      2017-ci il mayın 11-i və 12-də Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Dillər Universitetinin birgə əməkdaşlığı ilə Azərbaycan Dillər Universitetinin yaranmasının 80 illiyinə həsr edilmiş “Xarici dillərin tədrisinin aktual problemləri” mövzusunda keçirilən Respublika elmi-praktiki konfransında Xəzər Universitetinin İngilis dili və ədəbiyyatı departamentinin müəllimləri İrina Orucova, Elmira Əliyeva, Zamirə Qurbanova (doktorant), Gülnaz Novruzzadə (doktorant), həmin departamentin minor proqramlar üzrə koordinatoru Milana Abbasova (doktorant) və Humanitar və sosial elmlər fakültəsinin dekan köməkçisi Validə Kərimova (doktorant) konfransda iştirak etdilər. İrina Orucova “Обучение стилистическому приему сравнение на уроках художественного перевода (на материале рассказов Э.Хемингуэя)”, Elmira Əliyeva “Дискурс и коммуникативная компетенция”, Gülnaz Novruzzadə “Azərbaycan və ingilis dillərində inkarlıq kateqoriyası”, Milana Abbasova “Sosial şəbəkələrin tələbələrin ingiliscəsinə təsiri”, Validə Kərimova isə “Analyzing the features of Publicist style. Political metaphor in the media” adlı tezisləri ilə uğurlu məruzə etdilər.Konfransda əsas olaraq xarici dillərin öyrənilməsi, tədrisi və metodikasında yaranan problemlər müzakirə edildi, ingilis dilinin tədqiqində İKT-dən istifadə məsələləri, dil öyrənmə prosesində anlam konsepsiyası və bu kimi başqa məsələlər geniş müzakirə edildi. Konfransda, həmçinin, ADU-nun rektor vəzifəsini icra edən professor Əfqan Abdullayev, ADU-nun ümumi dilçilik kafedrasının professoru Fəxrəddin Veysəlli də öz məruzələri ilə çıxış etdilər.Sonda iştirakçılara sertifikat və  məruzələrin çap edildiyi kitab verildi.


                      Fakültənin Avropa Birliyi və Azərbaycan münasibətlərinə həsr olunmuş Jan Monne konfransı

                        2017-ci il  mayın 10-da Xəzər Universiteti Siyasi elm və beynəlxalq münasibətlər kafedrası və Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə Avropa Günü ərəfəsində Avropa Birliyi və Azərbaycan münasibətlərinə həsr olunmuş Jan Monne konfransı keçirildi.Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı tədbir iştirakçılarını salamladı və universitetin beynəlxalq əməkdaşlığının önəmini vurğuladı.Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin birinci müşaviri Denis Daniilidis Prezident İlham Əliyevin 2017-ci ilin fevral ayındakı Brüssel səfərindən sonra Avropa Birliyi ilə Azərbaycanın ikitərəfli münasibətlərində irəliləyişin baş verdiyini və Yeni Hərtərəfli Saziş üzrə danışıqlar aparılacağını söylədi. O, məlumat verdi ki, danışıqlar üçün Azərbaycan hökuməti tərəfindən təqdim olunmuş ilkin sənədin layihəsi tərəflər arasında qarşılıqlı hörmət prinsiplərini əks etdirir. Denis Daniilidis Avropa Parlamenti və Milli Məclis arasındakı parlament əməkdaşlığının bərpa olunmasınını da nəzərə çatdırdı.Xarici İşlər Nazirliyinin Avropa Birliyi üzrə əməkdaşlıq şöbəsinin müdiri Orxan Zeynalov təhsil və elm sahələrində ikitərəfli əməkdaşlığın perspektivlərindən söhbət açdı. O, Cənub Qaz Dəhlizi üzrə irəliləyişləri vurğuladı. Saziş çərçivəsində sektorlar üzrə əməkdaşlıq üçün Əsas Vasitəçi vəzifəsinin icraçısı kimi Orxan Zeynalov məlumat verdi ki, ilk raundu 2017-ci il aprel ayının sonlarında Bakıda keçirilmiş danışıqlar konstruktiv xarakter daşımış və yeni sahələr üzrə əməkdaşlığın gücləndirilməsi üçün siyasi iradəni əks etdirmişdir.Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin aparıcı məsləhətçisi Vüsalə Qurbanova Azərbaycanda ali təhsilin beynəlmiləlləşdirilməsi üçün Avropa Birliyi tərəfindən göstərilən dəstəyi  yüksək qiymətləndirdi. Xəzər Universitetinin beynəlxalq əməkdaşlıq layihələrində xüsusi fəallığını qeyd etdi. İxtisaslar üzrə dövlət standartlarının yenidən işlənib hazırlanması istiqamətində yeni ekspertlərin cəlb olunmasının nəzərdə tutulduğunu bildirdi.Siyasi elm və beynəlxalq münasibətlər kafedrasının müdiri, Jan Monne Kürsüsü mükafatı laureatı, siyasi elmlər üzrə fəlsəfə doktoru Muxtar Hacızadə Avropa inteqrasiyasını əhatə edən fənlər və elmi işlər barədə iştirakçıları məlumatlandırdı. Qeyd olundu ki, Jan Monne Avropa Seminarlar Seriyası da daxil olmaqla öz sahələrində nüfuz qazanmış ekspert, alim, tədqiqatçı və professorlar tərəfindən Avropa Birliyi problemlərini Azərbaycan auditoriyası ilə müzakirə etmək üçün kafedra tərəfindən mütəmadi qaydada bir sıra tədbirlər silsiləsi təşkil olunur. Muxtar Hacızadə, Avropa Birliyi və Azərbaycan cəmiyyətləri arasında anlaşmanın təşviq olunmasının önəmini və bu istiqamətdə görülən işləri xüsusi vurğuladı. 2014-cü ildə qüvvəyə minmiş Azərbaycan Respublikası və Avropa Birliyi arasında vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında sazişin vacibliliyini qeyd etdi. O, Avropa Birliyinin Azərbaycanda öz nüfuzunu və sülhpərvər niyyətlərini sistematik şəkildə artırmağın əhəmiyyətini diqqətə çatdırdı. Təəssüflə qeyd olundu ki, Avropa Birliyinin qonşuluğundakı bəzi ölkələrdən fərqli olaraq Azərbaycanda Avropa resurs və informasiya mərkəzləri yoxdur. Muxtar Hacızadə daha çox təmaslara və keyfiyyətli kommunikasiyalara ehtiyac olduğunu xatırlatdı.Konfransdan sonra politologiya, beynəlxalq münasibətlər və avropaşünaslıq ixtisasları üzrə təhsil alan tələbələrin iştirakı ilə Trans Adriatik Boru Xətti üzrə əməkdaşlığın gərgin müzakirə edildiyi “Avropa Birliyinin Nazirlər Şurasının simulyasiyası” təşkil olundu. 


                        Türkiyə mətbuatı Xəzər Universitetində keçirilmiş konfransdan yazdı

                          Xəbər verildiyi kimi, 2017-ci il aprelin 22-23-də Xəzər Universitetində Azərbaycan IV Beynəlxalq Psixologiya Konfransı keçirilmişdi. Aprelin 29-da İstanbuldakı BİA Haber Merkezinin (BİAQAM)  internet səhifəsində konfransda iştirak etmiş jurnalist Ayla Türksoyun konfrans haqqında məqaləsi dərc olunmuşdur.Məqaləni bu link vasitəsilə oxumaq olar: http://m.bianet.org/biamag/bilim/185976-hazar-in-soraginda


                          “Addım” qısametrajlı filminin təqdimat mərasimi oldu. Fakültə tələbələrimizin uğuru

                            2017-ci il aprelin 25-də Xəzər Universitetinin “Mərmər” zalında “Tormenta” Media Production-ın hazırladığı “Addım” qısametrajlı filminin təqdimat mərasimi keçirildi. Film intihar etməyin son addımlığından geri dönüşdən, həyatda tutunacaq yaxınlarının, gördüyün xeyirxah yaxşılıqların daim səninlə yanaşı addımlamasından bəhs edir. Filmin rejissoru Elçin İsmayıl və İmran Əsədovdur. Filmdə Humanitar və sosial elmlər fakültəsinin tərcümə ixtisası üzrə təhsil alan tələbələri Samir Quliyev və Dəyanət Dənyarov da rol almışlar. Təqdimat mərasiminin sonunda Xəzər Universitetinin İctimai əlaqələr və media şöbəsinin rəhbəri Əlövsət Əmirbəyli, universitetin fəlsəfə müəllimi Mail Yaqubov, ilahiyyatçı, din xadimi; “Mənəvi dünya” Milli-Mənəvi Dəyərlərin Təbliği İctimai Birliyini təsisçisi və sədriHacı Şahin Həsənli, Psixoloji Mərkəzin rəhbəri psixoloq Aytən Ələkbərova və digərləri film haqqında olan təəssürat və görüşlərini izləyicilər ilə paylaşdılar.


                            Fakültəmizin Doktorantının növbəti məqaləsi çap olundu

                            Xəzər Universiteti Humanitar və sosial elmlər fakültəsinin dekan köməkçisi Validə Kərimovanın (doktorant) “Diskursun tipoloji xüsusiyyətləri” (Typological characteristics of Discourse) (ingiliscə) adlı elmi məqaləsi Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının Dövri Elmi Nəşrlərin çapı üçün tövsiyə edilən, Azərbaycan Dillər Universitetinin “Elmi xəbərlər” jurnalının 2-ci buraxılışında çap edilmişdir. Məqalə diskursun müxtəlif növlərinin (qəzet, siyasi, hüquqi, bədii, akademik və ya elmi və s.) praqmatik və koqnitiv perspektivləri nöqteyi-nəzərdən ifadəsini araşdırır. Araşdırma bunu göstərir ki, dəlili olan asılılığın səbəbi diskursun (qəzet, siyasi, hüquqi, bədii, akademik və ya elmi və s.) əsas xarakterik cəhəti hesab edilir.

                            Azərbaycan IV Beynəlxalq Psixologiya Konfransı keçirildi

                              2017-cı il aprelin 22-si və 23-də Xəzər Universitetinin “Neftçilər” korpusunda universitetin Psixologiya departamentinin və Psixoloji Xidmət Mərkəzinin təşkilatçılığı ilə ənənəvi Azərbaycan IV Beynəlxalq Psixologiya Konfransı keçirildi. Konfransda respublikanın müxtəlif bölgələrindən olan mütəxəssislərlə yanaşı, sahəyə maraq göstərən şəxslər də iştirak edirdilər. Konfransa olan bu maraq nəzəriyyə ilə praktikanın bir arada olması ilə sıx bağlıdır.Aprelin 22-də konfransın rəsmi hissəsi və məruzələr dinlənildi. Aprelin 23-də isə iştirakçılar əvvəlcədən müəyyən olunmuş vorkşoplarda iştirak etdilər.Humanitar və sosial elmlər fakültəsinin dekan müavini, Xəzər Psixoloji Xidmət Mərkəzinin direktoru Mələk Kərimova konfransı açıq elan edərək, sözü Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlıya verdi. Sonra kürsüyə Omandan dəvət olunmuş Pr.Dr. Ali Kemal Tekin dəvət olundu. Konfrans zamanı yerli və Türkiyədən dəvət olunmuş psixoloqlar və psixiatrlar çıxış edərək, psixologiyanın müxtəlif sahələrini əhatə edən mövzular haqqında məlumat verdilər. Konfransda İstanbul Bilgi Universitetində akademik fəaliyyət göstərən Dos. Dr. Aytən Zara, Sultan Qaboos Universitetinin Məktəbəqədər Uşaqların Təhsili kafedrasının müdiri, UNESKO-nun müşaviri Pr.Dr. Ali Kemal Tekin, Hasan Kalyoncu Universitetinin prorektoru, Qara Dəniz Texnik Universitetində akademik fəaliyyət göstərən Pr.Dr. Yaşar Özbay və Antalya Fərdi Terapiya Tibb Mərkəzində psixiatriya üzrə ekspert Pr.Dr. Burhanettin Kaya iştirak edirdilər. Dos. Dr. Aytən Zara konfransa 6 nəfərdən ibarət “World Human Relief” komandası ilə qatılmışdı. Bu komandanın üzvləri Dilan Bozdağ, Seher Tarhan, Esra Zırhlıoğlu, Tuğçe Merve Aytac, Narlı Yıldız, Kader Tarhan çıxış edərək, konfransı daha da zənginləşdirdilər.Konfransda uşaqlarda aqressiv, antisosial, emsional və asılı davranış pozuntularının səbəbləri və aradan qaldırılması yolları, pozitiv ailə inkişafı və dayanıqlılıq, uşaqlara qarşı cinsi təcavüz və istimar, travma və onunla əlaqədar pozuntulara EMDR metodundan istifadə edilməsi haqqında müzakirələr aparıldı.Konfransın sonunda hər bir iştirakçıya sertifikat verildi.Konfrans iştirakçılarına Xəzər Universitetinin Musiqi və incəsənət departamentinin hazırladığı  konsert proqramı təqdim olundu.



                              HSE fakültəsi əməkdaşının məqaləsi Rusiyada nəşr edildi

                              Humanitar və sosial elmlər fakültəsinin dekan köməkçisi Validə Kərimovanın (doktorant)Развитие иностранных языков как способ общественной дипломатии” adlı elmi məqaləsi Rusiyanın Tatarıstan vilayətinin Kazan şəhərində “Общество с ограниченной ответственностью Издательство” nəşriyyat evinin “Молодой ученый” adlı elmi jurnalın 14-cü sayında çap edilmişdir.Çap edilmiş elmi tədqiqat işində müasir dövrdə xarici dillərin ünsiyyəti vasitəsi olmasından, dil və ünsiyyətdən, həmçinin dilin ünsiyyət vasitəsi olmasına aid sullara verilmiş geniş cavablardan və müasir dövrdə xarici dillərin hansı məqsədlə istifadə edilməsindən əhatəli bəhs edilmişdir. 


                              HSE fakültəsi əməkdaşının məqaləsi Amerikada nəşr edildi

                                2017-ci ilin martında Xəzər Universiteti Humanitar və sosial elmlər fakültəsinin dekan köməkçisi Validə Kərimovanın (doktorant) “Dil etikası: Linqvo psixologiya və psixolinqvistika. Dilin psixoloji problemlərlə təhlili” (ingiliscə) (Language Ethıcs: Linguo Psychology And Psycholınguıstics; Analysis of The Language With Psychological Problems”) adlı məqaləsi Amerikanın “Science Publishing Group” nəşriyyat evinin “Psychology and Behavioral Sciences” adlı elmi jurnalında çap edilmişdir.Çap edilmiş elmi tədqiqat işinin əsas məqsədi psixolinqvistika məktəb və istiqamətləri haqqında qısa məlumat vermək, dilin yaranma mahiyyətini, fəaliyyət qanunauyğunluqlarını, prinsip və üsullarını üzə çıxarmaq, həmçinin insanların dili necə dərk etmələri və qavramaları və dili necə istehsal etmələri haqqında qısa və vacib məlumatları verməkdir. Məqalə psixologiya və linqvistika sahələrini əhatə edən əsas anlayışları təhlil edərək, birbaşa olaraq dil və nitq patalogiyasını, dil psixologiyasını, dilin öyrənilmə və davranışını və ya idrak elmini əhatə edir.



                                Fakültə əməkdaşının məqaləsi çap edildi

                                Xəzər Universiteti Humanitar və sosial elmlər fakültəsinin dekan köməkçisi Validə Kərimovanın (doktorant) “Ədəbi tənqiddə estetik nəzəriyyə (Ədəbi tənqiddə estetik meyarların təhlili)” (ingilis dilində) (“Aesthetic Theory in Literary Criticism (Analysıs of Aesthetic Criterion in Lıterary Crıtıque)” adlı elmi məqaləsi Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının Dövri Elmi Nəşrlərin çapı üçün tövsiyə edilən, Sumqayıt Dövlət Universitetinin “Elmi xəbərlər” jurnalının “Sosial və humanitar elmlər bölməsi”nin 1-ci buraxılışında çap edilmişdir.Məqalədə ədəbi tənqiddə estetik nəzəriyyə, ədəbi tənqiddə estetik meyarın təhlili araşdırılmış, bu mövzuda aparılmış tədqiqatlar və məhşur alimlərim fikir və görüşləri də məqalədə yer almışdır.  


                                Tələbəmiz Avropa çempionu oldu

                                2017-ci il fevralın 17-24-də Polşanın Lutsk şəhərində sanda idman növü üzrə Avropa kuboku uğrunda yarışlar keçirilmişdir. Humanitar və sosial elmlər fakültəsinin üçüncü kurs tələbəsi Firudin Həsənov (tərcümə ixtisası) həmin yarışlarda iştirak edərək, öz çəki dərəcəsində (85 kq) turnirin qalibi olmuşdur. Qeyd edək ki, bu, Firudinin növbəti qələbəsidir. O, beş dəfə Azərbaycan çempionu olmuş, 2013-cü ildə Bolqarıstanın Sofiya şəhərində keçirilmiş beynəlxalq turnirdə Avropa çempionu, 2015-ci ildə Bakıda təşkil olunmuş yarışlarda Avrasiya çempionu titullarını qazanmış, 2016-cı ildə Ukraynanın Xarkov şəhərində keçirilmiş dünya çempionatında ikinci yeri tutmuşdur.On yeddi ölkə idmançılarının qatıldığı Lutsk turnirində Azərbaycanı Firudindən başqa daha doqquz idmançı təmsil etmişdir. Onlar da vətənə qələbə ilə qayıtmışlar: altı idmançımız öz çəki dərəcələrində Avropa kubokunu qazanmış, üç idmançımız ikinci yeri tutmuşdur.Qalibləri təbrik edirik.



