İnkişaf ofisi

Xəzər Universiteti İnkişaf ofisi universitetin fəaliyyətinə və uğurlarına yaxından dəstək olmaq məqsədi ilə yaradılmışdır. Ofis universitetin rektoru və təsisçisinin birbaşa tabeliyindədir və təsdiq edilmiş inkişaf proqramını idarə edir, universitetin inkişafını nəzarətdə saxlayır, şura üzvləri, donorlar, məzunlar və administrasiya ilə məhsuldar əlaqələrin qurulmasını təmin edir.

İnkişaf ofisi aşağıdakı sahələrdə fəaliyyət göstərir:

  • Fandreyzinq
  • Məzunlarla əlaqələr
  • Valideynlərlə əlaqələr
  • Donorlarla əlaqələr
  • Təşkilati və korporativ əlaqələr

İnkişaf ofisi fandreyzinq ilə bağlı olan bütün işləri, tədbirləri hazırlayır, həyata keçirir və idarə edir.  Ofisin heyəti donorlarla əlaqələrin qurulub inkişaf etdirilməsi sahəsində bütün fəaliyyət və strategiyaları idarə edirlər. Eləcə də ofisi fondlar və korporasiyalar üçün qrant təkliflərini inkişaf etdirmək, illik fandreyzinq proqramlarını inkişaf etdirmək və həyata keçirmək, hərtərəfli təşviqat proqramını inkişaf etdirmək missiyası daşıyır.

İnkişaf ofisində aşağıdakı mərkəzlər fəaliyyət göstərir: