İdman


Universitənin həyatında idman böyük rol oynayır. Universitədə tələbələrdən ibarət futbol, voleybol, basketbol, şahmat klubu və müxtəlif döyüş növləri üzrə idman bölmələri fəaliyyət gös­tərir. Xəzərdə fəaliyyət göstərən şahmat klubunda Azərbaycanın və dünya şahmatının tanınmış nümayəndələrinin iştirakı ilə bir sıra görüşlər və tədbirlər keçirilmişdir. Kluba Azərbaycanın tanınmış şahmat ustası Afaq Xudaverdiyeva rəhbərlik edir. Universitetin “Xəzər Universitet” futbol klubu 1998-2004-cü illərdə ölkənin futbol üzrə güclülər dəstəsində (indiki premyer liqa) çıxış etmiş, 2004-cü ildə İntertoto avropa kuboku yarışına vəsiqə qazanmışdır. Bir sıra tələbələrimiz idmanın müxtəlif komanda növləri üzrə və ayrı-ayrılıqda yerli və beynəlxalq yarışların, o cümlədən avropa və dünya çempionatlarının iştirakçısı və qalibləri olmuşlar. Universitənin kişi və qadınlardan ibarət basketbol komandaları Azərbaycanda, İranda, Gürcüstanda, Rusiyada və başqa ölkələrdə keçirilmiş müxtəlif beynəlxalq yarışlarda iştirak etmiş, uğurlar qazanmışlar.