                                Fakültəmizin tələbələrindən ibarət “Panzer” komandası çempion oldu

                                2017-ci il fevralın 18-də Xəzər Universiteti Tələbə Məclisinin təşkil etdiyi universitetdaxili futbol çempionatının final qarşılaşması keçirildi. Çempionata noyabrın sonunda 10 komanda ilə start verilmiş, lakin sonradan 2 komanda oyunlara gəlmədiyi üçün kənarlaşdırılmışdı. 3 ay davam edən çempionatda 8 komanda mübarizə aparmışdır. Final qarşılaşmasında “Panzer” və “İnternational Stars” komandaları qarşı-qarşıya gəldi. Oyun “Panzer”in 4-1 qalibiyyəti ilə sona çatdı. 2016-2017-ci tədris ilinin çempionu “Panzer” komandası oldu.


                                PAYIZ-2016
                                “Əlillik və əlilliyə münasibət” adlı məqalə yarışmasının qalibləri elan olundu
                                2016-ci il dekabrın 28-də Xəzər Universiteti Əlilliyi olan Tələbələr üçün Mərkəzi və  Xəzər Psixoloji Xidmət Mərkəzinin birgə əməkdaşlığı ilə həyata keçirilən “Əlillik və əlilliyə münasibət” adlı məqalə yarışmasının yekun tədbiri həyata keçirildi. Tədbir zamanı Xəzər Universitetinin Əlilliyi olan Tələbələr üçün Mərkəzinin koordinatoru Rima Məmmədova çıxış edərək, “Əlilliyi olan şəxslərin Azərbaycanın ali təhsil müəssisələrinə inteqrasiyasının təməlinin qoyulması” (ESFIDIP) Tempus layihəsi və Əlilliyi olan Tələbələr üçün Mərkəz haqqında geniş məlumat verdi. Tədbirdə Xəzər Psixoloji Xidmət Mərkəzinin direktoru Mələk Kərimova əlillik, onun xüsusiyyətləri və onlara yanaşma tərzi barəsində danışdı. O, həmçinin Xəzər Psixoloji Xidmət Mərkəzinin fəaliyyəti haqqında məlumat verdi.Cari ilin oktyabrında elan edilmiş “Əlillik və əlilliyə münasibət” adlı məqalə yarışmasının göndərilmiş məqalələrdən 8 ən yaxşısı mükafata layiq görülmüşdür. İlk üçlük isə belə müəyyənləşdirilmişdir: Samir İmanov (I yer); Kəmalə Rəsulova (II yer); Elşən Dağlar (III yer).Tədbirin sonunda Samir İmanov məqalə yarışması haqqında öz fikirlərini söylədi və özünün “Hədəfdəki insan” adlı romanı haqqında da məlumat verdi. “Əlilliyi olan şəxslərin Azərbaycanın ali təhsil müəssisələrinə inteqrasiyasının təməlinin qoyulması” (ESFIDIP) Tempus layihəsində tərəfdaş olan Sumqayıt Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək və Sosial Problemləri üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzinin nümayəndələri, Xəzər Universitetinin akademik və inzibati işçiləri və digər qonaqlar iştirak etdilər.
                                ">

                                Humanitar və sosial elmlər, Mühəndislik və tətbiqi elmlər fakültələrinin məzunları ilə görüş keçirildi

                                2016-ci il dekabrın 22-də konfrans zalında (otaq 102N) Xəzər Universitetini 2016-cı ildə bitirmiş Humanitar və sosial elmlər fakültəsinin 14 və Mühəndislik və tətbiqi elmlər fakültəsinin 5 bakalavr məzunu ilə universitet rəhbərliyinin görüşü keçirildi. Görüşdə Xəzər Universitetinin rektoru Hassan Niknafs, universitetinin  Tədris işləri üzrə prorektoru professor Məhəmməd Nuriyev, Humanitar və sosial elmlər fakültəsinin dekanı Cabir Xəlilov və Məzunlarla İş Mərkəzinin direktoru Baba Bayramlı iştirak edirdilər. Görüşün keçirilməsinin məqsədi universitetin məzunları ilə əlaqə saxlamaq və onların gələcək planlarını müzakirə etmək idi.Tədbirin sonunda məzunlar universitetlə bağlı fikirlərini və təəssüratlarını bildirdilər.


                                “Mükəmməlliyə doğru” adlı tədbir keçirildi

                                2016-cı il dekabrın 14-də Xəzər Universiteti Xəzər Psixoloji Xidmət Mərkəzi tələbələrin istəyini nəzərə alaraq, “Mükəmməlliyə doğru” adlı tədbir keçirdi. Tədbirin məqsədi gənclərin sağlam həyat tərzinə maraq oyatmaq, düzgün qidalanmaq, pis vərdişlərdən uzaqlaşmaq, idmanın əhəmiyyətini anlatmaq, psixoloji sağlamlığı qorumaq və bunu nümunələrlə göstərmək idi.Əsas məruzəçi Türkiyənin Orta Doğu Texniki Universiteti qida mühəndisliyi məzunu Fövqi Əfəndiyev idi.Tədbir ərzində tələbələr ideal çəkiyə necə sahib olmalı, sağlam qida nədir, pis vərdişləri necə tərgitməli və s. məsələlərlə bağlı məlumat aldılar.


                                Fakültənin tələbəsi dünya çempionatında gümüş medal qazandı

                                2016-cı il dekabrın 5-dən 7-dək Ukraynanın Xarkov şəhərində böyüklər arasında keçirilən kikboksinq üzrə dünya çempionatında Xəzər Universiteti Humanitar və sosial elmlər fakültəsində tərcümə ixtisası üzrə təhsil alan III il tələbəsi Firudin Həsənov 2-ci yeri tutmuş və gümüş medala layiq görülmüşdür. Xatırladaq ki, Həsənov Firudin müxtəlif beynəlxalq turnirlərin qalibidir. O, bundan əvvəl öz növündə 6 dəfə Azərbaycan çempionu olmuş, Avropa və Avrasiya yarışlarında qızıl medala layiq görülmüşdür. 


                                Fakültə əməkdaşlarının tədqiqat işi Türkiyədə beynəlxalq konfransa qəbul edildi

                                Humanitar və sosial elmlər fakültəsinin dekan müavini Mələk Kərimova və həmin fakültənin dekan köməkçisi Validə Kərimovanın tədqiqat işi 2016-cı il noyabrın 24-ü və 25-də Türkiyədə (Sakarya) keçirilən beynəlxalq konfransa (ICQH 2016) qəbul edilmişdir. Beləki, konfransda Amerika, Almaniya, Malaziya və.s ölkələrdən tədqiqatçılar öz apardıqları tədqiqat işləri və məqalələri ilə iştirak etmişlər. Mələk Kərimova Azerbaycan öğretmenlerinin gözüyle: sınıf içi olumsuz davranışlar, (“Misbehavior in classroom: Perspectives of the Azerbaijani teachers’.”) Validə Kərimova isə Possibility of foreign languages in the education system of Azerbaijan: Analysis of the best foreign language among students’ in higher private educational institutions, (“Azərbaycanın təhsil sistemində xarici dil imkanı: özəl ali təhsil müəssisələrində tələbələr arasında ən yaxşı xarici dilin təhlili”) adlı tədqiqat işləri ilə video prezentasiya ilə uğurlu çıxış etmişlər. Mələk Kərimovanın tədqiqat işi  2015-2016 akademik tədris ilində Dünya məktəbində keçirdiyi təlimlər ərəfəsində aparılmışdır. Dünya məktəbinin 56 müəllimi ilə aparılan tədqiqatda müəllimlərimizin sinif daxili problemli davranışları necə qavrayıb  qiymətləndirdikləri və necə başa çıxdıqları müəyyənləşdirilmişdir. Ayrıca bu problemlərə müəllimin dərsə münasibətinin, peşəsini sevib sevməməsinin, iş stajının təsiri olduğu da tədqiqat nəticələri arasındadır. Validə Kərimovanın tədqiqat işi isə 2015-2016 akademik tədris ili müddətində Xəzər və Qafqaz Universitetinin 301  tələbəsi arasında ən yaxşı xarici dilin təhlili mövzusunda aparılmış və iki Özəl Universitet tələbələri arasında ən yaxşı xarici dilin hansı olduğunu, xarici dili bilmə səviyyələrini müəyyənləşdirmişdir. Konfransın sonunda bütün iştirakçılar “iştirak sertifikatı” ilə təltif edilmişlər. Konfransda nümayiş etdirilən tədqiqat işləri “The Online Journal of Quality in Higher Education” jurnalında (proceeding books) çap edilmişdir (TOJQIH). Konfransda göstərilən video çıxışlar YouTube kanalına da yerləşdirilmişdir: Melek Karimova - https://www.youtube.com/watch?v=HbMmE9_6bN4 Valida Karimova - https://www.youtube.com/watch?v=7Je-1gq7bGw  


                                Fakültə əməkdaşının kitabı Almaniyada nəşr olundu 

                                2016-cı il oktyabrın 19-da Xəzər Universitetinin əməkdaşı və doktorantı Validə Kərimovanın “Metaphor in Political Discourse” (ISBN 978-3-659-97239-3) adlı ilk kitabı Almaniyanın Saarbrücken şəhərində – LAMBERT Akademik Nəşriyyat evindən gələn təkliflə çap edilmişdir (OmniScriptum GmbH & Co. KG – www.lap-publishing.com). Dünyanın 40-dan çox ölkəsində rəsmi yayımı və distributoru, həmçinin 150.000 yazarı olan LAMBERT Akademik Nəşriyyat Evi Xəzər Universitetinin saytında və jurnalında V.Kərimovabın çap etdiyi “The English Language for Global Communication: Perspective of Youth” (No. 348, March 2016, pp. 70\ ISSN 2218-2772, http://khazar-review.khazar.org/) adlı məqaləsini bəyənmiş və onlarla birgə əməkdaşlıq təklif etmişdir. Kitab artıq Almaniyanın Frankfurt şəhərində kitab sərgisinə də daxil edilmişdir. Kitabda metaforanın liqvistik təbiətinin əsas anlayışları, siyasi diskurs siyasi dilçiliyin predmeti kimi, ingilis dilində metaforanın idrak baxımından araşdırılması, mediada metaforanın siyasi ifadəsi, metaforanın təkcə siyasi deyl həm də linqvistik xüsusiyyəti və təbiətindən, siyasi ifadənin xüsusiyyətlərindən və s. geniş bəhs edilmişdir. https://www.morebooks.de/store/ru/book/metaphor-in-political-discourse/isbn/978-3-659-97239-3 

                                YAZ-2016

                                Fakültə üzvləri Türkiyənin Samsun şəhərində Beynəlxalq Konfransda oldular

                                2016-cı il mayın 3-dən 9-dək Humanitar və sosial elmlər fakültəsinin dekan müavini Mələk Kərimova (doktorant) və baş laborant Validə Kərimova (doktorant) Samsun Şəhər Milli Təhsil Müdirliyi və Samsun Canik bələdiyyəsinin dəvətilə Samsunda keçirilən 6-cı Beynəlxalq “Psixoloji xidmət və rəhbərlik: Hədəfə doğru insan” konfransında iştirak etdilər. Yerli iştirakçılarla yanaşı, müxtəlif ölkələrdən gəlmiş konfrans iştirakçılarının ümumi sayı 500 nəfərdən çox idi.Mələk Kərimova “Azərbaycanda təhsil: Azərbaycanda psixoloji xidmət və rəhbərlik” mövzusunda çıxış etdi, “Əlil uşaqlar və onların ailələrinə psixoloji xidmət” mövzusunda isə vorkşoplar apardı. O, konfransda xarici ölkələrin elmi təşkilatının üzvü də oldu.Validə Kərimova da Samsun Şəhər Canik Bələdiyyəsinin dəvətilə təşkil olunan “Hədəfə doğru insan” mövzusunda yer aldı, bir çox çıxış və vorkşoplarda uğurla iştirak etdi.
                                Sonda iştirakçılara sertifikatlar verildi.
                                 
                                Fakültə əməkdaşlarının məqaləsi çap edildi

                                2016-ci il aprelin 30-da Humanitar və sosial elmlər fakültəsinin baş laborantı Validə Kərimova (Dilşünaslıq ixtisası üzrə doktorant) və Lamiyə Hacılı, Bakı Slavyan Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ilinə həsr olunmuş “Filologiya elminin aktual problemləri” elmi konfransında, Validə Kərimova “Qlobal körpüləşmə: mən sizin dilinizi danışıram” (ingiliscə), Lamiyə Hacılı isə “Tarixə nəzərən təhsilin anlamı” tezisləri ilə çıxış etdilər. Konfransın sonunda elmi tədqiqatçılara elmi məqalələrin dərc olunduğu kitab və sertifikat təqdim edildi. 


                                Humanitar və sosial elmlər fakültəsinin əməkdaşları Gənc Tədqiqatçıların IV Beynəlxalq Elmi Konfransında çıxış etdilər

                                2016-ci il aprelin 29-da Humanitar və sosial elmlər fakültəsinin baş laborantı Validə Kərimova (Dilşünaslıq ixtisası üzrə doktorant) və Lamiyə Hacılı (Təhsildə qiymətləndirmə və monitoronq magistrant), Qafqaz Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ilinə həsr olunmuş Gənc Tədqiqatçıların IV Beynəlxalq Elmi Konfransında iştirak etdilər. Konfransa Azərbaycan, Türkiyə, ABŞ, Böyük Britaniya, Rusiya, Çexiya, Avstriya və s. kimi ölkələrin gənc tədqiqatçıları və elm adamları öz tezisləri ilə müraciət etmişdilər. Qeyd etmək lazımdır ki, 1400-ə yaxın tezis arasından 4 dildə – Azərbaycan, türk, rus, ingilis dillərində 1100 elmi məqalə qəbul edilmişdi. Əsas hədəf müxtəlif ölkələrin elmi tədqiqatçılarını bir araya gətirməklə, elmlə məşğul olan gənclər arasında əlaqələrin qurulmasını təmin etməkdən ibarətdir.Konfransda Validə Kərimova “Metaforanın linqvistik xarakteri” (ingiliscə), Lamiyə Hacılı isə “Ənənəvi və müasir anlamda təhsil” tezisləri ilə çıxış etdilər.Konfransın sonunda elmi tədqiqatçılara elmi məqalələrin dərc olunduğu iki cildli kitab və sertifikat təqdim edilmişdir. 


                                III Beynəlxalq Psixologiya Konfransı keçirildi

                                2016-cı il aprelin 23-ü və 24-də Xəzər Universitetinin “Neftçilər” korpusunda universitetin Psixologiya departamentinin və Karyera Mərkəzinin təşkilatçılığı ilə ənənəvi Azərbaycan III Beynəlxalq Psixologiya Konfransı keçirildi. Konfransda respublikanın müxtəlif bölgələrindən olan mütəxəssislərlə yanaşı, sahəyə maraq göstərən şəxslər də iştirak edirdilər. Konfransa olan bu maraq nəzəriyyə ilə praktikanın bir arada olması ilə sıx bağlıdır.Aprelin 23-də konfransın rəsmi hissəsi və məruzələr dinlənildi. Aprelin 24-də isə iştirakçılar əvvəlcədən müəyyən olunmuş vorkşoplarda iştirak etdilər.Humanitar və sosial elmlər fakültəsinin dekan müavini, Xəzər Psixoloji Xidmət Mərkəzinin direktoru Mələk Kərimova konfransı açıq elan edərək, sözü Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlıya verdi. Sonra kürsüyə uzman psixiyatr İkram Rüstəmov dəvət olundu. Konfrans zamanı yerli və Türkiyədən dəvət olunmuş psixoloqlar və psixiatrlar çıxış edərək, psixologiyanın müxtəlif sahələrini əhatə edən mövzular haqqında məlumat verdilər. Konfransda Hacettepe Universitetindən professor Tuncay Ergene, Adnan Menderes Universitetindən professor Mehmet Eskin, Geştalt Dərnəyinin qurucusu professor Ceylan Daş, Yüzüncü il Universitetindən dosent Selim Günüç, Hasan Kalyoncu Universitetindən dosent Ramin Əliyev iştirak edirdilər. Konfransda imtahan həyəcanı, internet asılılığı, psixoloji konsultasiyanın mərhələləri, homoseksuallıq, yenilməzlik kimi aktual mövzular haqqında müzakirələr aparıldı.  Konfransda iştirak edənlər psixologiya sahəsində yeni biliklər əldə etməklə yanaşı, bu sahənin mütəxəssislərinin bilik və təcrübələrindən yararlanmaq, fərqli baxış tərzlərini görmək, müqayisə etmək, müxtəlif universitetlərdə oxuyan tələbələr və çalışan müəllimlərlə əlaqələr qurmaq imkanı əldə etdilər.Konfransın sonunda hər bir iştirakçıya sertifikat verildi.

