Public Relations & Media Office







Xəzər Universitəsinin Ictimai Əlaqələr və Media Qurumu (İƏMQ) 2008-ci ilin mart ayında yaradılmışdır. Əsas məqsədi Xəzər Universitəsinin daxilindəki bütün qurumlarla, ölkə ictimaiyyəti və media qurumları ilə əlaqə yaratmaq, yerli və xarici şirkətlərlə təmasda olmaq , məlumatlar əldə etmək və universitənin adını yüksəltmək üçün geniış fəaliyyət göstərməkdir. Universitə daxilində fəaliyyət: A.Universitədə olan akademik qurumlarla fəaliyyət: İƏMQ – Universitənin akademik qurumlarının təşkil etdiyi konfrans, simpozium və digər elmi kütləvi tədbirlərin təşkili və keçirilməsində köməklik göstərir. Fəaliyyət dairəsi: 1.Akademik tədbirlərin keçirilməsinə yardım etmək;

2.Təşkilati işlərin mahiyyətinə uygun olaraq lazımı şəxslər və qurumlarla əlaqə yaratmaq; 3.Kütləvi tədbirlər haqqında məlumatları mətbuata çatdırmaq; B.Tələbələr və onların ailələri ilə əlaqələrin qurulması; 1.Tələbələr və onların ailələri ilə bağlı ictimai anket sorğularının keçirilməsi; 2.Universitəni ziyarət edən valideynlərlə görüşmək və universitə ilə əlaqədar onları məlumatlandırmaq; 3.Universitədə təhsil alan əcnəbi tələbələrlə əlaqə yaratmaq və onlara problemlərində köməklik göstərmək; 4.Tələbə klublarının ( Tələbə Məclisinin ) tədbirlərində yaxından iştirak etmək; C.Professor-müəllim heyəti ilə baglı fəaliyyət; 1.Simpozium, konfrans və digər elmi-kütləvi tədbirlərin, sərgi, konsert və digər fəaliyyətlərin mətbuatda işıqlandırılması; D.Məzunlarla baglı fəaliyyət: 1.Xəzər universitəsini bitirmiş məzunları müəyyənləşdirmək və onlarla iş birliyində yardımçı olmaq; a.Qurum tərəfindən xüsusi blankların məzun olacaq tələbələr tərəfindən doldurulması (Məzun Məlumat Bankının–MMB-nin yaradılması ) b.Xəzər Universitəsinin məzun olan tələbələrin yaratdıqları ictimai qurumlarla əlaqə saxlamaq; c.Məzunlara Universitə haqqında mütəmadi olaraq məlumatlar çatdırmaq; Universitədən kənar qurumlarla bağlı fəaliyyət: A.Yerli, Respublika və Beynəlxalq Media quruluşları ilə əlaqələr: 1.Universitə ilə əlaqədar ölkə daxilində və xaricində geniş fəaliyyət göstərmək; 2.Media mənsubları ilə əlaqə yaratmaq; 3.Universitə rəhbərliyinin məsləhətinə uygun olaraq professor-müəllim heyətinin, tələbələrin Radio – Televiziya və KİV-də fəal iştiraklarına yardımçı olmaq; 4.Rado-Televiziya və KİV-də Universitə ilə əlaqədar mühüm xəbərlərin yer almasına çalışmaq; 5.Universitə ilə əlaqədar büllitenlərin hazırlanması; 6.Mətbuatda dərc edilən yazılı məlumatların toplanması və Xəzər Universitəsinin Mətbuat Arxivinin (MA) yaradılması; 7.Mətbuatda dərc edilən məlumatlar əsasında ildə bir dəfə “Xəzər Universitəsi Mediada” kitabını buraxmaq;

8.Universitənin tanıtımı üçün video çəkilişlərində yaxından köməklik göstərmək; B. Orta məktəb, Lise şagirdləri və onların ailələri ilə baglı fəaliyyət: 1.Orta məktəbi, liseni bitirmiş hər bir şagird Xəzər Universitəsinin əsas hədəfi olmalıdır; 2.Orta məktəbi, Liseni bitirəcək şagirdlərlə, onlara və ailələrinə ən çox təsir edə biləcək şəxslərin görüşlərini təşkil etmək; 3.Orta məktəb və liselərin şagirdlərinə Universitənin bütün fakültələri haqqında geniş məlumatların çatdırılması; 4.Respublikada və ondan kanar ölkələrdə Universitənin tanıtılmasında yaxından iştirak etmək; 5.Xəzər Universitəsinin tanıtımı ilə əlaqədar broşür, CD, afişalar, video filmlər və digər materialların hazırlanması və təbliğatı; 6.Universitəyə daxil olmaq arzusunda olan orta məktəb, Lise şagirdlərini universitə ilə yaxından tanış etmək üçün “Açıq Qapı” günlərini təşkil etmək; 7.Universitəyə qeydiyyat zamanı tələbələrlə və onların valideynləri ilə görüşmək; 8.Universitənin açılışında ( hər il sentyabr ayında ) universitənin həyətində valideynlərlə kütləvi şəkildə görüşmək və universitənin əsas məramını onlara çatdırmaq; C. Gənclər Təşkilatları və Qeyri Hökümət Təşkilatları (QHT) ilə baglı fəaliyyət: 1.Yerli və beynəlxalq gənclər təşkilatları ilə yaxından əlaqə yaratmaq; 2.Sponsorların dəstəyi ilə bayram və yubiley proqramları hazırlamaq; D. Bələdiyyələr və digər idarəetmə orqanları ilə baglı fəaliyyət: 1.Bələdiyyələrlə və digər idarəetmə orqanları ilə əlaqə yaratmaq, Xəzər Universitəsinin fəaliyyəti ilə onları məlumatlandırmaq; 2.Turizm, bank, sığorta və mədəniyyət sahəsində fəaliyyət göstərən təşkilatlarla Xəzər Universitəsinin birgə tədbirlərini təşkil etmək.