Xəbərlər


“Caucasus International” jurnalının təqdimatı oldu

2017-ci il noyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) tərəfindən Xəzər Universiteti Siyasi elm və beynəlxalq münasibətlər departamentinin müəllim və tələbələri üçün “Caucasus İnternational” jurnalının təqdimatı keçirildi. Təqdimatı SAM-ın Xarici siyasət məsələlərinin təhlili şöbəsinin elmi işçisi və “Caucasus International” jurnalının redaktor müavini İlqar Qurbanov və SAM-ın Media üzrə mütəxəssisi Şəbnəm Məhərrəmova keçirdilər.

http://www.khazar.org/az/news/article/2671

Fələstin Səfiri Xəzər Universitetində Mühazirə ilə Çıxış Etdi

2017-ci il noyabrın 17-də Xəzər Universiteti Beynəlxalq Təhsil həftəsi (13-17 noyabr) çərçivəsində Beynəlxalq Əlaqələr Şöbəsi və Siyasi elm və beynəlxalq münasibətlər departamentinin birgə təşkilatçılığı ilə Fələstinin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Nasser Abdel Karem Xəzər Universitetinin qonağı oldu.Xəzər Universitetinin rektoru Dr. Hassan Niknafs Fələstinin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Nasser Abdel Karemi qəbul etdi. Görüşdə əsasən Fələstinin Azərbaycandakı səfirliyi və Xəzər Universiteti arasında olan əməkdaşlıq müzakirə olundu. Görüşdə həmçinin Beynəlxalq Əlaqələr Şöbəsinin direktoru Turan Cəfərova, Siyasi elm və beynəlxalq münasibətlər departamentinin koordinatoru Elmar Mustafayev və Fələstinin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfirinin köməkçisi iştirak edirdilər.Daha sonra Fələstinin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Nasser Abdel Karem Siyasi elm və beynəlxalq münasibətlər departamentinin tələbələri üçün “Fələstin üzrə icmal” mövzusunda mühazirə keçirdi. Mühazirədə Azərbaycan və Fələstin arasında ikitərəfli münasibətlər və Yaxın Şərqdə olan vəziyyət haqqında tələbələrə ətraflı məlumat verildi. Siyasi elm və beynəlxalq münasibətlər departamentinin koordinatoru Elmar Mustafayevin moderatorluğu ilə keçirilən müzakirə sual-cavab sessiyası ilə başa çatdı. Görüşdə Beynəlxalq Əlaqələr Şöbəsinin assistenti Elxan Kasimov da iştirak edirdi. Səfir Nasser Abdel Karem dəvətə görə Xəzər Universiteti rəhbərliyinə öz minnətdarlığını bildirdi.http://www.khazar.org/az/news/article/2648  

Rektor Hassan Niknafs Rumıniyanın Azərbaycandakı səfiri ilə görüşdü 

2017-ci il aprelin 26-da Xəzər Universitetinin rektoru Dr. Hassan Niknafs Rumıniyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Dan İanku və Rumıniyanın Qadınlar və Kişilər Arasında Bərabər İmkanlar üzrə Milli Agentliyinin nümayəndəsi PhD Aurora Martin ilə görüşdü. Görüşdən sonra PhD Martin “Qlobalizasiya və insan alveri” mövzusunda məruzə ilə çıxış etdi. Təqdimat Siyasi elm və beynəlxalq münasibətlər departamentinin təşkil etdiyi Jan Monne Avropa seminarlar silsiləsinin növbəti tədbiri idi. 

http://www.khazar.org/az/news/article/2099

Rumıniyanın Azərbaycandakı səfiri Siyasi elm və beynəlxalq münasibətlər departamentinin qonağı oldu


2017-ci il aprelin 18-də Rumıniyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Dan İanku Xəzər Universitetinin Siyasi elm və beynəlxalq münasibətlər departamentində qonaq oldu. Səfir İanku cari ilin mayında təşkil olunması nəzərdə tutulan Rumıniya-Azərbaycan Təhsil Forumu ilə bağlı məlumat verdi. Siyasi elm və beynəlxalq münasibətlər departamentinin müdiri, Jan Monne Kürsüsü mükafatı laureatı, Siyasi elmlər üzrə fəlsəfə doktoru Muxtar Hacızadə Xəzər Universitetinin dərəcə proqramları haqqında geniş məlumat verdi. O, həmçinin Rumıniya universitetlərinin tələbələrinin Xəzər Universiteti Təqaüd proqramı ilə bağlı məlumatlandırmasını da səfirdən xahiş etdi. Görüş iştirakçıları tərəfindən akademik mobillik və tələbə mübadiləsinin önəmi  xüsusilə vurğulandı. Səfirliyin Diplomatik müşaviri Mihaela İanku və departamentin koordinatoru Elmar Mustafayev də görüşdə iştirak edirdilər.

http://www.khazar.org/az/news/article/2082 

“GR8” şirkəti Xəzər Universitetinin tələbələri üçün təlim keçirdi

2017-ci il aprelin 17-də “GR8” şirkəti Xəzər Universiteti Siyasi elm və beynəlxalq münasibətlər departamentinin tələbələri üçün peşəkar e-mail yazma qaydaları mövzusunda təlim keçirdi. Təlim “GR8” şirkətinin həmtəsisçisi və “Fairmont Baku” otelinin təlim meneceri Aygün Novruzova tərəfindən keçirildi. İnteraktiv şəkildə keçirilən təlimdə tələbələrə əsasən e-mail yazarkən əməl olunmalı qaydalar və ən çox rast gəlinən səhvlər izah edildi.Qeyd edək ki, sözügüdən təlim Xəzər Universiteti Siyasi elm və beynəlxalq münasibətlər departamentinin təşkil etdiyi 10 həftəlik İşgüzarlıq və Peşəkar Bacarıqların İnkişafı üçün Təlim Proqramının tərkib hissəsi olaraq baş tutdu. 

http://www.khazar.org/az/news/article/2081

“Fireworks” Şirkəti Xəzər Universitində təlim keçirdi


2017-ci il aprelin 3-də Xəzər Universitində “Fireworks” İnsan Resursları Şirkəti tərəfindən Siyasi elm və beynəlxaq münasibətlər departamentinin tələbələri üçün peşəkar rezyume hazırlamağın və iş müsahibəsindən uğurla keçməyin yolları haqqında təlim keçirildi. Təlimdə tələbələrin CV-lərinə fərdi şəkildə rəy bildirən “Fireworks” əməkdaşları, həmçinin onlara iş müsahibəsi zamanı davranış qaydaları haqqında da məlumat verdilər.

Qeyd edək ki, təlim 2017-ci il fevralın 27-dən etibarən departament tərəfindən davam etdirilən İşgüzarlıq və Peşəkar Bacarıqların inkişafı üçün Təlim Proqramının tərkib hissəsi olaraq baş tutmuşdur. Sözügedən təlim proqramının növbəti sessiyası ünsiyyət bacarıqları mövzusunda olacaq. 

http://www.khazar.org/az/news/article/2041