                                  
                                “Xəzər”in tələbəsi “kişilərdə depressiya”dan yazdı

                                2016-cı il mayın 2-də xalqxeber.az xəbər saytında Xəzər Universiteti Humanitar və sosial elmlər fakültəsinin tələbəsi Nərmin Quliyevanın “Kişilərdə depressiya: onlar intihara daha çox meyl edir” adlı yazısı yayınlanmışdır. Yazını tam şəkildə bu link vasitəsilə əldə etmək olar: 
                                http://xalqxeber.az/sosial/359509-kishilerde-depressiya-onlar-intihara-daha-chox-meyl-edir.html “Xəzər”in əməkdaşı psixoloji test hazırladı
                                2016-cı il mayın 2-də mir.com xəbər saytında Xəzər Universiteti Humanitar və sosial elmlər fakültəsinin psixologiya kafedrasının müəllimi Mələk Kərimovanın türkiyəli mütəxəssis Səlim Günüçlə birlikdə internet asılılığının müəyyənləşdirilməsi ilə bağlı testin Azərbaycanda istifadəyə uyğunlaşdırması ilə bağlı “Azərbaycanda tələbələrin neçə faizində internet asılılığı var?” adlı yazı yayınlanmışdır. Testin keçirilməsi və nəticələri ilə bağlı geniş məlumatı bu link vasitəsilə əldə etmək olar:  https://wsemir.com/xeberler/tehsil/66256-azerbaycanda-telebelerin-nece-faizinde-internet-asililigi-var.html

                                Dərsdə simulasiya edildi

                                2016-cı il may 11-də Xəzər Universitetinin Siyasi elm və beynəlxalq münasibətlər departamentində “Konfliktologiya” ixtisas fənni əsasında “Dağlıq Qarabağ münaqişəsinin həllində Madrid Prinsipləri” üzrə simulasiya oyunu keçirilmişdir. Qeyd edək ki, simulyasiya qarşıdakı 4 həftə ərzində davam edəcək.
                                Bu haqda bəzi xəbər saytlarında məlumat verilmişdir:   http://azpress.az/index.php?lang=az§ionid=news&id=53079  


                                Departament müdirimizə dosent elmi adı verilmişdir

                                Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 29 fevral 2016-cı il tarixli qərarı ilə Xəzər universiteti Musiqi və incəsənət departamentinin müdiri, pianoçu Zülfiyyə Sadıqovaya musiqi və incəsənət kafedrası üzrə dosent elmi adı verilmişdir. Martın 31-də Ali Attestasiya Komissiyasında Z. Sadıqovaya dosent diplomu təqdim olunmuşdur. Əməkdaşımızı təbrik edir, ona yeni uğurlar arzulayırıq.


                                EMBER layihəsi: vegetarianlıq haqqında kurs başa çatdı 

                                2016-cı il martın 18-də Xəzər Universitetində Polşanın Lodz Universitetindən dəvət olunmuş qonaq mühazirəçinin keçirdiyi vegetarianlıq kursu başa çatdı və kursun dinləyicilərinə mühazirələrdə iştirak etdiklərinə görə sertifikatlar təqdim olundu. “Vegetarianlığın fəlsəfi aspektləri” adlı kurs tələbələrə vegetarianlığın fəlsəfi aspektləri, onun növləri, tarixi, leyhinə və əleyhinə olan arqumentləri və bu təcrübəyə olan müasir yanaşmaya dair məlumat verdi. Kurs Avropa Komissiyası tərəfindən maliyyələşdirilən EMBER (Erasmus Mundus Broadening Educational Opportunities – Erasmus Mundus Təhsil İmkanlarının Genişləndirilməsi) layihəsi çərçivəsində, Lodz Universitetində fəlsəfə elmləri üzrə doktorluq dərəcəsi almış Dr. Yanuş Çiçura tərəfindən keçirilirdi. Dr. Çiçura Xəzər Universiteti ilə EMBER layihəsi çərçivəsində əməkdaşlığını davam etdirəcək: Yeni kurslar aprel və may ayları üçün planlaşdırılır. EMBER layihəsi Qərbi-Mərkəzi-Şərqi Avropa və Cənubi Qafqazdan olan iyirmi tərəfdaş və dörd əlaqədar tərəfdaş ali təhsil müəssisələrindən ibarət konsorsiumdur. Layihənin hədəf sahələri iqtisadiyyat, biznes, dillər və sosiologiyadır.  Xəzər Universitetində EMBER layihəsinin koordinatoru Beynəlxalq Əlaqələr Şöbəsinin direktoru Turan Cəfərovadır. 

                                Fakültə əməkdaşımızın mükafatının dövlət qeydiyyatına alınması haqqında xəbər saytları məlumat yaymışdır

                                Xəzər Universitetinin Siyasi elm və beynəlxalq münasibətlər departamentinin  müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Muxtar Hacızadənin elmi-pedaqoji fəaliyyətinə və Avropa inteqrasiyası ixtisasının tədrisi üzrə peşəkarlığına görə nüfuzlu “Jean Monnet Kürsüsü Sahibi” tituluna layiq görülməsinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 18 mart 2016-cı il tarixində dövlət qeydiyyatına (qeydiyyat nömrəsi: 13/16/1112-A7-477/X/B1) alınması haqqında Azərbaycanın bir sıra xəbər saytları məlumat yaymışdır:http://azertag.az/xeber/Azerbaycanli_alim_nufuzlu_beynelxalq_mukafata_layiq_gorulub-http://sia.az/az/news/social/535389


                                ESFIDIP layihəsi çərçivəsində Xəzər Universitetinin müəllim heyəti üçün təlim-seminar keçirildi

                                2016-ci il martın 16-da “Əlilliyi olan şəxslərin Azərbaycanın Ali Təhsil müəssisələrinə inteqrasiyasının təməlinin qoyulması” (ESFIDIP) adlı Tempus layihəsi çərçivəsində Xəzər Universitetində dərs deyən müəllim heyəti üçün təlim-seminar həyata keçirildi. Təlimçi Mələk Kərimova (Humanitar və sosial elmlər fakülətisinin dekan müavini) iştirakçılara əlillik, onun xüsusiyyətləri, onlara yanaşma tərzi və tədris metodikası haqqında geniş məlumat verdi. Tədbir zamanı mövzu ətrafında fikir mübadiləsi aparıldı və iştirakçıların suallarına cavab verildi.


                                EMBER layihəsi: qonaq professor vegetarianlığa dair mühazirə oxuyacaq

                                2016-cı il martın 11-də Polşanın Lodz Universitetindən professor “Vegetarianlığın fəlsəfi aspektləri” adlı kursunun ilk məruzəsi ilə çıxış etdi. Kurs mart ayı ərzində Xəzər Universitetinin tələbələri üçün Avropa Komissiyası tərəfindən maliyyələşdirilən EMBER (Erasmus Mundus Broadening Educational Opportunities – Erasmus Mundus təhsil imkanlarının genişləndirilməsi) layihəsi çərçivəsində Lodz Universitetinin professoru Dr. Yanuş Çiçura tərəfindən təqdim olunur. Geniş pedaqoji təcrübəyə malik olan Dr. Çiçura fəlsəfə elmləri üzrə doktorluq dərəcəsini 2005-ci ildə Lodz Universitetində almışdır. EMBER layihəsi Qərbi-Mərkəzi-Şərqi Avropa və Cənubi Qafqazdan olan iyirmi tərəfdaş və dörd əlaqədar tərəfdaş ali təhsil müəssisələrindən ibarət konsorsiumdur. Layihənin hədəf sahələri iqtisadiyyat, biznes, dillər və sosiologiyadır. Xəzər Universitetində EMBER layihəsinin koordinatoru Beynəlxalq Əlaqələr Şöbəsinin direktoru Turan Cəfərovadır. 


                                “Çətin insanlarla asan münasibət” seminarı keçirildi

                                2016-cı il martın 9-da Xəzər Psixoloji Xidmət Mərkəzi “Çətin insanlarla asan münasibət” adlı seminar təşkil etdi. Seminar Xəzər Universitetinin müəllimləri Mələk Kərimova və Nərmin Osmanlı tərəfindən keçirildi. Seminarda şəxsiyyət pozuntuları, ego, kimlik, mənlik, xarakter, temperament kimi terminlərə aydınlıq gətirildi,” çətin” insanlarla ünsiyyətin yolları və ünsiyyət qurma çətinlikləri üzərində duruldu. Seminar iştirakçılarından gələn suallar ətraflı cavablandırıldı və təkliflər dinlənildi. 



                                İngilis dili və ədəbiyyatı departamentində dissertasiya müdafiələri oldu

                                2016-cı il martın 3-də İngilis dili və ədəbiyyatı departamentinin magistrları aşağıdakı mövzulardada dissertasiya müdafiə etdilər: Yeganə Bağırova 
                                “İngilis dilində məsdər və məsdər birləşmələrinin linqvistik xüsusiyyətləri (İngilis dilində məsdərin Azərbaycan dilinə tərcüməsi)”;Nərgiz Mirzəyeva “P.B.Şelli və Con Kits yaradıcılığının müqayisəli təhlili”; Leyla Huseynli“Çarlz Dikensin “Böyük ümidlər” romanında metaforların və simililərin Azərbaycan dilinə tərcüməsi”; Marina Latifova“Skot Fitsgeraldın “Möhtəşəm Qetsbi” romanında bədii ifadə vasitələri və onların Rus dilinə tərcüməsi”. Mövzular ətrafında müzakirə keçirildikdən sonra işlər qiymətləndirildi. Müdafidə Şurasının üzvləri professor Bəylər Hacıyev, f.ü.f.d. Eldar Şahgəldiyev, fil.ü.f.d Dilbər Zeynalova, fil.ü.f.d. Reyhan Mədətova, Eynur Mehdiyev, Camalə Məmmədova, Lala Gamidova, İlham Tağıiyev idilər.
                                 


                                Magistrlar dissertasiya müdafiə etdilər

                                2016-cı il martın 7-də İngilis dili və ədəbiyyatı departamentinin magistrları aşağıdakı mövzulardada dissertasiya müdafiə etdilər: Qənirə İsgəndərova – “Ermənistan-Azərbaycan: Dağlıq Qarabağ münaqişəsində məcburi köçkün olmuş insanlara tətbiq olunan sosial-psixoloji yardım proqramlarının tətbiqi” (elmi rəhbər: psix.e.f. d, dos. Elmina Kazımzadə); Nuranə Quliyeva – “Azərbaycanda autizm problemi əlamətləri və korreksiya üsulları” (elmi rəhbər: fəl.e.f.d. Eldar Shahgaldiyev); Aydan Xasməmmədzadə – “Psixoaktiv maddələrin istifadəsi nəticəsində şəxsiyyətin psixopatizasiyası” (elmi rəhbər: tibb e.f.d. Azad Manuçehri Lalei); Sevinc Əhmədova – “Gənc tələbə oğlanlar arasında siqaret çəkmə ilə depressiya arasında əlaqə” (elmi rəhbər: psix.e.f. d, dos. Ləman Verdiyeva).Müdafiədə Şurasının üzvləri olaraq hüq.e.f.d., dos. Cabir Xəlilov, fəl.e.f.d. Eldar Şahgəldiyev, AR-nın Ədliyyə Nazirliyi Penitensiar xidmətinin aparıcı psixoloqu, psix.e.f.d. Ləman Verdiyeva, Humanitar və sosial elmlər fakültəsinin dekan müavini, sosial fəl. üzrə doktorant Mələk Kərimova, Tibb Universiteti Psixatriya kafedrasının dosenti, psix.e.f.d. Araz Manuçehri və şuranın elmi katibi Dilşünaslıq üzrə Doktorant tələbə Validə Kərimova iştirak etdilər.İşlər müsbət qiymətləndirildi. Müdafiə Şurası üzvləri Qənirə İsgəndərovanın “Ermənistan-Azərbaycan: Dağlıq Qarabağ münaqişəsində məcburi köçkün olmuş insanlara tətbiq olunan sosial- psixoloji yardım proqramlarının tətbiqi” adlı dissertasiya işinin kitabça şəklində çap olunmasını tövsiyə etdilər. 


                                Xəzər Psixoloji Xidmət Mərkəzinin açılışı ilə əlaqədar təqdimat keçirildi

                                2016-cı il fevralın 29-da Xəzər Universitetində Xəzər Psixoloji Xidmət Mərkəzinin açılışı ilə əlaqədar təqdimat keçirildi. Təqdimat mərasimində mərkəzin koordinatoru Mələk Kərimova Xəzər Psixoloji Xidmət Mərkəzinin hansı zərurətdən ortaya çıxdığı və hansı xidmətləri nəzərdə tutduğu barədə ətraflı məlumat verdi. O, bu mərkəzin tələbələrə və kənar şəxslərə psixoloji xidmət və dəstək vermək üzrə Xəzər Universitetinin rektorunun əmri əsasında yaradılan strukrur mərkəzlərdən biri olduğunu qeyd etdi. Mərkəzin universitetin nizamnaməsi və daxili qaydaları əsasında fəaliyyət göstərəcəyini bildirən Mələk Kərimova mərkəzdə psixoloji seminarlar, kurslar, təlimlər, konfranslar təşkil ediləcəyini, elmi tədqiqat işləri aparılacağını, universitetin tələbələrinə (ödənişsiz) və eləcə də, kənar şəxslərə (ödənişli) psixoloji xidmət və dəstək xidməti veriləcəyini qeyd etdi. Professor Hamlet İsaxanlı da mərkəzin açılışı ilə əlaqədar ürək sözlərini ifadə etdi. Təqdimat mərasimində iştirakçıların sualları cavablandırıldı və struktur bölmələr arasındakı işbirliyinin vacibliyi vurğulandı.



                                PAYIZ-2015
                                Humanitar və Sosial elmlər fakültəsinin dəstəyi ilə fakültədə “Multikulturalizm” mövzusunda seminar

                                 21.12.2015 ci il tarixində Xəzər Universiteti, Humanitar və Sosial elmlər fakültəsinin dəstəyi ilə fakültənin Jurnalistika departamentinin müəllimi Rəfi Qurbanov tərəfindən “Multikulturalizm” mövzusunda seminar keçirildi. Müzakirə zamanı dünyada mövcud olan modellərlə yanaşı, Azərbaycan multikulturalizmi və dövlət siyasəti də əsas mövzulardan oldu. Seminar çərçivəsində aşağıdakı mözvulara da toxunuldu. Seminarda tələbə və işçi heyəti də iştirak etdi.*  Multikultural anlayışın meydana gəlmə səbəbləri*  Mədəni müxtəlifliyin təzahür formaları*  Multikulturalizmin Kanada modeli*  Multikulturalizmin Sinqapur modeli*  Assimilyasiya və izolyasiya siyasətlərinin aparılması multikultural siyasətin əsas tərkib hissəsi kimi 


                                Hüquq Tədris Mərkəzində təlim

                                 2015-ci il dekabrın 19-u və 20-də Xəzər Universiteti Humanitar və sosial elmlər fakültəsində yaradılmış Hüquq Tədris Mərkəzində davamlı olaraq həyata keçirilən layihə çərçivəsində “Avropa İnsan Hüquqları Konvensiyasının təhlili” mövzusunda növbəti təlim keçirildi. Təlimdə Bakı Dövlət Universitetinin, Dövlət İdarəçilik Akademiyasının, Milli Aviasiya Akademiyasının, Xəzər Universitetinin məzunları və tələbələri, dövlət qurumlarında və müxtəlif hüquq şirkətlərində çalışan hüquqşünaslar iştirak edirdilər. Təlimdə Avropa İnsan Hüquqları Məhkəməsinə şikayətlərin verilməsi qaydası müzakirə olunmuş, iştirakçılar Avropa İnsan Hüquqları Konvensiyasının müxtəlif maddələri və məhkəmə qərarları ilə yaxından tanış olmuşdular. Təlimi Avropa İnsan Hüquqları Assosiasiyasının üzvü, Avropa İnsan Hüquqları Məhkəməsində hüquqşünas işləmiş Könül Qasımova aparırdı.Psixoloji Xidmət Mərkəzinin təşəbbüsü ilə Evlilik həyatına psixoloji və fiziki hazırlıq mövzusunda təlim11 dekabr 2015 ci ildə Xəzər Universiteti Psixoloji Xidmət Mərkəzinin təşəbbüsü ilə Evlilik həyatına psixoloji və fiziki hazırlıq mövzusunda Universitetinin Psixologiya kafedrasının müəlliməsi, Humanitar və Sosial elmlər fakültəsinin dekan müavini psixoloq Mələk Kərimova tərəfindən seminar təşkil edildi. Seminarda psixoloq Mələk Kərimova evlilik sistemi, bu sistemə   gənclərin hazırlığının əhəmiyyətindən, evlilik öncəsi nələrə diqqət ediləcəyi mövzüsünda çıxış edərək tələbələri də diskusiyaya cəlb etmişdir. Seminara həkimlər dəvət edilərək    evlilikdən öncə fiziki sağlamlıqda yarana biləcək xəstəliklərdən bəhs edərək tələbələri məlumatlandırdılar. Seminarda həmçinin Fəsləfə və Sosiologiya departamentinin müəllimi Mail Yaqub və digər departament müəllimləri də çıxış etdilər. Tələbələrin böyük marağına səbəb olan bu kimi tədbirlərin Xəzər Psixoloji Konsultasiya Mərkəzi tərəfindən mütəmadi keçirilməsi nəzərdə tutulur.


