Kadrlar şöbəsi

Kadrlar şöbəsi fəaliyyətində aşağıdakı sənəd və qanunvericilik aktlarını rəhbər tutur:


  • Azərbaycan Respublikasının Əmək Məcəlləsi;
  • Azərbaycan Respublikasının müvafiq qanunları;
  • Xəzər Universitetinin Nizamnaməsi;
  • Müvafiq icra hakimiyyəti orqanları tərəfindən qəbul edilmiş normativ-hüquqi aktlar;
  • XU-nin yuxarı rəhbərlərinin əmrlərini, göstərişlərini və sərəncamları.

ŞÖBƏNİN FUNKSİYALARI

1. Əmək qanunvericiliyinə, nizamnaməyə, təlimatlara və rektorun əmrlərinə müvafiq olaraq işçilərin qəbulu, köçürulməsi və işdən azad edilmələrinin vaxtında rəsmiləşdirilməsi və həyata keçirilməsi.

2. Təşkilatın şəxsi heyətin uçotu

3. İşçilərin keçmiş və hazırkı əmək fəaliyyəti barəsində ərizələrin verilməsi.

4. İşə qəbul olunma haqda əmrlərin və digər tələb olunan zəruri sənədlərin rəsmiləşdirilməsi.

5. Əmək kitabçalarının qəbulu, doldurulması və saxlanılması.

6. Əmək stajının hesablanması və kadrlar üçün müəyyən edilmiş sənədlərin aparılması.

7. Məzuniyyət qrafikin tərtibatı və icrası.

8. İşçilərin şəxsi işlərin hazırlanması və aparılması, əmək fəaliyyətlə bağlı dəyişikliklərin edilməsi

9. Pensiya sığortasına dair müvafiq sənədlərin hazırlanması və onların sosial təminat orqanlarına təqdim edilməsi.

10. Aylıq statistika blanklarını tərtib edərək Universitet üzrə kadrların hərəkətinin təhlili və ümumiləşdirilməsi üzrə işlərin yerinə yetirilməsi.

11. İşçilərin əmək fəaliyyətlərinə dair arayışların və xasiyyətnamələrin verilməsi.

12. Məzuniyyət cədvəlinin təşkil edilməsi, işçilərin istifadə etdiyi məzuniyyətlərin siyahıya alınması, təsdiq edilmiş cədvələ müvafiq olaraq növbəti və əlavə məzuniyyətlərin rəsmiləşdirilməsi.

13. Ezamiyyətlərin rəsmiləşdirilməsi və siyahıya alınması.

14. Kadrların cari vəziyyətinin analizi.


Əlaqə:

Aybəniz Namazova

Koordinator

E-mail: anamazova[at]khazar.org

Telefon: (+994 12) 421 10 93 (206)