Tibbi yardım mərkəzi


Tibbi yardım mərkəzi bütün tələbə və işçilərə xidmət edir. Bu mərkəz əsas ambulator tibbi yardım, peyvənd, ilk tibbi yardım kimi tibbi xidmətlər göstərir.

Ehtiyac olarsa mərkəzə ixtisaslı mütəxəssislər dəvət olunur. Bütün tibbi qeydlər, o cümlədən səhiyyə ilə bağlı tələb olunan məlumatlar mərkəzdə saxlanılır. Bu qeydlər məxfi hesab edilir və onlara yalnız mərkəzin peşəkar heyət üzvləri baxa bilər. Tibbi yardım mərkəzi şənbə və bazar günü istisna olmaqla, hər gün saat 9:00-dan 18:00-a qədər açıqdır.

Tibbi yardım mərkəzinin xidmətləri ilə bərabər, Xəzərin Psixoloji Məsləhət və Psixoterapiya Mərkəzi vasitəsilə psixoloji məsləhət və mənəvi dəstək verilir.