                                Xəzər Universitetində “Əlçatan təhsil, Əlçatan gələcək” adlı təlim keçirildi

                                2015-ci il dekabrın 4 və 5- də “Y-PEER” təşkilatı və Xəzər Universitetinin “Əlilliyi olan tələbələr üçün mərkəz” birlikdə “Əlçatan təhsil, Əlçatan gələcək” adlı təlim keçirdi. Təlim zamanı Xəzər Universitetinin Humanitar və sosial elmlər fakultəsinin tələbələri Zahid Hüseynov, Sürəyya İbrahimova və Y-PEERin üzvü olan Fəridə Cəbrayılova əlilliyi olan şəxslərə qarşı etik prinsiplərin qorunması, davranış, danışıq qaydaları və əlilliyin növləri haqqında təqdimat etdilər. Xüsusi qısametrajlı filmlərə baxıldı və müzakirələr aparıldı. “Əlilliyi olan tələbələr üçün mərkəz”in könüllüsü və Xəzər Universitetinin Humanitar və sosial elmlər fakültəsinin tələbəsi Günel Qurbanova adını tarixə yazmış əlilliyi olan şəxslərin uğur hekayələri haqqında təqdimat etdi. Xüsusi aralıqlarla psixoloji oyunlar keçirildi və tapşırıqlar verildi. Oyunların məqsədi, əlilliyi olan şəxslərin yaşadığı sosial və fiziki çətinlikləri çatdırmaq və bu problemləri müəyyən qədər aradan qaldırmağın həlli yollarını tapmaq idi. Dekabrın 5-i isə universitetin 1-ci mərtəbəsində əlilliyi olan şəxslərin əl işlərindən ibarət olan sərgi keçirildi. Daha sonra qonaqlar da təlimdə iştirak edərək, öz həyat hekayələrini iştirakçılarla bölüşdülər və gündəlik həyatlarında qarşılaşdıqları problemlərindən bəhs etdilər. Təlimdə 20 nəfərə yaxın tələbə iştirak etdi və ikinci günün sonunda bütün iştirakçılara sertifikat təqdim olundu.
                                 


                                Xəzər Universitetində doktoranturaya növbəti qəbul başladı

                                2015-ci il noyabr 23-də Xəzər Universitetində 17 ixtisas üzrə doktoranturaya qəbul imtahanı keçirildi. İmtahanda Xəzər Universitetinin rektoru Hassan Niknafs və departament müdirləri iştirak etmişlər. Birinci mərhələdən keçən namizədlər 2015-ci il noyabrın 27-də “Ümumi fəlsəfə” fənni üzrə imtahanda iştirak edəcəklər. 


                                Guest Lecture on the Role of Azerbaijan in European Energy Supply

                                On November 23, 2015, Mr. Ilham Shaban, the Director of the Caspian Barrel Center for Oil Studies, delivered a guest lecture for undergraduate students of the Department of Political Science and International Relations of Khazar University. His main focus was on Azerbaijan's place in the European energy strategy. He spoke about the main destinations for Azerbaijani oil and gas exports, both in Europe and elsewhere in the world. He also talked about the changing market conditions, changes in oil supply and demand and its impact on prices, peculiarities of commercial gas sales and "the new oil strategy" of Azerbaijan. Mr. Shaban shared with the students exclusive information about the volumes of oil and condensate production in Azerbaijan by the year 2020 obtained from the companies specializing in the energy sector.The lecture was followed by a question and answer session, where questions were raised about the delivery of gas to Nakhchivan according to the swap agreement with Iran, the diversification of oil and gas export routes, peculiarities of TAP and TANAP projects, and the influence of the interstate relations on their realization as well as their influence on regional cooperation including Turkey and Georgia. 


                                Humanitar və sosial elmlər fakültəsinin birinci kurslar üçün “Xoş gəldiniz” tədbiri keçirildi

                                2015-ci il oktyabrın 28-də Humanitar və sosial elmlər fakültəsinin birinci kurslar üçün “Xoş gəldiniz” tədbiri keçirildi. Fakültənin dekanı dosent Cabir Xəlilov tədbiri açaraq tələbələrə öz ürək sözlərini ifadə etdi. Sonra Xəzər Universitetinin təsisçisi, Direktor və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı və fakültənin müəllimləri də tələbələri təbrik edərək, universitetdə onların hərtərəfli inkişafı yönündə irəliləməsi üçün yaradılmış şəraitdən danışdılar və onlara universitet həyatında fəal olmağı tövsiyə etdilər. Daha sonra hər ixtisasın tələbələri hazırladıqları müxtəlif mahnı, rəqs və s. nömrələrini nümayiş etdirərək, tədbirə öz töhfələrini verdilər.Tələbələrin istedadlarını ortaya çıxarmaq, onları daha yaxından tanımaq məqsədilə keçirilən bu tədbir, eyni zamanda, onlarınaktiv olaraq tələbə həyatlarını daha maraqlı olmasına da şərait yaradır. 


                                Hüquq Tədris Mərkəzində təlim keçirildi

                                2015-ci il oktyabrın 10 və 11-də Hüquq Tədris Mərkəzində “Avropa İnsan Hüquqları Konvensiyasının təhlili” mövzusunda təlim keçirildi. Təlimi Avropa İnsan Hüquqları Assosiyasiyasının üzvü, Avropa İnsan Hüquqları Məhkəməsində hüquqşünas işləmiş Könul Qasımova aparırdı. Təlimin iştirakçıları Xəzər Universitetinin tələbələri ilə yanaşı, Bakı Dövlət Universitetinin, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının, Kiyev Dövlət Universiteti Hüquq fakültəsinin bakalavr və magistr tələbələri, dövlət qurumlarında və müxtəlif hüquq şirkətlərində çalışan hüquqşünaslar idilər.Təlimin açılışında Hüquq Tədris Mərkəzinin rəhbəri Cabir Xəlilov çıxış edərək, iştirakçıları salamladı və onlara işlərində uğurlar arzuladı. Təlimdə AİHM-nə şikayətlərin verilməsi qaydası müzakirə olundu, iştirakçılar Avropa İnsan Hüquqları Konvensiyasının müxtəlif maddələri və AİHM-nin qərarları ilə yaxından tanış oldular.Təlimin keçirilməsi üçün iki gün nəzərdə tutulsa da, təlim maraqlı və məhsuldar keçirildiyinə görə, iştirakçılar təlimin davam etdirilməsi üçün müraciət etmişlər. İştirakçıların müraciətlərini nəzərə alaraq, təlimin davamı növbəti aylarda da planlaşdırılır.


                                Xəzər Universiteti Humanitar və Sosial elmlər fakültəsinin dekan müavini, psixologiya kafedrasının müəllimi Mələk Kərimova türkiyəli mütəxəssis Səlim Günüçlə birlikdə internet asılılığının müəyyənləşdirilməsi ilə bağlı testi Azərbaycanda istifadəyə uyğunlaşdırıblar. 

                                Bu test 1146 tələbə üzərində sınaqdan keçirilib, ilk empirik test olaraq, ABŞ-ın “Journal of Education və Training Studies” (http://redfame.com/journal/index.php/jets/index) nəşrində online dərc edilib. “İnternet asılılığımızın olub-olmadığını necə bilərik?” adlı testi türkiyəli mütəxəssislər Səlim Günüç və Murad Kayri 2010-cu ildə birlikdə hazırlayıblar. Tədqiqatda eyni zamanda Azərbaycan tələbələri arasında internet asılılığının hansı vəziyyətdə olduğu müəyyən edilib: “Nəticələrə görə, tələbələrin 48.1% internet asılılığı olan, 51.9% internet asılılığı olmayan qrup kimi qarşımıza çıxmaqdadır.  Bu, profilaktik tədbirlərin həyata keçirilməsinin zərurətini ortaya qoyur”. Bu tədqiqat Azərbaycan psixoloqlarının gələcəkdə görəcəyi tədbirlər və yeni elmi işlər üçün böyük əhəmiyyət kəsb edir. Başqa ölkələrdə istifadə edilən və sadəcə olaraq, tərcümə edilərək istifadə edilən psixoloji testlər elmi olaraq doğru hesab edilməməkdədir. Bu mənada Azərbaycan cəmiyyətinə uyğunlaşdırılan və elmi olaraq yoxlanılan testlərin tətbiqi böyük əhəmiyyət kəsb edir. Bu test elmi təsdiqini tapmış klinik test olaraq psixoloqlar, psixiatrlar tərəfindən istifadə edilə bilər. Mələk Kərimovanın sözlərinə görə, son illərdə texnologiyanın inkişafına bağlı olaraq yeniyetmə və gənçlər arasında internetdən istifadə geniş yayılıb: “Artıq internetsiz, cib telefonu olmadan həyatı düşünmək belə insana ağlasığmaz gəlir. İnternet müxtəlif məqsədlərlə istifadə edilir. İnternet insanlar arasındakı ünsiyyət üçün bir mənbəyə çevrilməklə bərabər, onları təcili xəbərləşmə, əyləncə, oyun, ticarət və s. kimi faydaları ilə özünə çəkir. İnternet vaxt anlayışının önünə keçərək işlərimizi asanlaşdırır. Təbii ki, faydaları ilə yanaşı, internetin zərərləri də qaçılmazdır. Məqsədsiz, hərəkətsiz saatlarla internet qarşısında əyləşən və fərqində olmadan internetdən asılı hala gələn insanların sayı da gündən-günə artmaqdadır. İnternet asılılığı artıq dünyadakı mütəxəssislərin diqqətini çəkməkdədir. İlk dəfə Goldberg (1996) və daha sonra Young (2013) kimi mütəxəssislər “internet asılılığı” termini üzərində işləyiblər. Onlar “patoloji internet istifadəsi” terminindən istifadəni uyğun hesab ediblər. Hansı terminologiyanın istifadə edilməsindən asılı olmayaraq, bu, əsrin problemi olaraq yaxın gələcəkdə qarşımıza çıxacaq. Bu mənada internet istifadəçiləri arasında internet asılılığı olan və olmayanların düzgün şəkildə müəyyən edilməsi böyük əhəmiyyət kəsb edir”.


                                YAZ-2015
                                Departament İclası

                                09.06.2015-ci il tarixində Şərq dilləri və din araşdırmaları departamenti ilə Müasir dillər və müqayisəli ədəbiyyat departamentinin əsasında yaranmış Dillər və mədəniyyətlər departament ilk iclası oldu. İclasda Humanitar və sosial elmlər fakültəsinin dekanı Dos. Cabir Xəlilov və departamentin əməkdaşları iştirak etdilər. İclasda departamentin müdiri i.f.d. Elnurə Əzizova yeni tədris ilində təklif olunan fənlərin məzmunu və tədris planının departamentin yeni istiqamətinə uyğun olaraq inkişaf etdirilməsi, tələbələrə ikinci xarici dil kimi təklif olunan Şərq və Qərb dillərini təmsil edən mədəniyyətərə aid müxtəlif elmi və mədəni tədbirlərin keçirilməsi və digər məsələləri müzakirəyə açdı. Humanitar fakültənin dekanı Dos. Cabir Xəlilov müxtəlif ixtisaslar üzrə tələbələrə ikinci xarici dilin tədrisinin qarşısındakı çətinliklər, həll yolları və imkanlar haqqında danışdı. Departamentin müəllim heyəti irəli sürülən məsələlərə yanaşmalarını və təkliflərini bildirdilər.


                                 Humanitar və Sosial elmlər fakültəsinin əməkdaşı "Müəllim hazırlama siyasəti və problemləri" 5-ci Beynəlxalq Simpoziumu

                                30 aprel-02 may 2015-ci il tarixlərində Hacettepe Universiteti Pedaqoji fakültəsi, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Qafqaz Universiteti Pedaqoji fakültəsi tərəfindən "Müəllim hazırlama siyasəti və problemləri" 5-ci Beynəlxalq Simpoziumu bu il Azərbaycanda təşkil olunmuşdur. Simpoziumda Humanitar və Sosial Elmlər fakültəsinin dekan müavini Mələk Kərimova da iştirak etmişdir. Müasir təhsilin gələcəyi, təhsil sahəsində islahatlar və bu sahədə olan problemlər geniş müzakirə olunmuş və irəlidə görüləcək işlər barədə ətraflı müzakirələr aparılmışdır.


                                Humanitar və Sosial elmlər fakültəsinin əməkdaşları, Qafqaz Universitetində Ümumilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ilinə həsr olunmuş Gənc Tədqiqatçıların III Beynəlxalq Elmi Konfransında

                                Aprel 17-18, 2015-ci il Humanitar və Sosial elmlər fakültəsinin Dekan müavini Mələk Kərimova və Dekan köməkçisi ValiDə Kərimova, Qafqaz Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 92–ci ilinə həsr olunmuş Gənc Tədqiqatçıların III Beynəlxalq Elmi Konfransında iştirak etmişlər. Konfransa Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Çexiya kimi ölkələrin gənc tədqiqatçıları və elm adamları öz tezisləri ilə müraciət ediblər. Qeyd etmək lazımdır ki, 1400- ə yaxın tezis arasından 954 elmi məqalə qəbul edilib. Məqalələr 4 dildə - Azərbaycan, Türk, Rus, İngilis dillərində təqdim olunub. Əsas hədəf müxtəlif ölkələrin elmi tədqiqatçılarını bir araya gətirməklə elmlə məşğul olan gənclər arasında əlaqələrin qurulmasını təmin etməkdən ibarətdir. Konfransda Mələk Kərimova “İnternet asılılığı və önləm yolları” haqqında tezislə çıxış etmişdir. Konfransın sonunda elmi tədqiqatçılara elmi məqalələrin dərc olunduğu iki cildli kitab və sertifikat hədiyyə olundu.


                                “Depressiya və suisid” “Yaradıcı müəllif” müsabiqəsinə yekun vuruldu

                                2015-ci il aprelin 9-da Xəzər Universiteti Psixologiya və Konsultasiya Mərkəzi və “Düşüncə” jurnalının birgə layihəsi olan “Depressiya və suisid” mövzusunda “Creative author” (“Yaradıcı müəllif”) müsabiqəsinin yekun tədbiri keçirildi. Müsabiqəyə 100 məqalə daxil olmuş və onlar arasından 36 məqalə seçilmişdir.
                                Müsabiqə aşağıdakı istiqamətlər üzrə aparılmışdır:•         Problemlə bağlı ümumi xarakteristika;•       “Depressiya və suisid”lə qarşılaşan şəxslərlə aparılan müsahibə;•         Bu istiqamətdə hər hansı əsərin, mahnının və ya filmin təhlili;•         Elmi cəhətdən problemin analizi.Məqalələr peşəkar mütəxəssislər tərəfindən yoxlanılmışdır:1. Xəzər Universiteti İnsan resursları departamentinin rəhbəri, Psixologiya departamentinin müdiri psixoloq Ülkər İsayeva;2. AMEA-nnın elmi işcisi, Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri, ailə psixoloqu Elnur Rüstəmov;3. Xəzər Universiteti Humanitar sosial elmlər fakültəsinin dekan müavini psixoloq Mələk Kərimova;4. Tibb elmləri üzrə fəlsəfə doktoru, dosent, psixiatr Araz Manüçöhri Lalei;5. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu, Aygün Ağabalayeva;6. Psixologiya və Konsultasiya Mərkəzinin klinik psixoloqu, Orxan Fərəcli. Nəticə olaraq, dörd nəfər qalib müəyyən edildi.“Creative author” müsabiqəsinin qalibi I qrup əlil Samir İmanov seçildi, Xəzər Universiteti Psixologiya və Konsultasiya Mərkəzi və “Düşüncə” jurnalı tərəfindən mükafatlara layiq görüldü.Müsabiqə çərçivəsində keçirilən tədbirdə mövzu ilə bağlı treninq keçirilmişdir. Mütəxəssislər tərəfindən “Depressiya və suisid” ətrafında psixoloji açıqlama AMEA-nnın elmi işcisi, Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri, ailə psixoloqu Elnur Rüstəmov, hüquqi açıqlama hüquqşünas Akif Əlizadə və fəlsəfi açıqlama isə Fəlsəfə departamentinin müdiri Mail Yaqub tərəfindən verildi.Tədbirin sonunda isə Xəzər Universitetinin təsisçisi və rektoru, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı və Xəzər Universiteti “İnsan resursları” departamentinin rəhbəri, Psixologiya departamentinin müdiri psixoloq Ülkər İsayeva layihəylə əlaqədar öz fikirlərini bildirdilər. 


                                "Depressiya və suisid" mövzusunda "Creative author" müsabiqə

                                9 Aprel 2015-ci il tarixində Xəzər Universiteti, Psixologiya və Konsultasiya Mərkəzi və "Düşüncə" jurnalının birgə layihəsi olan "Depressiya və suisid" mövzusunda "Creative author" müsabiqəsinin yekun tədbiri keçirilmişdir. Müsabiqə çərçivəsində 100 məqalə daxil olmuş və onlar arasından 36 məqalə seçilmişdir. Müsabiqə aşağıdakı istiqamətlər üzrə aparılmışdır:
                                Problemlə bağlı ümumi xarakteristika·“Depressiya və suisid” lə qarşılaşan şəxslərlə aparılan müsahibə· Bu istiqamətdə hər hansı əsərin, mahnının və ya filmin təhlili·Elmi cəhətdən problemin analiziMəqalələr peşəkar mütəxəssislər tərəfindən yoxlanılmış və 4 qalib müəyyən edilmişdir:1. Xəzər Universiteti "İnsan resursları" departamentinin rəhbəri, psixologiya kafedrasının müdiri, psixoloq Ülkər İsayeva2. AMEA-nnın elmi işcisi, Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri, ailə psixoloqu Elnur Rüstəmov3.Xəzər Universitetinin, Humanitar-Sosial Elmlər fakültəsinin dekan müavini, psixoloq Mələk Kərimova4.Tibb elmləri üzrə fəlsəfə doktoru, dosent, psixiatr Araz Manüçöhri Lalei5.Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu, Aygün Ağabalayeva6.Psixologiya və Konsultasiya Mərkəzinin klinik psixoloqu, Orxan FərəcliMüsabiqə çərçivəsində keçirilən tədbirdə mövzu ilə bağlı treninq keçirilmişdir. Mütəxəssislər tərəfindən "Depressiya və suisid" ətrafında psixoloji açıqlama AMEA-nnın elmi işcisi, Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri, ailə psixoloqu Elnur Rüstəmov, hüquqi açıqlama Hüquqşünas Akif Əlizadə və fəlsəfi açıqlama isə Fəlsəfə kafedrasının müdiri Mail Yaqub tərəfindən verilmişdir."Creative author" müsabiqəsinin qalibi I qrup əlil Samir İmanov seçilmiş, Xəzər Universiteti, Psixologiya və Konsultasiya Mərkəzi, "Düşüncə" jurnalı tərəfindən mükafatlara layiq görülmüşdür.Tədbirin sonunda isə Xəzər Universitetinin təsisçisi və rektoru, dirktorlar və qəyyumlar şurasının sədr, professor Hamlet İsaxanlı və Xəzər Universiteti "İnsan resursları" departamentinin rəhbəri, psixologiya kafedrasının müdiri, psixoloq Ülkər İsayeva layihəylə əlaqədar öz fikirlərini bildiriblər. Hüquq tədris mərkəzində növbəti təlim keçirildi 2015-ci martın 13-dən martın 15-dək Xəzər Universiteti nəzdində üç il əvvəl yaradılmış Hüquq Tədris Mərkəzində “Avropa İnsan Hüquqları Konvensiyası: ümumi təhlil” mövzusunda yeni tədris ilinin ilk təlimi keçirilmişdir. Təlimdə Xəzər Universiteti, Bakı Dövlət Universiteti, Milli Aviasiya Akademiyası, Azərbaycan Dövlət Neft Akademiyası və Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının hüquq və beynəlxalq münasibətlər ixtisası üzrə təhsil alan tələbələri fəal iştirak etmişlər.Təlimçi Avropa İnsan Hüquqları Assosiasiyasının üzvü, Avropa İnsan Hüquqları Məhkəməsində hüquqşünas kimi fəaliyyət göstərmiş Könül Qasımova olmuşdur. Təlimdə İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi haqqında Avropa Konvensiyasına uyğun olaraq, “Konvensiyaya bağlılıq” (Maddə-6), “İmzalanma və ratifikasiya” (Maddə-7), “Qüvvəyə minmə” (Maddə-10) haqqında mövzular ətraflı müzakirə və təhlil olunmuşdur. Təlim sertifikatların təqdimatı ilə yekunlaşmışdır.  


                                Tələbəmizin əl işlərindən ibarət sərgisi

                                Dekabrın 24-26-da Xəzər Universitetinin sərgi salonunda Humanitar və sosial elmlər fakültəsinin 1-ci kurs tələbəsi Pəri Qazıbəyovanın fərdi sərgisi keçirildi. P. Qazıbəyova əl işlərindən ibarət 20-dən artıq əsərini sərgidə nümayiş etdirdi. Sərgi müəllimlərin və tələbələrin böyük marağına səbəb oldu. Qərara alındı ki, universitetdə P. Qazıbəyovanın bundan sonrakı əl işlərinin də sərgisi keçirilsin.


                                Humanitar və Sosial elmlər fakültəsinin tələbəsi ATGTİ-nin iclasında

                                2011-ci ildən Avropa Tələbələr Birliyinin (ATB) tamhüquqlu üzvü olan Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) 67-ci iclasını Azərbaycanda keçirmək hüququ qazanmışdır. İdarə Heyətinin bu iclasında “İnsan Hüquqları” və “Avropa tələbələrini narahat edən problemlər” mövzusunda əhatəli müzakirələr edilib, qərarlar qəbul edilmişdir. İclas 1-5 dekabr 2014-cü ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə baş tutmuşdur. Tədbirdə ATB-yə üzv olan 30-dan çox ölkədən 120-yə yaxın tələbə iştirak etmişdir. Bu iştirakçılar arasında Humanitar və Sosial elmlər fakültəsinin Beynəlxalq Münasibətlər ixtisası üzrə III il tələbəsi Rəhimli Pərvin Akif qızı bu beynəlxalq tədbirin Təşkilat komitəsinin üzv və əsas şəxslərindən biri olmuşdur. 


                                "İngilis dilinin tədrisi metodikası" və Magistr tələbələrinə 3 aylıq "Akademik Yazı" seminarında sertifikatların təqdimatı mərasimi

                                Dekabr ayının 12-si Xəzər Universitetində ABŞ səfirliyindən dəvət olunan qonaqlarımızla birlikdə tədbir keçirildi. Tədbirdə qonaqlarımızla yanaşı İngilis dili və Ədəbiyyatı Departamentinin müəllimləri həmçinin Humanitar və Sosial elmlər fakültəsinin “Dilçilik” ixtisası üzrə təhsil alan magistr tələbələr də iştirak etmişdir. Tədbiri Xəzər Universitetində müəllimlər və magistr tələbələri üçün seminarlarlar təşkil edən Mary Kay Seales açdı. Tədbir iştirakçıları Mary Kay Seales haqqında xoş sözlər dedilər, üç ay davam etmiş seminarlarda öyrəndikləri yeni biliklər və təcrübələr haqqında danışdılar. Tədbirə ABŞ səfirliyinin Mədəni Əlaqələr departamentindən Kelly Cullum və İngilis dili proqramları üzrə koordinator Zülfiya Şirinova öz çıxışları ilə davam etdilər. Onlar hal-hazırda ABŞ səfirliyinin müəllimlər üçün açıq elan etdiyi proqramlar haqqında ərtaflı məlumat verdilər. Sonda iştirakçılara sertifikatlar təqdim olundu.


                                Tələbə Məclisinə prezident seçkisi

                                Dekabrın 5-də Xəzər Universitetinin Tələbə Məclisinə prezident seçkisi keçirildi. Seçkidə 3 namizəd mübarizə aparırdı. Gün ərzində keçən səsvermənin nəticələrinə görə Humanitar və sosial elmlər fakültəsinin  III kurs tələbəsi Mirzəağa Səmədov 408 səslə Tələbə Məclisinin prezidenti, İqtisadiyyat və menecment fakultəsinin II kurs tələbəsi Əzizə Cəfərli  185  səslə vitse-prezident seçildilər.Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı mühüm ictimai vəzifəyə seçilmiş tələbələrimizi təbrik edərək, Tələbə Məclisinə səmərəli fəaliyyət göstərməyi və uğur qazanmağı arzulamışdır. 


                                Hüquq Tədris Mərkəzində növbəti təlim keçirildi

                                Xəzər Universiteti nəzdində fəaliyyət göstərən Hüquq Tədris Mərkəzində oktyabrın 23-də “Avropa İnsan Hüquqları Məhkəməsi: müraciət qaydaları və təminat verdiyi hüquqlar” mövzusunda başlanmış təlim oktyabrın 26-da başa çatmışdır. Təlimdə Xəzər Universiteti, Bakı Dövlət Universiteti, Milli Aviasiya Akademiyası, Azərbaycan Dövlət Neft Akademiyası və Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının hüquq və beynəlxalq münasibətlər ixtisası üzrə təhsil alan tələbələri fəal iştirak etmişlər.Təlimçi – Avropa İnsan Hüquqları Assosiyasiyasının üzvü, Avropa İnsan Hüquqları Məhkəməsində hüquqşünas işləmiş  Könül Qasımova idi.Təlimdə İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına uyğun olaraq “Yaşamaq hüququ”, “Şəxsi həyata və ailə həyatına hörmət hüququ”, “Fikir, vicdan və din azadlığı”, “Qəbul edilmə şərtləri” haqqında mövzular geniş və ətraflı müzakirə və təhlil olunmuşdur. Təlim sertifikatların təqdimatı ilə yekünlaşdırılmışdır. 



                                Hüquq Tədris Mərkəzində təlimlər davam edir
                                Artıq iki ildir Xəzər Universitetində yaradılmış Hüquq Tədris Mərkəzi öz uğurlu fəaliyyətini davam etdirir.  Yeni tədris ilində ilk təlim oktyabrın 23-də başlamışdır. Təlimdə Xəzər Universiteti, Bakı Dövlət Universiteti, Milli Aviasiya Akademiyası, Azərbaycan Dövlət Neft Akademiyası və Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbələri iştirak edirlər. “Avropa İnsan Hüquqları Məhkəməsi: müraciət qaydaları və təminat verdiyi hüquqlar” mövzusunda keçirilən təlim üç gün davam edəcək. Təlim İnsan hüquqları və Əsas Azadlıqların Müdafiəsi haqqında Avropa Konvensiyasına uyğun olaraq “Yaşamaq hüququ”, “Şəxsi həyata və ailə həyatına hörmət hüququ”, “Fikir, vicdan və din azadlığı”, “Qəbul edilmə şərtləri” mövzularında keçirilir. Təlimçi –  Avropa İnsan Hüquqları Assosiasiyasının üzvü, Avropa İnsan Hüquqları Məhkəməsində hüquqşünas işləmiş Könül Qasımovadır. 


                                Müəllim-Tələbə Məşvərət Komitəsinin yekun iclası

                                İyunun 24-də Xəzər Universitetinin Siyasi elm və beynəlxalq münasibətlər departamentinin Müəllim - Tələbə Məşvərət Komitəsi 2013-2014-cü tədris ilində son iclasını keçirdi. İclasa departament müdiri, fəlsəfə doktoru Muxtar Hacızadə sədrlik edirdi. Komitənin əvvəlki iclasının hesabatları təsdiq edildikdən sonra Komitənin üzvü olan tələbələr tərəfindən əvvəlki iclasda qaldırılan məsələlərlə bağlı əldə edilmiş irəliləyişlər müzakirə olundu.M.  Hacızadə il ərzində Komitənin işində iştirak etdiklərinə görə tələbələrə təşəkkür etdi. Komitənin yeni üzvləri 2014-2015-ci tədris ilində universitetin tələbə qrupu tərəfindən seçiləcək. Magistrlər dissertasiya müdafiə etmişlər İyunun 18-də Xəzər Universitetinin Humanitar və sosial elmlər fakültəsinin magistr tələbələri –  Ksandra Marşal “Sent Vinsent və Qrenadanın mədəniyyətinə qlobalizasiyanın təsiri” və Sehon Marşal “Şərqi Karib dövlətləri təşkilatında regionalizmin rolu” mövzularında (hər iki işin elmi rəhbəri – professor Kənan Allahverdiyev) magistr dissetasiyası müdafiə etmişlər. Magistrantların elmi işləri şura üzvləri tərəfindən yüksək qiymətləndirild. 


                                Xəzər Universitetinin tələbələri İsveçdə mədəniyyət tədbirində iştirak etmişlər

                                İyunun 1-9-da Avropa Birliyinin "Gənclər fəaliyyətdə" ("Youth in Action") proqramı çərçivəsində İsveçin Viksjöfors şəhərində mədəniyyət tədbiri keçirilmişdir.  Tədbirdə Azərbaycan, İsveç, Belarus, Kipr, Latviya, Slovakiya, Ukrayna və Ermənistandan gənc nümayəndələr iştirak etmişlər. Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycan Respublikasını təmsil etmiş qrup Xəzər Universitetinin tələbələrindən seçilmişdir.  Humanitar və sosial elmlər fakültəsinin tələbələri Mirağa Bağırov, Rühəngiz Əsgərova, İsfəndiyar Səfərov və İqtisadiyyat və menecment fakültəsinin tələbəsi Musa Abdullayev tədbirdə iştirak etmişlər. Tələbələr tədbirdə rəqs, müsiqi ifaları nümayiş etdirmiş, iştirakçılar Azərbaycan mədəniyyəti ilə tanış olmuşlar. Layihənin rəhbəri Helena Ehrstand və baş təşkilatçısı Matilda Norling Person Azərbaycan təmsilçilərinin çıxışından məmnun olduqlarını bildimişlər. Helena Ehrstand demişdir: " Artıq bir neçə ildir ki, bu layihəyə rəhbərlik edirəm, amma heç bir ölkənin təmsilçiləri Azərbaycan nümayəndələri kimi bacarıq nümayiş etdirməmişdir. Bu bizim üçün boyük yenilikdir. Güman edirəm ki, sizinlə olan əməkdaşlığımız davam edəcək."  Tədbirin sonunda tələbələr sertifikatla təltif olunmuşlar.  


                                Xəzər Universitetinin Hüquq Tədris Mərkəzində növbəti təlim kursları başladı

                                 Xəzər Universitetində fəaliyyət göstərən Hüquq Tədris Mərkəzində mayın 24-də vəkillik peşəsi ilə bağlı növbəti təlim kursları start verilib. İlk kursda Xəzər Universitetinin müəllimi və Vəkillər Kollegiyasının üzvü Akif Əlizadə “Azərbaycanda vəkillik fəaliyyətinin həyata keçirilməsinin ümumi qaydaları və hüquqi əsasları” mövzusunda təlim keçmişdir. Proqramda iştirak etmək üçün 40 nəfər müraciət etmişdi. Müsahibə yolu ilə keçirilən seçim nəticəsində 9 gənc hüquqşunas kursda iştirak edir. Seçim prosesində təhsil və iş təcrübəsi əsas götürülmüşdür. Təlim kursları ödənişsiz əsaslarla olmaqla bir neçə ay davam edəcək. Proqram vəkil olmaq istəyənlər üçün nəzərdə tutulub və vəkillər, hakimlər və digər praktik hüquqşünasların dəstəyi ilə gənc hüquqşunaslara praktiki vərdişlərinin aşılanmasına yönəlmişdir. “Qloballaşma dövründə Azərbaycan və İslam” mövzusunda dəyirmi masaXəzər Universitetinin Siyasi elm və beynəlxalq münasibətlər departamenti Fransız Anadolu Araşdırmalar İnstitutunun Bakı filialı ilə birgə “Qloballaşma dövründə Azərbaycan və İslam” mövzusunda dəyirmi masa təşkil etdi. Tədbirə sədrlik edən departament müdiri, fəlsəfə doktoru Muxtar Hacızadə tədbiri açaraq, Azərbaycanda dinin rolundan, onun ölkənin tarixinə, mədəniyyətinə və həyat tərzinə necə təsir etməsindən danışdı. İlk məruzəçi - Xəzər Universitetinin Şərq dilləri və din araşdırmaları departamentinin müdiri, fəlsəfə doktoru Elnurə Əzizova 7-ci əsrdə İslamın Azərbaycana gəlişi barədə təqdimatla çıxış etdi. Fransız Anadolu Araşdırmalar İnstitutunun elmi işçisi, fəlsəfə doktoru Adeline Braux Moskvada azərbaycanlı icmasının dini həyatı ilə bağlı apardığı tədqiqatın nəticələrini açıqladı. Florensiya Avropa Universiteti İnstitutunda Max Weber təqaüdçüsü olan fəlsəfə doktoru Mohamed-Ali Adraoui müasir dünyada siyasi islamdan danışıb, Sələfi məzhəbi haqqında məlumat verdi. "ADA" Universitetinin İctimai və beynəlxalq münasibətlər fakültəsinin dekanı, fəlsəfə doktoru Anar Vəliyev Azərbaycan müstəqillik qazandıqdan sonra islamın ölkədəki rolu haqqında danışdı. Sual-cavab sessiyasından sonra tamaşaçıların natiqlər ilə birbaşa qarşılıqlı ünsiyyət qurması üçün çay süfrəsi təşkil olundu və müzakirələr keçirildi. 


                                Xəzər Universitetində Avropa Günü qeyd olundu

                                Xəzər Universitetinin Siyasi elm və beynəlxalq əlaqələr departamenti və Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin birgə əməkdaşlığı ilə mayın 13-də universitetdə Avropa Günü qeyd olundu. 1950-ci il 9 may tarixli Şuman Bəyannaməsinə əsasən bütün Avropada qeyd olunan bu gün, həmçinin, Şuman Günü kimi də tanınır. Tədbirdə nümayəndəliyin layihə meneceri, fəlsəfə doktoru Olaf Heidelbax təqdimatla çıxış edərək, Avropa İttifaqının yaranması və fəaliyyəti haqqında məlumat verdi. Təqdimatdan sonra universitetin tələbə və müəllim heyəti ilə Avropaya inteqrasiya, eləcə də Avropa İttifaqı-Azərbaycan əlaqələri kimi məsələlərlə bağlı müzakirə keçirildi. 


                                “Yəhudilik: inanc və dünyagörüşü”

                                Mayın 8-də Xəzər Universiteti Şərq dilləri və din araşdırmaları departamentinin təşkilatçılığı ilə “Birlikdə yaşamaq təcrübəsi” proqramlar silsiləsindən “Yəhudilik: inanc və dünyagörüşü” adlı tədbir keçirildi. Tədbirin açılışında departamentin müdiri i.f.d. Elnurə Əzizova Xəzər Universitetində müxtəliflikləri tanımaq və anlamaq çərçivəsində ənənəvi olaraq dünya dinlərinin öyrənilməsi və tanıdılması istiqamətində müxtəlif proqramların həyata keçirildiyini qeyd etdi. Sonra Humanitar və sosial elmlər fakültəsi tələbələrinin təqdimatında Yəhudiliyin inanc, ibadət, əxlaq və ictimai quruluşu haqqında məlumat verildi.  Aşkenaz yəhudilərin Azərbaycandakı icmasının sədri ravvin Shneor tələbələrə yəhudi icmaları və Azərbaycanda yəhudiliyin tarixi haqqında danışdı və tələbələrin yəhudilik ilə əlaqəli suallarını cavablandırdı.  


                                “Xristianlıq: inanc və dünyagörüşü” mövzusunda tədbir keçirildi

                                Xəzər Universitetinin Şərq dilləri və din araşdırmaları departamentinin təşkilatçılığı ilə mayın 1-də “Birlikdə yaşamaq təcrübəsi” silsiləsindən “Xristianlıq: inanc və dünya görüşü” adlı tədbir keçirildi. Tədbirin açılışında departamentin müdiri i.f.d. Elnurə Əzizova Azərbaycanın tarix boyu xristianların və digər din mənsublarının birlikdə yaşadığı bir bölgə olması və böyük əhəmiyyət daşıyan bu ənənənin hazırda davam etməsi haqqında məlumat verdi. Sonra xristianlığın yaranması, yayılması, inanc, ibadət və əxlaq sistemi, məzhəbləri və müasir dövrdəki vəziyyəti haqqında Humanitar və sosial elmlər fakültəsi tələbələrinin hazırladığı slayd-şou təqdim olundu. Ardından Alban-Udin icmasının sədri Robert Mobilinin təqdimatında Azərbaycanda xristianlığın ən qədim təmsilçisi sayılan Alban-Udin kilsəsinin tarixi və müasir dövrdəki mövqeyi haqqında slayd-şou göstərildi. Tədbirin sonunda tələbələrin ümumilikdə xristianlığa, xüsusilə Alban-Udin kilsəsinə dair sualları cavablandırıldı. 


                                Hüquq Tədris Mərkəzi Rəmzi Məhkəmə təşkil etdi

                                ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə Azərbaycan Hüquqşünasları Konfederasiyası (AHK) və Xəzər Universitetinin birgə layihəsi olub, universitetin Humanitar və sosial elmlər fakültəsinin nəzdində yaradılmış Hüquq Tədris Mərkəzində dörd aylıq təlim kursları müvəffəqiyyətlə başa çatmışdır.Aprelin 12-də təlim kurslarının sonu olaraq “İnsan hüquqları” üzrə təlim keçən iştirakçılar Xəzər Universitetinin müəllimi və Azərbaycan Vəkillər Kollegiyasının üzvü Akif Əlizadənin rəhbərliyi ilə İnsan hüquqları üzrə rəmzi məhkəmə təşkil etdilər. Tədbirin gündəliyinə uyğun olaraq rəmzi məhkəmə tərəflərin giriş nitqləri ilə açıldı, zərər çəkmiş şəxsin sərbəst ifadəsi və şahid ifadələri ilə davam etdirildi, tərəflərin yekun nitqləri, andlıların müşavirə otağına getmələri, qərarın elan olunması ilə başa çatdı. Rəmzi məhkəmədə 10 andlı iclasçı qismində tələbələr və Hüquq Tədris Mərkəzinin işçi heyəti, eləcə də AHK nümayəndəsi iştirak edirdi. Sonda iştirakçılar Hüquq Tədris Mərkəzində müzakirələr apardılar və tədbirin təşkilində göstərdiyi dəstəyə görə Xəzər Universitetinin rəhbərliyinə, həmçinin Tədris Mərkəzinin əməkdaşlarına təşəkkürlərini bildirdilər.    


                                “İnsan hüquqları, din azadlığı və İslam” mövzusunda seminar keçirildi

                                Martın 31-də Xəzər Universitetində Şərq dilləri və din araşdırmaları departamentinin təşkilatçılığı ilə “İnsan hüquqları, din azadlığı və İslam” mövzusunda seminar keçirildi. Tədbirin açılışında departamentin müdiri i.f.d. Elnurə Əzizova insan hüquqları və din azadlığı mövzusunun İslam kontekstində son dövrlərdə müxtəlif çevrələrdə fərqli şəkildə müzakirə edildiyini və gün keçdikcə aktuallaşdığını bildirərək, mövzunun əhəmiyyətini vurğuladı.Sonra Elnurə Əzizova “İslam insan hüquqları bəyannamələrində din azadlığı konsepsiyasının təhlilii, i.f.d. Ali Bulut (Süleyman Demirel Universiteti, Türkiyə) “İnsan hüquqları kontekstində Qur’ana baxış”, i.f.d. Elmin Əliyev (Xəzər Universiteti) “Elm və fəlsəfə kontekstində İslamda fikir azadlığı” və ilahiyyatçı alim Saleh Kazımov (BDU) “İslamın digər din mənsublarına münasibəti” mövzularında məruzə etdilər. Məruzələrdən sonra Xəzər Universitetinin əməkdaşlarından f.f.d. Mayıl Yaqubov, Cabir Məmmədov, f.f.d. Zivər Hüseynovanın və tələbələrin iştirakı ilə məruzələr ətrafında müzakirə aparıldı. 


                                Hüquq Tədris Mərkəzində İnsan hüquqları üzrə təlimlər

                                ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə Azərbaycan Hüquq Konsorsiumu layihəsi (AHK) çərçivəsində Humanitar və sosial elmlər fakültəsində yaradılmış Hüquq Tədris Mərkəzində (HTM) martın 15-də insan hüquqları üzrə növbəti təlim keçirildi. Tədris mərkəzinin fəaliyyəti, əsasən, cari dərs ilində hüquqşünas tələbələr üçün insan hüquqları üzrə təlim kurslarının keçirilməsi və vəkil olmaq istəyən gənc hüquqşünasları Vəkillər Kollegiyasına üzv olmaq üçün imtahanlara hazırlaşdırmaqdan ibarətdir. Təlimdə Xəzər Universiteti, Bakı Dövlət Universiteti, Milli Aviasiya Akademiyası və Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbələri iştirak edirdilər.  "İfadə azadlığı və Media hüquqları" mövzusunda təlimi, “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri, Arif Əliyev apardı. 


                                Xəzər Universiteti Hüquq Tədris Mərkəzində İnsan hüquqları üzrə növbəti təlim keçirildi

                                ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə Azərbaycan Hüquq Konsorsiumu layihəsi (AHK) çərçivəsində Humanitar və sosial elmlər fakültəsində yaradılmış Hüquq Tədris Mərkəzində (HTM) martın 8-də insan hüquqları üzrə növbəti təlim keçirildi. Tədris mərkəzinin fəaliyyəti, əsasən, cari dərs ilində hüquqşünas tələbələr üçün insan hüquqları üzrə təlim kurslarının keçirilməsi və vəkil olmaq istəyən gənc hüquqşünasları Vəkillər Kollegiyasına üzv olmaq üçün imtahanlara hazırlaşdırmaqdan ibarətdir. Təlimdə Xəzər Universiteti, Bakı Dövlət Universiteti, Milli Aviasiya Akademiyası və Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbələri iştirak edirdilər.  "Qadın hüquqları" mövzusunda təlimi “Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova apardı. 


                                Tələbəmiz Ağ Evdən sertifikat alıb

                                Humanitar və sosial elmlər fakültəsinin I kurs tələbəsi Mirağa Bağırov” Xocalı soyqırımı portreti" müsabiqəsinin qalibi olmuş və martın 5-də ABŞ administrasiyası Ağ Evin Beynəlxalq Münasibətlər Administrasiyasının Minnətdarlıq Sertifikatına layiq görülmüşdür.M. Bağırov üzərində "Bu il mən 22 yaşımı qeyd edəcəkdim. Amma ki, mən burda deyiləm.” sözləri yazılmış bir yaşlı uşağın şəklini yaratmışdır. Bu şəkil bir neçə saat ərzində Ağ Evin saytının xəbərlər bölməsində göstərilib. Xəzər Universiteti Mirağa Bağırovun vətənpərvərliyini qiymətləndirir və bu uğur münasibətilə onu təbrik edir. 


                                Xəzər Universitetinin Hüquq Tədris Mərkəzində İnsan Hüquqları üzrə növbəti təlim keçirildi

                                ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə Azərbaycan Hüquq Konsorsiumu layihəsi (AHK) çərçivəsində Humanitar və sosial elmlər fakültəsində yaradılmış Hüquq Tədris Mərkəzində (HTM) martın 1-də insan hüquqları üzrə növbəti təlim keçirildi. Tədris mərkəzinin fəaliyyəti, əsasən, cari dərs ilində hüquqşünas tələbələr üçün insan hüquqları üzrə təlim kurslarının keçirilməsi və vəkil olmaq istəyən gənc hüquqşünasları Vəkillər Kollegiyasına üzv olmaq üçün imtahanlara hazırlaşdırmaqdan ibarətdir. Təlimdə Xəzər Universiteti, Bakı Dövlət Universiteti, Milli Aviasiya Akademiyası və Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbələri iştirak edirdilər.  "Uşaq hüquqları" mövzusunda təlimi “Hüquq Dünyası” Hüquqi Təbliğat İctimai Birliyinin rəhbəri Nazir Quliyev apardı. 


                                Xəzər Universitetinin Hüquq Tədris Mərkəzində İnsan Hüquqları üzrə növbəti təlim keçirildi

                                ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə Azərbaycan Hüquq Konsorsiumu layihəsi (AHK) çərçivəsində Humanitar və sosial elmlər fakültəsində yaradılmış Hüquq Tədris Mərkəzində (HTM) fevralın 22-də insan hüquqları üzrə növbəti təlim keçirildi. Tədris mərkəzinin fəaliyyəti, əsasən, cari dərs ilində hüquqşünas tələbələr üçün insan hüquqları üzrə təlim kurslarının keçirilməsi və vəkil olmaq istəyən gənc hüquqşünasları Vəkillər Kollegiyasına üzv olmaq üçün imtahanlara hazırlaşdırmaqdan ibarətdir. Təlimdə Xəzər Universiteti, Bakı Dövlət Universiteti, Milli Aviasiya Akademiyası və Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbələri iştirak edirdilər.  "İnsan hüquqları və biznes" mövzusunda təlimi AHK layihəsinin rəhbəri Ramil İskəndərli apardı. Xəzər Universitetinin Hüquq Tədris Mərkəzində insan hüquqları üzrə kursun növbəti təlimi keçirildiFevralın 15-də ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə Xəzər Universiteti və Azərbaycan Hüquqşünaslar Konfederasiyasının birgə layihəsi olan, Humanitar və sosial elmlər fakültəsində yaradılmış Hüquq Tədris Mərkəzində (HTM) insan hüquqları üzrə növbəti təlim keçirildi. Tədris mərkəzinin fəaliyyəti, əsasən, cari dərs ilində hüquqşünas tələbələr üçün insan hüquqları üzrə təlim kurslarının keçirilməsi və vəkil olmaq istəyən gənc hüquqşünasları Vəkillər Kollegiyasına üzv olmaq üçün imtahanlara hazırlaşdırmaqdan ibarətdir. Təlimdə Xəzər Universiteti, Bakı Dövlət Universiteti, Milli Aviasiya Akademiyası və Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbələri iştirak edirdilər. “İnsan hüquqları kontekstində inanc azadlığı” mövzusunda təlimi Xəzər Universitetinin Şərq dilləri və din araşdırmaları departamentinin müdiri Elnurə Əzizova apardı. 


                                Xəzər Universiteti Hüquq Tədris Mərkəzində “Korrupsiya qanunvericiliyi və insan hüquqları” mövzusunda təlim keçirildi 

                                Fevralın 9-da   Xəzər Universiteti Hüquq Tədris Mərkəzi “Korrupsiya qanunvericiliyi və insan hüquqları” mövzusunda 1 günlük təlim keçirdi. Təlimdə Xəzər Universiteti, Bakı Dövlət Universiteti, Milli Aviasiya Akademiyası, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Polis Akademiyasının tələbələri və praktik hüquqşünaslar iştirak edirdilər. Təlim zamanı korrupsiya anlayışı, yaranma səbəbləri və nəticələri müzakirə edildi. Azərbaycanda korrupsiya ilə bağlı qanunvericilik və onun tətbiqi təcrübəsi, eləcə də beynəlxalq qanunvericilik və şəffaflıq sahəsində fəaliyyət göstərən beynəlxalq antikorrupsiya qurumlarının fəaliyyəti təhlil olundu. Təlimi Karasu Əməliyyat Şirkətinin (Global Energy Azerbaijan) hüquq məsləhətçisi Selcan Məmmədli apardı.  O, 2005-ci ildə ABŞ-ın Ohayo Şimal Universitetində hüquq üzrə magistr dərəcəsi almış və hal-hazırda Bakı Dövlət Universitetinin doktorantıdır. Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olundu. 


                                Xəzər Universitetinin Hüquq Tədris Mərkəzində İnsan Hüquqları üzrə silsilə təlim keçirildi

                                ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə Azərbaycan Hüquq Konsorsiumu layihəsi (AHK) çərçivəsində Humanitar və sosial elmlər fakültəsində yaradılmış Hüquq Tədris Mərkəzində (HTM) fevralın 8-də insan hüquqları üzrə növbəti təlim keçirildi. Tədris mərkəzinin fəaliyyəti, əsasən, cari dərs ilində hüquqşünas tələbələr üçün insan hüquqları üzrə təlim kurslarının keçirilməsi və vəkil olmaq istəyən gənc hüquqşünasları Vəkillər Kollegiyasına üzv olmaq üçün imtahanlara hazırlaşdırmaqdan ibarətdir. Təlimdə Xəzər Universiteti, Bakı Dövlət Universiteti, Milli Aviasiya Akademiyası və Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbələri iştirak edirdilər.  "Qaçqınlar və məcburi köçkünlərin hüquqi statusu" mövzusunda təlimi AHK layihəsinin rəhbəri Ramil İskəndərli apardı.  


                                “Avropa İnsan Hüquqları Məhkəməsində prosedur” mövzusunda seminar

                                Fevralın 6-daXəzər Universitetinin Hüquq Tədris Mərkəzi “Avropa İnsan Hüquqları Məhkəməsində prosedur” mövzusunda seminar keçirmişdir. Seminarda Xəzər Universiteti, Bakı Dövlət Universiteti və Aviasiya Akademiyasının tələbələri iştirak etmişlər. Seminarı Avropa insan hüquqları üzrə mütəxəssis Könül Qasımova aparmışdır. Könül Qasımova daha əvvəl Avropa İnsan Hüquqları Məhkəməsində hüquqşünas kimi çalışmışdır. 


                                Xəzər Universitetinin Hüquq Tədris Mərkəzində Hüquqi yazı və təhlil üzrə təlim keçirildi

                                Fevralın 1-2-də   Xəzər Universiteti Hüquq Tədris Mərkəzində Hüquqi yazı və təhlil üzrə 2 günlük təlim keçirildi. Təlim zamanı iştirakçılara başlıca hüquqi yazı və təhlildən bəhs edildi, hüquq praktikasında faktlarla iş vərdişləri barədə məlumat verildi, daha sonra isə hüquqi yazının əsas istiqamətləri olan obyektiv və inandırıcı hüquqi yazı metodları vasitəsilə hüquqi memorandumların və məhkəmələrə müraciətlərin (məsələn, iddia ərizələrinin) tərtib edilməsi ilə bağlı praktiki aspektlərə toxunuldu. Təlim iştirakçıları Xəzər Universiteti və digər ali məktəblərin tələbələrindən və praktik hüquqşünaslardan ibarət idi. Təlimi hüquqşünas Altay Mustafayev apardı. O, ABŞ Dövlət Departamentinin Edmund S. Muskie Təqaüd Proqramının qalibi kimi 2005-ci ildə ABŞ-ın Sietl şəhərində yerləşən Vaşinqton Universitetinin Hüquq fakültəsinin magistr pilləsini bitirmişdir. Hal-hazırda Baker& McKenzie hüquq şirkətində çalışır. O, həmçinin, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının və ABŞ-ın NyuYork Ştatı Vəkillər Kollegiyasının üzvüdür. Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim edildi. 


                                Xəzər Universitetinin Hüquq Tədris Mərkəzində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi təlim keçirdi 

                                Yanvarın 18-də ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə Xəzər Universiteti və Azərbaycan Hüquqşünaslar Konfederasiyasının birgə layihəsi olan, Humanitar və sosial elmlər fakültəsində yaradılmış Hüquq Tədris Mərkəzində (HTM) insan hüquqları üzrə növbəti təlim keçirildi. Tədris mərkəzinin fəaliyyəti, əsasən, cari dərs ilində hüquqşünas tələbələr üçün insan hüquqları üzrə təlim kurslarının keçirilməsi və vəkil olmaq istəyən gənc hüquqşünasları Vəkillər Kollegiyasına üzv olmaq üçün imtahanlara hazırlaşdırmaqdan ibarətdir. Təlimdə Xəzər Universiteti, Bakı Dövlət Universiteti, Milli Aviasiya Akademiyası və Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbələri iştirak edirdilər.  "İnsan hüquqlarının təminatında məhkəmə-konstitusiya nəzarətinin rolu" mövzusunda təlimi Konstitusiya Məhkəməsinin hakimi Ceyhun Qaracayev apardı.  


                                Xəzər Universitetinin Hüquq Tədris Mərkəzində “Əlil hüquqlarının təminatı mexanizmi” mövzusunda təlim keçirildi

                                Yanvarın 11-də ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə Xəzər Universiteti və Azərbaycan Hüquqşünaslar Konfederasiyasının birgə layihəsi olan, Humanitar və sosial elmlər fakültəsində yaradılmış Hüquq Tədris Mərkəzində (HTM) insan hüquqları üzrə növbəti təlim keçirildi. Tədris mərkəzinin fəaliyyəti, əsasən, cari dərs ilində hüquqşünas tələbələr üçün insan hüquqları üzrə təlim kurslarının keçirilməsi və vəkil olmaq istəyən gənc hüquqşünasları Vəkillər Kollegiyasına üzv olmaq üçün imtahanlara hazırlaşdırmaqdan ibarətdir. Təlimdə Xəzər Universiteti, Bakı Dövlət Universiteti, Milli Aviasiya Akademiyası və Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbələri iştirak edirdilər.  “Əlil hüquqlarının təminatı mexanizmi” mövzusunda təlimi ekspert Elnur Eyvazov apardı. Elnur Eyvazov görmə qabiliyyəti olmayan hüquqşünasdır. Məşhur Kolumbiya (Columbia), Oksford (Oxford) və Kembric (Cambridge) universitetlərindən hüquq üzrə 3 magistr dərəcəsinə sahibdir. O həmçinin C.P. Morqan (J.P. Morgan) investisiya bankında çalışıb. Hal- hazırda Azərbaycan Diplomatiya Akademiyasında, Bakı Dövlət Universitetində və Qafqaz Universitetində müəllim kimi fəaliyyət göstərir. 


                                “Avropa İnsan Hüquqları Məhkəməsində prosedur” mövzusunda təlim

                                Dekabrın 20-də Xəzər Universitetinin Hüquq Tədris Mərkəzi “Avropa İnsan Hüquqları Məhkəməsində prosedur” mövzusunda təlim təşkil etmişdir. Təlimdə Xəzər Universiteti, Bakı Dövlət Universiteti və Aviasiya Akademiyasının tələbələri iştirak etmişlər. Təlim Avropa insan hüquqları üzrə mütəxəssis Könül Qasımova tərəfindən keçirilmişdir. Tədbrin sonunda tələbələrə sertifikatlar təqdim olunmuşdur. 


                                Tələbələrimiz müvəffəqiyyətlə magistr işi müdafiə etdilər

                                Dekabrın 18-də Xəzər Universitetinin Humanitar və Sosial Elmlər fakültəsinin magistr tələbələri –  Azadə Yektaeikarın “TƏD-in alternativ media kimi qavranılması” (elmi rəhbər – Jurnalistika fakültəsinin koordinatoru Cabir Məmmədov), Hayder Şia Albarrakın “Yeni İraqın regional təhlükəsizlik və iqtisadi inkişaf sahəsində rolu” (elmi rəhbər –  siyasi elmlər üzrə fəlsəfə doktoru Rəşad Hüseynov) mövzularında magistr işlərinin müdafiəsi keçirildi. Magistrantların elmi işləri komitə üzvləri tərəfindən yüksək qiymətləndirildi.  


                                Xəzər Universitetinin Hüquq Tədris Mərkəzində insan hüquqları üzrə təlimlər başlandı

                                23 noyabr tarixində ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi, Xəzər Universiteti və Azərbaycan Hüquqşünaslar Konfederasiyasının birgə layihəsi olan və Humanitar və sosial elmlər fakültəsində yaradılmış Hüquq Tədris Mərkəzində (HTM) insan hüquqları üzrə 4 aylıq kursların keçirilməsinə başlanmışdır. Tədris mərkəzinin fəaliyyəti, əsasən, cari dərs ilində hüquqşünas tələbələr üçün insan hüquqları üzrə təlim kurslarının keçirilməsi və vəkil olmaq istəyən gənc hüquqşünasları Vəkillər Kollegiyasına üzv olmaq üçün imtahanlara hazırlaşdırmaqdan ibarətdir. Təlimdə Xəzər Universiteti, Bakı Dövlət Universiteti, Milli Aviasiya Akademiyası və Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbələri iştirak etmişdir. Açılış nitqi ilə çıxış edən HTM-in rəhbəri Cabir Xəlilov layihə və mərkəzin fəaliyyəti haqqında məlumat verdi. Mərkəzin koordinatoru Leyla Niyazova tələbələrlə təlimlərin faydası haqqında müzakirə apardı. İlk təlimi Avropa Şurası Baki ofisinin proqram koordinatoru və Xəzər Universitetinin müəllimi Aynur Cəfərova “Əsas insan hüquqları və azadlıqları” mövzusunda apardı. 


                                Əməkdaşımız təlimdə iştrak etmişdir

                                Hüquq Tədris Mərkəzinin koordinatoru Leyla Niyazova noyabrın 18-22-də ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə fəaliyyət göstərən İnkişaf Naminə Yerli Bacarıqların Artırılması (İYBA) Layihəsi çərçivəsində təlimdə iştirak etmişdir. Təlimin məqsədi proqram qiymətləndirilməsi, administrasiya və maliyyə idarəetməsi üzrə nəzəri və praktiki biliklərin artırılması işini təkmilləşdirmək idi. Təlim ABŞ Kemoniks (Chemonics International) təşkilatınının Bakı ofisində ekspert Rebekka Şervud (Rebecca Sherwood) tərəfindən keçirilmişdir. Təlimdə bir sıra Vətəndaş Cəmiyyəti Təşkilatlarının (VCT) nümayəndələri iştirak etmişlər.4 illik İYBA layihəsinin məqsədi VCT Resurs Mərkəzlərinin təşkilati potensialını gücləndirmək və Azərbaycan Respublikasında yerli VCT-lərə göstərdikləri xidmətlərin miqyasını və keyfiyyətini yaxşılaşdırmaqdır. 


                                Hüquq Tədris Mərkəzində təlim keçirildi

                                Oktyabrın 17-də Xəzər Universitetinin Hüquq Tədris Mərkəzi Francebook Tədris Mərkəzi ilə birlikdə “Avropa İnsan Hüquqları Məhkəməsində prosedur” mövzusunda təlim təşkil etmişdir. Təlimdə Xəzər Universiteti, Bakı Dövlət Universiteti və Aviasiya Akademiyasının tələbələri iştirak etmişlər. Təlim Avropa insan hüquqları üzrə mütəxəssis Könül Qasımova tərəfindən keçirilmişdir. Tədbrin sonunda tələbələrə sertifikatlar təqdim olunmuşdur. 


                                Hüquq tədris mərkəzində növbəti təlimlər

                                ABŞ Beynəlxalq İnkişaf Agentliyinin maliyyə dəstəyi, Xəzər Universiteti və Azərbaycan Hüquqşünasları Konfederasiyasının birgə layihəsi olan və Humanitar və sosial elmlər fakültəsində davamlı olaraq yaradılmış Hüquq Tədris Mərkəzində bu həftə də hər iki istiqamətdə təlimlər həyata keçirilirdi. İyunun 8-də keçirilmiş təlimin eksperti Milli Məclisin üzvü, Azərbaycan Hüquqşünasları Konfederasiyası İdarə Heyətinin sədri Əli Hüseynli idi. “Ölüm cəzası ilə bağlı təhlil, müzakirə, problemlər, təkliflər” mövzusunda təlim həm “İnsan Hüquqları”, həm də “Vəkillik imtahanlarına hazırlıq “üzrə gələn təlimçilər üçün nəzərdə tutulmuşdu və mövzu ilə bağlı geniş müzakirə aparıldı. Həmin gün digər təlim isə “Vəkillik imtahanlarına hazırlıq” kursuna gələnlər üçün “Cinayət hüququnda cinayətlər çoxluğu” mövzusunda keçirildi. Təlimin eksperti Azərbaycan Respublikası Vəkillər Kollegiyasının və ABŞ-ın Nyu-York Ştatının Vəkillər Kollegiyasının üzvü Altay Mustafayev idi. 


                                Hüquq Tədris Mərkəzi məzunlarına sertifikat təqdim etdi

                                ABŞ Beynəlxalq İnkişaf Agentliyinin maliyyə dəstəyi, Azərbaycan Hüquqşünasları Konfederasiyası (AHK) ilə Xəzər Universitetinin birgə layihəsi olan və Humanitar və Sosial Elmlər fakültəsinin nəzdində yaradılmış Hüquq Tədris Mərkəzində dörd aylıq təlim kursları müvəffəqiyyətlə başa çatmışdır. Sentyabrın 28-də “Insan hüquqları” kurslarını bitirən tələbələrə sertifikat təqdim olundu. Açılış nitqi ilə çıxış edən Hüquq Tədris Mərkəzinin rəhbəri Cabir Xəlilov mərkəzin fəaliyyəti haqqında məlumat verdi və iştirakçıları təbrik etdi. Tədbirdə, həmçinin, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN xidməti” sədrinin müşaviri Nadir Adilov, Azərbaycan Hüquq Konsorsiumu layihəsinin rəhbəri Ramil İskəndərov və kursları bitirən iştirakçılar çıxış etdilər.  


                                Hüquq Tədris Mərkəzinin təşkilatçılığı ilə rəmzi məhkəmə

                                ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə Azərbaycan Hüquqşünasları Konfederasiyası (AHK) və Xəzər Universitetinin birgə layihəsi olub, universitetin Humanitar və sosial elmlər fakültəsinin nəzdində yaradılmış Hüquq Tədris Mərkəzində dörd aylıq təlim kursları müvəffəqiyyətlə başa çatmışdır.İyulun 3-də təlim kurslarının sonu olaraq “İnsan hüquqları” və “Vəkillik imtahanlarına hazırlıq“ istiqamətləri üzrə təlim keçən iştirakçılar Xəzər Universitetinin müəllimi Akif Əlizadənin  rəhbərliyi ilə rəmzi məhkəmə təşkil etdilər. Tədbirin gündəliyinə uyğun olaraq rəmzi məhkəmə tərəflərin (dövlət ittihamçısı / müdafiəçi) giriş nitqləri ilə açıldı, təqsirləndirilən şəxslərin və zərər çəkmiş şəxsin sərbəst ifadələri, tərəflərin təqsirləndirilən şəxsləri və zərər çəkmiş şəxsi birbaşa və çarpaz dindirməsi və şahid ifadələri ilə davam etdirildi, tərəflərin yekun nitqləri, andlıların müşavirə otağına getmələri, hökmün elan olunması ilə başa çatdı. Rəmzi məhkəmədə 8 andlı iclasçı qismində Xəzər Universitetinin müəllimləri və işçi heyəti, eləcə də AHK nümayəndəsi iştirak edirdi. Sonda iştirakçılar  tədbirin təşkilində göstərdiyi dəstəyə görə Xəzər Universitetinin rəhbərliyinə, həmçinin Hüquq Tədris Mərkəzinin əməkdaşlarına təşəkkürlərini bildirdilər. http://www.huquq.tv/az/read/95.html  


                                Azərbaycan Respublikası Milli Məclisinin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Əli Hüseynli ilə görüş

                                Azərbaycan Respublikası Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli iyunun 8-də Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı və Hüquq Tədris Mərkəzinin rəhbəri Cabir Xəlilov ilə görüşmüşdür. Görüşdə Azərbaycan Hüquqşünasları Konfederasiyası (AHK) və ABŞ İnkişaf Agentliyinin (USAİD) dəstəyi ilə “Azərbaycan Hüquq Konsorsiumu” layihəsi çərçivəsində Xəzər Universitetində yaradılmış Hüquq Tədris Mərkəzinin (HTM) fəaliyyəti haqqında söhbət aparılmışdır. Ə. Hüseynli Xəzər Universitetinə bu əməkdaşlığa görə minnətdarlığını bildirmiş, eyni zamanda, layihəni uğurla həyata keçirən HTM-nin fəaliyyətini yüksək qiymətləndirmişdir. O, həmçinin, Xəzər Universitetində hüquq tədrisinin davamlı olmasının zəruri olduğunu bildirmiş və gələcəkdə bu yönümlü layihələrin hazırlanması və reallaşması sahəsində əməkdaşlıq əlaqələrinin davam etməsinə və genişlənməsinə imkanların yaradılacağına əminliyini bildirmişdir. 


                                Hüquq tədris mərkəzində növbəti həftəlik təlim

                                Xəzər Universitetinin nəzdində yaradılmış Hüquq Tədris Mərkəzində növbəti həftəlik təlim iyunun 1-də başa çatdı. Təlimlər “ İnsan Hüquqları” və “ Vəkillik imtahanlarına hazırlıq“ üzrə aparılır. “İnsan Hüquqları” üzrə keçirilən təlimin mövzusu “Birləşmək azadlığı”, təlimçi   Beynəlxalq Qeyri-Kommersiya Hüquq Şəbəkəsinin mütəxəssisi  Məhəmməd Quluzadə,   “Vəkillik imtahanlarına hazırlıq” təlim kursunun mövzusu  “Mülki proses”, təlimçi  Bakı şəhəri 2 saylı İqtisadi - İnzibati Məhkəməsinin hakimi Fərayil Məmmədov idi. 


                                Tələbələrimizin Qəbələ səfəri

                                May ayının 26-da Xəzər Universitetinin Humanitar və sosial elmlər fakültəsinin psixologiya ixtisası üzrə təhsil alan tələbələri Qəbələ şəhərinə səfər etdilər.  Onlar “Yeddi gözəl” şəlaləsində, “Nohur” gölündə və “Qəbələnd” əyləncə mərkəzində oldular. Səfərdə fakültənin dekanı Cabir Xəlilov, dekan köməkçisi Validə Kərimova və fəlsəfə müəllimi Mail Yaqubov da iştirak etdilər. 


                                Laçının işğalının ildönümünə həsr olunmuş tədbir

                                Mayın 14-də Xəzər Universitetində universitetin Humanitar və sosial elmlər fakultəsinin 2-ci kurs tələbəsi Orxan Musabəyli və Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin 2-ci kurs tələbəsi Muradxan Bəndəliyevin təşkilatçılığı ilə Laçının işğalının ildönümünə həsr olunmuş tədbir keçirildi. M. Bəndəliyev tərəfindən “Laçın güzgüsü” adlı şəkil də hazırlanmışdı. Tədbir Azərbaycan Respublikası himninin ifası ilə açıldı. Sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Xəzər Universitetinin İctimai əlaqələr və media üzrə direktoru Əlövsət Əmirbəyli çıxış edərək, Laçının işğalı ilə bağlı hadisələrdən danışdı. “Xəzər”in 2-ci kurs tələbəsi Elçin Feyzullayev şeir söylədi. Orxan Musabəylinin özünəməxsus üslubda monoloq çıxışı oldu. Laçın hadisələrini əks etdirən   videoçarx göstərildi. 


                                 “Azərbaycan gəncliyinin formalaşmasında Heydər Əliyevin rolu” mövzusunda konfrans 

                                Mayın 10-da Xəzər Universitetində tələbələrin iştirakı ilə ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Azərbaycan gəncliyinin formalaşmasında Heydər Əliyevin rolu” mövzusunda konfrans keçirildi. Konfransı giriş sözü ilə Humanitar və sosial elmlər fakültəsinin dekanı Cabir Xəlilov açdı.  Sonra universitetin tarix müəllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru Xaqan Balayev, jurnalistika ixtisası üzrə təhsil alan II kurs tələbəsi Ceyran Cəfərli, psixologiya ixtisası üzrə təhsil alan I və II kurs tələbələri Aydan İbrahimova, Aygül Rüstəmova və Xədicə Aşurova ulu öndərin həyatını, əmək fəaliyyətini və idarəetmə siyasətini əks etdirən videomateriallarla çıxış etdilər. Tədbirdə universitetin prorektoru Rafiq Əhmədov və əməkdaşlar iştirak edirdilər. 


                                AB-Azərbaycan münasibətlərinə həsr olunmuş tədbirdə

                                Xəzər Universiteti Beynəlxalq tələbələr və mütəxəssislər şöbəsinin direktoru Aytən Şadlinskaya və Beynəlxalq əlaqələr üzrə prorektorun köməkçisi Maya Mukhuradze Humanitar və sosial elmlər fakültəsinin bir qrup tələbəsi ilə birlikdə Azərbaycan Diplomatik Akademiyasında mayın 3-də keçirilmiş AB-Azərbaycan münasibətlərinə həsr olunmuş tədbirdə iştirak etdilər. Tədbirdə Avropa Qonşuluq Siyasəti üzrə Avropa komissarı Ştefan Füle AB-Azərbaycan münasibətləri ilə bağlı məsələlərdən bəhs etdi. Tədbirin sonunda o, tələbələrin suallarını cavablandırdı.  


                                Xəzər Universitetində açıq dərs

                                Xəzər Universitetinin Humanitar və sosial elmlər fakültəsində dosent Dilbər Zeynalovanın “Cümhuriyyət dövründə Azərbaycan ədəbiyyatı: Əhməd Cavad – Cümhuriyyət şairi kimi” mövzusunda açıq dərsi keçirildi. Dərs Əhməd Cavadın sözlərinə Üzeyir Hacıbəylinin bəstələdiyi Azərbaycan Respublikasının himninin oxunması ilə başlayaraq, tələbələrin hazırladığı videomaterialların nümayişi ilə davam etdirildi. Dərsdə tələbələrin fəallığı və müəllimin maraqlı şərhləri ilə mövzu tam şəkildə əhatə olundu. Dərsi fakültənin dekanı dosent Cabir Xəlilov və Azərbaycan dili və ədəbiyyat departamentinin müdiri dosent Vurğun Əyyub da dinlədilər. Dərsin aparılması və gedişi müəllimin iştirakı ilə müzakirə edilərək, yüksək şəkildə hazırlanmış və nümunəvi dərs kimi qiymətləndirildi.  


                                İnsan alveri mövzusunda təqdimat

                                Aprelin 30-da Xəzər Universitetinin Miqrasiya araşdırmaları mərkəzi Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) ilə birlikdə Humanitar və sosial elmlər fakültəsinin tələbələri üçün “Təhsil vasitəsilə insan alverinin qarşısının alınması ilə bağlı maarifləndirmənin gücləndirilməsi” mövzusunda” təqdimat təşkil etdi. Təqdimatda BMqT-nin Proqram koordinatoru Səltənət Məmmədova təşkilatın həyata keçirdiyi layihələr haqqında məlumat verdi. “Təmiz Dünya” Qadınlara Yardım Birliyinin sədri Mehriban Zeynalova insan alverinin səbəbləri, formaları və insan alveri ilə mübarizə tədbirləri haqqında çıxış etdi. Tədbirin sonunda insan alverinə qarşı mübarizədə maarifləndirmə tədbirlərinin gücləndirilməsi məqsədilə çəkilmiş film nümayiş etdirildi və müzakirələr aparıldı. 


                                “Psixoanalizin praktiki və tətbiqi metodları” mövzusunda təlim

                                Aprelin 26-da Xəzər Universitetinin Karyera mərkəzi Humanitar və sosial elmlər fakültəsinin psixologiya ixtisası üzrə təhsil alan tələbələri üçün “Psixoanalizin praktiki və tətbiqi metodları” mövzusunda təlim keçirdi. Təlimçi Qlobal Təlim və Konsultant Şirkətinin yaradıcısı və başçısı Kənan Rəhimov idi.  Təlimdə tələbələrə psixoanaliz, onun tətbiqi metodları, nəzəriyyədən nəticəyə doğru gedən yol və s. mövzularda ətraflı məlumat verildi. Tələbələrin sualları ətraflı cavablandırıldı. Təlimdən sonra tələbələr həmin şirkətdə iş imkanları haqqında da məlumat əldə etdilər.  


                                Hüquq Tədris Mərkəzində növbəti təlimlər

                                Aprelin 13-də Hüquq Tədris Mərkəzində növbəti təlimlər olmuşdur. Bu təlimlər Xəzər Universiteti və Azərbaycan Hüquqşünasları Konfederasiyasının birgə layihəsi olan və Humanitar və sosial elmlər fakültəsində yaradılmış Hüquq Tədris Mərkəzində həyata keçirilir. Təlimlər “İnsan hüquqları” və “Vəkillik imtahanlarına hazırlıq “üzrə aparılır. “İnsan Hüquqları” üzrə keçirilən təlimdə Bakı Dövlət Universiteti, Milli Aviasiya Akademiyası və Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasından olan hüquq fakültəsinin tələbələri iştirak etmişdir. “Avropa insan hüquqları məhkəməsinin Azərbaycan Respublikasına qarşı çıxarılan qərarlarının təhlili “mövzusunda keçirilmiş təlimlərin eksperti Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin insan hüquqları müdafiəsi məsələləri sektorunun böyük məsləhətçisi və Xəzər Universitetinin müəllimi Səadət Novruzova idi. 


                                Xəzər Universiteti nəzdində Hüquq Tədris Mərkəzinin rəsmi açılış mərasimi keçirildi

                                Azərbaycan Hüquqşünasları Konfederasiyası (AHK) ABŞ İnkişaf Agentliyi (USAID) ilə Əməkdaşlıq Razılaşmasına əsasən “Azərbaycan Hüquq Konsorsiumu” layihəsinin icrasını həyata keçirməkdədir. AHK layihəsinin ümumi məqsədləri hüququn aliliyinin, vətəndaşların hüquqlarının və maraqlarının daha yaxşı müdafiəsinin təmin olunması üçün hüquqi maarifləndirmə və vətəndaş cəmiyyətinin təsirliliyinin artırılmasıdır. Layihənin xüsusi məqsədləri isə Azərbaycan hökumət dairələrinin vətəndaşların hüquqlarının qorunması sahəsində həyata keçirdikləri islahatların inkişafının fəal şəkildə dəstəklənməsi və təşviq edilməsi, müştərilərə yardım göstərilməsi və qanunların tətbiqi sahəsində hüquqi peşəkarlığın səviyyəsinin artırılmasından ibarətdir. Layihənin strateji tərəfdaşları Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqası və Konstitusiya Araşdırmaları Mərkəzidir. Layihə çərçivəsində digər fəaliyyət növləri ilə yanaşı hüquqşünas tələbələr və gənc hüquqşünasların bacarıqlarını inkişaf etdirmək məqsədilə Xəzər Universiteti nəzdində Hüquq Tədris Mərkəzi yaradılıb. Tədris mərkəzinin fəaliyyəti əsasən cari ildə hüquqşünas tələbələr üçün insan hüquqları üzrə təlim kurslarının keçirilməsi və vəkil olmaq istəyən gənc hüquqşünasları Vəkillər Kollegiyasına üzv olmaq üçün imtahanlara hazırlaşdırmaqdan ibarətdir. Layihə çərçivəsində ilk təlim kursu cari ilin mart ayının üçüncü həftəsindən başlayıb və iyun ayının sonuna qədər davam edəcək. Aprelin 6-da Xəzər Universitetində Hüquq Tədris Mərkəzinin rəsmi açılış mərasimi keçirildi. Tədbirdə müxtəlif dövlət orqanları, qeyri-hökumət təşkilatları, beynəlxalq təşkilatları və digər qurumları təmsil edən nümayəndələr, universitet rəhbərliyi və tələbələr iştirak edirdilər. Açılış nitqi ilə çıxış edən Hüquq Tədris Mərkəzinin rəhbəri Cabir Xəlilov Mərkəzin təşkili və fəaliyyəti haqqında məlumat verdi. Daha sonra AHK sədri, millət vəkili Əli Hüseynli layihənin və təşkil olunan kursların peşəkar hüquqşünas və vəkillərin hazırlanması sahəsində əhəmiyyətli olacağını qeyd etdi. Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı Mərkəzin yaradılmasının zəruriliyindən və tələbələrin burada praktiki vərdişlərə yiyələnməsinin əhəmiyyətindən bəhs etdi.Tədbirdə, həmçinin, USAID Bakı ofisinin  Demokratiya və İdarəetmə İdarəsinin direktoru Ronald Qlass (Ronald Glass), AR Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi  Səadət Yusifova, AR Konstitusiya Məhkəməsinin hakimi Ceyhun Qaracayev, Konstitusiya Araşdırmaları Fondunun Prezidenti  Əliməmməd Nuriyev, Vətəndaşların Əmək Hüquqları Müdafiə Liqasının sədri Sahib Məmmədov və Vəkillər Kollegiyasının üzvü, Xəzər Universitetinin müəllimi Akif Əlizadə çıxış etdilər. Sonda Ronald Qlass tələbələrlə kursların təşkili barədə söhbət apardı. Tədbir bitdikdən sonra USAID Bakı ofisinin nümayəndəsi Aynur Yusifova monitorinq məqsədi ilə təlimdə iştirak etdi. 


                                Hüquq Tədris Mərkəzində növbəti təlim 

                                Martın 30-da Hüquq Tədris Mərkəzində növbəti təlimlər keçirilmişdir. Bu təlimlər Xəzər Universiteti və Azərbaycan Hüquqşünasları Konfederasiyasının birgə layihəsi olan və Humanitar və sosial elmlər fakültəsində yaradılmış Hüquq Tədris Mərkəzində həyata keçirilir. Təlimlər “İnsan hüquqları” və “Vəkillik imtahanlarına hazırlıq “üzrə aparılır. “İnsan hüquqları” üzrə keçirilən təlimdə Bakı Dövlət Universiteti, Milli Aviasiya Akademiyası və Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasından olan hüquq fakültəsinin tələbələri iştirak etmişdir. “BMT-nin insan hüquqları sahəsində fəaliyyəti: Nizamnamə mexanizmləri “mövzusunda keçirilmiş təlimin eksperti “Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının” sədri Sahib Məmmədov idi. İkinci təlim isə “Vəkillik imtahanlarına hazırlıq” üzrə aparılmışdır. “Vəkillik vərdişləri” mövzusunda keçirilmiş təlimin eksperti Vəkillər Kollegiyasının üzvü və Xəzər Universitetinin Hüquq departamentinin müəllimi Akif Əlizadə idi. 


                                Xəzər Universitetinin Hüquq Tədris Mərkəzində ilk təlim kursları başlandı

                                ABŞ Beynəlxalq İnkişaf Agentliyinin maliyyə dəstəyi, Azərbaycan Hüquqşünasları Konfederasiyasının təşkilatçılığı ilə həyata keçirilən “Azərbaycan Hüquqları Konsorsiumu” layihəsi çərçivəsində Xəzər Universitetində yaradılmış Hüquq Tədris Mərkəzində martın 16-da ilk təlim kurslarına start verilib. İlk təlim kursunda tələbə hüquqşünaslar üçün Xəzər Universitetinin müəllimi Aynur Cəfərova “Əsas insan hüquqları və azadlıqları” və layihənin hüqüqşünası, Vəkillər Kollegiyasının üzvü Sima Yaqubova isə məzun hüquqşünaslar üçün “Vəkillərin professional etikası” mövzusunda mühazirə oxumuşlar. Təlim kursları çərçivəsində 25 tələbə hüquqşünas 3 ay müddətində “insan hüquqları”, 9 məzun hüquqşünas isə “Vəkillik imtahanına hazırlıq” təlim kursunda iştirak edəcək. Ətraflı məlumat aşağıdakı linkdə: http://femida.az/2013/03/18/huquq-t%C9%99dris-m%C9%99rk%C9%99zind%C9%99-ilk-t%C9%99lim-kurslarina-start-verilib  


                                Naxçıvan Özəl Universitetinin nümayəndələri “Xəzər”də

                                Fevralın 8-də Naxçıvan Özəl Universitetinin rektoru İsmayıl Əliyev, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Gülşən Orucova, Tədris şöbəsinin müdiri Anar Abuzərli, Ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Gülnarə Əzizəliyeva, Elektron nəzarət şöbəsinin müdiri Rəşad Abbasov və Xarici Dillər kafedrasının müəllimi Anar Yaqubov Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı ilə görüşdülər. Görüşdə Xəzər Universitetinin prorektorları Məhəmməd Nuriyev və Rafiq Əhmədov, İctimai əlaqələr və media üzrə direktor Əlövsət Əmirbeyli, Təhsil fakültəsinin dekanı Elza Səmədli, Humanitar və Sosial elmlər fakültəsinin dekanı Cabir Xəlilov və Beynəlxalq əlaqələr üzrə prorektorun asistenti Maya Muxuradze iştirak etdilər. Görüşdə iki universitet arasında əməkdaşlıq məsələləri müzakirə olundu. Görüşün sonunda akademik və administrativ heyətin mübadiləsi, tələbə mübadiləsi, elmi tədbirlərin keçirilməsi barədə universitetlər arasında müqavilə imzalandı. 


                                Vaterloo Universitetinin əməkdaşları ilə dəyirmi masa

                                Yanvarın 18-də Xəzər Universitetində Vaterloo Universitetinin nümayəndələri ilə görüş keçirildi. Görüşdə Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaxanlı, Tədris işləri üzrə prorektor Məhəmməd Nuriyev, Magistratura, doktorantura və elmi işlər bölməsinin müdiri Eldar Şahgəldiyev, İctimaiyyətlə əlaqələr və media üzrə direktor Əlövsət Əmirbəyli, Komputer Elmləri departamentinin müdiri Leyla Muradxanlı, departament müdirləri, əməkdaşlar və universitetin doktorantları iştirak edirdilər. “Azərbaycanda milli kinonun istehsalı və rolu”, “Azərbaycan qadın liderliyi: qaçqın və məcburi köçkün icmaları və ümumi əhali arasında qadınların rolunun müqayisəsi”, “Bakıda Azərbaycan milli kimlik və mədəniyyət məhsullarının istehsalı” və s. mövzular müzakirə olundu. 


                                Xəzər Universiteti fənlərin tədrisi imkanlarını daha da genişləndirir: proqrama daha bir fənn –İELTS -də qoşuldu

                                İyunun 25-də İngilis dili və ədəbiyyatı departamenti tərəfindən Humanitar və sosial elmlər fakültəsinin magistr və bakalavr tələbələri üçün ilk dəfə olaraq dörd bacarıq üzrə (oxu, dinləmə, yazı və danışıq) 4 pilləli IELTS (Beynəlxaq İngilis Dili Test Sistemi) imtahanı keçirilmişdir...İmtahanda 25 tələbə iştirak etmişdir. Magistratura, doktorantura və elmi təqqiqat işləri üzrə prorektor müavini, fəlsəfə elmləri doktoru Eldar Şahgəldiyev proqram layihəsinə rəhbərlik etmişdir. İmtahanın hazırlanması və keçirilməsinə İngilis dili və ədəbiyyatı departamentinin müdiri Calvin Tiessen və departamentin 8 müəllimi cəlb olunmuşdular. İmtahanın ilkin nəticələri tələbələrin yüksək bilik nümayiş etdirməsindən xəbər verir. Yekun cavablar yaxın günlərdə elan olunacaqdır.


                                “Xəzər”in tələbəsi Univision müsabiqəsinin finalında 5-ci yeri tutdu

                                Mayın 17-də Heydər Əliyev Sarayında universitetlərarası Univision mahnı müsabiqəsinin final mərhələsi keçirildi. Xəzər Universiteti Humanitar və sosial elmlər fakültəsinin müsabiqədə iştirak edən tələbəsi Pınar Ələkbərova “I will always love you” mahnısını ifa edərək, 5-ci yeri qazandı. Biz Pınarı təbrik edir və gələcək yaradıcılığında ona uğurlar arzulayırıq. 


                                “Xəzər”in tələbəsi Univision müsabiqəsinin finalında

                                Mayın 15-də Heydər Əliyev Sarayında universitetlərarası Univision mahnı müsabiqəsinin yarımfinal mərhələsi keçirildi. Xəzər Universiteti Humanitar və sosial elmlər fakültəsinin müsabiqədə iştirak edən tələbəsi Pınar Ələkbərova mayın 17-də keçiriləcək final mərhələsinə vəsiqə qazandı. Biz Pınarı təbrik edir və finalda ona uğurlar arzulayırıq! 


                                Tələbə Məclisinin yeni prezidenti seçildi

                                Aprelin 25-də Xəzər Universitetinin həm əsas binasında, həm də İqtisadiyyat və menecment fakültəsində universitetin Tələbə Məclisinin Prezidenti seçkiləri keçirildi. Universitetin 52,95 faiz tələbəsinin iştirak etdiyi seçkidə Təhsil fakültəsinin 2-ci kurs tələbəsi Aysel Tağıyeva Etibar qızı seçkidə iştirak edənlərin 82,04 faizinin səsini toplayaraq, Tələbə Məclisinin Prezidenti seçildi. Digər namizəd – Humanitar və sosial elmlər fakültəsinin tələbəsi Şəmməd Nuri Almas oğlu isə  16,87 faiz səs topladı. Təlbə Məclsinin yeni seçilmiş prezidentini təbrik edirik və ona gələcək fəaliyyətində uğurlar arzu edirik. 


                                USAID-in eksperti ilə görüş

                                Fevralın 23-də Xəzər Universitetinin Humanitar və Sosial Elmlər fakültəsinin dekanı Cabir Xəlilov ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) Azərbaycanda Hüququn Aliliyinin Qiymətləndirilməsi Proqramı çərçivəsində Azərbaycana səfər edən ekspert Natalija Stamenkoviçlə görüşdü. Görüş zamanı ölkədəki hüquq təhsilinin problemləri və ehtiyacları barədə ətraflı fikir mübadiləsi aparıldı. Özəl universitetlərdə hüquq fakültələrinin bərpası,  tədris metodikasının təkmilləşdirilməsi və dərslərin interaktiv metodlarla aparılması, hüquq klinikalarının bərpası və tələbələrin praktik vərdişlərə yiyələnməsi, hüquq dərsliklərinin nəşri, auditoriyaların texniki təchizatı, kitabxanaların yerli və xarici ədəbiyyatla zənginləşdirilməsi kimi məsələlər xüsusi müzakirə olundu. 


                                “Psixologiya günü”

                                Xəzər Universitetinin Mərmər salonunda universitetin Psixologiya Departamentinin təşkilatçılığı və Humanitar və sosial elmlər fakültəsinin psixologiya ixtisası üzrə ikinci kurs tələbələrinin fəal iştirakı ilə "Psixologiya günü" keçirildi. Tədbirdə universitetin müəllim və tələbələri, digər dəvət olunmuş qonaqlar iştirak edirdilər. Tədbiri Xəzər Universiteti Psixoloji Məsləhət və Psixoterapiya Mərkəzinin direktoru Ülkər İsayeva açaraq, mövzu ilə əlaqədar ümumi məlumat verdi. Tədbirdə "pixologiya" anlayişi və hal-hazırda mövcud olan psixoloji xəstəliklərdən danışıldı; şizofreniya, depressiya və intihar, maddə aludəçiliyi, davranış pozuntusu, Daun sindromu və s. mövzular iştirakçıların böyük marağına səbəb oldu. Tədbirdə iştirak edən Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri Hamlet İsaxanli tədbirdən çox razı qaldığını bildirib, tələbələri təbrik etdi.